Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 10 may 2011-ci il tarixli



Yüklə 125,52 Kb.
Pdf görüntüsü
tarix03.04.2017
ölçüsü125,52 Kb.
#13453

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

Kollegiyasının 10 may 2011-ci il tarixli 

20 saylı qərarı ilə təsdiq edilmişdir

 

 



 

 

 

 

 

 

 

 

 

 

VAXTINDAN ƏVVƏL DOĞUŞLAR ÜZRƏ  

KLİNİK PROTOKOL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı – 2011 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

57.16 


V 16 

 

 



 

 

 



 

 

 



 

 

 



 

V 16   Vaxtından əvvəl doğuşlar üzrə klinik protokol. – 16 səh. 

Klinik protokol ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi 

tərəfindən maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin 

Gücləndirilməsi” (İSXG) Layihəsi çərçivəsində Abt 

Associates Inc şirkətinin dəstəyi ilə işlənib hazırlanmışdır. 

 

 

2



 

3

Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

F.Əliyeva – Səhiyyə Nazirliyi ET Mamalıq və Ginekologiya 

İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, 

dosent, t.e.n. 

E.Əliyeva – Azərbaycan Tibb Universiteti, III Mamalıq-ginekologiya 

kafedrasının müdiri, professor, t.e.d. 

N.Axundova – Səhiyyə Nazirliyi ET Mamalıq və Ginekologiya 

İnstitutunun baş həkimi, t.e.n. 

L.Məmmədova – Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və 

Ginekologiya İnstitutunun elmi katibi 

A.Bədəlova – Səhiyyə Nazirliyinin ET Mamalıq və Ginekologiya 

İnstitutu, Mamalıq şöbəsi, elmi işçi 

F.Qəhrəmanova – Səhiyyə Nazirliyinin Respublika Ailə Planlanması 

Mərkəzi, mama-ginekoloq 

A.Babayeva – Ə.  Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə İnstitutu, Ginekologiya kafedrasının assistenti 

G.Hüseynova – Səhiyyə Nazirliyinin İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzi, Tibbi keyfiyyət standartları şöbəsinin müdiri 

 

Rəyçilər: 

R.Nadişauskiyene – ÜST-nin Reproduktiv Sağlamlıq və Tədqiqatlar 

üzrə Avropa Regional Şurasının sədri, Britaniya Krallığının Mamalıq 

və Ginekologiya Kollecinin üzvü, professor, t.e.d. 

H.Bağırova – Azərbaycan Tibb Universiteti, II Mamalıq-

ginekologiya kafedrasının müdiri, professor, t.e.d. 

L.Rzaquliyeva – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə  İnstitutu, Mamalıq-ginekologiya kafedrasının 

dosenti, t.e.n. 

 

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 


 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

6

İxtisarların siyahısı: 



 

XBT-10  

– Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 



USM    

– ultrasəs müayinəsi 



KTQ    

– kompüter tokoqrafiyası 

 


 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

7

Protokol mama-ginekoloqlar, neonatoloqlar və mamalar üçün 



nəzərdə tutulmuşdur. 

 

Pasiyent qrupu: hamilə qadınlar. 



 

Protokolun məqsədi:  

 

ciddi ağırlaşmaların, neonatal xəstəliklərin və neonatal ölümün 



qarşısının alınması. 

 

Vaxtından  əvvəl doğuşlar – hamiləliyin 22-ci həftəsindən 37-ci 

həftəsinə 

qədər baş verən doğuşlardır. Azərbaycan 

diridoğulmuşluğun yeni meyarlarına* keçmədiyinə görə bu 

protokolda vaxtından  əvvəl doğuşlar kimi hamiləliyin 28-ci 

həftəsindən 37-ci həftəsinə  qədər olan doğuşlar qəbul edilib. Yeni 

meyarlara keçdikdə protokola bir daha baxılacaqdır.

  

Vaxtından əvvəl doğuşların tezliyi inkişaf etmiş ölkələrdə 6-12% 



arasında tərəddüd edir. İnkişaf etməkdə olan ölkələrdə bu rəqəm 

daha yüksəkdir. Vaxtından  əvvəl doğuşların təxminən 40%-i 

hamiləliyin 34-cü həftəsinə  qədər, 20%-i 32-ci həftəsinə  qədər baş 

verir. Vaxtından əvvəl doğuş hamiləliyin 34 həftəsinə qədər olduqda 

daha müşahidə olunur. Neonatal itkilərin 65%-nin, uşaq yaşlarında 

nevroloji pozğunluqların 50%-nin səbəbi vaxtından  əvvəl 

doğuşlardır. Vaxtından  əvvəl doğuşların 80%-i özbaşına baş verən 

doğuşlardır. 

Hamiləliyin 32-ci həftəsinə  qədər olan doğuşlar (bütün 

doğuşların 2%-i) neonatal xəstəliklərin və neonatal ölümün əsas 

səbəblərindən sayılır. 

 

 

 

________________________  

*Bu klinik protokol təsdiq ediləndə diridoğulmuşluğun yeni meyarları Azərbaycanda qəbul 

olunmamışdı. 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

8

XBT-10 ÜZRƏ TƏSNİFAT 



0 60.   Vaxtından əvvəl doğuş. 

KLİNİKİ TƏSNİFAT 

Özbaşına vaxtından əvvəl doğuşlar 

Doğuşun aparılma taktikasını müəyyən edərkən aşağıda qeyd 

edilən halları fərqləndirmək lazımdır. 

 



su kisəsinin tam olduğu halda müntəzəm doğuş  fəaliyyəti ilə 

başlanan  vaxtından əvvəl doğuşlar (40-50% )  

 

müntəzəm doğuş  fəaliyyəti qeyd olunmadığı halda dölyanı 



suların axması ilə başlanan vaxtından əvvəl doğuşlar (30-40%)  

İnduksiya olunmuş vaxtından əvvəl doğuşlar (20%) 

Ana və dölün sağlamlığının mühafizəsi baxımından göstərişlərlə 

hamiləliyin başa çatdırılması tələb olunan hallar  nəzərdə tutulur. 

Ana tərəfindən göstərişlər: 

 



hamiləliyin davam etdirilməsinin  hamilə qadının sağlamlığı üçün 

təhlükəli olduğu ağır ekstragenital patologiya zamanı 

 

hamiləliyin ağırlaşmaları: preeklampsiya, eklampsiya, hepatoz 



 

dölyanı mayenin vaxtından əvvəl axması (xoriamnionitin inkişafı 



ilə) 

Döl tərəfindən göstərişlər: 

 



dölün həyatla uyğunlaşmayan inkişaf qüsurları 

 



dölün antenatal ölümü 

 



dölün hamiləliyin təcili başa çatdırılmasını  tələb edən 

proqressivləşən hipoksiyası. 



Vaxtından əvvəl doğuşların patogenezi 

Bir çox mamalıq ağırlaşmaları, somatik və anatomik 

pozğunluqlar vaxtından  əvvəl doğuşların meydana çıxmasına səbəb 

ola bilər. 50% hallarda vaxtından  əvvəl doğuşların səbəbi naməlum 

olaraq qalır. 


 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

9

Vaxtından əvvəl doğuşların risk faktorları 



Sosial faktorlar 

 



Yaşı 16-dan aşağı olan hamilələr 

 



Aşağı sosial-iqtisadi durum 

 



Aşağı çəki-boy göstəricisi (risk 19%-dən aşağıdır ) 

 



Tütündən istifadə (risk 20-30%-dən çoxdur) 

Mama-ginekoloji ağırlaşmalar 

 



Anamnezdə vaxtından əvvəl doğuş (risk 20-40%-dən çoxdur) 

 



Coxdöllü hamiləlik (risk 50%-dən çoxdur) 

 



Uşaqlığın fibromioması 

 



Dölyanı mayenin vaxtından əvvəl axması 

 



Çoxsululuq və ya azsululuq 

 



Normal yerləşmiş ciftin vaxtından əvvəl qopması 

 



Bakterial vaginoz 

Somatik ağırlaşmalar 

 



Böyrək xəstəlikləri, ürək-damar sisteminin xəstəlikləri, 

tənəffüs sisteminin xəstəlikləri 

 

Trombofiliya (C) 



 

Kəskinləşmə dövründə bakterial, virus mənşəli və parazitar 



xəstəliklər 

 



Endokrin xəstəliklər 

 



Metabolik pozğunluqlar 

Anatomik ağırlaşmalar 

 



Birbuynuzlu, və ya ikibuynuzlu uşaqlıq, uşaqlıqdaxili 

arakəsmə 

 

İstmiko-servikal çatışmazlıq 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

10

DİAQNOSTİK MEYARLAR 



I. Klinik müayinələr 

Vaxtından 

əvvəl doğuşların diaqnostikasına aşağıdakı 

parametrlərin müəyyən edilməsi daxildir: 



Hamiləliyin müddəti:  hamiləliyin güman edilən 28-ci 

həftəsindən 37-ci həftəsinə qədər. 



Mamalıq vəziyyəti:  müntəzəm doğuş  fəaliyyətinin olması (20 

dəq. ərzində 4 yığılma və ya 60 dəq. ərzində 8 yığılma) və: 

A.

 

Döl qişalarının yırtılması; 



B.

 

Döl su kisəsinin tamlığı və uşaqlıq boynunun açıqlığı 2 sm.-



dən çox; 

C.

 



Döl su kisəsinin tamlığı və uşaqlıq boynunun hamarlığı 80%-

dən çox; 

D.

 

Cinsiyyət yollarından selikli-qanlı ifrazat 



Dölün vəziyyətinin monitorinqi: Dölün vəziyyətinə  nəzarət 

məqsədilə dölün vəziyyətini, gələcək hissəsini, çəkisini müəyyən 

etməklə USM, dölün KTQ, imkan olduğu təqdirdə doplerometriya 

aparmaq lazımdır. 



II. Laborator müayinələr 

 



Qanın ümumi analizi (leykositar formulun hesablanması ilə). 

 



Sidiyin ümumi analizi, sidiyin bakterioloji müayinəsi (orta sidik) 

 



Uşaqlıq yolundan yaxma götürülməsi 

Vaxtından əvvəl doğuşların aparılması 

Hamiləlik müddəti 28 həftədən artıq olduqda 

(yenidoğulmuşluğun yeni meyarlara keçdikdə hamiləlik müddəti 22 

həftədən artıq olduqda) vaxtından  əvvəl doğuşlar III səviyyəli tibb 

müəssisələrində (Respublika perinatal mərkəzi, regional perinatal 

mərkəzlər, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu) 

aparılmalıdır. 

Hamiləlik müddəti 34 həftədən artıq olduqda vaxtından  əvvəl 

doğuşlar II səviyyəli tibb müəssisələrində  (şəhər və rayon kliniki 

doğum evləri) aparılmalıdır. 

Əgər doğuş  fəaliyyəti başlanıbsa, qarşısını tokolitiklər təyin 

etməklə almaq lazımdır ki, hamiləni II və ya III səviyyəli tibb 

müəssisəsinə çatdırmaq imkanı olsun.  


 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

11

Hamiləlik müddətinin ağciyərlərin yetişkənliyi müddətini 



üstələmədiyi hallarda hamilə qadının köçürülməsindən  əvvəl 

yenidoğulmuşun respirator distress sindromunun profilaktikası 

məqsədilə kortikosteroidlər təyin olunmalıdır.  

MÜALİCƏ 

I. Kortikosteroidlərin antenatal təyini (A) 

Yarımçıq yenidoğulmuşların  əsas ciddi ağırlaşması olan dölün 

respirator distress sindromu neonatal xəstələnmənin və neonatal 

ölümün  əsas səbəbidir. Bu ağırlaşma yenidoğulmuşların intensiv 

terapiyasının qiymətini yüksəldir. 

Dölün respirator distress sindromunun profilaktikası hamiləliyin 

28-ci həftəsindən 34-cü həftəsinə qədər doğuş fəaliyyəti başlandıqda 

aparılır.  

Kortikosteroidlərlə müalicə sxemi: 

 



hər biri 12 mq olmaqla 24 saatdan bir əzələ daxili yeridilən 2 

doza betametazon – ümumu doza – 24 mq 

 

hər biri 6 mq olmaqla 12 saatdan bir əzələ daxili yeridilən 4 doza 



deksametazon – ümumu doza – 24 mq 

Vaxtından əvvəl doğuş təhlükəsi olan hamilə qadınlara antenatal 

dövrdə 24 mq betametazon və ya 24 mq deksametazon yeridilməsi 

aşağıdakı göstəricilərin kifayət dərəcədə enməsi ilə müşayiət olunur 



(A): 

 



neonatal ölüm 

 



dölün respirator distress sindromu 

 



mədəcikdaxili qansızmalar 

 



nekrozlaşdırıcı enterokolit 

 



həyatın ilk 48 saatı ərzində sistem infeksiyaların inkişafı 

 



açıq arterial axacaq 

 



bronx-ağciyər displaziyası 

Kortikosteroidlərin təyininə  əks göstərişlər: xorioamnionit, 

vərəm, kəskin infeksiya, şəkərli diabet, kəskin böyrək çatişmazlığı, 

Kuşinq sindromu, osteoporoz, porfiriya. 



Doğuş  fəaliyyəti qeyd olunmadığı halda kortikosteroidlərin 

təkrar və profilaktik yeridilməsi tövsiyə olunmur! 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

12

II. Tokoliz 

Uşaqlığın yığılma fəaliyyəti qeyd olunan hamilə qadınlara  

kortikosteroidlərin yeridilməsi və hamiləliyin müddətindən asılı 

olaraq stasionar yardımın II və III səviyyəli tibb müəssisələrinə 

çatdırılması  məqsədilə hamiləliyin 48 saat ərzində uzadılması üçün 

tokolitik terapiya təyin olunur (A). 

 



Ca kanallarının blokatorları (nifedipin). Tokoliz məqsədilə daha 

çox aşağıdakı sxem üzrə  təyin olunur: birinci saat ərzində 

sancılar bitənə qədər hər 15 dəqiqədən bir 10 mq sublinqval, daha 

sonra uşaqlıq yığılmalarının aktivliyindən asılı olaraq sutkada 60-

160 mq. 

Əks təsiri: 

 

Ürək-damar sistemi tərəfindən: baş  ağrısı, üzün qızarması, 



topuqların ödemi; nadir hallarda – ortostatik hipotenziya, 

ürək ritminin pozğunluqları, döş qəfəsində ağrılar 

 

MSS tərəfindən: nadir hallarda – baş gicəllənmə, yüksək 



yorğunluq 

 



Həzm sistemi: nadir hallarda – ürəkbulanma, gıcqırma, 

qəbizlik, diarreya 

 

Allergik reaksiya: nadir hallarda – dəridə səpgilər, qaşıntı 



 

Digər: nadir hallarda – əzələ qıcolmaları 



Əks-göstərişlər: 

 



Kardiogen şok 

 



Porfiriya 

 



Nəzərə çarpan aortal stenoz 

 



Arterial hipotenziya 

 



Kollaps 

 



Dekompensasiya mərhələsində olan ağır ürək çatışmazlığı 

 



Kəskin miokard infarktı 

 



Hamiləlik 

 



Laktasiya (döşlə əmizdirmə) 

 



Uşaq və yeniyetmə dövrü (18 yaşına qədər) 

 



Nifedipin və bu preparatın digər komponentlərinə yüksək 

həssaslıq olduqda 

 

Dihidropiridinlərə yüksək həssaslıq 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

13



 

b-mimetik adrenergik preparatlar (ginipral). Tokolizin aparılması 

üçün ginipral müalicənin  əvvəlində bolyusla 10 mkq dozada, 

daha sonra isə 500 ml fizioloji məhlulda dəqiqədə 0,3 mkq 

sürətlə vena daxili çox yavaş sürətlə (dəqiqədə 6-8 damcı) 

infuziya şəklində yeridilir. Tokoliz 48 saat ərzində aparılmalıdır. 

Ginipralın vena daxili yeridilməsi zamanı ürəkdöyünmə, tremor, 

nevroz vəziyyəti, narahatlıq, aritmiya, ağciyərlərin ödemi kimi əlavə 

təsirlər müşahidə oluna bilər. Ana tərəfindən b-mimetiklərin təyin 

olunmasına  əks-göstərişlərə ürək xəstəlikləri, hipertireoz, arterial 

hipertenziya, bronxial astma, şəkərli diabet, xroniki böyrək və 

qaraciyər çatışmazlığı daxildir. 



Maqnezium sulfat – vaxtından  əvvəl doğuşların qarşısının 

alınmasında və ya hamiləliyin uzadılmasında effektsizdir və onun 

istifadəsi uşaq ölümünün yüksəlməsi ilə bağlıdır.(A) 

III. Antibiotiklərin istifadəsi. 

Dölyanı mayenin vaxtından  əvvəl yırtılması zamanı tövsiyə 

edilən sxemlər: 

 



Eritromisin 250 mq per os 10 gün ərzində 

 



Eritromisin 250 mq per os gündə 3 dəfə 7 gün + amoksisillin 500 

mq per os gündə 3 dəfə 7 gün 

Doğuş zamanı profilaktik məqsədlə tövsiyə olunan sxem: 

 



Doğuş  fəaliyyətinin başlanmasından dərhal sonra 2,4 qr 

benzilpenisillin və daha sonra doğuş başa çatana qədər hər 4 

saatdan bir 1,2 qr benzilpenisillin 

və ya 


2 qr ampisillin əzələ daxili doğuş  fəaliyyəti başlanandan dərhal 

sonra və sonra doğuş başa çatana qədər hər 4 saatdan bir 

 

Doğuş fəaliyyətinin başlanmasından dərhal sonra 2 qr ampisillin 



və daha sonra doğuş başa çatana qədər hər 4 saatdan bir 1 qr 

ampisillin. 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

14

Göstərilən preparatlara qarşı allergik reaksiya qeyd olunduğu 



təqdirdə: 

 



Doğuş  fəaliyyətinin başlanmasından dərhal sonra 900 mq 

klindamisin və daha sonra bu dərmanı doğuş başa çatana qədər 

hər 8 saatdan bir. 

 



Doğuş  fəaliyyətinin başlanmasından dərhal sonra 500 mq 

eritromisin və daha sonra bu dərmanı doğuş başa çatana qədər hər 

6 saatdan bir. 

Antibiotiklərin istifadəsi: 

 



Anada olan infeksiyaların tezliyini azaldır. 

 



Yenidoğulmuşlarda nekrozlaşdırıcı enterokolitlərin tezliyini 

azaldır. 

Geniş təsir spektrli antibiotiklər də daxil olmaqla digər antibiotiklər 

qram-mənfi mikroorqanizmlər tərəfindən törədilən  erkən neonatal 

sepsisin potensial inkişaf riski səbəbindən istifadə edilməməlidir. 

Dölyanı qişaların vaxtından  əvvəl yırtılması zamanı  tövsiyə 

edilən antibiotiklərin istifadəsi: 

 



Doğuşun latent fazasını uzadır 

 



Neonatal infeksiyanın tezliyini azaldır 

 



Anada olan infeksiyaların tezliyini azaldır. 

 



Surfaktant və oksigen terapiyasının aparılma zərurətini azaldır. 

 



USM zamanı yenidoğulmuşlarda aşkar olunan mərkəzi sinir 

sistemi patologiyasının tezliyini azaldır. 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

15

Vaxtından əvvəl doğuşların aparılması 

 

Vaxtından  əvvəl doğuşların aparıldığı yer əvvəlcədən təcili 



yardımın göstərilməsi üçün hazırlanmalı  və lazımi avadanlıqla 

təchiz olunmalıdır, otaqda temperatur 28°C olmalıdır. 

 

Çox erkən vaxtından qabaq doğuşlar zamanı hamilə qadının 



doğuşu yenidoğulmuşa intensiv terapiyanın aparılması üçün 

şəraitin olduğu doğum evində aparılmalıdır. 

 

Döl sağrı  gəlişində  və  çəkisi 1500-2000 qr olduqda doğuş çox 



hallarda cərrahi yolla başa çatdırılır. Baş  gəlişi və dölün 

bətndaxili inkişafının ləngiməsi simptomları olmadıqda doğuş 

təbii yolla başa çatdırıla bilər (C) . 

 



Ən yaxşı analgeziya epidural anesteziya sayılır, belə ki, bu üsul 

doğuş yolları əzələlərinin maksimal boşalmasına səbəb olur. Eyni 

zamanda dölün depressiyasına səbəb ola biləcək dərman 

preparatlarının ciftdən keçmə ehtimalını azaldır. 

 



 



Vaxtından  əvvəl doğuşlar zamanı epiziotomiyanın rutin 

istifadəsinin effektivliyi sübut olunmamışdır. 



 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

16

Ədəbiyyat: 

1.

 

Management of preterm labor. American College of 



Obstetricians and Gynecologists - Medical Specialty Society. 

2003 May (reaffirmed 2008).  9 pages.  NGC:003130 

2.

 

Management of labor. Institute for Clinical Systems 



Improvement - Private Non-profit Organization. 2005 Oct 

(revised 2009 May).  60 pages.  NGC:007362 

3.

 

Management of labor. Institute for Clinical Systems 



Improvement - Private Non-profit Organization. 2005 Oct 

(revised 2009 May).  60 pages.  NGC:007362 

4.

 

Premature rupture of membranes. American College of 



Obstetricians and Gynecologists - Medical Specialty Society.  

1998 Jun (revised 2007 Apr).  13 pages.  NGC:005695 

5.

 

Screening for bacterial vaginosis in pregnancy to prevent preterm 



delivery: U.S. Preventive Services Task Force Recommendation 

Statement. U.S. Preventive Services Task Force - Independent 



Expert Panel.  1996 (revised 2008).  17 pages.  NGC:006227 

 

Yüklə 125,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin