Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Sərbəst İş Tələbə



Yüklə 46,6 Kb.
tarix22.05.2023
ölçüsü46,6 Kb.
#119267
Fiziologiya


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Sərbəst İş

Tələbə: Novruzov Ayatxan
Müəllim: Musayeva Nailə
İxtisas: Ağırlıqqaldırma
Qrup: 211A1
Mövzu: Fiziologiya elminin tarixi

Fiziologiya elminin tarixi
Fiziologiya— (bilik sözlərinin birləşməsindən əmələ gəlmişdir) — müxtəlif səviyyəli bioloji sistemlərin fəaliyyəti və tənzimlənməsi, həyati proseslərin normadakı sərhədlərini (bax:normal fiziologiya) və onlardan kənaraçıxmaları (bax:patofiziologiya) öyrənən elm. Fiziologiya canlı orqanizm və onun həyat fəaliyyəti haqqında olan elmdir . Fiziologiya canlı orqanizmin fəaliyyətlərinin icra mexanizmini açmaqla, onlar arasındakı əlaqəni, təkamülünü və fərdi inkişaf proseslərini öyrənir . Fiziologiyanın öyrənmə obyekti canlı orqanizmdir . Bioloji elmlərə aid olub, bütöv orqanizmin və onu təşkil edən orqan,toxuma və hüceyrələrin struktur elementlərinin həyat fəaliyyətinin, bu fəaliyyətin səbəb və mexanizmlərini müəyyən etməklə orqanizm ilə xarici mühit arasındakı əlaqəni öyrənir. Fiziologiyanın " sərbəst elm sahəsindən ibarətdir. Fiziologiyanın iki sərbəst elm sahəsindən ibarətdir.Bitki fiziologiyası, İnsan və heyvan fiziologiyası. Qədim fiziologiyanın inkişafı –Fizilogiyanın tarixi çox qədimdir. Onun əsasını eramizdan əvvəl Çində, Hindistanda, Yunanistanda və s. yaşamış filosoflar və həkimlərin anatomiyası və fiziologiyaya aid bəzi təsəvvürləri təşkil edir. Eramizdan 400 il əvvəl yaşamış Hipokrat (460–377) təbabətə aid qiymətli məlumatlar vermişdir. O, insanın bədən quruluşunu , kəllənin örtük sümüklərini öyrənmiş , bəzi cərrahi əməliyyatlar aparmış , şişlərin və çıxıqların müalicə üsullarını göstərmişdir. Azərbaycan fiziologiyasının inkişafı. Azərbaycan fiziologiya məktəbin təşkilində və ilk fizioloqların hazırlanmasında Pavel Yuryevic Rostovsev 1877-ci il Moskva da anadan olmuşdur. O ,1901 ci ildə Peterburq Hərbi –Tibb akademyasını bitirdikdən sonra fiziologiya kafedrasında əmək fəaliyyətinə başlamışdır. Dünyada qədimdən başlayaraq tarixin ayrı-ayrı inkişaf dövrlərində, tələbat və şəraitdən asılı olaraq, fizioloji fikirlər öz həqiqi inkişaf yolunu tapa bilmişdir. Azərbaycanda da fizioloji fikirlərin meydana gəlməsi və inkişafı müəyyən mərhələ keçmişdir.Bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da fiziologiya elmi ancaq XX əsrin birinci yarısından inkişafa başlamışdır.Bakıda universitet təsis olmamışdan qabaq, azərbaycanlılardan fiziologiya sahəsi ilə maraqlananlar və bu elmə dair tədqiqat işi aparanlar olmuşdur.
Belələrinə Mirzə Məhəmməd Təbrizini (1805 - 1885), İ. İbrahimovu, H.Zərdabini (1837 - 1907) və Ə.Hüseynzadəni misal göstərmək olar.İ. İbrahimov Xarkov universitetinin rus fizioloqu və bioloqlarından V.İ. Danilevskinin (1832 - 1939) laboratoriyasında elektro-fiziologiya sahəsinə dair elmitədqiqat işi aparmışdır. Onun 1891-ci ildə tamamlanmış işi - «Kimoduktor vasitəsilə elektriklə qıcıqlanmanın yeni üsulu» adlı məqalədə çap edilmişdir.Y.Hüseynzadə bir müddət Peterburq universitetinin professoru məşhur rus fizioloqu N.Y. Vadenskinin (1852 - 1922) yanında işləmişdir. Azərbaycanda biologiya elmləri, o cümlədən fiziologiya elminin inkişafı sahəsində H.Zərdabinin də böyük xidməti olmuşdur.Bakıda Universitet təsis olunaraq tibb fakültəsi açılmış və orada 1919 - 20-ci dərs ilinin yazında fiziologiya fənni tədris olunmağa başladı.1926-cı ildə universitetin tibb fakültəsinin fiziologiya kafedrasında laborant vəzifəsinə universiteti 1925-ci ildə bitirmiş müəllim-həkim A.Əmirov (1880 1945) və universietin 1926-cı il məzunlarından həkim Q.Qəmbəroğlu irəli çəkilmişdir.Professor Q.Qəmbəroğlu «Qara ciyərin qanın laxtalanma prosesində rolu»nu, A.Əmirov isə «Qara ciyərin funksiyasının pozulmasından asılı olaraq əzələdə qlikogenin sərfi»ni yoxlamalı idi.Universiteti 1926-cı ildə bitirmiş və elmə h əvəsi olan tələbələrdən bir qrup gəncin arzusunu nəzərə alaraq Maarif Komisssarlığı onları tibb fakültəsinin müxtəlif kafedralarına işə göndərdi. Onlardan M.Qaşqay (patofiziologiya kafedrasının müdiri) prof. N.Uşinski, K.Balakişiyev (anatomiya kafedrasının müdiri), prof. Anserov və başqalarını göstərmək olar.1929-cu ildə universitetin pedaqoji fakültəsinin təbiyyat şöbəsinin məzunlarından S.Ocaxverdizadə (Azərbaycan Tibb İnstitutunun fiziologiya kafedrasının professoru), 1930-cu ildə A.Qarayev (1910 - 1969), İ.Hacıyev və Z.Muğanlinskaya fiziologiya kafedrasına elmi işçi kimi cəlb olunmuşlar. Kafedranın müdiri prof. Rostovsevin tövsiyyəsi ilə onlar əvvəlcə kafedrada laborant, sonra isə assistent vəzifəsi daşımışlar.

Tibb fakültəsində adları çəkilən mütəxəssislərdən mərhum A.Qarayev istedad və çalışqanlığı sayəsində qısa müddətdə fiziologiya elminin dərinliklərinə yiyələnməklə akademik adına qədər yüksəldi. Azərbaycanda fiziologiya sahəsində çalışan alimlərin və yeniyetmələrin çoxu onun laboratoriyasının yetişdirməsidir.Azərbaycan dilində fiziologiyanın tədrisi A. Əmirov və Q.Qənbəroğluna tapşırıldı. Q.Qənbəroğlu həm də universitetdə rus dilində fiziologiyadan dərs deyən ilk Azərbaycanlı ali məktəb müəllimi olmuşdur.1939-cu ildə yenidən təsis olunmuş universitetin (S.M. Kirov adına) insan və heyvan fiziologiyası kafedrasına yeni gənc kadrlar cəlb olundu. Onlardan Nəsirov və başqalarının adlarını qeyd etmək olar. Azərbaycan Tibb İnstitutunun insan fiziologiyası kafedrasında isə Z.Məmmədova, M.Mustafayev, Q.Abayev, Q.Əzizbəyova və başqaları işləməyə başladılar.Azərbaycanda fiziologiya elminin inkişafında S.M. Kirov adına (Bakıda) kurortologiya və fiziki müalicə metodları elmi-tədqiqat institutu nəzdində eksperimental fiziologiya laboratoriyasının təşkil edilməsi müəyyən rol oynamışdır. Bu laboratoriyanın ilk müdiri A.Qarayev olmuşdur. Həmin müəssisənin əməkdaşları Azərbaycan kurortlarının, o cümlədən Naftalan neftinin müalicəvi əhəmiyyətini ətraflı surətdə öyrənə bilmişlər.1945-ci ildən 1948-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Eksperimental-Təbabət İnstitutu nəzdində iki fiziologiya laboratoriyası təsis edildi. Birinci laboratoriyada fiziologiyaya aid mühüm problemlər üzərində tədqiqat işləri aparıldı. İkinci laboratoriya təkamül fiziologiyası laboratoriyası olub. Ona M.Qaşqay (1896 - 1970) rəhbərlik edirdi.Azərbaycanda Sovet hakimiyyəti illərində bioloji elmlərlə yanaşı, tibb elminin əsasını təşkil edən fiziologiya elmi xüsusilə yaxşı inkişaf etmişdir.1955-ci ildə Azərbaycan EA Zoologiya İnstitutu nəzdində fiziologiya şöbəsi təsis edilmişdi. Bundan bir il sonra (1956-cı ildə) Azərbaycan SSR Elmlər Akademiyasında fiziologiya sektoru yaradıldı ki, ona akademik A.Qarayev başçılıq etdi. Sektorun üç: interereseptorları, kənd təsərrüfatı heyvanları və biofizika laboratoriyaları təşkil olundu. İnterereseptorlar laboratoriyasına məşhur rus fizioloqu V.İ. Çernikovski başçılıq edirdi.
Yüklə 46,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin