Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 224,37 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü224,37 Kb.
#39186
  1   2
babacan kimya 8 lab


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti

Fakültə:Energetika,elektrotexnika və avtomatika

Kafedra:Kimya

Fənn:Kimya



Laboratoriya işi № 8

İxtisas:Elektrik və elektronika mühəndisliyi

Kurs:I

Qrup:220a1



Tələbə:Axundov Babacan

Müəllim:Mirzəyeva Gülnaz

Mövzu:Xromun birləşmələri və xassələri

Xrom

Xrom yer qabığının çəki ilə 3,5×10-2%-ni təşkil edir. Onun təbiətdə ən çox yayılmış mineralları aşağıdakılardır:



FeO × Cr2O3 – Fe(CrO2)2 

xromit

Pb CrO4

krokait

FeS × Cr2S3

dobrelit



Alınması

Xrom 1797-ci ildə fransız alimi L.Vokelen tərəfindən kro­ko­it mineralının tərkibində kəşf edilmişdir. Lakin 1894-cü ildə Holdşmit tərəfindən alümotermiya üsulu ilə alınmışdır. Hal-hazırda xromu təmiz, həm də ferroxrom şəklində emal edirlər.

1. Xromiti elektrik sobalarında karbonla reluksiya etdikdə tərkibində 60-65%, xrom və 4-6% karbon olan xromun dəmirlə ərintisi – ferroxrom alınır ki, bundan polad növlərinin istehsalında istifadə olunur.

FeO × Cr2O3 + 4CO = + 4CO

Həmçinin, xromiti alüminiumla reduksiya etməklə tərki­bin­də karbon olmayan ferroxrom almaq mümkündür.

3Fe(CrO2)2 + 8Al = + 4Al2O3

2. Xrom təmiz halda alümotermiya üsulu ilə alınır və pro­ses aşağıdakı mərhələlər üzrə gedir:

4Fe(CrO2)2 + 8Na2CO3 + 7O2 = 8Na2CrO4 + 2Fe2O3 + 8CO2

2Na2CrO4 + H2SO4 = Na2Cr2O7 + Na2SO4 + H2O

Na2Cr2O7 + 2C = Cr2O3 + Na2CO3 + CO

və ya

Na2Cr2O7 + S = Cr2O3 + Na2SO4

Cr2O3 + 2Al = 2Cr + Al2O3

Xrom 3-oksidi silisiumla reduksiya etməklə də sərbəst me­tal alırlar:

2Cr2O3 + 3Si = 4Cr + 3SiO2.

Yüksək təmizliyə (99,8%) malik olan xrom elektroliz üsulu ilə alınır.



Xassələri

Xrom gümüşü-ağ rəngli parlaq, bərk və çətin əriyən metal­dır. İstiliyi və elektriki yaxşı keçirir. Sıxlığı 7,2 q/sm3, ərimə tem­peraturu 18550C, qaynama temperaturu isə 25700C-dir.

Xrom adi şəraitdə passiv olub, hava və suya qarşı müqavi­mə­ti yüksəkdir. Havada onun üzəri oksid təbəqəsi ilə örtülür ki, o da onu sonrakı oksidləşmədən qoruyur. Lakin közərmiş xrom su buxarı ilə qarşılıqlı təsirdə olur və hidrogen ayırır.

4Cr + 6H2O = 2Cr2O3 + 6H2

Xrom duru xlorid və sulfat turşularından hidrogeni çıxa­rır.

Cr + 2HCl = CrCl2 + H2­

Cr + H2SO4 = CrSO4 + H2­

Xromun ikivalentli duzları havanın oksigeni ilə asanlıqla oksidləşir.

4CrCl2 + 4HCl + O2 = 4CrCl3 + 2H2O

4CrSO4 + 2H2SO4 + O2 = 2Cr2(SO4)3 + 2H2O

Xrom qələvilərdə oksidləşdiricilərin iştirakı ilə həll olur.

Cr + 3KNO3 = 2KOH = K2CrO4 + 34KNO2 + H2O



Oksigenli birləşmələr

Xromun aşağıdakı oksidləri məlumdur:



.

a. Xrom 2-oksid xromun civə ilə ərintisinin oksigenlə ok­sid­ləşməsindən alınır. O, qara bərk maddə olub, 1000C-dən yüksək temperaturdu xrom 3-oksidə çevrilir və suda həll ol­mur.

4 CrO + O2 2Cr2O3.

Ona uyğun gələn xrom 2-hidroksid dolayı üsulla alınır.

CrCl2 + 2NaOH = Cr(OH)2 ¯ + 2NaCl

Xrom 2-oksid və xrom 2-hidroksid əsasi birləşmələrdir, turşu­larla müvafiq duzlar əmələ gətirir.

Cr(OH)2 + 2HNO3 = Cr(NO3)2 + H2O

b. Xrom 3-oksid yaşıl rəngli toz halında çətin əriyən mad­də olub suda və turşularda həll olmur. Onu aşağıdakı üsullar­la almaq olar.

K2Cr2O7 + 3C K2O + Cr2O3 + 3CO

K2Cr2O7 + S K2SO4 + Cr2O3

4Cr(NO3)3 2Cr2O3 + 12NO2 + 3O2

2Cr(OH)3 Cr2O3 + 3H2O

Laboratoriyada isə xrom 3-oksidi ammonium-bioxromat duzunu parçalamaqla alırlar.

(NH4)2Cr2O7 Cr2O3 + N2 + 4H2O

Xrom 3-oksid qələvilərdə və qələvi metalların karbonatları ilə əridildikdə, amfoter xassələi olduğundan müvafiq xromit­lə­rə çevrilir

Cr2O3 + 2KOH = 2KCrO2 + H2O

Cr2O3 + K2CO3 = 2KCrO2 + CO2

Xrom 3-oksid suda həll olmadığına görə onun uyğun hid­ro­­ksidini üçvalentli xrom duzlarına qələvilərlə təsir etməklə əl­də edirlər. O, bozumtul-yaşıl rəngli çöküntüdür, amfoter xas­sə­yə malikdir.

Cr2(SO4)3 + 3NaOH = 3Na2SO4 + 2Cr(OH)3 ¯

Cr(OH)3 + 3HCl = CrCl3 + 3H2O

Cr(OH)3 + NaOH = NaCrO2 + 2H2O (əridildikdə)

.

Cr(OH)3 + 3NaOH = Na3[Cr(OH)6] (məhlulda)

c. Xrom 6-oksid tünd qırmızı rəngli kristal maddə olub, zə­hərlidir. O, qüvvətli oksidləşdiricilər sırasına daxil olub, qız­dı­rıldıqda asanlıqla parçalanır.

4CrO3 2 Cr2O3 + 3O2 ­

Xrom 6-oksidi bixromit və xromatlara qatı H2SO4 turşusu ilə təsir etməklə əldə edirlər.

K2Cr2O7 + = K2SO4 + 2CrO3 + H2O

K2CrO4 + = K2SO4 + CrO3 + H2O

Xrom 6-oksid turşu oksidi olub suda yaxşı həll olaraq aşağı­da­kı turşularla çevrilir.

CrO3 + H2O = H2CrO4 – xromat turşusu

2CrO3 + H2O = H2Cr2O7 – bixromat turşusu

Xrom 6-oksid turşu xassəli olduğundan əsaslar, əsasi ok­sid­lərlə qarşılıqlı təsirdə olub, müvafiq xromatlara çevrilir.

CrO3 + 2NaOH = Na2CrO4 + H2O

CrO3 + Ca(OH)2 + CaCrO4 + H2O

CrO3 + BaO = BaCrO4

Xromat və bixromat turşuları yalnız məhlulda məlumdur. lakin duzları davamlı birləşmələr olub, xromat və bixromatlar adlanırlar. Mühitin pH-dan asılı olaraq xromatlar və bixro­mat­lar bir-birinə çevrilirlər. Turş mühitdə xromatlar bixro­mat­lara çevril­diyindən məhlulun sarı rəngi narıncı rəngə çev­rilir.

2K2CrO4 + 2HCl = K2Cr2O7 + 2KCl + H2O

2K2CrO4 + H2SO4 = K2Cr2O7 + K2SO4 + H2O

Əsasi mühitdə isə bixromatlar xromatlara çevrildiyindən məhlulun narıncı rəngi sarı rəngə çevrilir.

K2Cr2O7 + 2KOH = 2K2CrO4 + 2H2O

Xromat və bixromatlar turş mühitdə qüvvətli oksid­ləşdi­ri­ci­lərdir.








Yüklə 224,37 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin