Azərbaycan Respublikası Təhsil Nazirliyi
Qərbi Kaspi Universitetinin Kolleci
İstehsalat Təcrübəsinin hesabatı
Tələbə: Axundzadə Fatimə
İxtisas: Aqrar (fermer) təsərrüfatının təşkili
Mövzu: Tərəvəz bitkilərinin əsas virus xəstəlikləri
Qrup: 1801/0
Tədris ili: 2022/2023
Müəllim: Zeynallı Rəşad
Bakı-2023
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu
Respublikada tərəvəzçilik sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış institutut. Direktoru Elmar Allahverdiyevdir. 1965-ci ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda fəaliyyət göstərən tərəvəz bitkiləri şöbəsinin bаzаsında Tərəvəzçilik Elmi Tədqiqat Institutu yaradıldı və 3 təcrübə stansiyаsi (Lənkəran TS-faraş tərəvəzçilik zonası, Qusarçay TS - inkişaf etmiş konserv sənayesi zonası, Tovuz TS-kartofçuluq zonası), 1 dayaq məntəqəsi (Şəmkir Dayaq Məntəqəsi-yüksək kеyfiyyətli toxumluq kartof məhsulunun alınması zonası) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron yardımçı təcrübə təsərrüfatı) onun sərəncamına verildi.
Institut yarandığı vaxtdan bir sıra nailiyyətlərin aparıcısı olmuşdur. İnstitutun seleksiyaçı alimləri tərəfindən tərəvəz, bostan və kartofun 100-ə qədər sortu yaradılmışdır ki, onlardan 38-i rayonlaşdırılmış, 10 sort isə Sеlеksiyа Nаiliyyətlərinin Sınağı üzrə Dövlət Kоmissiyаsında sınaqdan keçirilir.Az.ETTİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları, 8 Regional Elm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar, Radiobiologiya, Aqrokimya və Torpaqşünaslıq, Zoologiya İnstitutlаrı, Bakı Dövlət Universiteti, Özbəkistan Elmi-Tədqiqat Tərəvəzçilik, Bostançılıq və Kartofçuluq İnstitutu, Qazaxıstan Elmi-Tədqiqat Kartofçuluq və Tərəvəzçilik Institutu ilə əməkdaşlıq edir. İnstitut yarandığı vaxtdan bu günə qədər, genefondda toplanmış müxtəlif tərəvəz, bostan və kartof bitkilərinin 6000-dən çox yerli və xarici mənşəli kolleksiya nümunələri öyrənilmiş, qiymətləndirilmiş və seleksiya məqsədləri üçün seçilmişdir.
İnstitutun tabeli qurumlarında tərəvəz, bostan və kartof sortlarının məhsuldarlığının artırılması istiqamətində aparılmış elmi-tədqiqat işlərinin nəticəsi olaraq, yeni sortların, ailələrin və təmiz xətlərin yaradılmasına, yeni texnologiyaların tətbiqinə, zərərverici və xəstəliklər kompleksinə qarşı əlverişli mübarizə tədbirlərinə, məhsulların saxlanması və emalına aid yeni, səmərəli təkliflər işlənib hazırlanaraq fermerlərə təklif olunmuşdur.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun beş tabeli qurumu möcuddur ki, bunlarda da tərəvəzçilik, bostançılıq və kartofçuluğun müxtəlif istiqamətlərində elmi-tədqiqat, toxumçuluq və adaptasiya işləri həyata keçirilir. Bu təcrübə mərkəzlərində yerləşdiyi bölgəyə uyğun olaraq sortların seçilməsi, onların toxumçuluq işlərinin təşkil olunması, təbliği və yerli fermerlərə elmi-metodiki dəstəyin verilməsi həyata keçirilir.
2005-ci ildən Az ETTİ Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC, Tayvan) və Beynəlxalq Kartofçuluq Mərkəzi (CIP, Peru) ilə əməkdaşlıq edir.
Dünyanın müxtəlif ölkələrində (ABŞ, İngiltərə, Hollandiya, Avstraliya, Rusiya, Çin, Fransa, Türkiyə, İran, Hindistan, Yaponiya, Peru, Tayvan, Israil, Almaniya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və s.) yerləşən Universitetlərin, elmi mərkəzlərin, şirkətlərin və s. təşkilatların nümayəndələri ET Tərəvəzçilik Institutunda olmuşlar.
Eyni zamanda, institutun əməkdaşları müxtəlif xarici ölkələrdə (Polşa, İsrail, Misir, Türkiyə, Rusiya, Hindistan, Macarıstan, Tayvan, Cənubi Koreya və s.) keçirilən beynəlxalq konfranslarda, treninqlərdə iştirak edir, elmi təcrübə və kolleksiya materiallarının mübadiləsi aparılır.
Tərəvəzlərin bir neçəsi hansı virusa tutulur
Virusların çoxaldılması və yayılması.
Virusa tutulan bitkinin müalicəsi və sağalması
Virusların xarekterikası.
Virusların qarşısı alınması.
Viruslar haqqında ümumi məlumat.
Bitki xəstəlikləri və onlara qarşı mübarizə üsulları.
Dostları ilə paylaş: |