Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin



Yüklə 23,74 Kb.
səhifə1/3
tarix03.11.2022
ölçüsü23,74 Kb.
#67221
növüYazı
  1   2   3
Azərbaycan dili-3




AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ-nin
nəzdində
BAKI NEFT – ENERGETİKA KOLLECİ

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən




Təqdimat
Rəsmi-işgüzar yazılı nitqin növləri: etibarnamə, ərizə, xasiyyətnamə
İxtisas: Mühasibat uçotu
Qrup: 406/1
Tələbə: İsayev Rəvan
Müəllim: Əsgərova Fatma

Bakı 2022
MÜNDƏRİCAT

Giriş

  1. Rəsmi-işgüzar yazılı nitqin növləri: etibarnamə, ərizə, xasiyyətnamə.......................................................................................səh.1

2. Plan
Plan 1: “Etibarnamə” haqqında ümumi məlumat................................səh. 2
Plan 2: “Ərizə” haqqında ümumi məlumat.........................................səh. 3
Plan 3: “Xasiyyətnamə” haqqında ümumi məlumat...........................səh. 4
3. İstifadə olunan ədəbiyyatların siyahısı:...........................................səh. 6

GİRİŞ
Cəmiyyətdə rəsmi münasibətləri bildirmək üçün yazılan dövlət sənədlərinin üslubu rəsmi üslub adlanır. Buraya bütün dövlət sənədlərinin – protokol, akt, nota, əmr, qərar, bəyanat, qətnamə və s. sənədlərin dili daxildir.
Azərbaycan ədəbi dilinin rəsmi üslubu əsasən XIX əsrdə, yəni milli ədəbi dilin sabitləşməsi dövründə formalaşmağa başlamışdır.
Rəsmi üslubda yazılan sənədlərdə fikrin konkret şəkildə izahı tələb olunur. Buna görə həmin üslub üçün aşağıdakı cəhətlər xarakterikdir:
a) hər bir məsələ aydın və olduqca qısa izah edilir;
b) artıq və lüzumsuz sözlərə, təkrarlara, bədii vasitələrə yer verilmir;
c) ikimənalılığa, dolaşıqlığa yol verməmək üçün hər bir anlayışa dair dəqiq terminlər seçilir.
d) hər hansı bir məfhumun izahı üçün ədəbi dilin qrammatik normalarına düzgün riayət olunur;
e) ştamp xarakterli xüsusi tərkiblərdən, ifadələrdən geniş istifadə olunur.
Ədəbi dilin üslubları cəmiyyətin inkişafı ilə əlaqədar olaraq dəyişir və inkişaf edir. Sovet dövründə Azərbaycan ədəbi dilinin üslubları hər cəhətdən geniş inkişaf etmişdir və indi də bu iş davam edir.Yazılı dil informasiyaların rəsmiyyət tələb etdiyi bir şəraitdə meydana çıxmışdır. Yazılı dilin vəzifəsi informasiyaların dəqiq, aydın, ardıcıl, məntiqli və variantsız ötürülməsindən, yayılmasından və çatdırılmasından ibarətdir. Yazılı dilin tətbiq edilməsi əlifbanın yaradılması dövründən başlayır. Yazılı dilin əsas prinsipini vahid normalılığa malik olmaqdan ibarətdir. Yazılı dilin qaydaları danışıq dili üzrə formalaşmış ənənəvi normalara və sabitlik üzrə dil strukturuna məxsus icbari normalara əsaslanır. Yazılı dildə icbariliyin tətbiqi informasiya mübadiləsinin davamlı olması normalarda pərakəndəliliyin baş verməsi tələbinə əsaslanır. Danışıq dili səviyyəsində yaranmış bədii nümunələrin yazıya alınması onların vahid yazı üslubu qaydasında mənimsənilməsi və saxlanması məqsədinə xidmət edir. Yazı və yazılı dilin normaları elmi, rəsmi-işgüzar, publisistik və bədii üsluba tətbiq edilir.

Yüklə 23,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin