Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin



Yüklə 23,74 Kb.
səhifə3/3
tarix03.11.2022
ölçüsü23,74 Kb.
#67221
növüYazı
1   2   3
Azərbaycan dili-3

Etibarnamənin forması. Etibarnamənin (xüsusən də baş etibarnamənin) xüsusi forması olur və notarius tərəfindən təsdiq edilir. Birdəfəlik etibarnamədə vərəqin ortasında «Etibarnamə» sözü yazılır. Aşağıdakı sətirdə sol tərəfdə etibarnamənin yazıldığı şəhər, həmin sətirdə, vərəqin sağ tərəfində etibarnamənin verildiyi tarix göstərilir. Etibarnamənin məzmunu qurtardıqdan sonra etibar edən şəxs onu imzalayır. Əgər tərəflər bir müəssisədəndirlərsə, müəssisənin kadrlar şöbəsinin rəisi və ya rəhbəri tərəfindən, əgər tərəflərlər müxtəlif idarə və təşkilatlara aiddirlərsə, onda etibarnaməni notarius təsdiq edir.

Plan 2: “Ərizə” haqqında ümumi məlumat
Müraciət etmək, "ərz" mənasında işlənir. Ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir.
Ərizəyə verilən tələblər aşağıdakılardır:

  • Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır.

  • Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır.

  • Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır.

  • Ərizənin sonunda gün, ay, il və ərizəçinin şəxsi imzası qoyulmalıdır.

Ərizənin yazılış forması belədir:

  • Vərəqin əvvəlində, abzasdan böyük hərflə təşkilatın və kimə müraciət edilirsə, onun vəzifəsi, adı, atasının adı və soyadı qeyd olunur.

  • Sətrin 1/2 hissəsi həcmində sağ tərəfdə ərizəçinin adı, soyadı və atasının adı göstərilir.

  • Vərəqin ortasında böyük hərflə "Ərizə" sözü yazılır.

  • Təzə sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur.

  • Ərizənin sonunda imza qoyulur və onun yazılma tarixi göstərilir


Plan 3: “Xasiyyətnamə” haqqında ümumi məlumat
“Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir edən rəsmi sənəd və ya xarakteristikadır.
Xasiyyətnamənin islənmə dairəsi genişdir. Sədr, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb olunduqda hər hansı şəxs haqqında xasiyyətnamə verilir. Belə xasiyyətnamə əməli yazı növü kimi rəsmi üslubda yazılır. Əvvəlki xasiyyətnamələrdə səxsin partiyalılığı, partiya cəzası olması, siyasi dəyanəti xasiyyətnamədə mütləq öz əksini tapmalı idi. Buna görə də xasiyyətnaməni partiya təşkilatı katibi də imzalamalı idi. Xasiyyətnamə belə bir cümlə ilə qurtarırdı: “Siyasi cəhətdən dəyanətlidir (dəyanətli deyil)”.
Müasir xasiyyətnamələr daha demokratik, daha sadədir. Xasiyyətnaməni yalnız müəssisə rəhbəri və həmkarlar təşkilatının sədri imzalayır. Böyük müəssisələrdə xasiyyətnaməni şöbə müdiri tərtib edir. Xasiyyətnamədə asagidakılar öz əksini tapmalıdır:

  • şəxsin təvəllüdü;

  • vəzifəsi;

  • milliyyəti;

  • ailə vəziyyəti;

  • idarə və müəssisədəki əmək fəaliyyəti;

  • stajı;

  • əxlaqi-mənəvi keyfiyyəti;

  • öz vəzifəsinə münasibəti.

Xasiyyətnamə rəsmi sənəd oldugu üçün o, rəsmi üslubda yazılmalı, xasiyyətnamə alan adamın müsbət və mənfi cəhətləri rəsmi dillə ifadə olunmalıdır. Heç bir emosional ifadəyə, bənzətmələrə yol vermək olmaz (Məsələn, Zalım oglu Səhərdən axsama qədər dəzgah arxasında yoruldum demədən isləyir – kimi cümlələr xasiyyətnamə üçün yolverilməzdir).
Xasiyyətnamənin yazılmasına verilən tələblər aşağıdakılardır:
1. Dövlət sənədi kimi xasiyyətnaməni idarə rəhbəri verir.
2. Xasiyyətnamədə bu və ya digər səxsin ictimai fəaliyyəti, əxlaqı və siyasi keyfiyyətləri obyektiv səkildə ardıcıl sadalanır.
3. Xasiyyətnamədə kimə, kimdən və haraya təqdim olunması göstərilir.
4. Dövlətə əhəmiyyətli bəzi xasiyyətnamələr müzakirə olunur.
5. Xasiyyətnamələr vahid formada yazılır.
6. Xasiyytnamənin həcmi 1-2 səhifədən artıq olmur.
7. Xasiyyətnaməni ən azı iki məsul səxs imzalayır və müəssisənin möhürü vurulur.

ƏDƏBİYYAT




  1. Vəliyulla Cəfərov “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”.

  2. Abdullayev, A. Nitq mədəniyyəti və natiqlik məharəti haqqında. Bakı, 1965

  3. Əbdülhəsənli, T., Hüseynova А. İşgüzar Azərbaycan dili. Bakı, 2006.

Yüklə 23,74 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin