Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ C. Cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 0,92 Mb.
səhifə1/9
tarix26.12.2016
ölçüsü0,92 Mb.
#3613
  1   2   3   4   5   6   7   8   9

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ



C. CABBARLI ADINA RESPUBLİKA GƏNCLƏR KİTABXANASININ

İNFORMASİYA-BİBLİOQRAFİYA ŞÖBƏSİ



20 YANVAR- ŞƏRƏF VƏ QÜRUR GÜNÜMÜZ

Biblioqrafik icmal



BAKI – 2016

20 Yanvar- Şərəf və Qürur Günümüz!

(Ümumxalq hüzn günü ilə əlaqədar icmal)

Tarixdə elə hadisələr olur ki, baş verən kimi tarix olur. Öz adıyla, öz ünvanıyla qırmızı və ya qara xətlə tarix səhifəsinə, eləcə də xalqın qan yaddaşına həkk olunur. Azərbaycan tarixinin belə səhifələrindən biri 1990-cı ildə erməni-rus hərbi birləşmələrinin xalqınıza qarşı xüsusi amansızlıqla törətdiyi 20 Yanvar faciəsidir. Bəs əslində həmin gecə nə baş vermişdi?



Yanvarın 20-də qanlı sovet rejimi Azərbaycan xalqına qarşı əvvəlcədən düşünülmüş və plan-laşdırılmış dəhşətli qırğın aktı həyata keçirdi. Dinc əhaliyə qarşı tarixdə misli görünməmiş cinayət törədildi: dövlət öz vətəndaşlarına - əliyalın mülki əhaliyə, o cümlədən uşaqlara, qadınlara, qocalara silah qaldırdı. Ən adi və qanuni hüquqlarının pozulmasına - müqəddəs Vətən torpağı olan Dağlıq Qarabağın zorla əlindən qoparılıb alınmasına dinc yolla etiraz edən əhaliyə qəddarcasına divan tutuldu. Azərbaycanın paytaxtında və rayonlarda qan su yerinə axıdıldı. Bu dəhşətli hərbi cinayəti həyata keçirməzdən bir neçə gün əvvəl DTK-nın təxribat maşını işə salındı, «xüsusi hazırlıq işləri» görüldü: xəstəxanalar boşaldıldı, Bakıda xidmət edən rus zabitlərinin ailələri ölkədən çıxarıldı. Milliyyətcə rus olan əhalinin nümayəndələri ölkəni tərk etməyə başladı, süni surətdə «rus qaçqınları» problemi yaradıldı. Rəsmi dairələr kütləvi informasiya vasitələri ilə çıxış edib xalqı aldatdılar ki, Bakıya heç bir ordu hissələri yeridilməyəcək. Qırğından bir neçə saat əvvəl isə Azərbaycan televiziyasının enerji bloku rus hərbçiləri tərəfindən partladıldı. Xalqın ölkə daxilində və xarici aləmlə informasiya əlaqəsi kəsildi. Və əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, qəflətən Yanvarın 19-dan 20-nə keçən gecə Qorbaçovun göstərişi, güc nazirləri Yazov, Bakatin və Kryuçkovun bilavasitə başçılığı ilə müxtəlif növ ordu hissələri Bakıya yeridildi. Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Beləliklə, Rusiya imperiyasının və çarizmin milli münaqişələr və qırğınlar törətmək sahəsindəki «zəngin» tarixi təcrübəsi də 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı törədilən qırğın zamanı, bütünlüklə nəzərə alınmışdı. İşğalçı sovet ordusu Bakı qırğını zamanı bir sıra taktiki «yeniliklər» də tətbiq etdi. Zirehli hərbi texnikanın müşayiəti ilə həyata keçirilən bütün hücum istiqamətlərində qəflətən işıqlar söndürüldü. Öz dövlətindən güllə yağışı gözləməyən və buna görə də çaşqın vəziyyətə düşən əhali projektorların işıqları altında gülləbaran edildi, xalqa xüsusi amansızlıqla divan tutuldu. Nömrəsiz tanklar, zirehli maşınlar birbaşa kütlələrin üzərinə sürüldü. Başlarına xüsusi maskalar keçirmiş quduzlaşmış cəza dəstələri ən adi beynəlxalq hüquq normalarına belə məhəl qoymadan qadınları, uşaqları, qocaları, özlərini yaralıların köməyinə yetirən ağ xalatlı tibb işçilərini, təcili yardım maşınlarını, eyvanlara çıxan, pəncərədən baxan dinc əhalini, xəstəxanaları, hətta uşaq xəstəxanasını da atəşə tutdular. Əliyalın əhali istifadəsi qadağan edilən və xüsusi dağıdıcı qüvvəyə malik olan güllələrlə güllələndi. Küçələri, meydanları tərk edib gedən əhalini arxadan gülləyə basdılar. Bu ağır cinayətin izini itirmək və yaralı şahidlərin sağ qalmasına yol verməmək üçün can üstündə olanlar da süngüdən keçirildi, tankların, zirehli maşınların altına salınıb əzildi və tələsik yığılıb gizlədildi. Yanvarın 19-dan 20-nə keçən gecə səhərədək Bakı küçələrində qırğın davam etdirildi, qan su yerinə axıdıldı. Yalnız cinayət başa çatdırıldıqdan sonra - ertəsi gün fövqəladə vəziyyət barədə fərman elan edildi. Bu fərman hərbi radiostansiya vasitəsilə xalqa elan olunarkən artıq öz qanlı «missiyasını» başa çatdırmış cəza dəstələri tələm-tələsik Bakıdan çıxarılmış, şəhərə yeni nizami ordu hissələri yeridilmişdi. Bütün gecəni həyata keçirilmiş cinayətin izini itirmək üçün 20 yanvar günü əhaliyə küçəyə çıxmaq qadağan olundu, xalqın guya orduya müqavimət göstərdiyini «sübut etmək» üçün, həm də əhalini vahimədə saxlamaq məqsədilə hərbçilər tərəfindən süni atışmalar təşkil edildi. Həlak olmuş qohum- əqrabasını, yaralılarını, itkin düşənlərini axtarmaq üçün küçələrə çıxmış, stress vəziyyətində olan sarsılmış vətəndaşlar günün günorta çağı güllələndilər..

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər (119 azərbaycanlı, 3 yəhudi, 3 tatar, 6 rus) öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalan-mışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Lakin xalqlar həbsxanası olan imperiyanın bu azğınlığı xalqımızın gözünü qorxutmadı. Azərbaycanın qəhrəman övladları tarixə daha bir qəhrəmanlıq səhifəsini öz qanları ilə yazdılar. İllər keçəcək xalqımız tarixin bu şərəfli səhifəsini həmişə fəxr və qürur hissi ilə yad edəcək.

Kitabxanalarda da hər il Qanlı Yanvar hadisələri ilə bağlı bir sıra kütləvi tədbirlər keçirirlər. Tədbirləri keçirməkdə əsas məqsəd oxucularda vətəndaşlıq hisslərinin tərbiyə edilməsi, tarixin ən mühüm hadisələri haqqında məlumat-landırılması, ermənilərin işğalçılıq siyasətinin açıqlanması, torpaqlarımızın işğalının məhz 20 yanvardan başlanması haqqında məlumat verməkdir.

Bu məqsədilə 20 Yanvar faciəsinə gair kitabxanamızın fondunda olan kitablardan bir neçəsinin icmalı :



  1. Yüklə 0,92 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin