AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİNİN İCTİMAİ SƏHİYYƏ VƏ İslahatlar məRKƏZİ



Yüklə 279,7 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix05.05.2017
ölçüsü279,7 Kb.
  1   2

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN 

İCTİMAİ SƏHİYYƏ VƏ İSLAHATLAR MƏRKƏZİ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

UNUN ZƏNGİNLƏŞDİRİLMƏSİNİN                

DƏMİR DEFİSİTLİ ANEMİYA (DDA) İLƏ 

MÜBAR

İZƏDƏ ƏHƏMİYYƏTLİ ROLU 

(

məlumat paketi) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

BAKI - 2016 



54.11 

U 47 


U 47 

Unun  zənginləşdirilməsinin  dəmir  defisitli  anemiya  (DDA) 

ilə  mübarizədə  əhəmiyyətli  rolu  (məlumat  paketi). 

B.: “TimePrint” MMC, 2016. – 40 s

əh. Tiraj 400. 

Bu m


əlumat paketi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə 

UNİCEF-in Azərbaycan nümayəndəliyi  arasında  2015-ci il üçün 

imzalanmış birgə Fəaliyyət Planına uyğun olaraq İctimai Səhiyyə və 

İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və çap edilmişdir. 



Tərtibatçılar: 

Çingiz 


Əsədov 

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat 

Hemotologiya v

ə Transfuziologiya İnstitutunun 

Hemopoezin patologiyası şöbəsinin müdiri, t.f.d. 

İbrahim Əhmədov  Azərbaycan Tibb Universitetinin Qidalanma və 

kommunal gigiyena kafedrasının müdiri, 

Respublikanın əməkdar müəllimi, Səhiyyə 

Nazi

rliyinin Mikronutrient çatışmazlığı üzrə 



Milli koordinatoru, dosent, t.f.d.  

Şəhla Balayeva 

MTTM Gigiyena işçi qrupunun rəhbəri, 

Azərbaycan Tibb Universitetinin Uşaq və 

Yeniyetmələr Gigiyenası, Əmək gigiyenası 

kafedrasının dosenti, t.f.d. 

Səbinə Babazadə  İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 

Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri 

Şəhla İsmayılova  İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi 

keyfiyyət standartları şöbəsinin müdiri 

Rəşad Hüseynov  İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 

Layihələrin əlaqələndirilməsi şöbəsinin 

meneceri  



İxtisarlar 

AİB 

Asiya İnkişaf Bankı 



AS 

ana südü 



AzMQS 

Azərbaycan Milli Qidalanma Sorğusu 



DDA 

dəmir defisitli anemiya 



İSİM 

İctimai Səhiyyə və İslahatlar Mərkəzi 



UNİCEF 

BMT-


nin Uşaq Fondu 

ÜST 

Ümumdünya 

Səhiyyə Təşkilatı 

 



Məqsəd 

Azərbaycanda  anemiya  və  DDA  problemi  haqqında  məlumat 

vermək,  bu  xəstəliyin  profilaktikasında  unun  zənginləşdirilməsinin 

rolunu  açıqlamaq  və  həlli  yollarını  göstərmək.  Həmçinin,  DDA 

probleminin  həllində  unun  zənginləşdirilməsi  məsələsini  ölkənin 

siyasi və ictimai gündəminə gətirmək.  



Hədəf  qrupu:  Qərarverici  müvafiq  dövlət  orqanlarının,  səhiyyə 

idarəetmə  orqanlarının,  elmi-tədqiqat  müəssisələrinin  rəhbərləri  və 

qida sənayesində çalışan sahibkarlar.  



Ön söz 

Məlumdur ki, dünyada ən geniş yayılmış anemiya forması dəmir 

defisitli  anemiyadır  (DDA).  Dəmir  defisitindən  dünyada 

2 milyarddan artıq insan əziyyət çəkir.  

Anemiyanın  həm böyüklərə, həm də  uşaqlara  mənfi təsirlərinin 

olması  elmi cəhətdən sübut edilib. Belə  ki, hamiləlik və  doğuş 

zamanı  ana  ölümünün  40%-i anemiya ilə  əlaqədardır.  Anemiyası 

olan  qadınlar  30-40%  hallarda  daha çox çəkiləri  az  olan  uşaqlar 

doğurlar. Anemiya zamanı fiziki qüvvənin və dözümlülüyün 20-40% 

azalması  qeyd  olunur, nəticədə  əmək  qabiliyyətli  fiziki  əməklə 

m

əşğul olanlar arasında 17%, zehni əməklə məşğul olanlar arasında 



is

ə  5%  azalır.  Uşaqlarda  zəif  intellektual  inkişaf,  əqli  inkişaf 

əmsalının  5-7 bal  azalması,  psixomotor  inkişafın  geri qalma, 

infeksiyalara q

arşı  zəif immunitet, diqqətin  toplanmasının  azalması 

qeyd edilir. D

əmir defisiti sağlamlığa vurduğu ziyanla yanaşı, mənfi 

iqtisadi n

əticələrə  də  gətirib  çıxarır.  Anemiyanın  geniş  yayıldığı 

ölk


ələrdə ümumi daxili məhsul 2% azalır.  

Ölkə səviyyəsində aparılan tədqiqatlar nəticəsində Azərbaycanda 

anemiya

nın  çox  geniş  yayılması  aşkar  edilmişdir  və  bu  problemin 



səhiyyənin  ən  vacib  problemlərindən  biri  olduğu  təsdiqlənmişdir. 

Məlumat  paketində  qeyd  edilir  ki,  artıq  DDA-ya  tək  tibbi  problem 

kimi  baxmaq  kifayət  deyil,  bu  xəstəliklə  mübarizədə  dövlət 

səviyyəsində tədbirlər həyata keçirilməsi vaxtı gəlib çatmışdır. 

Məlumat  paketində  qeyd  edildiyi  kimi  ictimai  sağlamlığın 

yaxşılaşdırılmasının  ən  səmərəli  üsullarından  biri  tez-tez  istifadə 

edilən  ərzaqların  zənginləşdirilməsidir.  Qidanı  zənginləşdirmək  və 

onun  qida  tərkibini  yaxşılaşdırmaq  üçün  gündəlik  istifadə  edilən 

ərzağa əsas vitamin və minerallar (dəmir, fol turşusu, yod, vitamin A, B) 

əlavə  edilməlidir.  Həmçinin,  məlumat  paketində  Azərbaycanda 

anemiyaların  geniş  yayılması  barədə  hərtərəfli  məlumat  verilir  və 

dəmir  defisitinin  əhalinin  sağlamlığına  təsiri  və  bunun  nəticəsində 

ortaya çıxan iqtisadi ziyan təhlil edilir.  

Məlumat  paketində  göstərildiyi kimi problemin ən asan, daha 

əlverişli  və  ucuz həlli yolu gündəlik  istifadə  olunan qida 

m

əhsullarının  zənginləşdirilməsidir.  Dünyanın  əksər ölkələrində  bu 





m

əqsədlə  unun elektrolit dəmir və  vitamin kompleksi ilə 

z

ənginləşdirilməsi  geniş  tətbiq olunur və  yüksək səmərəliliyi ilə 



diqq

əti cəlb edir. Azərbaycanda  zənginləşdirmək  üçün  ən  münasib 

qida buğda unudur.  Zənginləşdirmək üçün unun seçilməsi məlumat 

paketində hər tərəfli əsaslandırılmışdır. 

Azərbaycanda  orqanizmdə  dəmir  artıqlığına  gətirib  çıxaran  irsi 

qan  xəstəliklərinin  (talassemiya  və  digər  hemoqlobinopatiyalar) 

geniş  yayılması  unun  zənginləşdirilməsinin  risk amili kimi 

qiymətləndirilə  bilməz.  Məlumat  paketində  göstərildiyi  kimi  unun 

dəmirlə  zənginləşdirilməsi  bu  xəstələrə  heç  bir  xələl  gətirmir. 

Məlumat paketində göstərildiyi kimi ÜST-nin bu barədə yekun fikri 

də yuxarıda qeyd olunanları təsdiqləyir: “Unun zənginləşdirilməsinin 

talassemiyalı  xəstələrə  böyük  mənfi  təsir  göstərəcəyi  barədə 

düşünməyə heç bir səbəb yoxdur”. 

Məlumat  paketində  Azərbaycanda  unun  zənginləşdirilməsi 

problemi  üzrə  işlərin  uzun  müddət  aparıldığı  göstərilir.  Hətta 

AİB-nin  Mərkəzi  Asiya  proqramı  çərçivəsində  Azərbaycanda  da 

unun  zənginləşdirilməsinin  pilot  layihəsi  həyata  keçirilmişdir. 

Azərbaycanda  fəaliyyət  göstərən  altı  dəyirman  layihədə  iştirak 

etmişdir.  Pilot  layihəsinin  təhlili  nəticəsində  məlum  olmuşdur  ki, 

unun  zənginləşdirilməsi  çox  səmərəlidir  və  bir  il  ərzində  ardıcıl 

qaydada  zənginləşdirilmiş  undan  istifadə  reproduktiv  yaşda  olan 

qadınlar arasında anemiyanın səviyyəsinin enməsinə səbəb olmuşdur. 

Bu  pilot  layihə  çərçivəsində  DDA-nın  qarşısının  alınması  və  unun 

zənginləşdirilməsi  istiqamətində  UNİCEF  və  Səhiyyə  Nazirliyi 

birlikdə bir sıra vacib işlər görmüşlər. Belə ki, digər dövlət orqanları 

və  maraqlı  tərəflərin  iştirakı  ilə  işçi  qrupu  yaradılmış,  DDA-nın 

qarşısının alınması üçün məlumat paketi hazırlanmış və 43 rayonda 

paylanmış,  dövlət  oqranları  və  digər  tərəfdaşların  iştirakı  ilə  milli 

seminarlar  və  yekun  konfrans  keçirilmişdir.  Hətta  “Dəmir  defisitli 

anemiyanın qarşısının alınması və buğda ununun zənginləşdirilməsi 

üzrə” qanun layihəsi 2005-ci ildə Milli Məclisə təqdim edilmişdir. 

Lakin  nədənsə  bu  işlər  məntiqi  sona  qədər  çatdırılmamış  və 

10 ildən çox vaxtın keçməsinə baxmayaraq bu istiqamətdə irəliləyiş 

olmamışdır.  Nəticədə  respublikamızda  unun  zənginləşdirilməsi bu 

günə qədər tətbiq edilməmiş qalmaqdadır. 



M

əlumat  paketinin  məqsədi  Azərbaycanda  anemiya  və  DDA 

problemi haqqında məlumat vermək, bu xəstəliyin profilaktikasında 

unun  zənginləşdirilməsinin  rolunu  açıqlamaq  və  həlli  yollarını 

göstərməkdən  ibarətdir.  Həmçinin  DDA  probleminin  həllində  unun 

zənginləşdirilməsi  məsələsini  yenidən  ölkənin  siyasi  və  ictimai 

gündəminə gətirmək nəzərdə tutulmuşdur. 

Məlumat paketində hədəf qrupu kimi qərarverici müvafiq dövlət 

orqanlarının,  səhiyyə  idarəetmə  orqanlarının,  elmi-tədqiqat 

müəssisələrinin  rəhbərləri  və  qida  sənayesində  çalışan  sahibkarlar 

müəyyən edilmişdir.  

Davamlı qida zənginləşdirilməsinə nail olmaq üçün əsas maraqlı 

tərəflər (elmi icma, dövlət qurumları, beynəlxalq və yerli təşkilatlar, 

q

ida sənayesi) arasında  strateji əməkdaşlığın qurulmasının vacibliyi 



vurğulanmışdır. 

Məlumat paketində Azərbaycanda unun zənginləşdirilməsinə nail 

olmaq üçün bütün ortaya çıxan suallara: 

 n


ə etmək lazımdır?

necə etmək lazımdır?



 han

sı ardıcıllıqla etmək lazımdır?

kim etməlidir?



hərtərəfli və tamqiymətli cavabları verilmişdir. 

Unun  zənginləşdirilməsinin  dəmir  defisitli  anemiya  (DDA)  ilə 



mübarizədə  əhəmiyyətli  rolu”  məlumat  paketinin  İSİM  tərəfindən 

tərtib  edilməsi  təşəbbüsü  hər  cür  təqdirə  layiqdir  və  unun 

z

ənginləşdirilməsi probleminin  həlli  istiqamətində  dayandıırılmış 



işlərin hərəkətə gətirilməsinə və bu problemin nəhayət ki, tamamilə 

h

əll edilməsinə zəmin və ümid yaradır.  



Çingiz Əsədov, 

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və 

Transfuziologiya İnstitutunun Hemopoezin patologiyası 

şöbəsinin müdiri, t.f.d. 



Son dö

vrlərdə  qida  amilləri  ilə  bağlı  qeyri-infeksion alimentar 

patologiyalar  sürətlə  artmaqdadır.  Dəmir  defisitli anemiya bu 

xəstəliklərin strukturunda mühüm  yer tutur.  Anemiya XXI əsrin  ən 

ciddi b

əlalarından  olub,  bütün  dünyada  olduğu  kimi  Azərbaycanda 



da geniş təsadüf olunan patologiyalardandır. Bunu “Demoqrafiya və 

Sağlamlıq  Sorğusu  2011”in  və  2013-cü  ildə  keçirilən  “Milli 

Qidalanma Sorğusu”nun nəticələri də bir daha təsdiq edir, problemin 

kifayət  qədər  ciddi  olduğuna, xüsusi diqqət və  təxirəsalınmaz 

profilaktik t

ədbirlər tələb etdiyinə dəlalət edir. Fikrimcə anemiyanın 

əhali  arasında  yayılma  səviyyəsinin  rəsmi  statistik  göstəricilərinin 

səhiyyə  orqanlarına  müraciət  əsasında  qeydiyyata  götürülənləri  əks 

etdirdiyini  nəzərə  alarıqsa,  vəziyyətin  daha  ciddiliyinə  ehtimal da 

artacaqdır.  

Anemiya qanda qırmızı qan hüceyrələrinin (eritrositlərin) sayının 

orqanizmin fizioloji tələblərinin təmini üçün kifayət qədər olmaması 

vəziyyətidir.  Bu  vəziyyət  qida rasionunda dəmirin  çatışmazlığı, 

bağırsaqlarda dəmirin absorbsiyasının lazımi dərəcədə olmaması və 

ya orqanizmd

ə dəmirə ehtiyacın artması ilə də əlaqədardır. Konkret 

fizioloji  tələblər  insanın  yaşından,  cinsindən,  işinin  ağırlığından, 

orqanizmin  fizioloji  və  patoloji  vəziyyətlərindən,  yaşadığı  regionun 

iqlimindən,  ekoloji  şəraitdən,  qidalanma  vərdişləri  və  milli 

xüsusiyyətlərdən, tibbi xidmət imkanlarının yetərliliyindən, əhalinin 

bilik səviyyəsindən və s. çoxsaylı amillərdən asılı olaraq dəyişir. 

Anemiyanın  etioloji  səbəbləri çox olsa da, ümumilikdə 

hadis

ələrin  2/3-sində  alimentar anemiyalara  təsadüf olunur və 



patologiyanın 70-80%-i bilavasitə dəmir defisitli anemiyanın (DDA) 

payına düşür.  

DDA-

nın  meydana  çıxmasında  dəmirlə  zəngin  ərzaq 



m

əhsullarının  (xüsusilə,  ət,  balıq,  yumurta kimi heyvani məhsullar

meyv

ələr, tərəvəzlər və s.) kifayət qədər bahalığı ucbatından əhalinin 



böyük qisminin bel

ə  zülal və  Fe  (dəmir)  mənbəyi olan məhsulları 

lazımi səviyyədə istehlak edə bilməməsi, səmərəsiz qidalanma, qida 

m

əhsullarının yüksək dərəcədə saflaşdırılması, yeknəsəq qidalanma, 



xör

əklərin  əlverişsiz  hazırlanma  texnologiyası,  düzgün  olmayan 

qidalanma v

ərdişləri və  s. amillərin rolu xüsusi qeyd edilməlidir. 

Əhali  arasında  qidalanma  mədəniyyətinin  aşağı  olması, qidalanma 



bar

ədə  elmi  əsaslandırılmış  məlumatsızlıq  mənimsənilmənin 

stabilizator  (

əksər meyvə  və  tərəvəzlərdə  olan  C vitamini, 

fermentl

ənmiş  məhsullar tərkibindəki  üzvü  turşular  rasiondakı       



Fe-nin m

ənimsənilməsini yüksəldir) və inhibitorları (dənli məhsullar, 

paxlalılar,  tərəvəzlərin  tərkibindəki fitatlar, polifenollar, qida lifləri 

Fe-nin m

ənimsənilməsini  tormozlayır),  rasionda  məhsulların  və 

xör

əklərin  düzgün  uzlaşdırılması  və  s.  barədə  biliklərin bəsitliyi 



bar

ədə  məlumatların  olmamasının  problemin daha da 

d

ərinləşməsində rolu da unudulmamalıdır.  



Bütün göst

ərilənlər problemin həllinə  istiqamətlənmiş  “Unun 

zənginləşdirilməsinin dəmir defisitli anemiya (DDA) ilə mübarizədə 

əhəmiyyətli  rolu”  məlumat  paketinin  kifayət  qədər  dəyərli  tibbi  və 

sosial iqtisadi əhəmiyyətli bir problemin profilaktika yollarını özündə 

birləşdirən sənəddir. Təqdim olunan tövsiyələr elmi cəhətdən əhatəli 

və  savadlı  tərtib  olunmuş,  sənəddə  kommunikasiya  məsələləri, 

müxtəlif qurumların fəaliyyət dairəsi ətraflı işıqlandırılmışdır.  

Məlumat  paketinin  hərtərəfli  tərtib  olunduğunu  qeyd  etməklə 

bərabər  sənədin  risk  amilləri  bölməsinə  göstərilənlərdən  əlavə 

patologiyanın  meydana  çıxmasında  heç  də  az  əhəmiyyət  kəsb 

etməyən  kəskin və  xronik  xəstəliklər,  qurd  invaziyaları,  körpələrdə 

ana südü il

ə qidalanmanın çatışmazlıqları, vaxtından əvvəl inək südü 

il

ə qidalandırma, əlavə qidaların natamam dəyərliliyi kimi faktorları 



da 

əlavə etmək yerinə düşərdi.  

Məlumat  paketində  göstərildiyi kimi problemin ən asan, daha 

əlverişli  və  ucuz həlli yolu gündəlik istifadə  olunan yeyinti 

m

əhsullarının  fortifikasiyasıdır.  Bütün  dünyada  bu  məqsədlə  unun 



elektrolit d

əmir və  vitamin kompleksi ilə  zənginləşdirilməsi  geniş 

t

ətbiq olunur və yüksək səmərəliliyi ilə diqqəti cəlb edir. Ölkəmizdə 



d

ə  bu sahədə  lazımi  təcrübə  mövcuddur. Mikronutrient 

çatışmazlıqlarının profilaktikası Proqramı çərçivəsində kafedramızın 

əməkdaşlarının iştirakı ilə 2002-2005-ci illərdə Asiya İnkişaf Bankı 

v

ə UNİCEF-in maliyə dəstəyi altında unun Fe və vitamin kompleksi 



(KAP-1) il

ə  zənginləşdirilməsi həyata  keçirilmiş,  8  un  istehsalı 

əssisəsi dasifayrlar və KAP pereparatı ilə təmin olunmaqla unun 



z

ənginləşdirilməsi həyata keçirilmiş, sentinel tədqiqatlar aparılmış və 

kifay

ət qədər ümidverici nəticələr də əldə edilmişdi.  



10 

Lakin son 10 ild

ə  sporadik və  nəticəsiz təşəbbüslər nəzərə 

alınmazsa, problem tamamilə diqqətdən kənarda qalmışdır.  

Əhalinin sağlamlığının möhkəmləndirilməsi, əmək qabiliyyətinin 

yüks

əldilməsi və uzunömürlülüyü, sağlam gələcəyimizin təminatının 



yegan

ə yolunu unun (deməli un məmulatlarının da) Fe, fol turşusu, 

B qrup vitaminl

əri,  Zn  və  Se  kimi mikroelementlərlə 

z

ənginləşdirilməsində  görürəm və  ölkəmizdə  bu  texnologiyanın 



t

ətbiqinə  ləngidilmədən start verilməsinin vacibliyini diqqətinizə 

çatdırır  və  məlumat paketinin  irəli sürdüyü istiqamətlərin 

qanunvericilik v

ə fəaliyyət planlarının müvafiq Dövlət qurumlarında 

müzakir


ə və planlaşdırılma, həyata keçirilməsinin zəruriliyinə diqqət 

göst


ərilməsinin vacibliyini qeyd etməklə  UNİCEF-in  təqdim  etdiyi 

Unun  zənginləşdirilməsinin  dəmir  defisitli  anemiya  (DDA)  ilə 



mübari

zədə  əhəmiyyətli  rolu”  məlumat  paketini  vacib  və 

təxirəsalınmaz məsələyə həsr olunmuş sənəd kimi qiymətləndirirəm.  

İbrahim Əhmədov, 

Azərbaycan Tibb Universitetinn Qidalanma 

və kommunal gigiyena kafedrasının müdiri, 

Respublikanın əməkdar müəllimi, 

 

Səhiyyə Nazirliyinin Mikronutrient 

çatışmazlığı üzrə Milli koordinatoru, 

dosent, t.f.d. 

11 


Anemiya və dəmir defisitli anemiya (DDA) 

Son  illər  qida  amilləri  ilə  bağlı  xəstəliklərin  sayı  artmaqdadır. 

Dəmir defisitli anemiya bu xəstəliklərin strukturunda mühüm bir yer 

tutur. 


Anemiya qanda qırmızı qan hüceyrələrinin (eritrositlərin) sayının 

orqanizmin fizioloji tələblərinin təmini üçün kifayət qədər olmaması 

vəziyyətidir.  Konkret  fizioloji  tələblər  insanın  yaşından,  cinsindən, 

dəniz  səviyyəsindən  hansı  yüksəklikdə  yaşamasından,  tütünçəkmə 

statusundan  və  qadınlarda  hamiləliyin  müddətindən  asılı  olaraq 

dəyişir. Bütün dünyada anemiyanın ən çox rast gəlinən səbəbi dəmir 

çatışmazlığıdır. 

Dəmir  defisitli  anemiya  (DDA)  orqanizmdə  dəmirin  daxil 

olmasının,  mənimsənilməsinin  pozulması  və  ya  patoloji  itirilməsi 

nəticəsində  hemoqlobinin  miqdarının  azalması  ilə  səciyyələnən 

patoloji  vəziyyətdir.  Qida  ilə  qəbul  olunan,  bioloji  asan 

mənimsənilən  dəmirin,  fol  turşusunun  və  bəzi  mikroelementlərin 

kifayət  qədər  qəbul  edilməməsi  anemiyanın  əsas  səbəblərindən 

biridir.  Dəmir  defisitli  anemiya  respirator  virus  infeksiyalarından 

sonra  dünyada  ən  geniş  yayılmış  patologiyadır  və  bütün  həkim-

mütəxəssislərin  rastlaşdığı  universal  “interdissiplinar”  klinik 

laborator  fenomendir.  Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  və 

Dünya Bankının tədqiqatları göstərir ki, 15-44 yaşlı qadınlar arasında 

əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi  səbəbləri  arasında                

DDA 3-cü yeri 

tutur.  Dəmir  defisiti  ilk  mərhələlərdə  (anemiyanın 

hələ ki, mövcud olmadığı mərhələ) özünü heç bir simptomla büruzə 

vermir. Bununla belə, bu zaman baş verən funksional dəyişikliklərin 

nəticələri  ana  və  perinatal  ölümün  artmasına,  doğulan  körpələrdə 

kütlə  azlığına,  idrak  funksiyasının  pozulmasına  və  sonralar  təhsil 

səviyyəsinin  aşağı  düşməsinə  səbəb  olur.  Şəkil  1  anemiyanın 

qadınlara həyat boyu necə təsir etdiyini izah edir.  

 

 

 

 

 

12 


Şəkil 1. Anemiyanın qadınlara təsiri barədə infoqrafika 

("Working in partnership to beat undernutrition. Vanessa Boas GHA France and 

Anna Gelderd RESULTS UK"

17

 kitab



ından adaptasiya olunub.)

13 


Risk amilləri 

DDA-


nın risk amilləri aşağıdakılardır: 

► Səmərəsiz qidalanma,

► Tərkibində az dəmir olan qidalanma,

► Tütünçəkmə,

► Hamiləlik, xüsusilə təkrar hamiləlik,

► Laktasiya (döşlə qidalandırma) dövrü.

Yuxarıda qeyd edilən risk amilləri göstərir ki, ümumilikdə bütün

əhali  dəmir  çatışmazlığına  məruz  qala  bilər.  Əsasən  səmərəsiz 

(dəmirlə  zəngin  olmayan)  qidalanma,  bəzi  ənənəvi  (milli)  qida 

vərdişləri (məsələn yemək zamanı və ya dərhal sonra çayın içilməsi) 

ərzaqların  tərkibində  olan  dəmirin  mənimsənilməsinə  mane  olur  və 

anemiya  ilə  nəticələnə  bilir.  Digər  tərəfdən  məlumdur  ki,  dəniz 

səviyyəsindən  yüksəklikdə yaşamaq və tütün çəkmək hemoqlobinin 

konsentrasiyasını  yüksəldir.  Müvafiq  olaraq  bu  qrup  insanlarda 

anemiyanı  təsdiqləyən  göstəricilər  standart  göstəricilərdən  daha 

yüksəkdir. Belə insanlar gizli anemiyaya görə risk qrupuna daxildirlər.  

Bununla belə, dəmir defisitli anemiyanın inkişafı üçün ən böyük 

risk qrupları aşağıdakılardır: 

► Qadınlar  (çünki  onların  bədənlərində  dəmir  az  olur  və

menstruasiya zamanı qan itirirlər),

► Körpələr  (ana  südü  və  ya  süni  qarışıqlar  ilə  lazımi  miqdarda

dəmir almırlarsa, onlarda dəmir defisitinin ortaya çıxması riski olur),

► Uşaqlar  (intensiv boy artımı  zamanı  (məsələn,  pubertat  dövrdə)

onl


ar üçün əlavə dəmir tələb olunur, çünki bu element əzələlərin

inkişafı üçün də çox vacibdir).



Anemiya və DDA problemi və onların yayılması 

ÜST  ekspertlərinin  rəyinə  görə  populyasiyada  DDA-ya  5%-dən 

az  rast  gəlinməsi  ictimai  səhiyyədə  problemin  olmadığını,  onun       

5-19,9% ara

sında olması problemin zəif, 20-39,9% - orta, 40%-dən 

ç

ox  yayılması  isə  əhəmiyyətli  olduğunu  göstərir.  Bundan  əlavə 



ekspertlər hesab edirlər ki, anemiyanın əhali arasında 40%-dən çox 

yayılması  artıq  tək  tibbi  problem  olmayıb,  dövlət  səviyyəsində 

14 


tədbirlər  həyata  keçirilməsini  tələb  edir.  ÜST-nin 2011-ci il üçün 

qiymətləndirməsi  göstərir  ki,  dünya  üzrə  uşaqların  43%,  hamilə 

qadınların  38%,  hamilə  olmayan  reproduktiv  yaşda  olan  qadınların 

(15-


49  yaş)  isə  29%-də  anemiya  vardır.  Qeyd olunan  anemiya 

hallarının qadınlarda təxminən 50%, uşaqlarda isə 42%-i DDA-dır.  

Ölkə  səviyyəsində  aparılan  tədqiqatlar  Azərbaycanda  anemiya 

probleminin mövcud

luğunu təsdiqləyir. 

“Demoqrafiya  və  Sağlamlıq  Sorğusu  2011”in  nəticələrinə  əsasən 

15-

49  yaşlı  qadınlar  arasında  anemiyanın  yayılması  44,4%  təşkil 



etmişdir. 5 yaşadək uşaqlar arasında bu göstərici müvafiq olaraq 44,6% 

olmuşdur.  2013-cü  ildə  keçirilən  “Milli  Qidalanma  Sorğusu”nun 

nəticələri göstərmişdir ki, 15-49 yaşlı qadınlar arasında anemiya 38,2% 

təşkil edir, bunun 62,3%-i dəmir çatışmazlığından yaranan anemiyadır.  

Aşağıdakı diaqramda Azərbaycanda uşaqlarda anemiya və dəmir 

çatışmazlığının nisbətən kiçik həddə üst-üstə düşməsi göstərilmişdir. 



Şəkil 2. Azərbaycanda 6-59 aylıq uşaqlarda anemiya, dəmir çatışmazlığı və 


Yüklə 279,7 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə