Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti (unec) beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 169,26 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü169,26 Kb.
#42258
  1   2   3
Gəlir bölgüsü və yoxsulluq


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ (UNEC)

BEYNƏLXALQ MAGİSTRATURA VƏ DOKTORANTURA MƏRKƏZİ

İxtisas: İqtisadiyyat

İxtisaslaşma: İqtisadiyyatın tənzimlənməsi

Qrup: 26


Fənn: Gəlir bölgüsü və yoxsulluq

Müəllim: Məhəmməd Talıblı

Magistrantın adı, soyadı və ata adı: Mahmudzadə Nicat Kənan oğlu

“Yoxsulluqla mübarizə hədəfləri və Azərbaycanda onunla mübarizənin müasir vəziyyəti” mövzusunda

layihə işi

Bakı – 2021

Plan


Yoxsulluq və onunla mübarizənin hədəfləri.

Azərbaycanda yoxsulluğun yaranma səbəbləri və onun həlli yolları.

Azərbaycanda yoxsulluğa qarşı dövlət proqramları və dövlət qurumlarının fəaliyyəti.

Yoxsulluqla mübarizədə Azərbaycanda müasir vəziyyət.


Yoxsulluq mənzil, geyim, qida və təmiz içməli su, səhiyyə, təhsil, sosial xidmətlər və digər əsas həyat ehtiyaclarını qarşılamaq üçün lazımi qədər resursların olamamasıdır. Yoxsulluq bütün dünya ölkələrini əhatə edən sosial-iqtisadi və həmdə siyasi problemdir. Dünya iqtisadiyyatında əsasən 2 cür yoxsulluq anlayışından istifadə olunur: mütləq yoxsulluq və nisbi yoxsulluq. Mütləq yoxsulluq insanların ən kiçik ehtiyyaclarını belə tam formada qarşılaya bilməməsidir. Mütləq yoxsulluq dedikdə əsasən ifrat yoxsulluq nəzərdə tutulur. Mütləq yoxsulluğun müəyyən olunmasında gəlir səviyyəsindən istifadə olunur. Gəlirləri minimum istehlak səbətinin dəyərindən az olan şəxslər yoxsul hesab olunur. Yoxsulluğun müəyyən olunmasında istifadə olunan standartlar hər bir ölkədə fərqli müəyyən olunub Avropada yoxsul hesab olunan şəxslər Azərbaycanda yoxsul olmayabilər.

Amerika və Avropada yoxsulluq üzərində bir çox elm adamının çalışmaları mövcuddur və yoxsulluğun azaldılması üçün müxtəlif proqramlar hazırlansa da Azərbaycanda bu sahədə araşdırmalar azdır.

Mütləq yoxsulluq anlayışından əlavə nisbi yoxsulluq anlayışından istifadə olunur ki, nisbi yoxsulluqdan əsasən Avropa istifadə olunur. İnsanların gəlirlərinin onların yaşadıqları cəmiyyətdə sosial cəhətdən məqbul hesab olunan miqdardan aşağı olduqda nisbi yoxsul hesab olunurlar. Avropada nisbi yoxsulluq anlayışından istifadə olunması orada mütləq yoxsulluğun olmadığı mənasına gəlmir. Cenub-şərqi Avropada və MDB ölkələrində uşaqların 25 faizi mütləq yoxsul hesab olunur. Amerika Birləşmiş Ştatlarında isə aylıq gəlirlərinin 1\3 hissəsinin ərzaq məhsullarına xərcləyən şəxslər yoxsul hesab olunur.

Dünya Bankı qəbul etdiyi qərara əsasən yoxsulluq həddi 1 dollar olaraq qiymətləndirilirdi və bu dünya əhalisinin 20% təşkil edirdi. Lakin sonradan bu hesablamanın doğru olmadığı müəyyən olundu və dəyişikliklər həyata keçirildi. Dəyişikliklərə misal olaraq MDB ölkələrində yoxsulluq həddi 4 dollar, Avropada isə 14.4 dollar müəyyən olundu. Bundan əlavə dünya əhalisinin yarısı zəruri ehtiyyaclarını tam qarşılaya bilmir.

Yoxsulluğun azaldılması üçün bir sıra beynəlxalq təşkilatlar qanun layihələri qəbul ediblər. Avrpopa Şurası sosial bərabərliyin gücləndirilməsi və təcridolunmanın qarşısının alınması yolu ilə yoxsulluq ilə mubarizə aparır. Mülki və siyasi insan hüquqlarına zəmanət verən insan hüquqları haqqında Avropa Konvensiyası 1961-ci ildə qəbul olunub və 1996-cı ildə qəbul olunan Avropa Sosial Xartiyası ilə tamamlanaraq sosial insun hüquq və azadlıqlarını təmin edir. Bu konvensiyanın 30-cu maddəsinə əsasən “Hər kəs yoxsulluqdan və sosial təcriddən qorunmaq hüququna malikdir.

Dünya üzrə yoxsulluğun dinamikası aşağıdaki şəkildə göstərilmişdir.



BMT yoxsulluğun azaldılması təşəbbüsü həyata keçirilərkən aşağıdaki məsələrə diqqət yetirməyi məsləhət görür:



Sağlamlıq hüququ. Səhhətdə olan problem həm yoxsulluq səbəbi, həm də nəticəsi ola bilər. Sağlamlıq problemləri uşaqların məktəbdə fəallığına, iş məhsuldarlığına təsir edə, işsizliyə s əbəb ola bilər və sosial və məd əni həyatda iştirak etmək qabiliyyətinə mənfi təsir edə bilər. Eyni zamanda, yoxsulluq normal qidalanmamağa, sağlam olmayan mühitə daha çox məruz qalmağa və tibbi xidmətlərə məhdud şəkildə çıxışa səbəb ola bilər. 

Təhsil hüququ. Təhsil yoxsulluq üçün ən yaxşı uzunmüddətli həllərdən biridir. Təhsilin köməyi ilə yoxsul uşaqlar və yetkinlər özlərini yoxsulluqdan azad etmək üçün lazım olan bacarıqları inkişaf etdirə bilərlər.

Layiqli iş hüququ. Qeyri-kafi və etibarsız yaşayış şəraiti yoxsulluğa təkan verir. İş imkanlarının məhdud olması nəticəsində, yoxsul insanlar tez-tez müvəqqəti, aşağı ödənişli, sənədsiz işlərlə məşğul olur və təhlükəli və qeyri-sağlam şəraitdə işləyirlər.

Adekvat yemək hüququ.
Yüklə 169,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin