Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan universiteti



Yüklə 33,36 Kb.
səhifə1/7
tarix09.04.2022
ölçüsü33,36 Kb.
#55040
  1   2   3   4   5   6   7
Həmayıl konstitusiya


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN UNİVERSİTETİ

Fakültə: Humanitar Fənnlər

İxtisas: Sosial iş

Kurs: 1


Qrup: 212807A


SƏRBƏST İŞ

Kafedra: İctimai fənlər

Fənn: Azərbaycan Respublikası Konstitusiyasının əsasları

Mövzu: “Dövlət anlayışı”


Müəllim: Vüqar Bağırlı

Tələbə: Həmayıl Abdullazadə



BAKI-2022

PLAN
GİRİŞ

  1. Dövlətin anlayışı. Dövlətin formaları.

  2. Dövlət və dövlət hakimiyyəti.

  3. Dövlətin daxili funksiyası.

  4. Dövlətin xarici funksiyasının anlayışı və əlamətləri.

  5. Dövlət və vətəndaş cəmiyyəti.

  6. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti.

NƏTİCƏ

ƏDƏBİYYAT SİYAHISI

GİRİŞ
Dövlət — bir ölkədə, bir ərazidə siyasi baxımdan təşkilatlanmış bir millət və ya millətlər ittifaqının yaratdığı siyasi varlıq. Dövlət müəyyən idarəetmə üsuluna, qanunvericilik sisteminə, güc strukturlarına, atributlara və s. sahib olur və öz varlığını nəzarət etdiyi ərazinin bütün hissələrinə yayır.

Hər bir dövrün özünəməxsus idarəçilik forması mövcuddur. İdarəçilik mexanizmi isə hər bir cəmiyyətin formalaşdığı formasiyadan asılıdır. Cəmiyyətin mütəşəkkilliyi onun üzvlərinin fərdi və ümumi maraqlarının ahəngdar uzlaşmasından asılıdır. Cəmiyyətin özünün formalaşması isə onun fərdlərinin qarşılıqlı əməkdaşlığı nəticəsində həyata keçirilən qarşılıqlı maraqlar əsasında yaranır. Hər bir dövrdə yaşayan fərdlərin məcmusunun idarə olunması üçün dövlət mexanizminin formalaşması zəruri əlamətlərdən biridir. Dövlət öz funksiyalarını özünün formalaşdırdığı mexanizm vasitəsilə həyata keçirir. Bu funksiyalar daxili və xarici funksiyalara bölünürlər. Dövlət daxili funksiyasını həyata keçirmək üçün qanunverici, icra və məhkəmə hakimiyyətini formalaşdırır. Hakimiyyət bölgüsü əsasında qanunverici hakimiyyət - Milli Məclis cəmiyyətin hər bir üzvünün marağını nəzərə almaqla qanunlar qəbul edir, icra hakimiyyəti orqanı isə onların realizə olunmasını həyata keçirir. Məhkəmə hakimiyyəti isə hər bir fərdin pozulmuş hüquqlarının bərpasını həyata keçirir. Dövlət daxili funksiyasını həyata keçirərkən həyatın bütün sahələrində məqsəd fərdin maddi, mənəvi, fiziki rifahına və onun maksimum hüquqi və sosial müdafiəsinə nail olmağa yönəlməlidir. Bu gün yazımda dövlət anlayışını açmağa, dövlətin daxili və xarici funksiyasına izah veməyə, dövlət və vətandaş cəmiyyəti anlayışlarını əlaqələndirməyə çalışacam.




Yüklə 33,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin