AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti



Yüklə 217,99 Kb.
Pdf görüntüsü
tarix24.02.2020
ölçüsü217,99 Kb.

AZƏRBAYCAN  RESPUBLİKASI  TƏHSİL  NAZİRLİYİ 

 

 

GƏNCƏ  DÖVLƏT  UNİVERSİTETİ 

 

 



 

 

 



 

 

 



 

Məktəbşünaslıq 

Universitetlərin müəllim hazırlığı ixtisasları üzrə 

 bakalavr təhsil pilləsi üçün  



fənn proqramı 

 

 



 

 

 



 

 

 



Gəncə - 2012 

 

 

Hazırlayan: 



 

 

      GDU-nun ümumi pedaqogika kafedrasının  

                                                         baş müəllimi Lamiə Nizami qızı Nağıyeva 

 

 

 



 

Elmi redaktoru:                            Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi  

                                                        üzvü, pedaqogika üzrə elmlər doktoru,  

                                                        professor F.A. Rüstəmov 

                                                                            



Rəyçilər:                                        Pedaqogika üzrə elmlər doktoru, 

                                                        professor A.N. Abbasov, 

 

                                                        Pedaqogika üzrə elmlər doktoru, 

                                                        professor Ş.T. Tağıyev, 



 

     Pedaqogika üzrə fəlsəfə doktoru,  

                                                       dosent B.F. Apoyev                                                                                                             

 

     


 

 

 

 

 

 

 

 

 

İZAHAT VƏRƏQI 

   Respublikamızın  müstəqillik  yolu  ilə  inkişaf  etdiyi,  təhsil  sisteminin 

ümumbəşəri  dəyərlər    və  milli  zəmin  üzərində  qurulduğu  müasir  dövrdə  başqa 

sahələrdə  olduğu  kimi,  pedaqoji  sahədə  də  yaxşı  hazırlıqlı,  yüksək  biliyə  və 

təcrübəyə malik  kadrların hazırlanmasına xüsusi fikir verilir.  

    Hər bir xalqın varlığı, tarixi inkişaf prosesi, gələcəyi, düşüncə tərzi, bilik və 

bacarığı  bünövrəsi  möhkəm  qoyulan  təhsili  ilə  əlaqədardır.  Müstəqil  Azərbaycan 

Respublikasının  təhsil  sahəsində  müvafiq  islahatlar  aparılması  yeni  tarixi 

mərhələnin  başlıca  tələblərindəndir.  Bu  gün  “Məktəbşünaslıq”  fənninin  ali 

məktəbin tədris planına salınması yeni pedaqoji təfəkkürün tələblərindən, tədrisin 

Bolonya prosesi, kredit sistemi əsasında yenidən işlənməsi, təkmilləşdirilməsi, ali 

məktəbdə  təlim  prosesinin  optimallaşdırılması,  gələcək  müəllimləri  tədris 

müəssisəsinə  rəhbərlik  və  onu  idarə  etməyə  səmərəli  şəkildə  hazırlamaq  

zərurətindən  irəli    gəlir.  Fənnin  proqramının  yeni  tələblər  əsasında  işlənməsi 

mövzuların  müəyyənləşdirilməsinə,  mühazirə  və  seminar  məşgələlərinə  hazırlıq 

qaydaları  haqqında  metodik  göstərişlərə,  habelə  məşğələlərin  yeni,  interaktiv 

metodlarla təşkilinə və keçirilmə metodikasına ehtiyac yaratmışdır. 

    Proqram  tərtib  edilərkən  professorlar  N.  Kazımov,  Ə.  Ağayev,  R. 

Məmmədzadə,    F.  Rüstəmov,  A.  Abbasov,  Ə.  Paşayev,  F.  Sadıqov,  dosentlər  Ə. 

Kəlbəliyev,  N.Ə  Əhmədov,  İ.  Əhmədova,    İ.  Hacıyev,  H.  Bayramov  və  digər 

pedaqoqlar  tərəfindən  müxtəlif  illərdə  yazılmış  dərsliklərə  və  metodik  ədəbiyyata 

istinad edilmişdir. 

   Proqramın  tərtibində  dövrün  tələbləri,  yeni  təlim  metodları  və  elmi 

nailiyyətlər  diqqət  mərkəzində  saxlanılmışdır.  Ali  və  orta  ixtisas  məktəblərində 

istifadə  üçün  nəzərdə  tutulan    bu  proqramda  bütün  kurslar  və  semestrlər  nəzərə 

alınmışdır. İxtisaslar üzrə tədris yükləri ilə müəyyən edilən saatlara uyğun olaraq 

tədris-tematik  planda  dəyişikliklər  aparıla  bilər.  Saatlar  həmçinin  fənn 

metodbölmələrində ixtisaslar üzrə  müəllimlər tərəfindən də müəyyən edilə bilər. 



 

 

Məktəbşünaslıq fənni  üzrə nümunəvi tədris-tematik 

PLAN 

 

S.s. 



Bölmələr və mövzuların adları 

Mühazirə 

Seminar 







1. 


Məktəbşünaslığın bir elm sahəsi 

kimi  təşəkkülü və  inkişafı 

tarixindən 



2. 

“Məktəbşünaslıq” anlayışı, 

məktəbşünaslığın predmeti, məqsəd 

və vəzifələri, məzmunu, quruluşu 



3. 



Məktəbə rəhbərlik və onun idarə 

olunmasının əsas prinsipləri 



4. 



Təhsil sistemində menecment: 

mahiyyəti, məqsəd və vəzifələri. 

Təhsildə menecer: fəaliyyətinin əsas 

istiqamətləri 



5. 



Məktəbdaxili rəhbərlik: məzmunu 

və metodları 



6. 



Məktəb işinin planlaşdırılması 



7. 

Bazar 


iqtisadiyyatı 

şəraitində 

məktəb 

direktorunun 



fəaliyyəti. 

Məktəb 


direktorunun 

rəhbərlik 

üslubu və səriştəliliyi 



8. 

Məktəbdaxili nəzarətin təşkilat-

təchizat məsələləri 



9. 

Təhsil müəssisələrinin demokratik 

idarə edilməsinin nəzəri və praktik 

məsələləri 



10.  Məktəbin 

kollegial 

idarəetmə 

orqanları 



11.  Pedaqoji əməyin elmi təşkili 



12.  Məktəbdə aparılan metodik iş 



13.  Məktəb sənədləri. Məktəbin tədris-



maddi bazası və maliyyə-təsərrüfat 

fəaliyyəti  

 





14.  Məktəbin tədris-tərbiyə işinə 

rəhbərlik üzrə təhsil orqanlarının 

fəaliyyəti  



15.  Məktəbin fəaliyyətinin monitorinqi 

və qiymətləndirilməsi 



2 

 

Cəmi : 



30 saat mühazirə 

30 saat seminar 

 

 

I Mövzu: Məktəbşünaslığın bir elm sahəsi kimi  təşəkkülü və  inkişafı 

tarixindən 

Məktəbşünaslığın  metodoloji  və  nəzəri  əsasları.  Sosial  proseslərin  və 

məktəbşünaslığın  idarə  olunmasının  nəzəriyyəsi.  Təhsil  sahəsində  dövlət 

siyasətinin əsas prinsipləri.   

Məktəbşünaslığın əsaslarının formalaşdırılması. Məktəbşünaslıq məsələləri ilə 

bağlı  aparılmış  tədqiqatlar,  yazılmış  eimi-tədqiqat  xarakterli    monoqrafiya,  kitab,  

kitabça, məqalə və məcmuələrin təhlili.  

Məktəbşünaslığın yaranması və inkişafında K.D. Uşinski, N.F. Bunakov, N.A. 

Korf,  N.İ.  Proqov,  M.İ.  Kondakov,  V.P.  Simonov,  M.M.  Mehdizadə,  N.M. 

Kazımov,  Z.İ.  Qaralov,  Y.Ş.  Kərimov,  R.H.  Məmmədzadə,  N.H.  Əhmədov,  İ. 

Hacıyev, Ə.A. Kəlbəliyevin rolu.  


Son  illərin  “Pedaqogika”  dərsliklərində    (N.M.Kazımov,  Ə.A.Ağayev,  A.N. 

Abbasov, F.A. Rüstəmov Ə.X. Paşayev, L.N. Qasımova, R.M. Mahmudova,  F.N. 

İbrahimov, H.H. Əhmədov  və b.)  məktəbşünaslığın nəzəri, metodoloji və praktik 

məsələlərin qoyuluşu. 



 

II Mövzu: “Məktəbşünaslıq” anlayışı, məktəbşünaslığın predmeti, 

məqsəd və vəzifələri, məzmunu, quruluşu 

“Məktəbşünaslıq” anlayışı. Məktəbşünaslığın əsas mövzusunun məktəb işinin 

təşkili  və  idarə  edilməsi,  eyni  zamanda  idarəetmə  obyektlərinə  planlı  və 

məqsədəuyğun təsir göstərməsi. 

Təhsil  müəssisəsinin  aşkarlıq,  şəffaflıq  və  demokratik  prinsiplər  əsasında, 

Təhsil  haqqında  Azərbaycan  Respublikası  Qanununa  və  başqa  normativ  hüquqi 

aktlara və məktəb nizamnaməsinə uyğun olaraq idarə olunması. 

Məktəbşünaslığın  ümumi  funksional  məzmununun  müəyyənləşdirilməsi. 

Məktəbşünaslığın əsas obyekt və subyektləri, onlar arasında qarşılıqlı əlaqə. 

Məktəbşünaslığın mənbələri və başqa elmlərlə əlaqəsi. 

 

III Mövzu: Məktəbə rəhbərlik və onun idarə olunmasının əsas prinsipləri 

Məktəbə  rəhbərlik  və  onun  idarəedilməsində  sistematiklik  və  komplekslik 

prinsiplərinin  (sosial,  iqtisadi  və  ideoloji  problemləri  vəhdət  halında  həll  etmək) 

tətbiqi. 

İdarəetmənin  elmilik  prinsipi:  mahiyyəti  və  bu  prinsipin    tətbiqinə  verilən 

tələblər. 

Planauyğunluq  prinsipi.  Demokratik  mərkəziyyət  prinsipi.  Kollegiallıqla 

təkbaşına rəhbərliyin vəhdəti prinsipi. İcranın yoxlanılması prinsipi. Operativlik və 

konkretlik prinsipi. 

Məktəbə  rəhbərlik  və  onun  idarə  olunmasında  müsbət  ənənələrə  və  qabaqcıl 

təcrübəyə istinad prinsipi. 

Məktəbə rəhbərlik və onun idarəolunmasının  qarşılıqlı əlaqəsi prinsipi. 



 

IV MövzuTəhsil sistemində menecment: mahiyyəti, məqsəd və 

vəzifələri. Təhsildə menecer: fəaliyyətinin əsas istiqamətləri. 

Menecment – müvafiq nəticəyə gəlmək üçün idarəetmə sustemi kimi. 

Menecmentin  predmeti,  məqsədi  və  əhəmiyyəti.

 

Menecmentin  nəzəri  və 



metodoloji  problemləri.

 

Ölkənin  bazar  münasibətlərinə  keçid  şəraitində  əsas 



təsərrüfat  sahələrində  idarəetmənin  mütərəqqi  forma  və  metodlarının  tətbiq 

olunmasının  zəruriliyi.  Tədris  müəssisəsinin  dünya  bazarına  çıxması  və  xarici 

iqtisadi  əlaqələrin  genişləndirilməsi  üçün  menecment  təcrübəsinə  yiyələnməyin 

vacibliyi. İdarəetmə münasibətləri menecmentin predmeti kimi. İdarə edən və idarə 

olunan sistemlər menecmentin subyektləridir.  Menecment - fənlərarası elmi bilik 

sahəsi kimi. Menecment bazar münasibətləri şəraitində idarəetmə nəzəriyyəsi kimi.  

Menecment  bazar  münasibətləri  şəraitində  müəssisənin  maliyyə-təsərrüfat 

fəaliyyətinin təşkil, onun müstəqil həyata keçirilməsinin vasitəsi kimi.  

 Menecment  nisbətən  az  maddi,  əmək  və  maliyyə  ehtiyatlarından 

faydalanmaqla  səmərəliliyi  və  mənfəəti  artırmaq  üçün  tətbiq  olunan  idarəetmə 

fəaliyyətidir. Menecment bazar və bazar münasibətləri şəraitində idarəetmədir. 

Menecer – idarəetmə (menecment) fəaliyyətini həyata keçirən şəxs. 

Menecerlərə xas olan xüsusiyyətlər 

 

V Mövzu: Məktəbdaxili rəhbərlik: məzmunu və metodları. 

Məktəbdaxili rəhbərliyin məzmunu. Məktəbdaxili rəhbərliyin metodları. 

 Cari  tədris  ili üzrə məktəbin  təlim-tərbiyə  işinin nəticələrinin  təhlili.   Fənn 

müəllimlərinin,  sinif  rəhbərlərinin,  fənn  komissiyalarının,  məktəb  ictimai 

təşkilatlarının fəaliyyətinin səviyyəsinin obyektiv qiymətləndirilməsi.  

Şagirdlərin  tərbiyəliliyinin,  bilik  və  həyati  bacarıqlarının  keyfiyyətinin 

dəyərləndirilməsi.  

Təlim-tərbiyə  prosesinin  kəmiyyət  göstəricilərinin  reyfiyyət  göstəriciləri  ilə 

nisbətinin öyrənilərək təhlilinin aparılması.  

 

 


VI Mövzu: Məktəb işinin planlaşdırılması 

Məktəbin  idarə  olunmasında  planlaşdırmanın  rolu.  Məktəbin  fəaliyyətinni 

planlaşdırılmasına verilən tələblər. 

Sinif  rəhbərinin,  məktəb  və  şagird  istimai  təşkilatlarının,  pedaqoji  şuranın 

işinin planlaşdırılması. 

Məktəbin  iş  planlarının  növləri  və  quruluşu  (cari,  illik  və  perspektiv). 

Məktəbin illik planlarının quruluşu və strukturu. 

Planlaşdırmanın növləri: mətni planlaşdırma, qarfik planlaşdırma, mətn-qarfik 

planlaşdırma. 

Ümumtəhsil məktəbinin nizamnaməsi, təhsil ocağının idarə olunması və ona 

rəhbərliyə cavabdeh olan şəxslərin  hüquq və vəzifələri. 

 

VII Mövzu: Bazar iqtisadiyyatı şəraitində məktəb direktorunun fəaliyyəti 

“Təhsil  haqqında  Azərbaycan  Respublikasının  Qanunu”nun  (2009)  30-cu 

maddəsinin (“Təhsil müəssisəsinin idarəolunması”) təhlili.  

Pedaqoji  prosesin  kadr  təminatı.  Məktəbə  rəhbərlik  funksiyalarının  bölgüsü. 

Məktəbdə  direktorla  müavinlər  arasında  vəzifə  bölgüsünün  aparılması,  onların 

hüquq və vəzifələri. 

Tədris  müəssisəsində  direktor-müəllim,  müəllim-müəllim,  müəllim-şagird, 

şagird-şagird,  müəllim-valideyn  münasibətlərində  himanizm  prinsiplərinin 

bərqərar olması. 

Məktəb  rəhbərlərinin  funksiyalarının  əlaqələndirilməsi.  Məktəb  direktorunun 

şəxsiyyətinə  verilən  tələblər  (ədalətlilik,  prinsipiallıq,  yüksək  mədəniyyət,  təmiz 

mənəviyyat,  təşkilatıçılıq  və  idarəetmə  bacarığı,  tələbkarlıq  və  iqtisadi  hazırlıq, 

humanistlik və səmimiyyət, təmkinlilik, dözümlülük, möhkəm iradəlilik və hər cür 

vəziyyətdən çıxış yolu tapa bilmək, işgüzarlıq və dəqiqlik). 

Bazar iqtisadiyytı şəraitində məktəbə maliyyə vəsaitlərinin ayrılması.  

 

 

 


VIII Mövzu: Məktəbdaxili nəzarətin təşkilat-təchizat məsələləri 

Məktəbdaxili  nəzarətin  məktəbin  idarə  edilməsi  və  ona  rəhbərlikdə 

əhəmiyyətli  rol  oynaması.  Məktəbdaxili  nəzarətin  məzmunu.  Məktəbdaxili 

nəzarətin başlıca vəzifələri. 

Məktəb rəhbərlərinin idarəetmə fəaliyyəti. Məktəbdaxili nəzarətin vəzifəsinin 

onun  ümumi  sisteminə  daxil  olan  sahələrə  düzgün  və  səmərəli  nəzarət  etməkdən 

ibarət olması.  

Məktəbdaxili  nəzarətə  verilən  pedaqoji  tələblər.  Məktəbdaxili  nəzarətin 

növləri: ilkin nəzarət, cari nəzarət, yekun nəzarət.  

Məktəbdaxili  nəzarətin  formaları:  tematik  nəzarət,  frontal  nəzarət. 

Məktəbdaxili  nəzarətin  təşkilinə  verilən  ümumi  tələblər:  nəzarətin  sistematikliyi, 

nəzarətin  obyektivliyi,  nəzarətin  təsirliliyi,  nəzarəti  həyata  keçirənin  səriştəli 

olması. 

 

IX Mövzu:  Təhsil müəssisələrinin demokratik idarə edilməsinin nəzəri 



və praktik məsələləri. 

Elmi-pedaqoji  və  metodik  ədəbiyyatda  tədris  müəssisəsinin  demokratik 

əsaslara  idarə  olunması  məsələlərini  qoyuluşu.  Qabaqcıl  məktəb  təcrübəsi,  rəy 

mübadiləsi. Sinfin demokratik əsaslara idarə olunması. Demokratik məktəb və sinif 

rəhbəri.  Demokratik  müəllim.  Pedaqoji  kollektivin  demokratik  məktəb  rəhbərinə 

münasibəti. Şagirdlərin demokratik müəllimə münasibəti. 



 

X Mövzu: Məktəbin kolegial idarəetmə orqanları 

Kollegial  idarəetmə  orqanlarının  sistemi.  Pedaqoji  şura  tədris  müəssisəsinin 

idarəolunmasının  ali  orqanı  kimi.  Pedaqoji  şuranın  işinin  planlaşdırılması,  

məzmunu və metodikası. 

Pedaqoji şuranın gündəliyinə daxil edilməsi vacib bilinən problemlər.  

Məktəb şuraları və ona rəhbərlik. Məktəb şurası kollegial ictimai idarə orqanı 

kimi.  


Direktoryanı,  o  cümlədən  müavinləryanı  müşavirələrin  tərkibi,  əsas 

funksiyası. Direktoryanı müşavirələrin işinin məqsədi, məzmunu. 

Məktəb metodbirləşmələri:  quruluşu, fəaliyyət istiqamərləri, işinin məzmunu.  

Məktəb  metodbirləşmələrinin  növləri:  sinif  birləşmələri,  fənn  metodbirləşməsi, 

sinif  rəhbərlərinin  metodbirləşməsi  və  günüuzadılmış  qrup  tərbiyəçilərinin 

metodbirləşməsi.  

Metodbirləşmələrin illik iş planı. 

Metodbirləşmələrin fəaliyyətinə rəhbərlik.  



 

                    XI Mövzu: Pedaqoji əməyin elmi təşkili. 

Pedaqoji  əməyin  elmi  təşkilinə  verilən  tələblər:    elmi  cəhətdən 

əsaslandırılmış  planlaşdırma,  fəaliyyətin  təşkili,  fəaliyyətin  təşkili  iştirakçılarının 

səylərinin əlaqələndirilməsi, stimullaşdırılması, operativ nəzarət və uçot. Təlim və 

tərbiyənin məzmununun, metod, forma və vasitələrinin düzgün seçilməsi.  

Pedaqoji  əməyin  elmi  təşkili  üçün  zəruri  şəraitin  yaradılması.  Məktəb  

müəllim  və  şagird  kollektivində  lazımi  mənəvi  və  psixoloji  mühitin  bərqərar 

olması. Tədris müəssisəsində sanitar-gigiyenik mədəniyyətin yaradılması. 

Müəllimlərin və şagirdlərin rəğbətləndirilməsi. 

Pedaqoji  prosesin  təşkilinə  dair  operativ  məlumata  malik  olmaq.  Təlim  və 

tərbiyə prosesinin, məktəbin idarə olunmasının optimallaşdırılması. 

 

XII Mövzu: Məktəbdə aparılan metodik iş 

“Metodik iş” anlayışı. Metodik işin məqsəd və vəzifələri. Məktəbdə metodik 

işin  təşkili  formaları.  Məktəbdə  metodik  işin  təkmilləşərək,    yeniləşməsinə  təsir 

edən amillər.  

Müəllimlərin  metodik  işinin  formaları:  müəllimin  öz  təşəbbüsü  ilə 

həmkarlarının  məşğələlərində  olması,  müəllimlərin  qarşılıqlı  surətdə  dərslərdə 

olmaları, müəllimin mütaliəsi, müəllimin radio və televiziya verilişlərini dinləməsi.  

Fənn  komissiyalarının  fəaliyyəti:  metodik  birləşmələr,  müəllimin  öz 

təşəbbüsü ilə elmi-praktik konfranslarda çıxışı. 



Müəllimlərə metodik köməkliyin formaları: müəllimlərin dərslərində məktəb 

direktorunun  iştirakı,  müəllimlərin  dərslərində  direktor  müavinin  iştirakı, 

müəllimlərin  dərslərində  təhsil  şöbələri  işçilərinin  iştirakı,  pedaqoq  və  metodist 

alimlərin məktəbə dəvət edilməsi, pedaqoji şurada metodik işə dair müzakirə 



 

XIII Mövzu: Məktəb sənədləri. Məktəbin tədris-maddi bazası və maliyyə-

təsərrüfat fəaliyyəti 

Təlim-tərbiyə  işinin  keyfiyyətinin  məktəbin  maliyyə-təsərrüfat  fəaliyyətinə  

rəhbərlikdən asılılığı. 

Məktəbin maddi-texniki bazası və maliyyə-təsərrüfat fəaliyyəti.  

Məktəb  sənədlərinin  qruplara  bölünməsi:  1.  Tədris-pedaqoji  sənədlər 

(şagirdlərin  şəxsi  işi;  sinif  jurnalı;  fakultətiv  məşğələlərin  jurnalı;  günüuzadılmış 

qrup jurnalı və s.). Dərs cədvəli, onun əhəmiyyəti və tərtibi qaydaları. 2. Maliyyə 

təsərrüfat  sənədləri  (məktəbin  texniki  pasportu;  əsas  vəsaitlərin  inventar  siyahısı; 

materialların  anbar  uçotu  kitabı;  məktəbin  kitabxana  fondunun  inventar  kitabı; 

müəssisənin  ehtiyatı  üçün  materialların  verilməsi  cədvəli;  istismarda  olan  ucuz 

qiymətli və tez işlənən əşyaların hərəkətinin operativ uçotu cədvəli).  

Məktəbin  büdcəsi.  Məktəbin  təsərrüfat  təminatı.  Məktəbin  və  müəllimlər 

otağının tərtibatı.  

Azərbaycan  Respublikası  məktəb  büdcəsi  xərclərinin  iqtisadi  təsnifatı. 

Məktəbə maliyyə vəsaitlərinin daxil olması. 

 

XIV Mövzu:  Məktəbin tədris-tərbiyə işinə rəhbərlik üzrə təhsil 

orqanlarının fəaliyyəti 

Təhsil  şöbəsinin  və  Təhsil  Nazirliyinin  tədris  prosesinin  səmərəli  təşkili 

istiqamətində  fəaliyyəti.  Məktəbin  idarə  olunması  istiqamətində  kömək.  Şagird 

kollektivinin təşkili və tərbiyəsi sahəsində, məktəblilərin  tərbiyəlilik səviyyəsinin 

artırılması istiqamətində kömək. 

Məktəbə metodik köməyin təşkili, məktəbə nəzarət və onun fəaliyyətinin 

qiymətləndirilməsi. Təhsil şöbəsinin məktəbə əməli köməyinin istuqamətləri. 


XV Mövzu: Məktəbin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi 

Məktəbin  pedaqoji  monitorinqi.  Monitorinqin  məqsədi,  məzmunu,  növləri, 

metodları  və  təşkili.  Məktəbdə  şagirdlərin  təlim  fəaliyyətinin  monitorinqi  və  ona 

rəhbərlik.  

Məktəbdə müvəffəqiyyətin qiymətləndirilməsi və ona rəhbərlik. “Azərbaycan 

Respublikasının  ümumi  təhsil  sistemində”  “Qiymətləndirmə  Konsepsiyası”nda 

qiymətləndirmənin  növləri:  məktəbdaxili  qiymətləndirmə,  milli  qiymətləndirmə, 

beynəlxalq qiymətləndirmə. 

Məktəb direktorunun fəaliyyətinin qiymətləndirilməsi meyarları.  

                                                        

 

 

 

 

 

 

 

 

 

 

 

 

                    

 

 

 


 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBIYYATIN SİYAHISI 

1. Abbasov A.N. Pedaqogika. Bakı: Mütərcim, 2010. 

    2. Azərbaycan Respublikası Konstitusiyası. Bakı: Qanun, 2004. 

3.  Bayramov  H.B.,  Kəlbəliyev  Ə.A.  Təhsili  idarəetmənin  əsasları.  Bakı, 

1998. 

4.  Əhmədov  N.H.,  Əhmədova  İ.N.  Məktəbin  idarə  edilməsinin  nəzəri  və 



praktik məsələləri. Bakı, 1997. 

5.  Əhmədov N.H. Məktəb işinin planlaşdırılması. Bakı, 1984. 

6. Əhmədov. N.H.  Məktəbşünaslıqdan mühazirə konspektləri. Bakı, 1987. 

7. Kazımov N. Məktəb pedaqogikası. Bakı: Çaşoğlu, 2002. 

8.  Kəlbəliyev  Ə.A.  Təhsili  idarəetmənin  əsasları  (Məktəbşünaslıq).  Bakı: 

Nurlan, 2006. 

9.    Mehrabov  A.O.,  Abbasov  A.N.,  Hüseynov  V.Ş.  və b.  Təhsil sisteminin 

idarəolunmasının pedaqoji-psixoloji problemləri.  Bakı: Mütərcim, 2011. 

10. Mehrabov A.O. Müasir təhsilin konseptual problemləri. Bakı: Mütərcim, 

2010. 


11.  Məmmədzadə  R.,  Abdullayev  A.,  Kərimova  F.,  Cabbarov  R.  və  b. 

Təhsilin idarə edilməsinin bəzi problemləri. Bakı, 2008.  

12.  Mərdanov  M.C.  Azərbaycan  təhsili  yeni  inkişaf  mərhələsində.  Bakı: 

Çaşoğlu, 2009. 

13.  Paşayev  Ə.X.,  Rüstəmov  F.B.  Pedaqogika:  yeni  kurs.  Bakı:  Nurlan, 

2007. 


14. Sadıqov F.B. Pedaqogika. Bakı: Adiloğlu, 2009. 

15.Təhsil  haqqında    Azərbaycan  Respublikasının  Qanunu.  Bakı,  Hüquq 

ədəbiyyatı,  2009. 

 

 

 



Yüklə 217,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə