“Elektron güc çeviriciləri
(Magistr pilləsi üçün)
MÜHAZİRƏLƏR KONSPEKTİ
|
M Ü N D Ə R İ C A T
|
|
1
|
Эириш.....................................................................................
|
4
|
2
|
Бирфазлы сыфыр нюгтяли дцзляндиричиляр .......................
|
|
3
|
Бирфазлы кюрпц дцзляндиричиляри …………………………………
|
|
4
|
Цçфазлы сыфыр нюгтяли дцзляндиричиляр .......................
|
|
5
|
Цçфазлы кюрпц дцзляндиричиляри …………………
|
|
6
|
Алтыфазлы мцвазинятляшдиричи реакторлу дцзляндирчиляр .....
|
|
7
|
Щамарлайычы və pараметрик филтирляр ……………………….
|
|
8
|
Parametrik stabilizatorlar ..........................................................
|
|
9
|
Kompensasiya tipli stabilizatorlar. ..........................................
|
|
10
|
Tezlik çeviriciləri haqqnda ümumi məlumat ............................
|
|
11
|
Tiristorlu invertorlar........................................
|
|
12
|
Tranzistorlu invertorlar ...........................................
|
|
13
|
Bilavasitə əlaqəli tezlik cevriçiləri .................................
|
|
14
|
İET cevriçilərinin qurulma prinsipi. ...........................................
|
|
15
|
Tiristorlu və tranzistorlu İET cevriçiləri ...................................
|
|
|
Ədəbiyyat ............................................................................
|
|
Mühazirə 1.
G i r i ş
Mühazirənin planı:
Dəyişən cərəyanı sabit cərəyana çevirən elektron sxemlər haqqında məlumat
Nəzarət sualları:
1. Dəyişən cərəyanı sabit cərəyana çevirən qurğunun sadələşmiş struktur sxemini izah et
2. İdarəolunan və idarəolunmayan düzləndiricilər haqqında məlumat
Dəyişən cərəyanı sabit cərəyana çevirən elektron sxemlərinə düzləndirici deyilir. Elektron qurğularını qidalandırılmasında əsas etibarı ilə düzləndiricilərdən istifadə olunur. Dəyişən cərəyan mənbəyinin fazalar sayından asılı olaraq düzləndiricilər birfazlı və üç fazalı olurlar. Elektron qurğuları əsasən birfazalı dəyişən cərəyan şəbəkələrinə birləşmiş alçaq güclü ikiyarımperiodlu düzləndiricilər vasitəsilə qidalanırlar. Böyük gücə malik qurğuları sabit cərəyanla qidalandırmaq üçün üç fazlı şəbəkəyə birləşmiş orta və böyük güclü düzləndiricilərdən istifadə edilir.
Ümumi halda dəyişən cərəyanı sabit cərəyana çevirən qurğunun struktur sxemi şəkil 1.1. də olduğu kimi təsvir edilir. Struktur sxem dəyişən cərəyan elektrik mənbəyindən (1), düzləndiricidən (2) və sabit cərəyan işlədicisindən (3) ibarətdir.
Düzləndiricinin sxemi öz növbəsində Tr transformatorundan,tiristor-diod blokundan, İB idarə blokundan və S hamarlayıcı süzgəcdən ibarətdir.
Transformatorun vəzifəsi sxemi tələb olunan gərginliklə təmin etməkdən və dəyişən cərəyan tərəfin fazalarının sayını düzləndirici blokunun fazalarının sayı ilə uyğunlaşdırmaqdan ibarətdir. Sxemdə əsas işi düzləndirici blok yerinə yetirir.
Ümumiyyətlə düzləndirici idarə olunmayan və idarə olunan düzləndiricilərə bölünürlər: İdarə olunmayan düzləndiricilərin çıxışında gərginliyin qiyməti sabit qalır. İdarə olunan düzləndiricilərdə diodlar tiristorlarla əvəz edilir və belə qurğulardan düzləndiricinin çıxış gərginliyinin qiymətinin dəyişməsi tələb olunduqda istifadə olunur. İdarə bloku, ancaq düzləndiricinin tərkibində idarə olunan diodlar (tiristorlar) olduqda qurulur.Blokun vəzifəsi tiristorun açılması üçün onun idarə elektroduna elektrik siqnalı göndərməkdən ibarətdir.
Hamarlayıcı süzgəc kondensator və drosseldən ibarət olub, düzləndiricinin çıxışında gərginliyin döyünmələrini hamarlamaq üçün qoyulur.
Düzləndiricinin sxemindəki transformator və hamarlayıcı süzgəc bəzi hallarda olmaya da bilər.
Düzləndirilmiş gərginliyin formasından asılı olaraq düzləndiricilər bir yarımperiodlu və iki yarımperiodlu olurlar. Bir yarımperiodlu düzləndiricilərdə transformatorun ikinci dolaqlarından cərəyan şəbəkə gərginliyinin tam periodu ərzində yalnız bir dəfə, iki yarımperiodlarda isə iki dəfə (əks istiqamətlərdə) axır.
Yükün xarakteri (aktiv, aktiv-induktiv, aktiv-tutum, əks e.h.q.-li) düzləndiricinin işinə çox böyük təsir göstərir. Alçaq güclü düzləndiricilər adətən aktiv və aktiv-tutum, orta və böyük güclü düzləndiricilər isə əsasən aktiv-induktiv yükə işləyirlər. Düzləndirici sabit cərəyan mühərrikini qidalandırırsa və ya akkumlyatorları doldurursa, onun yükü əks e.h.q.-li olur.
Düzləndiricilərin öyrənilməsini asanlaşdırmaq üçün fərz edirik ki, onların yükü ancaq aktiv xarakterlidir, diodlarda yaranan düzünə gərginlik düşgüsü və onlardan axan əks cərəyan sıfıra bərabərdir.
düzləndiricilərin əsas parametrləri aşağıdakılardır:
düzləndirilmiş gərginliyin və cərəyanın orta qiymətləri (U0, İ0);
sxemin bir qolundakı diodlara düşən əks gərginliyin maksimal qiyməti Uəks.m.;
sxemin bir qolundakı diodlardan keçən cərəyanın maksimal qiyməti;
döyünmə əmsalı Kd;
düzlənmiş gərginliyin əsas harmonikasının tezliyi;
güc transformatorunun ikinci tərəf dolağında faza gərginliyinin təsir edici qiyməti U2;
Hazırda diodlarının qoşulması ilə və transformatorun dolaqlarının birləşməsi ilə fərqlənən çoxlu düzləndirici sxemlər mövcuddur.
Dostları ilə paylaş: |