Mühazirənin planı: Üçfazalı düzləndiricilər haqqında məlumat
Neytral çıxışlı üçfazalı düzləndiricilər haqqında məlumat
Mühazirədə istifadə olunan ədəbiyyat: H.A Mehdiyev «Gəmilərin elektrik avadanlığı» Bakı, «Ti- Media», 2008 – 398 səh.
Лихошерст В.И. Полупроводниковые преобразователи электрической энергии с импульсным регулированием. Екатеринбург, УГТУ, 2000 г. 116 ст.
В.Ю. Воскович, Т.Н. Королева , В.А. Павлова. Электроенергетические установки и силовая электроника транспортных средств.Санкт-Петербург, «Элмор», 2001 г. 383 ст.
Nəzarət sualları: 1. Neytral çıxışlı üçfazalı düzləndiricidə ventillərin idarə siqnalları arasında faza bucağı neçə dərəcə olur?
2. Neytral çıxışlı üçfazalı düzləndiricidə düzlənmiş gərginliyin döyünmə tezliyi neçə Hs olur?
Qeyd edildiyi kimi, üçfazlı düzləndiricilər orta və böyük güclü işlədiciləri qidalandırmaq üçün istifadə olunur. Belə düzləndiricilərin əsas iki növü məlumdur: neytral (sıfır) çıxışlı və körpü sxemləri.(üçfazlı biryarımperiodlu və üçfazlı iki yarımperiodlu)
Neytral çıxışlı sxem dolaqlar ulduz sxemi ilə birləşmiş üçfazlı transformatordan, hərəsi transformatorun bir fazasına qoşulmuş üç dioddan və yük müqavimətindən ibarətdir (şəkil 4.1 a).
Zaman diaqramından (şəkil 4.1 b) göründüyü kimi, faza dolağındakı gərginliyin müsbət istiqamətdə digər faza dolağındakı gərginliyə nisbətən daha çox olmasından asılı olaraq periodun üçdə biri ərzində diodlar növbə ilə açıq olurlar.
a) b)
v)
q)
d)
Məsələn, t1-dən t2-yə kimi (t1- t2) müddətdə U2a, U2b və U2c-yə nisbətindən daha yüksək olduğundan VD1 diodu açıqdır, VD2 və VD3 bağlı olur, çünki açıq dioddan bağlı diodların katodlarına müsbət potensial tətbiq edilir. Bu halda yük müqavimətindən axan cərəyan VD1 diodundan axan cərəyanına bərabər olur. Bu qayda ilə t2- t3 müddətində VD2 diodu, t3- t4müddətində isə VD3 diodu açıq olur. Yük müqavimətindəki düzləndirilmiş cərəyan üç diodun cərəyanlarının cəminə bərabər olur və həmişə yük müqavimətindən bir istiqamətdə axır:
(4.1)
Neytral çıxışlı üçfazalı düzləndiricidə ventillərin idarə siqnalları arasında faza bucağı 1200 təşkil edir.
Yük müqavimətinə düşən düzləndirilmiş gərginliyin orta qiyməti transformatorun ikinci tərəfinin ayrı-ayrı faza gərginliklərinin düzləndirilməsindən əmələ gəlir (şəkil 4.1 v) və aşağıdakı ifadə ilə təyin edilir:
(4.2)
burada U2 – transformatorun ikinci tərəfinin faza gərginliyinin təsiredici qiymətidir.
Neytral çıxışlı üçfazalı düzləndiricidə düzlənmiş gərginliyin döyünmə tezliyi 150 Hs təşkil edir.
Düzləndirilmiş yük cərəyanının orta qiyməti vasitəsilə təyin edilir.
Bu sxemdə bir dioda düşən əks gərginliyin maksimal qiyməti transformatorun ikinci tərəfinin xətti gərginliyinin maksimal qiymətinə bərabərdir: (şəkil 4.1 d)
Uəks.m (4.3)
Sxemin düzləndirilmiş gərginliyinin döyünmə əmsalı bir fazalı sxemlərə nisbətən az olub təşkil edir.
Diodların sayı az olduğundan sxemin etibarlığı yüksək olur. Bu sxemə müəllifin soyadı ilə Mitkeviç sxemi də deyirlər.