Elektron güc çeviriciləri (Magistr pilləsi üçün) MÜhaziRƏLƏr konspekti


Birfazlı körpü gərginlik invertoru



Yüklə 1,43 Mb.
səhifə14/18
tarix30.01.2023
ölçüsü1,43 Mb.
#81757
1   ...   10   11   12   13   14   15   16   17   18
Elektron güc çeviriciləri

Birfazlı körpü gərginlik invertoru.
Birfazlı gərginlik invertoru əsasən körpü sxemi ilə yığılır. Adətən aktiv – induktiv xarakterli yük körpünün diaqnalına qoşulur. İnvertorun sxeminə 4 ədəd tristor, əks körpü təşkil edən 4 ədəd diod və komutasiya edici kondensator daxildir. Yəni birfazalı körpü gərginlik invertorunun idarə sistemi dörd kanallı idarə impulsları hasil edir. D1-D4 əks diodları aktiv – induktiv xarakterli yükün əks istiqamətli olan inventorlarda cərəyan keçirmək funksiyasını yerinə yetirir. Komutasiya edici kondensator yükə paralel qoşulur və yüklə birlikdə rezonans rəqs konturu təşkil edir. Birfazalı tiristorlu körpü gərginlik invertorunda tiristorlar ayrı fazalarda yerləşməklə anod və katod qrupunun hərəsindən biri işləyir. Şəkildə inventorda çıxış gərginliyi əyrisinin formalanması prinspini əks etdirən zaman diaqramları və birfazlı tristorlu körpü gərginlik invertorunun sxemi göstərilmişdir.


Şəkil 11.3 Birfazalı tiristorlu körpü gərginlik avtonom invertoru sxemi





Üçfazlı tristorlu gərginlik invertoru.
Çeviricilər texnikasında körpü sxemi ilə yığılmış 3 fazlı avtonom invertorlar geniş tətbiq olunur. 3 fazlı invertorlarda elektromaqnit proseslər birbaşa faktorlardan asılıdır: Yükün xarakteri, yükün qoşulma üsulu, invertorun idarə üsulu, invertorun sxemi və s. İnvertorun yükü üçbucaq və ya ulduz birləşə bilər və bilavasitə qoşula bilər. İnvertorda ventilin bir periodu ərzində açıq qalma müddəti a=180 və ya 120° ola bilər. 1-ci halda tristor periodun yarısı ərzində, 2-ci halda isə 1/3 ərzində cərəyan keçir. a=180° yükün üçbucaq birləşməsi üçün invertorun birləşməsi sxeminə baxaq.

İnvertorun çıxışında düzbucaqlı formalı 60° intervalında 0 saniyəsində fasilə müddətli və amplitudası Ud olan 3 fazlı simmetrik gərginliklər sistemi formalanır. Xətt gərginliyinə faza gərginliyinə bərabər olur. Yükdə gərginliyin təsiredici qiyməti:


Şəkil 11.6 Faza gərginliklərinin zaman dioqramları






Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin