Elektron güc çeviriciləri (Magistr pilləsi üçün) MÜhaziRƏLƏr konspekti


Mühazirə 9. KOMPENSASİYA TİPLİ STABLİZATORLAR



Yüklə 1,43 Mb.
səhifə11/18
tarix30.01.2023
ölçüsü1,43 Mb.
#81757
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
Elektron güc çeviriciləri

Mühazirə 9.


KOMPENSASİYA TİPLİ STABLİZATORLAR.


Mühazirənin planı:
Kompensasiya tipli stablizatorlar haqqında məlumat
Paralel və ardıcıl kompensasiya stablizatorlarının struktur sxeminin izahı
Mühazirədə istifadə olunan ədəbiyyat:

  1. H.A Mehdiyev «Gəmilərin elektrik avadanlığı» Bakı, «Ti- Media», 2008 – 398 səh.

  2. Лихошерст В.И. Полупроводниковые преобразователи электрической энергии с импульсным регулированием. Екатеринбург, УГТУ, 2000 г. 116 ст.

  3. В.Ю. Воскович, Т.Н. Королева, В.А. Павлова. Электроенергетические установки и силовая электроника транспортных средств. Санкт-Петербург, «Элмор», 2001 г. 383 ст.

Nəzarət sualları:
1. Ən çox hansı stablizatorlardan istifadə olunur?
2. . Stablizatorun iş prinspini izah et

Daha böyük stabilləşdirmə əmsalı tələb edilən sxemlərdə kompensasiya stabilizatorlarından istifadə edilir. Onların iş prinsipi ona əsaslanır ki, Ugir və İg vasitəsi ilə stabilləşmə gərginliyinin dəyişməsi sxemə xüsusi olaraq daxil edilmiş tənzim elementinə ötürülür, oda öz növbəsində Uy-in dəyişməsinin qarşısını alır.Tənzim elementi kimi,adətən güc tranzistoru istifadə olunur.Onun ardıcıl və ya paralel qoşulmasından asılı olaraq, kompensasiya tipli stabilizatorları da ardıcıl və paralel olur. Ən çox ardıcıl stabilizatorlar istifadə edildiyindən,onun iş prinsipini öyrənək.Stabilizatorun sxemi şəkildə göstərilmişdir.Baxılan sxemdə stabilizasiya kompensasiya prinsipində yerinə yetirilir. Sxemdə yük, T tranzistoru vasitəsilə mənbəyə qoşulur. Tranzistor qeyri-xətti tənzim elementi adlanır. Onun bazasına Əb əməliyyat gücləndiricisi vasitəsilə yükdən əks əlaqə siqnalı daxil olur.


Kompensasiya tipli stablizatorların iş prinsipi ona əsaslanır ki, Ugir və ya İy vasitəsi ilə stabilləşmə gərginliyinin dəyişməsi sxemə xüsusi olaraq daxil edilmiş tənzim elementinə ötürülür, o da öz növbəsində Uy-ün dəyişməsinin qarşısını alır. Tənzim elementi kimi, adətən güc tranzistorlu istifadə olunur. Onun ardıcıl və ya paralel qoşulmasından asılı olaraq kompensasiya tipli stablizatorları da ardıcıl və paralel olur. Ən çox ardıcıl stablizatorlar istifadə edildiyindən, onun iş prinsipini öyrənək. Stablizatorun sxemi şəkil 9.1-də göstərilmişdir.

Şəkil 9.1 Əməliyyat gücləndiricili kompensasiya stablizatorunun sxemi

Baxılan sxemdə yük T – tranzistoru vasitəsilə mənbəyə qoulur. Tranzistor qeyri xətti tənzim elementi adlanır. Onun bazasına Ə.G - əməliyyat gücləndiricisi vasitəsiylə yükdən əks əlaqə siqnalı daxil olur. Əməliyyat gücləndiricisinin girişinə isə yüksək Omlu R1, R2 gərginlik bölücüsündən


Uçıx=Ugir
gərginliyi və dayaq diodundan U0 gərginliyi daxil olur.
Stablizatorun iş prinspi aşğıdakı kimidir. Tutaq ki, Ugir gərginliyinin artması nəticəsində Ust gərginliyində yüksəlir. Bu halda əməliyyat gücləndiricisinin invers edən girişinə gərginliyə görə müsbət artım verilir. Bu halda əməliyyat gücləndiricisinin çıxışında mənfi artım formalanır (DUB). Tranzistorun emitter keçidinə DUBE=DUB-DUçıx<0 fərqi verilir və tranzistorun cərəyanı azalır.
Əməliyyat gücləndiricisinin güclənmə əmsalı nə qədər yüksək olarsa stablizatorun da Kst – stabilləşdirmə əmsalı bir o qədər yüksək olar.
Kst=103 - ə çata bilər. Stablitronun çıxış müqaviməti Rçıx=10-2¸10-3 Om-dur.
Şəkil 9.2 a və 9.2 b-də paralel və ardıcıl kompensasiya stablizatorlarının struktur sxemləri göstərilmişdir.
Hər iki stablizator sxemində TE tənzim elementinə idarə edici sxem vasitəsiylə təsir edir. İdarəedici sxem G – sabit cərəyan gücləndiricisi, DGM – dayaq gərginlik mənbəyi daxildir. DGM vasitəsiylə yük gərginliyi ilə dayaq gərginliyi G gücləndiricisinin girişinə təsir göstərir.


Şəkil 9.2 Paralel (a) və ardıcıl (b) kompensasiya stablizatorlarının struktur sxemi

Şəkil 9.2 a sxemində yükdə gərginliyin stablizasiyası parametrik stablizatorda olduğu kimi Rb ballast müqaviməti tənzim elementinin cərəyanının dəyişməsi hesabına, gərginlik düşgüsünün tənzim edilməsinə əsaslanır. Yükdə gərginliyin dəyişməzliyi Rb rezistorunda gərginliyin dəyişməzliyilə müəyyən olunur.


Şəkil 9.2 b sxemində tənzim elementi yükə ardıcıl qoşulur. Bu sxemdə yükdə gərginliyin stabilliyi tənzim elementində gərginliyin tənzimi ilə müəyyən olunur. Tənzim elementinin cərəyanı yük cərəyanına bərabər olur.

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin