Elektron güc çeviriciləri (Magistr pilləsi üçün) MÜhaziRƏLƏr konspekti


Mühazirə 6. ALTI FAZLI MÜVAZİNƏTLƏŞDİRİCİ REAKTORLU DÜZLƏNDİRİCİ



Yüklə 1,43 Mb.
səhifə7/18
tarix30.01.2023
ölçüsü1,43 Mb.
#81757
1   2   3   4   5   6   7   8   9   10   ...   18
Elektron güc çeviriciləri

Mühazirə 6.


ALTI FAZLI MÜVAZİNƏTLƏŞDİRİCİ REAKTORLU DÜZLƏNDİRİCİ.
Düzləndiricinin idarə olunmayan rejimi.


Mühazirənin planı:
Altı fazlı müvazinətləşdirici reaktorlu düzləndiricilər haqqında məlumat
Düzləndiricinin idarə olunan rejimi
Düzləndiricinin idarə olunmayan rejimi.
Mühazirədə istifadə olunan ədəbiyyat:

  1. H.A Mehdiyev «Gəmilərin elektrik avadanlığı» Bakı, «Ti- Media», 2008 – 398 səh.

  2. Лихошерст В.И. Полупроводниковые преобразователи электрической энергии с импульсным регулированием. Екатеринбург, УГТУ, 2000 г. 116 ст.

  3. В.Ю. Воскович, Т.Н. Королева, В.А. Павлова. Электроенергетические установки и силовая электроника транспортных средств. Санкт-Петербург, «Элмор», 2001 г. 383 ст.

Nəzarət sualları:
1. Müvazinətləşdirici reaktorlu 6 fazlı düzləndiricinin sxemi nədən ibarətdir?
2. Müvazinətləşdirici reaktorda gərginliyin tezliyi şəbəkə tezliyindən neçə dəfə böyük olur?

İdarə olunmayan düzləndiricidə aktiv və aktiv induktiv yük rejimlərində gedən proseslər biri-birindən az fərqlənir. Yükün xarakteri ancaq cərəyanlarin formasına təsir göstərir.


Müvazinətləşdirici reaktorlu 6 fazlı düzləndiricinin sxemi şəkil 6.1 də göstərilmişdir. Düzləndiricinin sxemi müvazinətlləşdirici reaktor MR vasitəsilə ümümi yükə işləyən 2 ədəd 3 fazlı sıfır nöqtəli düzləndiricidən ibarətdir. Altıfazalı müvazinətləşdirici reaktor düzləndiricisinin sxemində müvazinətləşdirici reaktorun vəzifəsi düzləndiricilər arasında daxili sızma cərəyanının qarşısını almaqdır.


Şəkil 6.1 Altı fazlı müvazinətləşdirici reaktorlu idarəolunmayan düzləndiricinin sxemi

Sxemin qidalanması üç dolaqlı transformator vasitəsilə yerinə yetirilir. Onun hər nüvəsində 2 ədəd eyni 2-ci dolaq yerləşdirilir. 1-ci düzləndiricidə 2-ci dolaqlar ventillərin anodlarının başlanğıclarına, 2-ci də isə axırları ilə birləşir.Nəticədə transformatorun 2 ədəd 2 ci dolağının faza gərginliklərinin 1-i digərinə nəzərən 180° sürüşür. Müvazinətləşdirici reaktor qapalı polad nüvəli drosseldir, 2 dolağı vardir. Sxemdə göstərildiyi kimi qoşulmuşdur. Hər 3 fazlı ventil qrupunun çıxışında formalanan düzləndirilmiş gərginlik əyriləri şəkil 5.2-də göstərilmişdir. Düzləndirilmiş Ud1 (1-ci qrup) gərginlik əyrisi bütün xətlə, Ud2 (2-ci qrup) isə qırıq xətlərlə göstərilmişdir. Həmən qrafikdə ştrixlə müvazinətləşdirici reaktorda gərginliyin ani qiymətləri göstərilmişdir.  gərginliyi təqribən üçbucaqlı formaya malikdir və onun amplitudası faza gərginliyi amplitudasının yarisina bərabərdir.


Müvazinətləşdirici reaktorda gərginliyin tezliyi şəbəkə tezliyindən 3 dəfə böyük olur. Şəkil 6.2 - də   gərginlik əyrisi qalın xətlərlə göstərilir Ud gərginliyi 6 qat döyünməyə malikdir.
U=1,17U2f
Ventilin əks gərginliyi 3 fazalı 0 nöqtəli düzləndiricidə olduğu kimi təyin olunur.

Ventillərin cərəyanlarının orta və təsiredici qiymətləri:
   
Birinci dolaq cərəyanının təsiredici qiyməti:

Ventillərin gərginliyə və cərəyana görə istifadə əmsallari:
 ;  
Transformatorun 1-ci tərəf, 2-ci tərəf və tan hesabat gücləri:
   
Transformatorun hesabat gücünün artım əmsalı:

Müvazinətləşdirici raktorun hesabat gücü:




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin