Transformatorun ikinci dolağının orta nöqtəsindən çıxışı olan iki yarımperiodlu düzləndirici.
Sxem eyni yük müqavimətinə qoşulmuş iki bir yarımperiodlu düzləndiricidən ibarətdir (şəkil 2.2 a).
a) b)
v) q)
d)
Bu düzləndirici daha böyük gücə malikdir, çünki şəbəkə gərginliyinin hər iki yarımperiodu ərzində yükə cərəyan axır. Transformatorun ikinci tərəfinin yarımdolaqları elə birləşir ki, onların gərginliyinin (UA,UB) müsbət qütbləri hər iki yarımperiodda diodlardan birinin anoduna tətbiq olunsun. Tutaq ki, periodun birinci yarısında UA gərginliyinin müsbət qütbü VD1 diodunun anoduna tətbiq olunub və cərəyan keçirir, VD2 diodu həmin gərginliyə əks olduğu üçün bağlı olacaqdır. Periodun ikinci yarısında UB gərginliyi VD2 diodunun anoduna tətbiq edildiyi üçün o açıq, VD1 isə bağlı olacaqdır (şəkil 2.2b).
Əvvəlki sxemin parametrləri ilə müqayisədən görünür ki, bu sxemdə düzləndirilmiş gərginliyin və cərəyanın orta qiymətləri iki dəfə çoxdur, döyünmə əmsalı isə azdır (şəkil 2.2 v,q).
Düzləndiricinin düzləndirilmiş gərginliyin orta qiyməti:
(2.3)
U2 –transformatorun ikinci tərəfinin bir dolağının gərginliyinin təsiredici qiymətidir.Düzləndirilmiş yük cərəyanının orta qiyməti:
olacaqdır.
Sxemdə hər dioddan keçən cərəyanın orta qiyməti yük cərəyanından iki dəfə az olur, yəni ;
Sxemin mənfi cəhətlərindən biri dioda düşən əks gərginliyin qiymətinin çox olmasıdır. Belə ki, bir dioda düşən əks gərginlik transformatorun ikinci tərəfinin bir dolağının maksimal gərginliyindən iki dəfə çoxdur.
Uəks.m (2.4)
Mühazirə 3.
BİR FAZALI KÖRPÜ DÜZLƏNDİRİCİLƏRİ.
Mühazirənin planı:
Birfazаlı körpü sxemli düzləndiricinin müsbət və mənfi cəhətləri
Birfazаlı körpü sxemli düzləndiricinin sxemi və zaman diaqramlarının izahı
Dostları ilə paylaş: |