Mühazirə 8.
PARAMETRİK STABİLİZATORLAR.
Sabit gərginlik stabilizatorları
Mühazirənin planı:
Stablizatorlar haqqında məlumat
Sabit gərginlik stabilizatorları haqqında məlumat
Mühazirədə istifadə olunan ədəbiyyat:
H.A Mehdiyev «Gəmilərin elektrik avadanlığı» Bakı, «Ti- Media», 2008 – 398 səh.
Лихошерст В.И. Полупроводниковые преобразователи электрической энергии с импульсным регулированием. Екатеринбург, УГТУ, 2000 г. 116 ст.
В.Ю. Воскович, Т.Н. Королева, В.А. Павлова. Электроенергетические установки и силовая электроника транспортных средств. Санкт-Петербург, «Элмор», 2001 г. 383 ст.
Nəzarət sualları:
1. Stabilizator sxemində stablitron yükə necə qoşulur?
2. . Stabilitronun hansıı parametrləri var?
Biz sıra elektron qurğuların normal işləməsi üçün lazımı şərt onların qidalandırıcı gərginliyin stabilliyinin təmin olunmasıdır. Şəbəkə gərginliyi və yük cərəyanın dəyişməsi vaxtı sabit gərginliyin stabil saxlanması üçün filizli düzləndirici isə yük arasında sabit gərginlik stabilizatoru qoyulur. Stabilizatorun çıxış gərginliyi həm giriş gərginliyi, həmdə yük cərəyanından asılıdır;
Uçıx=f(Ugir ,Iy)
Gərginlik stabilizatorları parametrik və kompensasiya tipli olmaqla, iki qrupa bölünür. Parametrik stabilizatorun iş prinsipi qeyri –xətti xarakteristikalı stabilitronun xassəsindən istifadə etməyə əsaslanır.Xarakteristikanın əks hissəsinin elektrik deşilməsi oblastından keçən cərəyanın geniş hədlər daxilində dəyişməsi ilə stabilitronda gərginliyin dəyişməz qalmasına əsaslanır. Əvvəlki parametrik stabilizatorun iş prinsipi nəzərdən keçirək.
Stabilizator sxemində stablitron yükə paralel, gərginlik mənbəsinə isə Rb ballast müqaviməti ilə qoşulur.
Şəkildə parametrik stabilizatorunsxemi və volt-amper xarakteristikası göstərilmişdir.Rb-rezistorunun müqaviməti elə seçilir ki,stabilitrondan keçən cərəyan İst maksimum buraxıla bilən qiymətindən böyük olmasın .Xarakteristikadan göründüyü kimi,elektrik deşilməsi oblastında əks cərəyanın qiyməti İstmin və İstmax arasında dəyişərkən stabilitronda düşən əks gərginlik az dəyişir. Bu xassə stabilləşmə adlanır və yükdə gərginliyin stabil saxlanılması üçün istifadə olunur. Gərginliyin stabil saxlanılma prinsipi stabillitronun parametrinin əsaslandığından, sxem parametrik adlanır. Stabilitronun aşağıdakı parametrləri vardır:
Dostları ilə paylaş: |