Üçfazlı tranzistorlu körpü inventoru.
Üçfazlı inventor 3 ədəd 1 fazlı inventorun ümümi giriş sıxaclarına qoşulması ilə yerinə yetirilir. Hər fazanın yükü isə ayrı-ayrı birfazlı inventorların çıxış sıxaclarına qoşulur. Faza tranzistorları isə uyğun olaraq /3 sürüşməsi ilə ifadə olunur. İnventorun iş prinspini /3 və yükün ulduz birləşməsi üçün nəzərdən keçirək . Şəkil 12.3 də invertorun sxemi şəkil 12.4 də isə tranzistorların idarə alqoritmləri göstərilmişdir.
Hər 60° zaman intervalı üçün yükün ekvivalent qoşulma sxemi və xətt gərginliklərinin qiyməti və zaman əyriləri şəkildə göstərilmişdir. Ventillərin idarə alqoritmlərindən göründüyü kimi hər 60° intervalında 3 tranzistor açıqdır. 1-ci intervalda T1, T4, T5 tranzistorları açıqdır. 2-ci intervalda T1, T4, T6 açıqdır
Mühazirə 13.
BİLAVASİTƏ ƏLAQƏLİ TEZLİK ÇEVİRİCİLƏRİ.
Mühazirənin planı:
Aralıq sabit cərayan manqalı tezlik çeviriciləri
Qidalandırıcı səbəkə ilə yük arasında bilavastə əlaqəli tezlik çeviriciləri.
Mühazirədə istifadə olunan ədəbiyyat:
H.A Mehdiyev «Gəmilərin elektrik avadanlığı» Bakı, «Ti- Media», 2008 – 398 səh.
Лихошерст В.И. Полупроводниковые преобразователи электрической энергии с импульсным регулированием. Екатеринбург, УГТУ, 2000 г. 116 ст.
В.Ю. Воскович, Т.Н. Королева, В.А. Павлова. Электроенергетические установки и силовая электроника транспортных средств. Санкт-Петербург, «Элмор», 2001 г. 383 ст.
Nəzarət sualları:
1. Tezlik çeviriciləri neçə qurupa bölünür:?
2. Biləvasitə əlaqəli tezlik çeviriciləri necə işləyir?
Tezlik çeviriciləri 2 qurupa bölünür:
1. Aralıq sabit cərayan manqalı tezlik çeviriciləri
2 .Qidalandırıcı səbəkə ilə yük arasında bilavastə əlaqəli tezlik çeviriciləri.
Birinci qrup avtonom invertorlar aiddir,onlarin vastəsilə çıxış tezliyini şəbəkə tezliyi ilə müqaisədə həm aşagı,həmdə yuxarı istiqamətdə geniş hədlər diapazonunda tənzim etmək mumkundur.Onlar bilavastə əlaqəli tezlik çeviriçiləri ilə muqaisədə sadədir.Lakin Avtonom invertorlu çeviriçilərin çatışmayan cəhəti enerjinin ikiqat çevrilməsindəndir.Bu da f.i.ə-ni azaldır və çeviricinin hesabat gücünü artırır şəkil 13.1-də f1-tezlikli 3 fazalı gərginliyi f2<f1 tezlikli bir fazalı gərginliyə çevirən bilavastə çeviricinin sxemi göstərilmişdir.
Şəkil 13.1 Üçfazalı cərəyanı birfazalıya çevirən sıfır nöqtəli biləvasitə çeviricinin sxemi
Çeviriçi 2 ədəd 3 fazlı o nöqtəli idarə olunan düzləndiricidən təşkil olunur.1 düzləndirici transformatorun 2-ci dolagının fazalarina anodları ilə 2-cisi isə katodları ilə qoşulur.Çeviriçinin gücü aktivdir.Transfarmatorda itkilər yoxdur.Çıxış gərginliyinin birinci qrupu düzləndiricinin v1-v3 ventillərinin növbə ilə açilmasında müsbət yaxın perioda 2 düzləndiricinin ventillərinin (v4-v6) həmin qayda ilə açılması ilə mənfi yarimperiod formalanır.Çıxışda formalanan periodun dəyişən gərginlik aşagdakı ifadə ilə təyin olunur.
Burada: m1 - şəbəkənin fazalarının sayı
a - düzləndiricinin tənzim bucağıdır.
Çıxış tezliyi f2 diskret olaraq tənzim edilir. Səlist tənzim olmaqdan ötrü 1 və 2 qrupların bağlanıb açılmaları arasına jf – fasilə müddəti daxil etmək lazımdır. Bu halda f2 – çıxış tezliyi aşağıdakı kimi olacaqdır
Bilavasitə çevirici aktiv – induktiv yükə qarşı işlədikdə yarım periodlar ərzində yükdə toplanan elektromaqanit enerjisi şəbəkəyə qaytarıla bilər.
Şəkil 13.2 Aktiv yük rejimində çeviricinin çıxış gərginliyinin zaman əyriləri
Bundan ötrü hər ventil qrupu a - idarə bucağı ilə düzləndirmə rejimində işlədikdən sonra həmin qrupun ventilləri b>90° idarə bucağı ilə işləyən inventor rejiminə keçirilir və yükdə toplanan reaktiv enerji şəbəkəyə qaytarılır. Yalnız bundan sonra növbəti qrup düzləndirmə rejimində işə başlayır, f1 tezlikli 3 fazalı gərginliyi f21 tezlikli birbaşa gərginliyə çeviən bilavasitə çevirici körpü sxemi ilə də yığıla bilər. Şəkil 13.3–də körpü sxemli bilavasitə çeviricinin sxemi göstərilmişdir.
Aktiv yük rejimində çıxış tezliyinin 1-ci yarımperiodu ərzində ardıcıl olaraq 1-ci qrupun ventilləri, 2-ci yarımperiod ərzində isə 2-ci qrupun ventilləri düzləndirmə rejimində işləyir. 0 nöqtəli sxemlə müqayisədə yükdə ikiqat gərginlik formalanır.
Baxılan sxemlərin çatışmayan cəhəti – idarə bucağının dəyişməsi ilə əlaqədar yükün güc əmsalının kiçik olması və çıxış gərginliyi əyrisinin qeyri sinusoidal ideallığıdır. Odur ki çıxışdan böyük filtirlərin qoyulması lazım gəlir.
Dostları ilə paylaş: |