AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ
MÜNDƏRİCAT
(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni basın)
BÖLMƏLƏR (Fəsillər)
ÜMUMI HİSSƏ
I.
CİNAYƏT QANUNU
(1-2)
II.
CİNAYƏT HAQQINDA
(3-8)
III.
CƏZA HAQQINDA
(9-10)
IV.
CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ
(11-13)
V.
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ
(14)
VI.
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR
(15)
XÜSUSİ HİSSƏ
VII.
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR
(16-17)
VIII.
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
(18-22)
IX.
İQTİSADİ SAHƏDƏ CİNAYƏTLƏR
(23-24)
X.
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
(25-
30)
XI.
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
(31-34)
XII.
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
(35)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
ÜMUMİ HİSSƏ
FƏSİLLƏR (Maddələr)
I.
CİNAYƏT QANUNU
1.
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT QANUNUNUN VƏZİFƏLƏRİ VƏ
PRİNSİPLƏRİ
(1-9)
2.
CİNAYƏT QANUNUNUN QÜVVƏSİ
(10-13)
II.
CİNAYƏT HAQQINDA
3.
CİNAYƏT ANLAYIŞI VƏ CİNAYƏTLƏRİN TƏSNİFATI
(14-18)
4.
CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏLİ OLAN ŞƏXSLƏR
(19-23)
5.
TƏQSİR
(24-26)
6.
BAŞA ÇATMAYAN CİNAYƏT
(27-30)
7.
CİNAYƏTDƏ İŞTİRAKÇILIQ
(31-35)
8.
ƏMƏLİN CİNAYƏT OLMASINI ARADAN QALDIRAN HALLAR
(36-40)
III.
CƏZA HAQQINDA
9.
CƏZANIN ANLAYIŞI, MƏQSƏDİ VƏ NÖVLƏRİ
(41-57)
10.
CƏZANIN TƏYİN EDİLMƏSİ
(58-71)
IV.
CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ
11.
CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD ETMƏ
(72-75)
12.
CƏZADAN AZAD ETMƏ
(76-80)
13.
AMNİSTİYA. ƏFV ETMƏ. MƏHKUMLUQ
(81-83)
V.
YETKINLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ
14.
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN BARƏSİNDƏ CİNAYƏT MƏSULİYYƏTİNİN
VƏ CƏZASININ XÜSUSİYYƏTLƏRİ
(84-92)
VI.
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR
15.
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR
(93-99)
XÜSUSİ HİSSƏ
VII.
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CINAYƏTLƏR
16.
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR
(100-113)
17.
MÜHARİBƏ CİNAYƏTLƏRİ
(114-119)
VIII.
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
18.
HƏYAT VƏ SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
(120-143)
19.
ŞƏXSİYYƏTİN AZADLIĞI VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
(144-148)
20.
ŞƏXSİYYƏTIN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR
(149-153)
21.
İNSAN VƏ VƏTƏNDAŞIN KONSTİTUSİYA HÜQUQ VƏ AZADLIQLARI ƏLEYHİNƏ
OLAN CİNAYƏTLƏR
(154-169)
22.
YETKİNLİK YAŞINA ÇATMAYANLAR VƏ AİLƏ MÜNASİBƏTLƏRİ ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR
(170-176)
IX.
İQTISADİ SAHƏDƏ CİNAYƏTLƏR
23.
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
(177-189)
24.
İQTİSADI FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR
(190-213)
X.
İCTIMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
25.
İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
(214-233)
26.
NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ
DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR CİNAYƏTLƏR
(234-241)
27.
İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR
(242-246)
28.
EKOLOJİ CİNAYƏTLƏR
(247-261)
29.
HƏRƏKƏT TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN İSTİSMARI
QAYDALARI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
(262-270)
30.
KOMPÜTER İNFORMASİYASI SAHƏSİNDƏ CİNAYƏTLƏR
(271-273)
XI.
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
31.
DÖVLƏTİN KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ TƏHLÜKƏSİZLİYİ
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
(274-285)
32.
ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
(286-307)
33.
DÖVLƏT HAKİMİYYƏTİ, DÖVLƏT QULLUĞU MƏNAFEYİ VƏ YERLİ ÖZÜNÜİDARƏ
ORQANLARINDA, HABELƏ DİGƏR KOMMERSİYA VƏ QEYRİ-KOMMERSİYA
TƏŞKİLATLARINDA QULLUQ MƏNAFEYI ƏLEYHINƏ OLAN CINAYƏTLƏR
(308-314)
34.
İDARƏETMƏ QAYDASI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
(315-326)
XII.
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
35.
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
(327-353)
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ
1
ÜMUMİ HİSSƏ
BİRİNCİ BÖLMƏ
CİNAYƏT QANUNU
1-ci fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT QANUNUNUN
VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ
M a d d ə 1 . Azərbaycan Respublikasının cinayət qanunu
1.1. Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir.
1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn
hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır.
1.3. Cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını
nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər.
M a d d ə 2 . Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri
2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin
təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi
fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının
konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını
almaqdan ibarətdir.
2.2. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli
olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə
tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli
tədbirləri müəyyən edir.
M a d d ə 3 . Cinayət məsuliyyətinin əsasları
Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud
olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
M a d d ə 4 . Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin prinsipləri
Bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və
humanizm prinsiplərinə əsaslanır.
M a d d ə 5 . Qanunçuluq prinsipi
5.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və
digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.
5.2. Cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir.
M a d d ə 6 . Qanun qarşısında bərabərlik prinsipi
6.1. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən,
əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə
mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar.
6.2. Bu Məcəllənin 6.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə heç kəs cinayət
məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, yaxud cəzadan və ya cinayət
məsuliyyətindən azad edilə bilməz.
2
M a d d ə 7 . Təqsirə görə məsuliyyət prinsipi
7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun
nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və
cəzalandırıla bilər.
7.2. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
M a d d ə 8 . Ədalət prinsipi
8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli
tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun
törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
M a d d ə 9 . Humanizm prinsipi
9.1. Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir.
9.2. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər
işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya
bilməz.
3
2-ci fəsil
CİNAYƏT QANUNUNUN QÜVVƏSİ
M a d d ə 1 0 . Cinayət qanununun zamana görə qüvvəsi
10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu
əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə
müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət
məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.
10.2. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun
nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır.
10.3. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı
aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür
yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə
minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza
çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş
şəxslərə şamil edilir.
10.4. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza
müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür
ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur.
M a d d ə 1 1 . Cinayət qanununun Azərbaycan Respublikası ərazisində törədilən
cinayətlərə görə qüvvəsi
11.1. Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında
cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam
etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.
11.2. Azərbaycan Respublikasının ərazi sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsində, Azərbaycan Respublikasının üzərindəki hava
məkanında və iqtisadi zonasında törədilən cinayət Azərbaycan Respublikası ərazisində
törədilmiş cinayət sayılır.
11.3. Azərbaycan Respublikasının hava və ya dəniz limanında qeydiyyatda olan,
Azərbaycan Respublikasının Dövlət və ya tanınma nişanı altında Azərbaycan Respublikasının
hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında hərəkət edən su və ya hava
gəmisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir.
4
11.4. Azərbaycan Respublikasının hərbi donanmasına və ya hərbi hava qüvvələrinə məxsus
olan gəmidə cinayət törətmiş şəxs, həmin gəminin olduğu yerdən asılı olmayaraq, bu Məcəllə
əsasında cinayət məsuliyyətinə cəlb edilir.
11.5. Azərbaycan Respublikası ərazisində cinayət törətmiş xarici dövlətlərin diplomatik
nümayəndələrinin və toxunulmazlıq hüququna malik olan digər şəxslərin cinayət məsuliyyəti
haqqında məsələ beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
M a d d ə 1 2 . Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda
törədilən cinayətlərə görə qüvvəsi
12.1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi
yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda
törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan
Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət
sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu
Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
12.1-1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi
yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda
törədikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici
dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
5
12.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından
kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına
(mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici
dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
12.2-1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının
hüdudlarından kənarda beynəlxalq təşkilatların vəzifəli şəxsləri, beynəlxalq parlament
assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin vəzifəli şəxsləri və hakimləri olan
Azərbaycan Respublikası vətəndaşlarının iştirakı ilə korrupsiya cinayəti və qulluq mənafeyi
əleyhinə olan digər cinayət törətdikləri halda və həmin cinayətə görə xarici dövlətdə məhkum
olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edililər.
12.3. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz
quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya
qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya
təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər
cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan
şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət
məsuliyyətinə cəlb edilir və cəzalandırılır.
6
12.4. Sülhməramlı hərbi birləşmələrin tərkibinə daxil olan Azərbaycan Respublikası Silahlı
Qüvvələrinə mənsub hərbi hissələrin hərbi qulluqçuları Azərbaycan Respublikasının
hüdudlarından kənarda törətdikləri cinayətə görə, Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri ilə başqa hal nəzərdə tutulmamışsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə
cəlb edilirlər.
12.5. Bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan
Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici
dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.
7
M a d d ə 1 3 . Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya)
8
13.1. Xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları
xarici dövlətə verilə bilməz. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi bu
Məcəllənin 12-ci maddəsinə müvafiq qaydada həll edilir.
13.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş və Azərbaycan
Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayət məsuliyyətinə cəlb
edilməsi yaxud təyin edilmiş cəzanın icrası üçün "Cinayət törətmiş şəxslərin verilməsi
(ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının
digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq xarici dövlətə verilə bilərlər.
9
13.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş şəxslər xarici
dövlətə verilmirsə və həmin əməl (hərəkət və ya hərəkətsizlik) bu Məcəlləyə əsasən cinayət
sayılırsa, onlar Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilirlər.
13.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə cinayət
törətmiş şəxslərin verilməsinə dair digər müddəalar müəyyən olunduqda, beynəlxalq
müqavilələr tətbiq edilir.
10
İKİNCİ BÖLMƏ
CİNAYƏT HAQQINDA
3-cü fəsil
CİNAYƏT ANLAYIŞI VƏ CİNAYƏTLƏRİN TƏSNİFATI
M a d d ə 1 4 . Cinayət anlayışı
14.1. Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət
və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır.
14.2. Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin)
əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai
təhlükəli sayılmayan, yəni ºəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər
yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir.
M a d d ə 1 5 . Cinayətlərin təsnifatı
15.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən
və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır
və xüsusilə ağır cinayətlərə bölünür.
15.2. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum
etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan
törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı
həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab
olunur.
15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş
azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır
cinayətlər hesab olunur.
11
15.4. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş
azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır
cinayətlər hesab olunur.
12
15.5. Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə
cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur.
13
M a d d ə 1 6 . Cinayətlərin təkrar törədilməsi
16.1. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki
dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir.
16.2. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin
törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin
təkrar törədilməsi hesab edilir.
16.3. Əvvəllər törətdiyi cinayətə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət
məsuliyyətindən azad olunmuş, yaxud məhkumluğu götürülmüş və ya ödənilmiş şəxs
tərəfindən həmin cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir.
M a d d ə 1 7 . Cinayətlərin məcmusu
17.1. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin
törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa
və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə,
habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti
keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.
17.2. Bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə
tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır.
17.3. Şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu
yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir.
17.4. Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə
tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma
tətbiq olunur.
M a d d ə 1 8 . Cinayətlərin residivi və onun növləri
18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən
qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır:
18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına
məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə
cəzasına məhkum olunduqda;
18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına
məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə.
14
18.3. Cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır:
18.3.1. qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı
ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs
yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum
olunduqda;
15
18.3.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət
törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs
yenidən qəsdən ağır cinayət törətdikdə;
16
18.3.3. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum
etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə.
17
18.4. Bu Məcəllənin 83-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada götürülmüş və ya
ödənilmiş məhkumluqlar, habelə on səkkiz yaşına çatmayanlar tərəfindən törədilmiş
cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır.
18.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə
daha sərt cəza tətbiq edilir.
4-cü fəsil
Dostları ilə paylaş: |