Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 54,29 Kb.
səhifə1/36
tarix09.05.2022
ölçüsü54,29 Kb.
#56916
  1   2   3   4   5   6   7   8   9   ...   36
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ
(Bu Məcəllə Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)
Ümumi hissə
I BÖLMƏ
Ümumi müddəalar
FƏSİL 1
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri
Maddə 1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi
1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir.

1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır.

1.3. İnzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir.

1.4. Ələt azad iqtisadi zonasında inzibati məsuliyyətə səbəb olan əməllər (hərəkət və ya hərəkətsizlik) və bu əməllərə görə inzibati xəta törətmiş şəxsin tənbeh edilməsi “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.1
Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.


Yüklə 54,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin