Soyad: Quliyev Fakültə: Metallurgiya və materialşunaslıq



Yüklə 240,42 Kb.
tarix02.01.2022
ölçüsü240,42 Kb.
#36311
yanğin taktikasi sərbəst iş


Azərbaycan Texniki Universiteti


SƏRBƏST İŞ №1

Ad: Həsən

Soyad:Quliyev

Fakültə:Metallurgiya və materialşunaslıq

İxtisas:Həyat fəaliyyətinin təhlukəsizliyi

Qurp:430a

Kurs:1


Fənn:Yangin taktikasi

Müəllim:Nuriyə abdullayeva

Sərbəst işin adı:Odsöndürən vasitələr və onlarin xassələri

İllər və əsrlər keçir, artıq yanğınların yalnız su ilə söndürüldüyü dövrlər də arxada qalmışdır. Müasir zamanımızda alovlanmanı elə lap başlanğıc anındaca söndürmək üçün artıq əlimizin altında bir neçə vedrə suyun olması vacib deyildir – çünki bunun üçün müasir yanğınsöndürən vasitədən – odsöndürəndən istifadə etmək kifayət edir. Yanğın təhlükəsizliyi qaydalarına görə bütün istehsalat və ictimai yerlərdə, həmçinin bütün nəqliyyat vasitələrində odsöndürən olmalıdır.

Odsöndürən – xüsusi yanğın söndürən vasitələrin köməyi ilə alovlanma ocağını söndürmək üçün nəzərdə tutulmuş yanğın avadanlığı növüdür. Nəql edilmə üsuluna görə odsöndürənlər üç növ olur: daşınan, səyyar və stasionar. Odsöndürənlər müxtəlif həcmli od söndürən maddəyə malik olurlar və müxtəlif ölçülü yanğınlar zamanı istifadə edilirlər. Daşınan və səyyar odsöndürən növləri insanın iştirakı ilə istifadə oluna bilirlər. Stasionar odsöndürən isə mümkün yanğın ocağının bilavasitə yaxınlığında quraşdırılır və avtomatik şəkildə işə düşür.

İstifadə etdikləri od söndürən maddənin növünə görə də odsöndürənlər bir neçə yerə bölünürlər. Belə odsöndürənlər: tozla işləyən, qazla işləyən, köpüklü və su ilə işləyən növlərdir. Odsöndürən növlərinin hər biri beş səviyyəli mürəkkəblik dərəcəsi olan müxtəlif tipli yanğınların söndürülməsi üçün nəzərdə tutulmuşdur.

Tozla işləyən odsöndürənlərin geniş istifadə diapazonu vardır. Belə odsöndürənlər elektrik avadanlığında baş vermiş yanğının söndürülməsində də istifadə edilə bilərlər. Qazla işləyən odsöndürənlər yanğın əleyhinə universal vasitələr növünə aiddirlər. Köpüklü odsöndürənlər bərk maddələrin və yanacağın alovlanması zamanı, həmçinin təqribən 1 kvadrat metr sahədə bəzi tezalışan mayelərin yanması zamanı tətbiq edilir. Gərginlik altında olan elektrik avadanlığının yanması zamanı isə su ilə işləyən odsöndürənlərdən istifadə qadağan edilmişdir.

Odsöndürən istifadə üçün qəbul edilən zaman, onun bəzi xüsusiyyətlərinə diqqət yetirmək lazımdır. Xüsusilə də odsöndürənin balonunun həcminə, odsöndürmə qabiliyyətinə, iş temperaturunun diapazonuna, onun aşınmaya (korroziyaya) davamlılığına və odsöndürən maddənin elektrik keçiriciliyinə fikir vermək zəruridir.

Odsöndürənləri saz vəziyyətdə, işə yararlı halda saxlamaq üçün bir sıra tədbirlər görmək lazımdır. Bu tədbirlərə: odsöndürənlərin mütəmadi olaraq yoxlanılması, onların yenidən doldurulması, texniki şəhadətnaməsinin alınması, ayrı-ayrı detallarının və püskürdücü qovşağının təmiri, balonların aşınmaya davamlılığını artıran keyfiyyətli rənglənməsi aiddir.

Odsöndürənlərin işçi vəziyyətdə saxlanılması – yanğın təhlükəsizliyi sahəsində olan kompleks tədbirlərin bir hissəsidir. Bu baxımdan, odsöndürənlərə zəruri qulluq üçün vaxtında mütəxəssislərə müraciət edilməsi təhlükəli vəziyyətlərin qarşısını ala bilər.

Yanğınsöndürmədə istifadə olunan robotlar məsafədən idarəedilən, maili və 360 dərəcə dönən ucluqla (soplo) təchiz edilmiş altlıqlı (lafet) lülədən ibarətdir. Bu cür qurğular xüsusi zərbəyə və partlayışadavamlı gövdələrdə (korpuslarda) yığılmış və həm idarəedilən, həm də avtonom rejimdə ekstremal şəraitdə işləmək üçün nəzərdə tutulmuşdur.

Yanğınsöndürmənin tam muxtar (avtonom) şəkildə aparılmasının həyata keçirilməsi üçün stasionar robotda süni intellekt sistemi tətbiq edilmişdir. Süni intellekt sistemi yanğınsöndürən robota özünün müxtəlif səpkili xəbərdaredici cihazlarından məlumat toplamağa, bu məlumatı təhlil etməyə və istisna metodu ilə yanğının vəziyyətini müəyyən etməyə imkan verir. Sistemin bir sıra amilləri və siqnalları təhlil etməsi, yanğının söndürülməsi zamanı xəta və səhvlərdən yayınmağa imkan verir.

Məsələn, dəniz platformasının üzərində quraşdırılmış belə altlıqlı lülə, suyun parıltısını yanğın mənbəyi kimi qəbul etməyəcəkdir. Çünki, digər cihazlardan gələn məlumat bu siqnalı təsdiq etməyəcəkdir. Sistemi başqa cür instalyasiya da etmək mümkündür. Bu zaman robot sistemin seqmentlərindən birinə çevrilərək, hərəkətlərini mərkəzi idarəetmə sistemi ilə, elektron cihazlarla və yaxud işçi heyətlə koordinasiya edib, məlumatı avtomatlaşdırılmış idarəetmə sistemindən alacaqdır.

Yanğının söndürülməsini həyata keçirən robot yalnız yanğının istiqamətini və gücünü qiymətləndirməklə kifayətlənmir. Sistemə daxil olan ayrı-ayrı xəbərdaredici cihazlar alovlanma mənbəyinə qədər olan məsafəni müəyyən edir və buna müvafiq olaraq, ucluqdan çıxan şırnağın gücü və uzaqlığa vurulması tənzimlənir. Dönən ucluq (soplo) yanğın söndürən agent qismində həm adi suyu, həm də köpüyü istifadə etməyə imkan verən qurğu ilə təchiz edilir. Bundan əlavə, söndürən agentin püskürdülməsinin özü də nizamlana bilir. Məsələn, robot suyu həm ümumi şırnaq şəklində, həm də ki, su tozu formasında vurmaq iqtidarındadır.

Müasir materiallar yandıqları zaman ətraflarında insan həyatı üçün zərərli olan atmosfer yaradırlar. Belə zəhərli atmosfer səbəbdən də, yanğının söndürülməsində iştirak edənlər alovun söndürülməsini ya heç apara bilmir, ya da ki, kor-koranə aparırlar. Bunun nəticəsi isə çox zaman azeffektli, bəzən isə tamamilə faydasız olur.

Altlıqlı lülənin isə yanğın baş verən yerdən təxliyyə (evakuasiya) olunmasına ehtiyac yoxdur – çünki, yüksək hərarət olan mühit onun üçün qorxulu deyildir. Yanğının episentrində olan bu lülə nöqtəvari (lokal) yanğınsöndürməni həyata keçirməyə imkan verir. Bu isə şübhəsiz, yanğın təhlükəsizliyinin səviyyəsini yüksəltməyə, və bunun da nəticəsi olaraq insan həyatlarının və maddi dəyərlərin qorunmasını keyfiyyətcə yeni səviyyəyə qaldırmağa imkan verir.

Neft platformalarında və çənlərində baş verən yanğın - ən yüksək mürəkkəblik dərəcəsi olan yanğın kimi təsnif edilir. Çünki, belə yanğın nəticəsində ayrılan toksik qazlar və çox yüksək hərarət səbəbindən, yanğınsödürən gəmilər alova bürünmüş platformaya yaxınlaşa bilmirlər.

Obyektin yanğın təhlükəsizliyinin öyrənilməsi zamanı onun yerləşdiyi açıq meydançada alovun söndürülməsi üçün dispersiya edilmiş (narın zərrələrə parçalanmış)  su ilə (su tozu və ya dumanı ilə) yanğınsöndürmə metodu tətbiq olunur. Bu zaman açıq meydançada olan obyektin perimetri boyunca üzərində çoxlu sayda püskürdücü sprinklerlər olan borular quraşdırılır. Su xüsusi nasoslar vasitəsilə yüksək təzyiq altında bu borular – perimetral sprinklerlər sisteminə vurulur.

Yanğın xəbərdaredici cihazının işə düşməsi zamanı bu təzyiqli su, sprinklerlərin qapadıcı tıxacını açır.  Sprinklerin içindən keçən su milyonlarla xırda zərrəciyə, başqa sözlə, qatı dumana çevrilir. Su tozunun meydançanın perimetri boyunca yüksək təzyiqlə hərəkət etməsinin hesabına çox tezliklə meydançanın bütün üzəri qatı su buludu ilə örtülür. Bu dumanın ortasında isə bütün hava yolu kəsilmiş alov mənbəyi olur.

Alov, yanma üçün zəruri olan oksigeni özünə tərəf çəkir. Lakin havanın alova tərəf hərəkəti zamanı yaranmış su tozu da onunla birlikdə hərəkət etməyə başlayır.  Beləliklə, iki ziddiyyətli mühitin: alovun və su tozunun toqquşması zamanı buxar yaranır. Bu buxar sanki bir pərdə, təbəqə yaradır ki, bununla da oksigenin yanma ocağına daxil olmasının qarşısını kəsir. Prosesin davamında su tozu daima ayrılır və yaranan buxarla birlikdə olan duman konsentrasiyası oksigeni sıxışdırıb çıxarır. Bu yolla da qısa zaman ərzində alovun tam söndürülməsi təmin edilir.

Başqa yanğınsöndürən agentlərin lazımi məhsuldarlıq təmin edə bilmədikləri şəraitdə, bu metod özünü çox gözəl şəkildə doğrultmuşdur. Bundan başqa, əsas yanğınsöndürmə agenti kimi sudan istifadə olunması bu metodu ucuz və geniş tətbiq edilə bilən edir. Dənizdə yerləşən neft platformalarında isə adi suyu çox rahatlıqla dəniz suyu ilə əvəz etmək mümkündür.

Dispersiya edilmiş su ilə yanğının söndürülməsi metodunda intellektual dönən ucluqlardan (soplolardan) istifadə etmək isə küləyin istiqamətini də nəzərə alaraq, su tozunun dəqiq püskürdülməsini həyata keçirməyə imkan verəcəkdir. Çünki, buxar dumanını yayan və alovu hava ilə “doyuzduran” güclü külək, yanğının söndürülməsi planlarına mane ola bilər. Bu zaman ucluqlar, tozlandırılan suyu lazım olan müəyyən bir istiqamətə yönəldərək, küləyə alovu böyütməyə imkan verməyəcəkdir

Yanğınsöndürmə sistemləri bu sistemlərdə tətbiq olunan alov söndürən agentin növündən (məsələn: su, köpük, təmiz təsirsiz və sintezləşdirilmiş qazlar kimi) asılı olaraq fərqlənirlər. Yanğın hadisəsi zamanı yanğından mühafizə edilən obyektin xüsusiyyətindən asılı olaraq, bu və ya digər alov söndürmə agentindən istifadə olunur. Alov söndürən agentlər sırasında FM200 markalı sintezləşdirilmiş qaz məxsusi bir yer tutur.

Təcrübə onu göstərmişdir ki, insanların yaşadığı və yaxud çalışdığı yerlərdə və həmçinin, bahalı elektron avadanlığı və ya qiymətli şeylərin saxlandığı yerlərdə, arxivlərdə və anbarlarda FM200 qazının tətbiq edilməsi daha məqsədəuyğundur. Çünki, su və yaxud köpük, server və ümumiyyətlə kompüter texnikasına zərər verə, bu texnikanı sıradn çıxara bilər. FM200 qazından istifadə zamanı isə belə təhlükə istisna edilir.

Qaz vasitəsilə yanğınsöndürmə sistemindən istifadə zamanı yanğın baş verən yerdə yanma prosesinin getməsinin qeyri-mümkün edilməsi üçün, burada məxsusi bir qaz mühiti yaradılır. FM200 sintezləşdirilmiş qazın tətbiqinin bir sıra üstünlükləri vardır. Bu üstünlüklərin bəzilərini nəzərdən keçirək.

Əvvəla, sintezləşdirilmiş qazdan istifadə edilməsinin ən mühüm üstünlüyü - onun həm insan üçün, həm də ki, elektron avadanlıq üçün təhlükəsiz olmasıdır. Yanğının söndürülməsi zaman qaz elə konsentrasiyada istifadə olunur ki, insan həyatı və səhhəti üçün təhlükə kəsb etməsin. FM200 qazının tətbiqi zamanı otağın havasında olan oksigenin konsentrasiyası 3%-ə qədər azalır. Havanın belə tərkibi yanğının davam etməsi üçün kifayət olmamaqla bərabər, buradakı adamların çətinlik çəkmədən nəfəs almalarına imkan verir.

Bahalı elektron avadanlıqlar və həmçinin qiymətli sənədlər saxlanan yerlərdə də FM200 sintezləşdirilmiş qazından istifadə çox əlverişlidir. Bu cür yerlərdə yanğın baş verən zaman FM200 qazı tətbiq edildikdə, yarana bilən ən ziyanlı effekt – burada hərarətin çox cüzi şəkildə aşağı düşməsi ola bilər.  Bu da ki, elektronikaya heç bir mənfi təsir etmir. Qaz avadanlığın aşınmasına (korroziyasına) gətirib çıxarmır və cərəyan keçirmir.

Onilliklər ərzində yaradılan kağız sənədli arxivlər, kompüterlərin və serverlərin yaddaşlarında saxlanılan unikal məlumat bazaları bir çox hallarda əvəzi heç bir şeylə ödənilə bilməyən qiymətsiz materiallardan ibarət olur. Serverlərdə və sairə məlumat saxlama yerlərində saxlanan məlumatların bir anın içərisində itirilə bilməsi riski isə hər zaman mövcuddur. Məhz bu səbəbdən də, məlumatların və onların daşıyıcılarının qorunması nöqteyi-nəzərindən qaz vasitəsilə yanğınsöndürmə qurğularının quraşdırılması ən effektiv vasitədir.

Qaz vasitəsilə söndürmənin üstünlüklərindən biri də - yanğının söndürülməsinə sərf olunan vaxtdır. Aparılmış təcrübələrin nəticələri və real yanğınların söndürülməsi barədə məlumatlar göstərir ki, FM200 sintezləşdirilmiş qazın tətbiqi zamanı yanğın 15 saniyə ərzində dayandırılır.

Sistemin daha bir üstünlüyü də onun çox yığcam olması və saxlanıldığı məkanda böyük yer tutmamasıdır. Qaz vasitəsilə yanğınsöndürmə sistemində yanğın söndürən agent mayeləşdirilmiş şəkildə balonlarda saxlanılır. Bu sistem etibarlıdır – çünki, paralel şəkildə həm elektrik (sızmaya nəzarət cihazları) və həm də vizual (manometrlərdən istifadə olunmaqla) monitorinq tətbiq edilir. Bu sistem, həm də uzunömürlüdür – onun istismar müddəti 30 ildən yuxarıdır.

Beləliklə, əgər bütün bu sadalananlara ümumi nəzər yetirsək, onda görərik ki, FM200 qazı vasitəsilə yanğınsöndürmə sistemi ən yüksək yanğın təhlükəsizliyi tələblərinə cavab verir. Hətta bəzi hallarda isə (məsələn, telekommunikasiya avadanlığı, çox sayda kompüterlər və serverlər olan yerlərdə) bu sistem yeganə məqbul variant olu
Obyektiv və dəhşətli statistikaya görə, yanğın zamanı baş verən hər beş ölüm hadisəsindən dördünün səbəbi yüksək temperatur yox, tüstü olmuşdur. Yanğın zamanı tüstü əksər hallarda istidən daha sürətlə yayılır. Bu tüstü göz qişası ilə təmasda olaraq, gözlərdə kəskin yandırıcı ağrıya, göz yaşının axmasına və hərəkətlərdə dezorientasiyaya səbəb olur. Bu zaman, hətta çox az miqdarda tüstünün udulması da orqanizmin toksikasiyasına (zəhərlənməsinə) və bunun nəticəsi kimi, huşun itirilməsinə gətirib çıxarır. Bundan başqa, bir çox hallarda yanğın gözlənilməz olur və bu da insanlar arasında çaxnaşma və qarışıqlıq salınması ilə sonuclanır.

Biz belə vəziyyətlərin nəticələrini ara-sıra müşahidə edə bilirik. Məsələn, bu yaxınlarda Rusiyanın Perm şəhərində yerləşən “Axsaq at” klubunda baş vermiş yanğın hadisəsi barədə bir çoxlarının xəbəri vardır. O zaman, yanğın qurbanlarının sayının çox olması, məhz qatı tüstü təbəqəsi yaranması səbəbilə meydana çıxmış çaxnaşma nəticəsində baş vermişdi. Qapalı məkanda zəhərli qatı tüstü içərisində olan insanlar orientasiyalarını itirmişdilər.

Məhz buna görə, tüstü ilə mübarizə - yanğın təhlükəsizliyinin təmin edilməsində ən mühüm məsələlərdən birinə çevrilmişdir. Bu gün bizim şirkətdə tüstünün çıxarılması və ya ləğv edilməsini diaqnozlaşdıran və fəallaşdıran mexanizmlər vardır. Bu mexanizmlərin təyinatı - otaqları bura dolmuş tüstüdən və kiçik kül hissəciklərindən tez bir zamanda təmizləməkdir. Tüstünün ləğv edilməsi sistemində yanğının alovlanması üçün kifayət etməyən, lakin insanın nəfəs alması üçün zəruri miqdarda olan oksigenin verilməsi də nəzərdə tutulmuşdur. Sistem elə quraşdırılır ki, yanğın baş vermiş obyektdəki insanların təxliyyə (evakuasiya) marşrutunda tüstünün çıxarılması ilə yanaşı, vizual görüntünü və nəfəs almanı təmin edə bilsin.

Tüstüyə nəzarət sistemi, tüstünün və alovun yayılmasının da qarşısını alır. Bu məsələnin həlli üçün, hazırlıqsız sahə və otaqlarda tüstü və alovun yayılması üçün ideal vasitə olan ventilyasiya boruları xüsusi çəpərlərlə təchiz edilirlər. Yanğınsöndürmə sistemi vasitəsilə idarə olunan bu çəpərlər həm təxliyyə olunan insanlar üçün marşrut yaradırlar, həm də bu təxliyyə marşrutunu tüstüdən təcrid edirlər.

Bütün bunlara əlavə olaraq, tüstülənməni müəyyən ərazinin sərhədləri çərçivəsində lokallaşdıran tüstüdən mühafizə pərdələri də vardır. Belə pərdələr yanğınsöndürmə və tüstü ləğvetmə qurğularının iş effektivliyini artırır. Bu da öz növbəsində yanğınsöndürənlərə əlavə imkanlar yaradır. Belə yanğınsöndürmə əməliyyatı, otağın yanğından sonrakı bərpasının minimal maliyyə xərclərinə başa gəlməsinə şərait yaradır.

Son zamanlar yanğın söndürmənin alternativ sistemlərinin geniş şəkildə ihkişaf etməsinə baxmayaraq, alovun söndürülməsi işində ən çox istifadə edilən vasitə - sudur. Bir çox hallarda məhz su bilavasitə söndürmə agenti kimi tətbiq edilir, bir başqa halda sudan insanların həyatını və sağlamlığını istilik şüalanmasından qorumaq üçün “su divarının” yaradılması üçün istifadə edilir, digər halda isə çox mürəkkəb yanğın vəziyyətində suyun dispersiyası vasitəsilə alınan su tozu əvəzsiz yanğınsöndürmə agenti kimi çıxış edir, daha sonra yanğın fəlakətinin miqyasının böyüməsinin qarşısını almaq üçün yanan konstruksiyaların soyudulması işində də su köməyə çatır.

Lakin bütün bu yuxarıda qeyd olunmuş hərəkətləri obyektdə xüsusi su ehtiyatlarının və bu suyu istifadə nöqtəsinə çatdırmaq üçün lazım olan kommunikasiyaların olmaması halında həyata keçirmək mümkün deyildir. Hətta sudan sadəcə bir yanğın söndürmə agenti kimi də istifadə edildiyi təqdirdə belə, uğurlu yanğınsöndürmə əməliyyatı keçirmək üçün yanğın çəninin, yanğın su kəmərinin və yanğın hidrantlarının (yanğın söndürmək üçün su kəməri şəbəkəsindən suyun götürülməsi üçün lazım olan qurğu) olması zəruridir.

Adətən adamlar düşünürlər ki, yanğınsöndürən maşında həmişə su ehtiyatı vardır. Lakin əslində yanğınsöndürən maşında çox kiçik həcmdə su olur ki, bu da böyük miqyaslı yanğınla mübarizə aparmaq üçün yetərli deyildir. Alovla müvəffəqiyyətli şəkildə mübarizə aparmaq üçün yanğınsöndürənlər komandası maşına fasiləsiz şəkildə su vurmalıdır. Bunu etmək üçün isə hidrantlara qoşulmaq lazımdır. Obyektdə yanğın baş verdiyi təqdirdə onu bütün mümkün yollarla söndürmək üçün, orada strateji su ehtiyatının yaradılması vacibdir.

“Safe Life” şirkətinin mütəxəssisləri yanğın əleyhinə daxili su kəmərinin layihələşdirilməsini, quraşdırılmasını, texniki xidmətini və həmçinin suyu vurmaqla bağlı sınaqdan keçirilməsi işlərini yerinə yetirirlər.

Mühafizə-yanğın siqnalizasiyası yaşadığımız mürəkkəb və həm də gözlənilməz hadisələrlə dolu olan dünyamızda şəhərkənarı bağ evindən başlamış iri müəssisəyə qədər hər bir obyektin ən zəruri atributlarından birinə çevrilmişdir. Müasir optikanın və elektronikanın nailiyyətləri canlı gözətçinin demək olar ki, bütün funksiyalarını böyük müvəffəqiyyətlə yerinə yetirərək, fiziki mühafizənin işini sadəcə olaraq effektsiz edir. Texniki sistemlər sürətlidirlər, yuxuya ehtiyacları yoxdur və ən əsası da etibarlıdırlar – onları hər hansı bir yolla ələ almaq mümkün deyil. Bu sistemlərdə keyfiyyətli elementlərdən istifadə olunduqda və düzgün qulluq edildikdə onlar xarab olmadan onilliklər boyunca istismar edilə bilərlər.

“Safe Life” şirkətinin mühafizə siqnalizasiyasında daha çox tətbiq etdiyi infraqırmızı hərəkət xəbərdaredici cihazların həssaslığı, pişik gözünün həssalığını artıq 60% üstələyir. Şüşə detektorunun spektral həssaslığı isə o dərəcədədir ki, hətta bir şkaf boşqabın sınmasının səsi fonunda, almazla kəsilən şüşənin səsini ayırmaq mümkündür. Elə yanğın-tüstü xəbərdarediciləri və optik alov registratorları da mükəmməllikdə geri qalmırlar. Lakin müasir rəqəmsal həyatımızda ən başlıca məsələ - sürətlilik və işlənən informasiyanın həcmidir.

Müasir sənaye kompüteri adi öyrəşdiyimiz sistem kompüteri deyildir. Fasiləsiz enerji mənbəyi lövhəsinə quraşdırılmış bu kiçik modul, video-müşahidə kameralarının siqnallarını bədii şəkildə təhlil etməyə imkan verir. Yaxın gələcəkdə isə belə təhlil üsulu ilə həm yanğının əlamətlərini, həm də şübhəli insanları hüquq-mühafizə orqanlarının kartotekasında olan şəxslərlə müqayisə edərək, zəmanətlə müəyyən etmək mümkün olacaqdır. 


“Safe Life” şirkəti elektron mühafizə üzrə tam xidmətlər kompleksini təklif edir.

Təklif edilən xidmətlər kompleksinə - obyektin ilkin təftişi, smetanın tərtib edilməsi, siqnalizasiyanın layihəsinin hazırlanması, tərtibi və razılaşdırılması, komlektləşdirici hissələr və materiallarla təminat, tikinti, quraşdırma və işəsalma-sazlama işlərinin görülməsi, obyektin güc strukturlarına və yanğın mühafizəsi komissiyalarına təhvili, operativ reaksiya verməklə pult monitorinqi, sistemlərə qeyri-məhdud zaman ərzində zəmanətli, servis və reqlamentli xidmət və s. daxildir.



Layihələndirmə işi nəinki yalnız qəbul edilmiş texniki normalar daxilində, həm də sifarişçinin bu normalar çərçivəsindən kənara çıxmayan istəkləri nəzərə alınmaqla yerinə yetirilir. Bu zaman sifarişçiyə sərf edən müddətlər, onun maliyyə imkanları və hətta estetik nyüansları və digər şərtləri nəzərə alınır.

Bir çox hallarda mühafizə-yanğın siqnalizasiyasının quraşdırılması artıq adamlar yaşayan mənzildə, fəaliyyətdə olan ofisdə, sexdə, laboratoriyada həyata keçirilir. Səsli və tozlu tikinti işlərinin aparılması vaxtının razılaşdırılması çox mühüm əhəmiyyət kəsb edən amillərdən biri olduğu üçün, iş qrafikinin tərtib edilməsi zamanı “Safe Life” həmişə müştərinin maraqlarını nəzərə alır.
Yüklə 240,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin