Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında NK-nın 22.04.1998-ci il № 91 Qərarı “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə uyğun olaraq aşağıdakılar idxal gömrük rüsumuna cəlb olunmur: 1. Təmənnasız paylanılması üçün humanitar yardım kimi fiziki şəxslər tərəfindən gətirilən mallar
2. Fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar
3. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycan Respublikasına verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin Azərbaycan Respublikasının Dövlət Neft Fonduna və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar.
4. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat- axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin, güllə və gilizlər üzərindəki izlərinmüəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, polisə telefon zənglərinin qəbulu üzrə xüsusi "102" xidmətinə - Zəng Mərkəzi Sisteminə (ZMS) daxil olan avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar
Dəniz səviyyəsindən 1300 metrdən hündürlükdə yerləşən dağlıq ərazilərdə turizm sahəsində olan investisiya layihələrinin həyata keçirilməsi üçün, ehtiyaclarını yerli xammal və materiallar hesabına ödəmək mümkün olmadıqda, layihə çərçivəsində idxal edilən mallar
5. Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal gömrük rüsumlarından azad olunan daşınar əşyalar
6. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr.