Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (socar) Karbamid zavodu nəzarət ölçü cihazları və avtomatika vasitələrinə olan tələbatını təmin etmək məqsədi ilə Açıq satınalma müsabiqəsi (32024-22) elan edir



Yüklə 43,41 Kb.
səhifə1/6
tarix30.06.2022
ölçüsü43,41 Kb.
#62562
  1   2   3   4   5   6
23.06.2022-32024-22-nezaret olcu cihazlari ve avtomatika vasitelerine olan telebat


Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR)
Karbamid zavodu nəzarət ölçü cihazları və avtomatika vasitələrinə olan tələbatını təmin etmək məqsədi ilə Açıq satınalma müsabiqəsi (32024-22) elan edir.


Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət;

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi; (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 təqvim günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 18.07.2022-ci il, Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanına təqdim olunmalıdır.
Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.


Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:
Müsabiqə təklifi 1 əsli və 2 surəti olmaqla ən geci 25.07.2022-ci il, Bakı vaxtı ilə saat 14:30-a qədər əlaqələndirici şəxsə təqdim edilməlidir. Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla hazırlanmalı və təqdim edilməlidir. Müsabiqə zərflərinin açılışı günü texniki təkliflər ayrı, maliyyə təklifi ayrı zərflərdə qəbul ediləcəkdir. Müsabiqə təkliflərinin açılışı iki mərhələli formada yerinə yetiriləcəkdir. Yəni, malliyyə və texniki təkliflər hər biri möhürlənmiş ayrı zərfdə qəbul edildikdən sonra ilk olaraq texniki təkliflərin qiymətləndiirlməsi aparılacaqdır. Texniki təkliflər araşdırıldığı dövrdə maliyyə təklifləri Satınalan təşkilatda saxlanılacaqdır. Texniki qiymətləndirmə bitdikdən sonra Əsas Şərtlər Toplusunun texniki tələblərinə cavab verməyən təklif təqdim etmiş İddiaçıların maliyyə təklifləri açılmadan geri qaytarılacaq, texniki qiymətləndirmədən uğurla keçən İddiaçıların təklifləri uyğun olduğu təqdirdə onlayn qaydada (skype for business tətbiqi vasitəsilə) açılaraq bəyan ediləcəkdir. Texniki və maliyyə təklifləri eyni zərfdə təqdim etmiş iddiaçıların təklifləri qəbul edilməyəcəkdir.

  • Təklifi təqdim edən və ya geri götürən İddiaçının nümayyəndələri tərəfindən etibarnamə təqdim edilməlidir və şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır.

  • İddiaçının nümayəndələri qeydiyyatdan keçmələri üçün ən az yarım saat öncədən Satınalan təşkilata gəlməlidirlər.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

  • İştirakçının inzibati binaya buraxılışını təmin etmək üçün müraciət məktubunda iddiaçı şirkəti təmsil edəcək şəxsin adı, soyadı, vəzifəsi mütləq qeyd olunmalıdır.

  • İddiaçını müsabiqədə təmsil edəcək şəxslə bağlı sonradan edilən dəyişiklik qəbul olunmayacaqdır.



Yüklə 43,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin