Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında


Maddə 5.    Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən xərclər



Yüklə 15,02 Kb.
səhifə4/6
tarix28.12.2021
ölçüsü15,02 Kb.
#17001
növüQaydalar
1   2   3   4   5   6
Maddə 5.    Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən xərclər

Bu Konstitusiya Qanununa uyğun olaraq pensiya və müavinətlərin ödənilməsi və digər təminatların verilməsi ilə bağlı xərclərin məbləği dövlət büdcəsində ayrıca sətirlə göstərilir.



Maddə 6.    Özgəninkiləşdirmənin qadağan edilməsi

6.1. Bu Konstitusiya Qanununa uyğun olaraq ödənilməli olan pensiya, müavinət və digər ödənişlər məcburi olaraq digər şəxsə verilə və ya ötürülə bilməz, yaxud məhkəmənin qərarı ilə tutula və ya üzərinə həbs qoyula bilməz.

6.2. Aşağıdakı hallar istisna təşkil edir:

6.2.1. Azərbaycan dövlətinə ödənilməli olan və müddəti bitmiş borcun ödənilməsi;

6.2.2. pensiyanın təyin edildiyi keçmiş Prezidentin keçmiş arvadının (ərinin) və ya azyaşlı uşağının saxlanması üçün müntəzəm olaraq pul məbləğlərinin ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması.

Maddə 7.    Müflisləşmə halında tələbin pensiya, müavinət və digər ödənişlərə yönəldilməsinə yol verilməməsi

Bu Konstitusiya Qanununa uyğun olaraq pensiya, müavinət və digər ödənişlər almaq hüququna malik olan şəxsin əmlakı müsadirə edildikdə və ya digər üsullarla məcburi olaraq mülkiyyətindən çıxarıldıqda pensiya, müavinət və ya digər ödənişlərin dəyəri müflisin aktivlərinin heç bir hissəsini təşkil etmir.





Yüklə 15,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə