Streptokok infeksiyalarının patogenezi, laborator diaqnostikası.
Bilrot yara infeksiyaları və qızılyel xəstəliyi zamanı iltahabi toxumalarda;
Pastersepsis və irinli proseslərdə
ilk dəfə patogen streptokokları aşkar etmişdirlər.
Streptokoklar __ Streptococcaceae fəsiləsinə aiddir. Zəncir şəklində yerləşən, qram müsbət, hərəkətsiz, sporasız, bəzi növləri kapsul əmələ gətirən mikroorqanizmlərdir. Fakultativ anaerobdurlar; şəkərli, serumlu və qanlı mühitdə yaxşı bitirlər; bulyonda çöküntü; aqarın səthində çox kiçik bulanıq, bozumtul koloniyalar əmələ gətirirlər. Bərk qidalı mühitdə bitmiş kulturadan və irindən hazırlanmış yaxmalarda cüt-cüt və ya qısa zəncir; maye qidalı mühitlərdə bitmiş kulturadan hazırlanmış yaxmalarda isə uzun zəncir və ya topa şəklində düzülür.
Streptokoklar Pnevmokoklar
Bu mikroblar üçün optimal şərait 37C ; pH = 7.2-7.6. Lakin 10C- 45C arasında da inkişaf edə bilər. Qanlı aqarda bitməsinə görə bölünür:
-
koloniyaların ətrafında şəffaf hemoliz sahəsi əmələ gətirən- hemolitik Streptokoklar
-
koloniyaların ətrafında yaşıl rəngli hemoliz sahəsi əmələ gətirən- hemolitik Streptokoklar
-
qeyri hemolitik Streptokoklar
Patogen Streptokoklar saxarolitik xassəyə malikdir. Qlükozanı, laktozanı, maltozanı, saxarozanı, salisin, treqalozanı turşu əmələ gətirməklə parçalayır. Jelatini əritmir, nitratları nitritlərə çevirmir, südü çürüdür, fibrinolizin, proteinaza, dezoksiribonukleaza fermentləri ifraz edir. Streptokokların antigen tərkibi polisaxaridlərdən zülallardan və qarışıq maddələrdən təşkil olunmuşdur.
Ekoloji xassələrinə görə Streptokoklar bir neçə qrupa bölünür:
-
Yalnız insanlarda xəstəlik törədən Streptococcus pyogenes
-
Həm insanlar, həm də heyvanlar üçün patogen olan patogen və ya şərti patogen Streptokoklar
-
Yalnız insan üçün patogen olan Streptokoklar
-
Yalnız heyvanlar üçün şərti patogen olan Streptokoklar
Sonrakı ekoloji qrupları saprofit Streptokoklar təşkil edir.
Streptokoklar qurumaya və alçaq tempratura davamlıdır. Qurumuş irində, bəlğəmdə, tozda, alt paltarda və ev əşyalarında bir neçə ay sağ qalır. 70C-də 1 saat, düz düşən günəş şüaları altında 2-3 saat, 1:1000 nisbətində süleymani məhlulunda 3-5%-li fenol məhlulunda 15 dəqiqə müddətində məhv olur.
Iri və xırda buynuzlu heyvanlarda, atlarda, donuzlarda, itlərdə və bir sıra quşlarda patogen Streptokoklar müxtəlif irinli iltihabi proseslər əmələ gətirir. Laboratoriya heyvanlarından dovşanlar v ə ağ siçanlar Streptokoklara həssasdır.
Streptokokların insanda törətdikləri xəstəlikləri şərti olaraq 2yerə bölmək olar:
-
Irinli qızıl yel, streptodermiya, abses, fleqmona, limfadenit, sistit, pielit, xolestit, peritonit, faringit, otit, tənəffüs orqanlarının irinli iltihabı, angina, haymorit, stomatit, sepsis və başqaları.
-
Irinsiz skarlatina, revmatizm və s. aiddir.
Bu xəstəliklər həm ekzogen, həm də endogen infeksiyalar nəticəsində baş verə bilər.
Ekzogen yoluxma infeksiya mənbəyindən hava-damcı vasitəsilə zədələnmiş dəriyə, selikli qişalara və bağırsağa düşməsi nəticəsində meydana çıxır.
Endogen yoluxma insan orqanizminin təbii müdafiə funksiyası zəiflədikdə orqanizmdə yaşayan şərti-patogen Streptokokların aktivləşməsi nəticəsində baş verir.
Bu xəstəliklərin əmələ gəlməsində həm bakteriyaların hüceyrələri, həm də onların ifraz etdikləri ekzotoksinlər rol oynayır.
Streptokok infeksiyaların laborator diaqnostikası 3üsulla aparılır:
-
mikroskopik
-
bakterioloji
-
seroloji
Mikroskopik üsul xəstələrdən irin, qan, sidik, yara möhtəviyyatı, qida məhsulları və s. götürülür.
Baktereoloji üsul irin, əsnəkdən götürülmüş material, yara möhtəviyyatı – qanlı aqara, qan – şəkərli bulyona kultivasiya edilir.Təmiz kultura əldə etdikdən sonra o, seroloji və bioloji xassələrinə əsasən identifikasiya edilir.
Seroloji üsul xəstənin qanında anti-o-streptolizinin, antistreptokinazanın, antistreptohialuronidazanın təyin edilməsinə əsasən aparılır.
Ümumiyyətlə, qandan başqa götürülmüş digər müayinə materiallarından yaxma hazırlanır, Qram üsulu ilə rənglənir, mikroskopiya edilir. Bu zaman yaxmada bəzən kiçik zəncirlər şəklində, bəzən diplokoklar şəklində yerləşən bənövşəyi rəngli koklar görünür ki, bu da mikrobun stafilo və ya streptokok olmasına şübhə doğurur. Ona görədə materiallar şəkərli bulyonda və 5 % -li aqarda kultivasiya edilir, 1 sutka 37C termostatda saxlanılır və baxılır. Str. pyogenes sınaq şüşəsinin dibində və divarında çöküntü əmələ gətirir, maye isə şəffaf qalır, çalxaladıqda isə mühit bulanır, sonra yenidən bulyon şəffaflaşır və sınaq şüşəsinin dibinə çöküntü görünür.
Qan isə şəkərli bulyonda kultivasiya edilir, 18-24 saat termostatda qaldıqdan sonra qabın dibinə çöküntü çökür ki, bundan da yaxma hazırlanır və mikroskopda uzun zəncirin görünməsi təsdiq edilir. Hemotoksini təyin etmək üçün çöküntüdən qanlı aqara əkilir, termostatda saxlanılır. Bir sutka sonra qanlı aqarın səthində hemoliz zonalı və ya yaşıllaşmış zonalı koloniyalar görünür. Bu da Str. pyogenesin olmasını göstərir.
Pnevmoniya və meningit zamanı müayinə üçün bəlğəm, onurğa beyni mayesi götürülür, əvvəlcə mikroskopik üsulla müayinə aparılır. Lansetin ucuna və ya yanar şamın ucuna bənzəyərək cüt-cüt yerləşən, hər kapsulda iki pnevmokoklar görünür. Lakin nəzərə almaq lazımdır ki, bəlğəm digər mikroblarla çirklənmiş olduqda təmiz kultura almaq çətin olur. Odur ki, bəlğəmi durulaşdırıb ağ siçanın qarın boşluğuna yeritmək lazım gəlir. 18-72 saat ərzində heyvan septisemiyadan tələf olur, onun daxili orqanlarından və periton mayesindən zərdablı bulyona və qanlı aqara kultivasiya etsək təmiz kulturanı almaq olar. Streptokokların patogenliyini öyrənmək üçün ən əsas xüsusiyyət onun fibrinolizin (streptokinaza) ifraz etməsini aşkara çıxarmaqdır.
2.Difteriya çöplərinin qidalı mühitdə bitməsinə görə tipləri, patogenlik faktorları. Difteriya xəstəliyinin spesifik profilaktika və müalicəsi.
Difteriya korinebakteriyaları Corynoform qrupunun cinsinə Corynnebacterium daxildir. Bu cinsə daxil olan korinebakteriyaların bəziləri heyvanlarda və insanlarda, bəziləri isə bitkilərdə xəstəlik törədir.
Heyvanları virulentli difteriya çöpləri və ya difteriya ekzotoksini ilə yoluxdurduqda tipik toksikoinfeksiya əlamətlər meydana çıxır. Material yoluxdurulan yerdə əvvəlcə iltihab,sonra isə nekroz baş verir. Həmin heyvanlarda daxili orqanların hipermiyası, qarın və plevra boşluğunda qanlı seroz mayenin toplanması, böyrəküstü vəzilərdə qansızmalar olur.
Atlardan, inəklərdən, itlərdən təbii şəkildə toksigen difteriya bakteriyaları alınmışdır.
Difteriya antroponoz xəstəlikdir. Daha çox azyaşlı uşaqlara xas bir xəstəlikdir, lakin son dövrlərdə yeniyetmələrdə də müşahidə olunur.
Xəstəliyin mənbəyi: 1.xəstə uşaq 2.sağlam mikrobgəzdirici
Yoluxma yolları: 1.hava damla 2.toz
İnsan orqanizminə daxil olur:
-
yuxarı tənəffüs yollarının selikli qişasından
-
əsnəkdən
-
badamcıqlardan
-
gözün konyuktivindən
-
xarici qulaq keçəcəyi dərisindən
-
cinsiyyət orqanlarının selikli qişasından
-
zədələnmiş dəridən
Daxil olduqları yerdə mikroblar 2-10 günlük inkubasion dövr keçirir, yəni artıb çoxalır; sonra ekzotoksin ifraz edir. İfraz olunmuş toksin epiteldə nekroz (ərp) əmələ gətirir, selikli qişanın daha dərin qatlarına keçir və qana sorularaq bütün orqanizmə yayılir. Nəticədə ümumi intoksikasiya baş verir. Bu da mərkəzi və periferik sinir sistemində, ürək əzələsində, qan damarlarında, böyrəküstü vəzilərdə dərin dəyişikliklərin baş verməsinə səbəb olur.
Əsil inaq (udlağın difteriyası) — difteriya udlağın difteriya çöpünün yaratdığı iltihabı xəstəliyidir. İnağı çöplərinin yaratdığı toksinlər nəticəsində əmələ gələn difteriya udlağın selikli qişasının fibrinoz (pərdəli) iltihabı xəstəliyi kimi başa düşürlər. Səhfələr fibrin liflərdən, pozulmuş toxumalar və difteriya çöplərindən ibarətdirlər. Əgər ərp bronxlara yayılarsa, çox ağır forma – boğulmaya aparan yayılmış inaq baş verir. Simptomlar və müalicə Hərarət 38-39°С qalxır, xəstə yorğunluq, zəiflik, əzginlik və iştahsızlıqdan çikayət edir. Tezliklə xırıltısı artan və boğuq səsli öskürək əmələ gəlir.Cingiltili öskürək tədricən səssiz olur. Nəfəsalma çətinləşir, yaxın məsafədə xırıltısı eşidilən təngnəfəşlik əmələ gəlir. Tənəffüs çiyinlərin və qabırqaarası nahiyyələrin dartılması nəticəsində baş verir. Sonra boğulma əlamətləri əmələ gəlir: dərinin göyərməsi, zəifləmiş və səthi tənəffüs, bayılma. Bu halda kömək göstərilməzsə, nəbz zəifləyir, ürəkdöyünmə saylarının azalmaları, arterial təzyiqin düşməsi, qıcolmalar baş verə bilərlər. Diaqnozu: hərarətin qalxması, artan səssiz öskürək, təngnəfəslik, səsli öskürək, udlağa baxışda fibrinoz pərdələrin olması.
1. Əsnək difteriyası xarakterikdir. Badamcıqlar ödemli, müəyyən qədər hiperemik olur; üzərindəki ərp badamcıqların hüdudunu keçmiş olur.
2.Əsnək difteriyasının toksiki formasında badamcıqların üzəri sıx ərplə örtülür, əsnək ödemli olur.
3. Əsnəyin infeksion mononukleozu zamanı olan dəyişikliyi fərqlidir: iltahablaşmış, saralmış badamcıqların üzəri ağımtıl-sarı rəngli, düyünlü ərplə örtülür.
4. Paratonzilyar abses zamanı badamcıqların üzərindəki toxumalar şişmiş və kəskin qızarmış olur.
Tənəffüs yollarının difteriyası
1. Qırtlağ difteryasında fibrin pərdələr səs tellərinin üzərini örtmüş olur.
2. Səs tellərinin polilomaları.
3. Laringit - qırtlağda səs tellərini altındakı selikli
qişada ödem və hiperemiya əmələ gətirən iltihabi prosesdir.
4. Udlaq arxası abses – udlağın yan divarlarının selikli qişasının şişməsidir.
Difteriya xəstəliyinə tutulmazlıq antitoksik immunitetlə əlaqədardır,antiinfeksion, yəni antitoksik və antimikrob xassəyə malikdir. Lakin aqqlütininlərin, presipitinlərin, opsoninlərin və komplement birləşdirici anticisimlərin roluda vardır.
Müalicəsi:
Spesifik 1. Yüngül və yarım ağır formalarda 5000-15000BV dozada, ağır formalarda 30000-50000BV dozada hospitalizasiya və difteriya əleyhinə antitoksik zərdab yeridilir.
2. Orqanizmin özü tərəfindən antitoksin əmələ gətirməsi məqsədilə anatoksindən istifadə edilir.
Q\spesifik penisillindən, tetrasiklindən, eritromisindən və bir sıra sulfanilamid preparatlarından istifadə edilir.
Profilaktikası:
Spesifik adsorbsiya edilmiş difteriya anatoksindən, adsorbsiya edilmiş difteriya-anatoksindən, adsorbsiya edilmiş difteriya-göy öskürək-tetanus vaksinindən istifadə edilir.
3.Vəba vibrionları, təsnifatı, morfo-bioloji xüsusiyyətləri.
Qədim və indiki dövrdə ağır gedişə və yüksək yayılmaya malik olmasına görə insanlara məlum olan vəba xəstəliyinin indiyə kimi 7 pandemiyası qeydə alınmışdır.
İlk dəfə 1883-cü ildə Misirdə R.Kox tərəfindən kəşf edilmişdir. 1906-cı ildə El-tor karantin məntəqəsində bir qrup məkkə ziyarətçiləri vəbadan ölmüşdür. Onların meyidindən yeni vibrionlar alınmış və eltor vibrionu adı verilmişdir.
Vəba vibrionları Vibrionaceae fəsiləsinin Vibrio cinsinə daxildir. 4 bioloji varianta malikdir:
-
cholerae
-
eltor
-
proteus
-
alben
Cholerae və eltor biovarlar insanlarda vəba, proteus insanlarda
qastroenteri və quşlarda vəba törədir, albensis isə saprofit olub sularda, insan ödündə və ifrazatında tapılır.
Vibrion vergül formasında olub, 2-3 mkm uzunluğuna, 0.5 mkm enində azacıq əyilmiş çöp şəklindədir. Özünün 1 ədəd (monotrix) qamçısı ilə iti hərəkətə malikdir. Spor və kapsul əmələ gətirir, qrm mənfidir.
Vəba vibrionları qidalı mühitə tələbkar deyil, kəskin qələvi mühitdə (pH=8.4) tez çoxalır, aerobdur, 37C yaxşı inişaf edir. Aqarda şeh damcılarına oxşar şəffaf xırda koloniyalar, peptonlu suda zərif mavi pərdə əmələ gətirir.
Qidalı mühitdə onlarda yüksək antigen dəyişikliyi baş verir, vəba vibrionları S- formadan R – formaya dissosiasiya edir.
Vəba vibrionları yüksək toksiki xassəli endotoksinə malikdir. Bundan elavə yüksək enterotoksiki təsirə malik “Xolerogen” adlanan ekzotoksin ifraz edir. Bununla yanaşı Vəba vibrionları bir sıra aqressivlik fermentləri: fibrinolizin, hialuronidozanı, kollegenazanı, mutsinazanı, lesitinazanı, neyraminidazanı ifraz edir.
Vəba vibrionları yüksək dərəcədə saxarolitik, proteoletik və s. əmələ gətirmə xassəsinə malikdir. Laxtalanmış qan zərdabını əridir, jelatini durulaşdırır. Bu zamanda şüşə qırıntılarına bənzər koloniyalar əmələ gətirir. Züllaları parçalayıb indol ammoniak əmələ gətirir. Südü çürüdür. Qlükozanı, maltozanı, qalaktozanı, levulozanı, saxarozanı nişastanı və s. tursuya qədər parçalayır. Hidrogen-sulfit əmələ gətirir. Nitratlari nitritlərə çevirir. Nitrozoindol reaksiyasının müsbət olmasına səbəb olur.
Vəba vibrionları termostabil somatik 0-antigenə və termolabil H-qamçı antigeninə malikdir. 0-antigen növ və tip spesifikliyinə malikdir. Lakin H-antigeni qeyri-spesfikdir. Bu bütün vibrio cinsi üçün ümumidir.
Vəba vibrionları uzun müddət asağı tempraturada, 4 həftədən çox dəniz və çay sularında, 5 aya qədər ifrazatda, 2 ay torpaqda, 1-10 gün ərzaqda, 1-40 gün heyvanların bağırsaqları və bədən səthində sağ qalır. Lakin xarici mühitin fiziki və kimyavi amillərinə az davamlıdır. Eltor vibrionları isə daha davamlıdır,omlar hətta suda və lildə artıb çoxala bilirlər.
Dezinfeksiya edici maddələrə, turşulara və mədə şirəsinə çox həssasdır. Məsələn: 1 dəqiqəyə 1:10000 nisbətində durulaşdırılmış xlorid turşusunda, ani olaraq 100C tempraturda, 5 dəqiqəyə 80C tempraturda məhv olur. Quruma və günəş şüalarında vəba vibrionları tez ölür.
Njnb
4.Qazlı qanqrenanın laborator dianozu.
Qazlı qanqrena klostridiyaları-anaerob yara qaz infeksiyaları insanın və heyvanların ağır yara infeksiyaları olub clostridium cinsindən olan basilllalar tərəfindən törədilir.Ağır gediş,tez yaranan və genişlənən nekroz,şişlərin və qaz əmələ gəlməsi,ağır intoksikasiya ilə xarakterizə olunur.qanqrena
Clostridium perfringens-vegetativ hüceyrələrdir.IrIri,qram müsbət və hərəkətsizdirlər.Klassik formaları düz bucaq altında kəsilmiş ucalara malik qısa çöplərdir.(0.6-1.0x1-1.5mkm).Anilin rəngləyiciləri ilə yaxşı rənglənirlər;köhnə kulturalarad qram mənfi ola bilərlər.Orqanizmdə kapsula əmələ gətirirlər.Kapsulalar virulent ştammlarda daha aydın görünürlər.Sporları iri,oval,mərkəzi yerləşmiş olurlar.Hüceyrə praktiki olaraq deformasiyaya uğramır.
Fakultativ anaerobdurlar.A tipləri S vəR koloniyaları əmələ gətirirlər.S koloniyaları dairəvi,günbəzəbənzərdirlər.Hamar,düz kənarlara malikdirlər;inkişafın əvvəlində şəffafdırlar.Sonra tutqun,bozumtul-ağ rəng alırlar.R koloniyalar q/düzgün formalıdır.Aqarın dərinliyində pambıq topalarını xatırladır.
Qaz və turşu əmələ gətirməklə qlukozanı parçalayır.Digər klostridiyalardan nitratları bərpa etmək qabiliyyəti ilə fərqlənir.Proteolitik aktivliyi zəifdir.A vəC tipləri enterotoksin əmələ gətirir.
Clostridium novyi-iri ,əyri,hərəkətli çöplərdir.Ölçüləri 4-10x1-2 mkm-dir.Peritrixlərdir,20-25 qamçıya malikdir.Bəzi ştamları kiçik zəncirlər və ya saplar əmələ gətirir.Cavan kulturalarda hərəkətliyi ilə seçilir.Sporları oval olub,subterminal yerləşir.
Obliqat anaerobdur.Qan aqarında girintili-çıxıntılı koloniyalar əmələ gətirir.A,B,C tipləri qlükoza,maltoza və fruktozanı,D tipi isə yalnız qlükozanı fermentasiya edir.Patogenliyini təyin edən 8 toksin istehsal edir.
Clostridium histolyticum -3-5x0.5-0.8 mkm ölçülü çöplərdir.Qram müsbətdir.Ancaq köhnə kulturalarda qram mənfi ola bilər.Yaxmalarada çox vaxt cütlər və zəncirlər əmələ gətirir.Bütün mühitlərdə 3 qatlı qişaya malik subterminal sporlar əmələ gətirir.
Fakultativ anaerobdur.Karbohidratalara inertdir.Proteolitik xüsusiyyətləri güclüdür.5 tip toksin istehsal edir.
Clostridium septicum-polimorf hərəkətli 4-5x0.8mkm ölçülü çöplərdir.Toxumalarda uzunluğu 500mkm olan saplar əmələ gətirə bilər.
Fakultətiv anaerobdurlar.Oksigenlə kontaktda hərəkətsizdirlər.Seyssler aqarında 48 saatdan sonra bütöv ərp əmələ gəirirlər.1 faizli aqar sütununda bir-birinə dolaşan sap yaradırlar.
Bəzi karbohidratlatı fermentasiya edirlər.Proteolitik aktivliyi zəifdir.4 ekzotoksin istehsal edir.
Clostridium fallax-hərəkətli,dairəvi uclara malik 2-5x0.5mkm ölçülü düz çöplərdir.Ciddi anaerobdur.Aqar səthində 24-48 saat sonra xırda,yastı,şəffaf,q/düzgün kənarlı koloniyalar əmələ gətirir.Qan aqarında ensiz hemoliz zolağı yaradır.Karbohifdratları fermentasiya edir,proteolitik aktivliyi zəifdir,nitratları bərpa etmir.Hələ indiyə kimi identifikasiya edilməmiş letal toksin istehsal edir.
Xəstəliyə diaqnoz qoymaq üçün:
1. bakterioskopik
2. baktereoloji
3. bioloji müayinə ... üsullarından istifadə olunur.
Bakterioskopik üsul Əvvəlcə götürülmüş materialdan yaxma hazırlanır. Qram, Gins-Burri, Sil-Nilsen üsulları ilə rənglənir. Yaxmada iri Qram müsbət, sporalı, kapsullu və kapsulsuz çöplər görünərsə, yəni, xarakter klinik mənzərə olarsa diaqnoz təsdiq olunur.
Baktereoloji və bioloji müayinə üsulu törədicinin növü və toksinin tipi öyrənilir. Bunun üçün materialın qalan hissəsi kazeinli və ya ətli maye və bərk mühitlərdə kultivasiya edilir, 80C-də 30 dəq qızdırilirki, spor əmələ gətirməyən bakteriyalar məhv olsun. Sonra 37C-də anaerob şəraitdə termostatda inkubasiya edilir. Əgər materialda Gl. Perfringes varsa, südlü mühit 3-4 saatdan sonra laxtalanır və şəffaflaşır və Vilson-Bler mühiti qaralır, güclü qaz əmələ gəlir.
Qidalı mühitlərdən yaxmalar hazırlanıb mikroskopiya olunur. Təmiz kultura almaq üçün maye mühitlərdən bərk mühitlərə əkilir. Müayinənin 3-cü günü materialdan alınmış bakteriyanın morfologiyası, hərəkəti, karbohidratları qıcqırtması, lakmuslu südə əkdikdə rəngin dəyişməsi, zülalları parçalaması və toksin əmələ gətirilməsi öyrənilir.
Xəstəliyə təcili diaqnoz qoyulması üçün:
-
müayinə materialı sentrifuqadan keçirir və sentrifuqatla spesifik antitoksik zərdab arasında neytralizasiya reaksiyası aparılır.
-
Filtratda lesitinaza aşkar edilir və onunla tipospesifik zərdabla neytrallaşdırılması aparılır (Gl.perfringensin).
Kontrol məqsədilə materialı sentrifuqadan keçirir, çöküntü NaCl-in izotonik məhlulu ilə 1:2, 1:4, 1:8…, nisbəində durulaşdırır və üzərinə xüsusi aktivator əlavə edilir. Hər durlaşmadan 1 ml götürüb üzərinə 0.1ml tipospesifik zərdab əlavə edib qarışdırılır, 20C-də 40 dəq saxlanılır. Sonra üzərinə 0.2ml lesitin əlavə edib təzədən termostatda 37C-də 2 saat saxlanılır.
Kontrol şüşədə lesitinaza olduğu üçün bulanıqlıq əmələ gəlir, təcrübi sınaq şüşəsində zərdab olduğu üçün bulanıqlıq əmələ gəlmir.
Diaqnoza şübhə olduqda:
-
müayinə materialı 80C-də 15 dəq qızdırır və tərkibində 0.5% qlükoza olan yağsızlaşdırılmış südə əkib 37C-də termostatda yerləşdirilir. Gl.perfringensin olduqda 1 neçə saatdan sonra süd laxtalanır.
-
Süd laxtalandıqda onun zərdab hissəsi sentrifuqadan keçirir və 0.5-1ml olmaqla ağ siçanların periton boşluğuna inyeksiya edilir. Toksin aşkar edildikdə neytralizasiya reaksiyası ilə toksinin tipi təyin edilir.
İstifadə etdiyim ədəbiyyat:
“Tibbi mikrobiologiya və immunologiyadan təcrübi məşğələlərinə rəhbərlik”
-
H.H.İbrahimov “Tibbi mikrobiologiya”
İnformasiya aldığım saytlar:
-
www.med.az
-
www.danger.az
-
www.deadhouse.ru
-
www.semashko.com
Dostları ilə paylaş: |