Pərviz Tağızadə Dövlət Qulluğu 0552259554
AZƏRBAYCAN RESPUBLĠKASININ KONSTĠTUSĠYASI
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının
yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış,
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiĢdir
.
1995-ci il noyabrın 27-dən qüvvəyə minmiĢdir.
(Qanun dərc olunduğu gün qüvvəyə minir)
2002-ci il avqustun 24-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş
dəyişikliklərlə.
2009-cu il martın 18-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş
əlavə və
dəyiĢikliklərlə.
2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş
əlavə və dəyiĢikliklərlə.
(Preambula)
Azərbaycan xalqı
özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək,
―Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında‖ Konstitusiya aktında əks
olunan prinsipləri
əsas götürərək,
Bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini
arzulayaraq,
Ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini
istəyərək,
Keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini
anlayaraq,
Suveren hüququndan
istifadə edərək,
təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
1
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
2
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
3
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
4
- xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
Dostları ilə paylaş: |