ƏSAS HÜQUQLAR, AZADLIQLAR VƏ VƏZĠFƏLƏR I I I f ə s i l
ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI M a d d ə 2 4 .
Ġnsan və vətəndaĢ hüquqlarının və azadlıqlarının əsas prinsipi I. İnsan
ləyaqəti qorunur və ona hörmət edilir.
II.
Hər kəsin
doğulduğu andan
toxunulmaz, pozulmaz və
ayrılmaz hüquqları və azadlıqları
vardır.
III. Hüquqlar və azadlıqlar
hər kəsin cəmiyyət və baĢqa Ģəxslər qarĢısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
M a d d ə 2 5 .
Bərabərlik hüququ I.
Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
II.
KiĢi ilə qadının eyni hüquqları və azadlıqları vardır .
III. Dövlət, irqindən, etnik
mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər
ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə
təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə,
siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər
və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən
dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daĢıyıcıları ilə münasibətlərdə
hər kəsin
bərabər hüquqları təmin edilir.
VI.