tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaĢdırıla bilər. III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan
hər kəs sərbəst hərəkət edə
bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
IV. Azərbaycan Respublikası
vətəndaĢlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ
vardır.
M a d d ə 2 9 .
Mülkiyyət hüququ I.
Hər kəsin
mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin
heç bir növünə üstünlük verilmir .
Mülkiyyət hüququ , o cümlədən
xüsusi mülkiyyət hüququ
qanunla qorunur.
III.
Hər kəsin
mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ
mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və
onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs
məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız
qabaqcadan onun dəyərini ədalətli ödəmək Ģərti ilə yol verilə bilər.
V.
Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. VI.
Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət
hüququ
qanunla məhdudlaĢdırıla bilər.
VII.
Dövlət vərəsəlik hüququna təminat verir.
M a d d ə 3 0 .
Əqli mülkiyyət hüququ I.
Hər kəsin
əqli mülkiyyət hüququ vardır.
II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri
qanunla qorunur. M a d d ə 3 1 .