qanunla müəyyən edilir.
M a d d ə 3 3 .
Mənzil toxunulmazlığı hüququ I.
Hər kəsin
mənzil toxunulmazlığı hüququ vardır.
II.
Qanunla müəyyən edilmiĢ hallar və ya
məhkəmə qərarı istisna olmaqla, mənzildə
yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
M a d d ə 3 4 .
Nikah hüququ I.
Hər kəsin
qanunla nəzərdə tutulmuĢ yaĢa çatdıqda ailə qurmaq hüququ vardır.
II. Nikah
könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
III. Nikah və ailə
dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.
Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.
IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək
valideynlərin həm
hüququ, həm də borcudur .
V. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış
əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.
M a d d ə 3 5 .
Əmək hüququ I. Əmək fərdi və ictimai rifahın əsasıdır.
II.
Hər kəsin
əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə,
məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
III. Heç kəs zorla işlədilə bilməz.
IV. Əmək müqavilələri
sərbəst b ağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə
bilməz.
V.
Məhkəmə qərarı əsasında Ģərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli Ģəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar iĢlətmək, fövqəladə vəziyyət zamanı və
hərbi vəziyyət vətəndaĢlara tələb olunan işləri
gördürmək hallarına yol verilir.
VI.
Hər kəsin
təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə
görə dövlətin müəyyənləşdirdiyi