Pərviz Tağızadə Dövlət Qulluğu 0552259554
8
olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına
baxmadan izlənilə bilməz, video və foto
çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
IV.
Hər kəsin
yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə
vasitələri ilə ötürülən
məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada
cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü
məhdudlaşdırıla bilər.
V. Qanunla müəyyən
edilmiş hallar istisna olmaqla,
hər kəs
onun haqqında toplanmış
məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış
və həqiqətə uyğun olmayan, tam
olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya
çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq
məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına
daxil olmaq
qadağandır.
VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol
verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun
yol verdiyi digər hallar
istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata,
o cümlədən əqidəyə, dini və etnik
mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması,
ötürülməsi, istifadəsi və
mühafizəsi şərtləri
Dostları ilə paylaş: