10 II. Dövlət
müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin
inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi
sığortanın müxtəlif növləri üçün
imkanlar yaradır .
III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli
şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.
M a d d ə 4 2 .
Təhsil hüququ I.
Hər bir vətəndaĢın təhsil almaq hüququ vardır.
II. Dövlət
pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
III. Təhsil sisteminə
dövlət tərəfindən nəzarət edilir .
IV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət
zəmanət verir.
V.
Dövlət minimum təhsil standartlarını müəyyən edir.
M a d d ə 4 3 .
Mənzil hüququ I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
II. Dövlət yaşayış binalarının və
evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu
gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
M a d d ə 4 4 .
Milli mənsubiyyət hüququ I.
Hər kəsin
milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.
II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.
M a d d ə 4 5 .
Ana dilindən istifadə hüququ I.
Hər kəsin
ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil
almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.
II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
M a d d ə 4 6 .
ġərəf və ləyaqətin müdafiəsi hüququ I.
Hər kəsin
öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
II. Şəxsiyyətin