AZƏrbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15204
  1   2   3   4   5   6   7


 
AZƏRBAYCAN SSR ELMLƏR AKADEMĠYASI TARĠX ĠNSTĠTUTU 
 
 
 
 
F. M. ƏLĠYEV 
 
 
 
 
 
 
 
 
 
 
 
XVIII ƏSRĠN BĠRĠNCĠ YARISINDA 
AZƏRBAYCANDA TĠCARƏT 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı 
Bakı - 1964 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan SSR Elmlər Akademiyası 
Redaksiya-Nəşriyyat Şurasının qərarı ilə 
 çap olunur. 
 
 
 
 
 
 
 
 
 
 
Redaktorları: tarix elmləri doktoru, H. B. Abdullayev. 
Tarix elmləri namizədi Ə. Ə. Rəhmani 
 
 
 
 


 
GĠRĠġ 
 
XVIII  əsrin  birinci  yarısı  Azərbaycan  tarixinin  ən  az  öyrənilmiş 
sahələrindən  biridir.  Doğrudur, həmin dövrün  ayrı-ayrı məsələlərinə  bir  sıra  elmi-
tədqiqat  əsərlərində  toxunulmuşdur
1
.  Lakin  bu  məsələlərin  əksəriyyəti  ümumi 
şəkildə  qoyulmuş,  bu  və  ya  digər  məsələnin  ayrılıqda  həllinə  xüsusi  yer 
verilməmişdir.  XVIII  əsrin  birinci  yarısında  Azərbaycan  şəhərlərinin  iqtisadi 
vəziyyəti, daxili və xarici ticarəti haqqında hələ çox az yazılmışdır. Halbuki XVIII 
əsrin  birinci  yarısında  Azərbaycanın  başqa  ölkələrlə,  xüsusilə  Rusiya  dövləti  ilə 
ticarət  əlaqələri  gələcəkdə  Azərbaycan  xalqının  taleyində  mühüm  rol  oynayan 
amillərdən biri olmuşdur. 
Qeyd etmək lazımdır ki, XVIII əsrin birinci yarısı bu günə kimi Azərbaycan 
tarixində  «dərin  tənəzzül  dövrü»
2
 kimi  qələmə  verildiyi  üçün,  görünür,  bir  çox 
tədqiqatçılar  bu  tənəzzül  dövrünün  iqtisadi  həyatını,  o  cümlədən  Azərbaycanın 
başqa ölkələrlə ticarət münasibətlərinin öyrənilməsini lazım bilməmişlər. 
İlk baxışda, həqiqətən, iqtisadi tənəzzül və siyasi böhran keçirən bir ölkənin 
iqtisadiyyatından, xüsusilə ticarətindən ayrılıqda danışmağa dəyməz. Lakin həmin 
dövrə  aid  olan  bir  sıra  arxiv  sənədlərini  və  digər  mənbələri  dərindən  öyrəndikdə 
əyani surətdə müşahidə etmək mümkündür ki, bu dövrün nəinki ticarətini, hətta bir 
çox  ictimai-iqtisadi xarakterli  məsələlərini ayrılıqda  tədqiq etmək mümkündür  və 
bu məsələlər tədqiqat gündəliyində əsas yerlərdən birini tutmalıdır. 
Oxuculara  təqdim  edilən  bu  əsərdə  XVIII  əsrin  birinci  yarısında 
Azərbaycanın  sənətkarlıq  və  ticarət  mərkəzlərindən,  daxili,  xarici  və  tranzit 
ticarətinin 
xarakterindən, 
habelə 
Azərbaycan 
ticarətinin 
beynəlxalq 
əhəmiyyətindən danışılır. Lakin qeyd etmək lazımdır ki, əsərdə mövzu ilə əlaqədar 
olan  ticarətin  bütün  məsələlərini  əhatə  etmək  məqsədi  qarşıya  qoyulmamışdır. 
Onları geniş tərzdə, belə kiçik həcmli əsərdə toplamaq da mümkün deyildir. 
Məlum  olduğu  kimi,  XVIII  əsrin  birinci  yarısında  Azərbaycan  uğrunda 
Rusiya,  Türkiyə  və  İran  dövlətləri  arasında  aparılan  mübarizə  ən  nəhayət  ölkə 
daxilinə  hərbi  müdaxilə  ilə  nəticələnmiş  və  Azərbaycan  ərazisi  həmin  dövlətlər 
arasında  bölüşdürülmüşdür
3
.  Bu  dövlətlərdən  İran  və  Türkiyə  Azərbaycana 
soxulduqları  zaman  şəhər  və  kəndləri  xaraba  qoyub,  xalqın  var-dövlətini  qarət 
                                                             
1
 И. П. Петрушевский.  Очерки по истории феодальных отношений в Азербайджане и Армении в 
XVI  -  нач.  XIX  вв.,  Л.,  1949;  В.  Н.  Левиатов.  Очерки  из  истории  Азербайджана  XVIII  в.,  Баку, 
1948.
 
2
 И. П. Петрушевский.  Очерки по истории феодальных отношений в Азербайджане и Армении в 
XVI - нач. XIX вв., Л., 1949; səh. 86. 
3
 Bu  barədə  ətraflı  surətdə  bax:  А.  Абдуррахманов.  Азербайджан  в  русско-иранско-турецких 
отношениях в первой половине XVIII в., Баку, 1964 г,; В. П. Лысцов. Персидский поход Петра I 
(1722—1723 гг.), М., 1951; В. Н. Левиатов. Göstərilən əsəri, səh. 74 və b. 
 


 
edərək taladıqları halda,  Rusiya  höküməti  qoşunlarına  qarətlə məşğul  olmağı qəti 
surətdə qadağan etmişdi. 
Şübhəsiz,  bu  da  təsadüfi  deyildi.  Doğrudur,  Rusiya  Xəzər boyu  vilayətləri 
çoxdan ələ keçirmək niyyətində idi. I Pyotr Azərbaycanın Xəzər boyu əyalətlərinə 
yürüş təşkil edərkən rus qoşunlarının daxil olduqları şəhərlərdə əhalini sıxışdırmaq 
və  narazı  salmamaq  haqqında  rus  zabit  və  soldatlarına  əvvəlcədən  ciddi  təlimat 
vermişdi. I Pyotr Xəzər boyu əyalətləri tutmaqla əslində başlıca olaraq iki məqsəd - 
həm  siyasi  və  həm  də  iqtisadi  məqsəd  güdürdü.  Odur  ki,  Rusiya  tərəfindən  zəbt 
edilən yerlərdə vaxtı ilə feodal müharibələri zamanı dağıdılmış  bir çox tikintilər - 
karvansara  va  qala  divarları  rus  qoşunlarının  iştirakı  ilə  bərpa  olunmuş,  yerli 
tacirlərlə  ticarət  əlaqələri  davam  etmiş  və  hətta  bu  əlaqələrin  daha  da 
möhkəmləndirilməsi  üçün  bir  sıra tədbirlər həyata  keçirilmişdir.  Məhz  buna  görə 
də təsadüfi deyildir ki, rus arxivlərində öyrənilən dövrə aid olan bir çox sənədlərdə 
Azərbaycanla Rusiya arasındakı münasibətlərdən bəhs olunarkən başqa məsələlərə 
nisbətən,  ticarət  məsələlərinə  daha  çox  yer  verilmişdir.  Həmin  arxiv  sənədləri 
Azərbaycanın  qonşu  ölkələr  və  xüsusilə  rus  dövləti  ilə  ticarət  əlaqələrini 
işıqlandırmaq  sahəsində  zəngin  mənbə  kimi  qiymətləndirilməlidir.  Rus 
arxivlərində  saxlanılan  bəzi  sənədlər,  hətta  daxili  ticarəti  tədqiq  etməkdə  də 
müəyyən  elmi  əhəmiyyət  kəsb  edir.  Azərbaycanın  XVIII  əsr  ticarət  məsələlərinə 
aid  olan  materiallarının  əksəriyyəti  Həştərxan  Vilayət  Dövlət  arxivindo  (QAAO), 
Rusiyanın  xarici  siyasət  arxivində  (AVPR),  qismən  də  Qədim  aktların  Mərkəzi 
Dövlət  arxivində  (ÇQADA),  Mərkəzi  Dövlət  hərbi-tarixi  arxivində  (ÇTVİA)  və 
digər arxivlərdə saxlanılır. Təəssüf ki, respublikamızın arxivlərində həmin dövrün 
ticarət məsələlərinə aid olan sənəd demək olar ki, hələ əldə edilməmişdir. 
Azərbaycanın  XVIII  əsr  xarici  və  tranzit  ticarətinə  dair  materiallarının 
mərkəzi  rus  arxivlərində  və  həmçinin  Həştərxan  arxivində  olmasını  nə  ilə  izah 
etmək olar? 
Məlum  olduğu  kimi,  XVIII  əsrdə  Rusiya  dövlətinin  Xəzər  dənizində 
fəaliyyətinin  artması  bilavasitə  həm  hərbi  strateji  nöqteyi-nəzərdən  böyük 
əhəmiyyət kəsb edir, həm də ticarət məsələləri ilə sıx surətdə bağlı idi. Artıq XVIII 
əsrin  20-ci  illərindən  başlayaraq  Rusiya  dövləti  İranda
4
 ticarət  edən  və  buradan 
böyük  gəlir  və  mənfəət  əldə  edən,  eyni  zamanda  yerli  hakimlər  tərəfindən 
sıxışdırılan  rus  tacirlərinin  mənafeyini  qorumaq  və  ticarət  əlaqələrini  qaydaya 
salmaq və möhkəmlətmək məqsədi ilə İranda öz konsulxanasını təsis etmişdi
5

                                                             
4
Həmin dövrdə Azərbaycan inzibati cəhətdən Səfəvi İran dövlətinin vilayətlərindən birini təşkil edirdi. 
Buna görə də Qərbi Avropa dövlətləri və eləcə də Rusiya Azərbaycanı İran adlandırırdı.  
5
 В.  А.  Уляницкий.  Русские  консульства  за  границей  в  XVIII,  I  hissə,  М.,  1899,  səһ.  205;  В. 
Комаров.  Персидская  война  1722—  1725  гг.  приложение,  «Русский  Вестник»,  т.  68,  1867,  səһ. 
553. 
 


 
Belə konsulxanalardan biri də filial şəklində 20-ci illərdə Şamaxı şəhərində 
təsis  edilmişdi
6
.  Həmin  vaxtdan  etibarən  Azərbaycan  şəhərlərində  olan  rus 
məmurları  ticarətin  vəziyyəti  haqqında  Rusiya  Xarixi  İşlər  və  Ticarət 
Kollegiyalarına,  Həştərxanın  qubernatoruna  bir  sıra  siyasi  məsələlərlə  yanaşı, 
Azərbaycanda  ticarətin  nə  kimi  vəziyyətdə  olması  haqqında  da  tez-tez  məlumat 
verirdilər.  Digər  tərəfdən  1722-ci  ildən  başlayaraq  Azərbaycanın  Xəzər  dənizi 
boyunca  yerləşən  əyalətləri  Rusiya  dövlətinin  himayəsi  altına  keçdikdən  sonra 
Azərbaycanın  vəziyyətinə  dair  Rusiyaya  göndərilən  yazılı məlumatların  sayı  daha 
da  çoxaldı.  Məhz  buna  görə  də  Moskva,  Leninqrad  və  Həştərxan  şəhərlərinin 
arxivlərindən  Azərbaycana  aid  olan  bir  çox  dəyərli  faktik  materiallar  tapmaq 
mümkündür. Bəlkə də siyasi və iqtisadi məsələlərə dair Rusiyadan da Azərbaycana 
müxtəlif xarakterli məktub və s. yazılar göndərilmişdir. Lakin o zaman Azərbaycan 
vahid dövlət olmadığı üçün onun vahid siyasi mərkəzi də yox idi. Çox güman ki, 
həmin məktublar da belə bir şəraitdə itib batmışdır. 
Azərbaycana  aid  olub  Həştərxan  arxivində  saxlanılan  materiallardan  ilk 
dəfə  elm  aləmində  prof.  H.  B.  Abdullayev  «XVIII  əsrin  ikinci  yarısında  Şimali-
şərqi Azərbaycan  və  Rusiya»  adlı irihəcmli  monoqrafiyasını yazarkən istifadə 
etmişdir.  Prof.  H.  B.  Abdullayev  bu  materialların  bir  qismini,  yəni  XVIII  əsrin 
ikinci yarısına aid olan materialları təhlil etmişdir. Həştərxan arxivinin XVIII əsrin 
birinci yarısına aid olan materiallarından ilk dəfə olaraq bu kitabda istifadə olunur. 
Doğrudur,  həmin  arxivdən  rus-erməni  ticarət  münasibətlərinə  dair  namizədlik 
dissertasiyası  yazan  A.  Yuxt  da  istifadə  etmişdir.  Lakin  A.  Yuxtun  çap  olunmuş 
məqaləsindən müəyyən etmək olar ki, o, əsas etibarı ilə Həştərxan şəhərində ticarət 
edən erməni tacirlərindən və Həştərxandakı erməni koloniyasından bəhs etmişdir
7

Burada  isə  Həştərxan  arxivinin  bilavasitə  Azərbaycana  aid  olan  materiallarından 
istifadə  etməklə  həm  xarici  və  həm  də  tranzit  ticarətə  aid  olan  məsələləri 
işıqlandırmağa cəhd edilmişdir. 
Həştərxan  Vilayət  Dövlət  arxivindən  əldə  edilmiş  materiallardan  daha 
xarakterik  sənədlər  kimi  aşağıdakıları  göstərmək  olar:  «Həştərxan  quberniya  və 
dəftərxanasından  Rusiyanın  yuxarı  şəhərlərində  ticarət  etmək  üçün  gedən  Bakı  və 
Salyan  tacirlərinin  siyahısı.  1729-cu  il»
8
,  «Əvvəllər  Rusiyada  saxlanılmış 
bakılıların və farsların Bakı və Gilan əyalətlərinə buraxılması haqqında imperator 
II  Pyotrun  fərmanı»
9
,  «Gilan  karvansarasında  yaşayıb  rus  təbəəliyinə  keçmək 
arzusunda olan tatarların (azərbaycanlıların - F. Ə.) sayı haqqında məlumat»
10
 və s. 
Axırıncı  sənəd  həmçinin  rus-Azərbaycan  münasibətlərini  tədqiq  etmək  sahəsində 
                                                             
6
 В. А. Уляницкий. Русские консульства за границей  в XVIII -. I һissə, М., 1899, səһ. 205.
 
7
 А. Юхт. Восточная торговля России в 30 – 40-х годах в. и роль в ней армянских купцов, «Изв. 
АН Арм. ССР», № 8, 1956. 
8
 QAAO, fond 394, iş 163. 
9
 QAAO, fond 394, iş 163, vərəq 87-88. 
10
 QAAO, fond 394, iş 1025. 


 
böyük elmi əhəmiyyət kəsb edir. Sənəddən məlum olur ki, Azərbaycanın müxtəlif 
şəhərlərindən öz ailələri ilə birlikdə Həştərxana ticarət üçün gəlmiş azərbaycanlılar 
tez-tez İran qoşunlarının hücumuna məruz qalmış Azərbaycana bir daha qayıtmaq 
istəməyərək, Rusiya təbəəliyinə keçmək üçün yerli hakimlərə müraciət etmişlər. 
Rusiyanın  xarici  siyasət  arxivində,  habelə  Qədim  aktların  Mərkəzi  Dövlət 
arxivində  mühafizə  olunan  və  sonradan  bəzi  elmi  əsərlərdə  əlavələr  şəklində  və 
yaxud  sənədlər  külliyyatında  çap  olunan  sənədlərdən  -  «İranda nə  qədər  və hansı 
yerlərdə gömrük və ya bunun əvəzində rahdarilərin alınması haqqında cədvəl», A. 
P.  Volınskinin  və  eləcə  də  A.  İ.  Lopuxinin  jurnallarını  və  bir  çox  başqa  dəyərli 
sənədləri göstərmək olar. 
Ticarətə  aid  olan  arxiv  sənədlərindən  bəhs  etdikdə  V.  A.  Ulyanitskinin 
«XVIII  əsrdə  xaricdə  rus  konsulxanaları»  adlı  ikicildlik  əsərini  qeyd  etməmək 
olmaz.  Müəllif  həmin  əsərin  I  cildində  Rusiyanın  başqa  ölkələrlə  yanaşı,  İranda 
təsis olunan konsulxanalarından və yerlərdəki ticarətin vəziyyətindən bəhs edir. II 
cilddə  isə  konsul  və  konsul  müavinlərinin  yerlərdən  Peterburqa  göndərdikləri  və 
mərkəzdən  konsullara  göndərilən  məktubları  dərc  edilmişdir.  Həmin  məktubların 
əsli  Rusiyanın  xarici  siyasət  arxivində  və  qismən  də  Qədim  aktların  Mərkəzi 
Dövlət arxivində saxlanılır. 
«Rusiya imperiyasının qanunlarının tam külliyyatı», «Rusiya imperatorunun 
tarix  cəmiyyətinin  külliyyatı»  adlı  çoxcildli  məcmuələrində  də  bir  sıra  qiymətli 
arxiv sənədləri çap edilmişdir. 
XIX  əsrdə  rus  tarixçiləri  tərəfindən  yazılmış  bir  çox  kitablarda  «əlavələr» 
şəklində  XVIII  əsrin  birinci  yarısında  Azərbaycanın  iqtisadi  məsələlərinə  aid  bir 
çox rəsmi sənədlər verilmişdir. Bu cəhətdən V. Komarovun «1722-1723-cü illərdə 
Rusiyanın  İranla  müharibəsi»  əsərini  (əlavələrdə  I  Pyotrun  Bakı  şəhəri  və  nefti 
haqqında  yazdığı  şəxsi  məktubları  verilir),  A.  N.  Popovun  «Rusiyanın  I  Pyotrun 
dövründə  Xivə  və  Buxara  ilə  münasibətləri»  əsərini  (əlavələrdə  rus  səfiri  F.  
Beneveninin  1719-1720-ci  illərdə  Şamaxı  şəhərindən  Peterburqa  Azərbaycanın 
siyasi  və  iqtisadi  tarixinə  dair  yazdığı  məktubları  çap  edilmişdir),  Q.  Ezovun 
«Böyük Pyotrun erməni xalqı ilə əlaqələri» əsərini (burada 1709-cu ildə Şamaxıda 
olmuş  İzrail  Orinin  yerli  vəziyyət haqqında  Peterburqa  göndərdiyi məktubları  çap 
edilmişdir) və s. göstərmək olar. 
XVIII  əsrin  birinci  yarısında  Azərbaycanda  olmuş  bir  çox  rus  məmurları, 
tacir və səyyahlarının xatirələrində də Azərbaycanın iqtisadi vəziyyəti, o cümlədən 
daxili  və  xarici  ticarəti  haqqında  çoxlu  məlumat  vardır.  Belə  əsərlərdən  F. 
Soymonovun,  B.  Bratişşevin  və  başqalarının  əsərlərini  xüsusilə  qeyd  etmək 
lazımdır. 
Tədqiq  etdiyimiz  dövrün  bəzi  siyasi  və  iqtisadi  məsələlərinə  XVIII  əsrin 
birinci  yarısında  yazıb-yaratmış  bir  sıra  Şərq  müəlliflərinin,  o  cümlədən  Şeyx 


 
Məhəmməd  Əli  Həzinin,  Məhəmməd  Kazımın,  Mirzə  Mehdi  xan  Astrabadinin 
əsərlərində toxunulmuşdur
11

XVIII  əsrin  ikinci  yarısının  müəlliflərindən  M.  Çulkovun  «Rus  ticarətinin 
tarixi  təsviri»  adlı  əsərində  də  dövrün  birinci  yarısına  aid  Azərbaycanın  ticarəti 
haqqında bir sıra qiymətli məlumat və faktiki materiallar vardır. Lakin qeyd etmək 
lazımdır ki, M. Çulkov XVIII əsrin birinci yarısına aid materialların demək olar ki, 
hamısını İ. Qerberdən və başqa müasirlərdən iqtibas etmişdir. 
İ.  Qerber  1723-cü  ildə  rus  qoşunları  tərəfindən  Bakı  qalası  alınarkən  rus 
topxanasının  komandanı  olmuş  və  şəhərin  alınmasında  fəal  iştirak  etmişdir.  Bakı 
alındıqdan  sonra  İ.  Qerber  bir  neçə  il  şəhərdə  yaşamış  və  eyni  zamanda  rus 
qoşunlarının  tutduqları  Xəzər  boyu  əyalətlər  və  qonşu  vilayətlərdəki  vəziyyətlə 
yaxından  tanış  olmuşdur.  İ.  Qerber  öz  təəssüratını  ilk  dəfə  almanca  yazmışdır. 
Sonra  onun  əsəri  rus  dilinə  tərcümə  olunmuşdur
12
.  Bu  əsər  ayrı-ayrı  şəhərlərin 
siyasi və iqtisadi vəziyyəti haqqında konkret məlumat verən yığcam bir əsərdir. 
XVIII  əsrin  birinci  yarısında  tacir  və  missioner  sifəti  ilə  Azərbaycan 
şəhərlərində  olmuş  bir  çox  Qərbi  Avropa  ölkə nümayəndələrinin xatirələrində də 
maraqlı  məlumat  vardır.  Həmin  xatirələrin  bir  hissəsi  Abezquz  və  tarix  elmləri 
namizədi S. Aşurbəyli tərəfindən tərcümə edilmiş və hazırda Azərbaycan SSR EA 
Tarix  İnstitutunun  elmi  arxivində  saxlanılmaqdadır.  Qərbi  Avropa  ölkə 
nümayəndələrindən  holland  rəssamı  Korneli  de  Bruinin,  Şotlandiya  həkimi  Con 
Belin, alman İ. Lerxin, ingilis C. Hanveyin əsərlərindəki məlumatlar daha dolğun  
və qiymətlidir. 
XIX əsrdə və inqilabdan əvvəl yazıb-yaratmış bir sıra tarixçilərin əsərləri də 
diqqətəşayandır. Həmin müəlliflərdən P. Zubov, S. Bronevski, F. F. Veselaqo, fon 
Qrebner, A. Bakıxanov və başqalarının əsərlərində XVIII əsrin birinci yarısına dair 
Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında bir sıra mühüm məlumat vardır. 
Ümumiyyətlə,  Azərbaycanın  orta  əsr  tarixinə  aid  olan  bir  çox  tədqiqat 
əsərlərində  iqtisadi  məsələlərə  çox  az  yer  verilmişdir.  Bu  cəhətdən,  şübhəsiz, 
akademik  Ə.  Ə.  Əlizadənin  zəngin  mənbələr  əsasında  Azərbaycanın  XIII—XIV 
əsrlərdə  ictimai-iqtisadi  və  siyasi  tarixinə  həsr  edilmiş  monoqrafiyası
13
,  habelə 
prof.  İ.  P.  Petruşevskinin  «XVI-XIX  əsrlərin  əvvəllərində  Azərbaycan  və 
Ermənistanda  feodal  münasibətləri  tarixinin  oçerkləri»
14
 müstəsna  təşkil  edir. 
                                                             
11
 Lakin həmin müəlliflər bir sıra tarixi hadisələri təhrif etmişlər. 
12
 И.  И.  Гербер.  Известия  о  находящихся  с  Западной  стороны  Каспийского  моря  между 
Астраханыо  и  рекой  Курой  народах  и  землях,  и  о  их  состояний  в  1728  г.,  журн.  «Сочинения  и 
переводы», № 2,   1760.
 
13
 А.  А.  Ализаде.  Социально-экономическая  и  политическая  история  Азербайджана  XIII—XIV 
вв., Баку, 1956.
 
14
 И. П. Петрушевский.  Очерки по истории феодальных отношений в Азербайджане и Армении 
в XVI — нач. XIX вв„ Л., 1949. 
 


 
İqtisadi  məsələlər  arasında  şəhər  təsərrüfatı,  sənətkarlıq  və  ticarət  məsələlərinə 
tarixi  ədəbiyyatda  feodal  münasibətlərinə  nisbətən  daha  az  yer  verilmişdir. 
Doğrudur,  E.  S.  Zevakin  vaxtı  ilə  Azərbaycanın  XVII  əsr  ticarəti  haqqında  əsər 
yazmışdır.  Lakin  bu  əsər  çap  edilməmiş  və  yalnız  əlyazması  hüququnda 
Azərbaycan  SSR  EA  Tarix  İnstitutunun  elmi  arxivində  saxlanılır
15
.  H.  B. 
Abdullayev  özünün  «XVIII  əsrin  ikinci  yarısında  Şimal-şərqi  Azərbaycan  və 
Rusiya» monoqrafiyasında XVIII  əsrin birinci yarısında Azərbaycanda baş vermiş 
bir sıra siyasi hadisə və iqtisadi məsələlərə toxunmuşdur. Lakin müəllifin tədqiqatı 
əsasən XVIII  əsrin ikinci yarısına aid olduğu üçün o, XVIII  əsrin birinci yarısına 
dair  məsələləri  ayrıca  və  dərindən  tədqiq  etməyi  lazım  bilməmişdir.  Azərbaycan 
Dövlət  tarix  muzeyində  Ə.  Hüseynov  tərəfindən  çapa  hazırlanmış  «XV—XVII 
əsrlərdə rus Azərbaycan münasibətləri»  əsərində də  ticarət məsələlərinə geniş yer 
verilmişdir. 
Azərbaycanın orta əsrlər tarixi ilə məşğul olan tədqiqatçılarından M. Şərifli, 
M.  Nemətova,  Z.  Bünyadov,  Ə.  Rəhmani,  O.  Əfəndiyev,  S.  İbrahimov  və 
başqalarının  əsərlərində  Azərbaycanın  iqtisadi  tarixinin  bəzi  məsələlərinə 
toxunulmuşdur. 
XVIII  əsrin  birinci  yarısında  Azərbaycanın  iqtisadi  tarixi  xüsusi  tədqiqat 
məsələsi kimi öyrənilməmişdisə də, bu barədə ayrı-ayrı tədqiqat əsərlərində ümumi 
şəkildə də olsa bir sıra məlumat vardır. Bunlardan mərhum A. Əbdürrəhmanovun 
«XVIII  əsrin  birinci  yarısında  Azərbaycan  rus-İran-türk  münasibətlərində»  adlı 
monoqrafiyasını
16
,  M.  Arunovanın  K.  Əşrəfyanla  birlikdə  yazdıqları  «Nadir  şah 
Əfşarın dövləti» əsərini, M. M. Altmanın Azərbaycan SSR EA Tarix İnstitutunun 
elmi  arxivində  olan  «1606-cı  ildən  1804-cü  ilə  qədər  "Gəncə  şəhəri»  əsərini,  M. 
Vəliyevin  «Azərbaycan»  və  V.  N.  Leviatovun  «XVIII  əsr  Azərbaycan  tarixindən 
oçerkləri» adlı əsərlərini, habelə E. S. Zevakinin məqalələrini göstərmək olar. 
Müəllif  əsərin  yazılışında  bir  sıra  qiymətli  elmi  məsləhətlər  verdiklərinə 
görə Azərbaycan SSR EA akademiki Ə. Ə. Əlizadəyə, prof. İ. P. Petruşevskiyə və 
prof. H. B. Abdullayevə öz minnətdarlığını bildirir. 
 
 
 
 
 
 
 
                                                             
15
 Е. С. 3евакин. Русская торговля в Азербайджане в XVII в,. ТИЕА, инв. 521.
 
16
 А.  Абдуррахманов.  Азeрбайджан  в  русско-иранско-турецких  отношениях  в  первой  половине 
XVIII в., Баку, 1904. 
 


 
I FƏSĠL 
XVIII ƏSRĠN BĠRĠNSĠ YARISINDA AZƏRBAYCANDA 
VƏZĠYYƏT 
 
XVI əsrin əvvəllərində Səfəvi dövlətinin tərkibinə daxil edilmiş Azərbaycan 
XVIII əsrin əvvəllərində hələ də İran şahlarının təyin etdikləri feodal-bəylərbəyilər 
tərəfindən idarə olunurdu. 
Azərbaycanın  ərazisi  inzibati  cəhətdən  əsasən  üç  böyük  bəylərbəyiliyə 
bölünmüşdü:  Şirvan  bəylərbəyiliyi,  mərkəzi  -  Şamaxı  şəhəri;  Qarabağ 
bəylərbəyiliyi, mərkəzi — Gəncə şəhəri; Təbriz bəylərbəyiliyi, mərkəzi — Təbriz 
şəhəri
17
,  Naxçıvan  şəhəri  və  əyaləti  XVIII  əsrin  əvvəllərində  Çuxursəd 
bəylərbəyiliyinin tərkibində idi. 
XVII  əsrin  axırlarından  başlayaraq  Səfəvi  dövlətində  baş  verən  iqtisadi 
tənəzzül
18
 ölkəni  siyasi  cəhətdən  də  sarsıtmışdı.  Məhz  buna  görə  də  təsadüfi 
deyildir  ki,  vaxtı  ilə  İrana  qılınc  gücü  ilə  birləşdirilmiş  əyalətlərdə,  xüsusilə 
Azərbaycan  bəylərbəyiliklərində  feodallar  bəzi  hallarda  mərkəzi  hökumətlə 
hesablaşmadan  bəylərbəyiliyi  sərbəst  idarə  edir,  paytaxtdan  gələn  əmr  və 
fərmanlara  laqeyd  yanaşır  və  hətta  toplanılan  vergiləri  mənimsəyərək  xəzinəyə 
təhvil verməkdən imtina edirdilər. 
Lakin  bəylərbəyilərin  müstəqilliyi  heç  də  zəhmətkeş  kütlələrin  feodal 
istismarından  azad  olmaları  demək  deyildi.  Şəhərlilər  və  kəndlilər  əvvəllərdə 
olduğu kimi, yenə də amansızcasına istismar olunurdular
19

Səfəvi dövlətinin tənəzzül etmə səbəblərini bir sıra tarixçilər tədqiq etmiş və 
əsasən  düzgün  qənaətə  gəlmişlər
20
.  Lakin  həmin  tədqiqatçıların  əsərlərindəki 
faktlar  əsasən  İrana  və  qismən  də  Ermənistana  aiddir.  Halbuki  Səfəvi  dövləti 
Azərbaycanın şəhər və kəndlərindən başqa vilayətlərə nisbətən daha çox gəlir əldə 
edirdi  və  buna  görə  də  ehtimal  etmək  olar  ki,  burada  istismar,  şübhəsiz,  daha 
                                                             
17
 Tadhkirat al-mulun. A. manyel of Safavid adminisration (circa 1137/1725). Persian text in facsimile. 
Translated and explained by v. Minorsky, London. 1943. p. 164-167; L. Lockart. The fale of the Safavid 
dynasty and the afghan occupation of Persia, London, 1958,  p. 4-5.
 
18
 И. П. Петрушевский. Упадок феодального общества в Иране в XVIII в. См.: Н. В. Пигулевская, 
А. Ю). Якубовский, И. П. Петрушевский, Л. М. Строева. История Ирана с древнейших времен до 
конца XVIII в., Л., 1958, səһ. 300; М. Apyнова и К.Ашрафян. Государство Надир-шаха Афшара, 
М., 1959, səһ. 35-65;  L. Lokhart. Göstərilən əsəri, səһ. 40 və b.
 
19
 Е.  С.  Зевакин.  Азербайджан  в  нач.  XVIII  в.,  Журнал  посланника  Волынского  1715 -1718  гг., 
Баку, 1929, səh. 6 (sonralar А. P. Volinskinin jurnalı). 
20
 В.  В.  Бартольд.  Место  прикаспийских  областей  в  истории  мусульманского  мира,  Баку,  1925, 
səh.  112;  И.  П.  Петрушевский.  Азербайджан  в  XVI-XVIII  вв.,  Сборник  статей  по  истории 
Азербайджана, Баку, 1949, səh. 295-298; И.  П. Петрушевский. «Очерки по истории  феодальных 
отношений в Азербайджане и Армении в XVI начале XIX вв., səh. 82-84; П. М. Иванов. Очерки 
истории Ирана, М., 1952;  L. Lokhart. Göstərilən əsəri. Səh. 17. 
 

10 
 
şiddətli  idi.  Digər  tərəfdən  qeyd  etmək  lazımdır  ki,  XVIII  əsrin  birinci  rübündə 
Azərbaycanın müxtəlif yerlərində baş vermiş xalq azadlıq hərəkatı və üsyanlar İran 
dövlətini  sarsıdan  başlıca  səbəblərdən  biri  olmuşdur.  Buna  görə  də  Azərbaycanla 
əlaqədar olan bir sıra məsələlərin üzərində dayanmaq lazımdır. 
Hələ  XVII  əsrin  axırlarında  Səfəvi  dövlətində  başlanmış  iqtisadi  tənəzzül 
XVIII əsrin əvvəllərində daha da kəskinləşmişdi. Bu prosesin qarşısını almaq üçün 
ölkənin  iqtisadiyyatında  dönüş  yarada  bilməyən  və  heç  bir  ciddi  tədbir  həyata 
keçirməyi bacarmayan Şah Soltan Hüseyn (1694-1722) dövlətin müqəddəratını baş 
vəziri  Etimad-üd-Dövlə  Fətəli  xana  həvalə  edərək,  gününü  məscid  və  yaxud 
hərəmxanada keçirirdi. 
1715-ci  ildə  I  Pyotr  tərəfindən  Səfəvi  dövlətinə  göndərilən  səfir  A.  P. 
Volınski  yazırdı  ki,  «hazırki  İran  dövlətinin  başçısı  kimi  axmağı  heç  harda 
tapmazsan, özü əlini ağdan qaraya vurmur, bütün dövlət işlərini Etimad-üd-Dövlə 
kimi səfehə etibar etmişdir»
21

A.  P.  Volınski  daha  sonra  dövlətin  vəziyyəti  və  gəliri  haqqında  bəhs 
edərkən  yazır  ki,  İranın  əvvəllər  çoxlarından  eşitdiyim  şöhrəti  haqqında  hazırda 
nəyə  əsasən  söz  getdiyinə  təəccüb  edirəm.  Ölkənin  əvvəl  15  milyon  və  daha  çox 
gəliri  olduğu  halda,  hazırda  cəmi  6  milyondur.  Bütün  bunların  səbəbini  A.  P. 
Volınski «...dövlətin xeyirindən çox öz mənafeyini güdən və nalayiq hərəkətləri ilə 
xalqın qəzəbinə səbəb olan hakimlərin...»
22
 davranışında görürdü. 
A. P. Volınski Səfəvi dövlətinin tənəzzül etmə səbəblərini daha  sonra şərh 
edərək yazır: «Şah və divan məmurlarının ağıllarına nə gəlirsə, düşünmədən onu da 
edirlər.  Beləliklə,  onlar  öz  dövlətlərini  elə  dağıtmışlar  ki,  heç  Makedoniyalı 
İskəndər sağ olsaydı belə müharibə ilə buranı bu  cür xaraba qoya bilməzdi»
23
.  A. 
P.  Volınski  bu  işdə  ən  çox  şahı  təqsirləndirərək  yazırdı:  «Əgər  şah  dəyişməsə, 
mənə elə gəlir ki, bu dövlət tamamilə dağılıb gedəcəkdir»
24

Şübhəsiz,  dövlətin  belə  bir  acınacaqlı  vəziyyətə  düşməsində  şahın  rolu 
böyük  idi
25
.  Lakin  bu  əsil  səbəb  ola  bilməzdi.  Vaxtı  ilə  Şərqin  ən  qabaqcıl 
dövlətlərindən biri olan Səfəvi dövlətinin belə bir tənəzzülə uğramasının səbəbini 
ayrı-ayrı  şəxsiyyətlərin  fəaliyyəti  ilə  izah  etmək,  ictimai  və  iqtisadi  faktları 
görməmək  -  məsələyə  birtərəfli  yanaşmaq  deməkdir.  Səfəvi  dövlətinin 
tənəzzülünün əsil səbəbini ümumi təsərrüfat geriliyində, kəndlilərin və şəhərlilərin 
amansızcasına  istismarında  və  onların  var-yoxdan  çıxmasında,  hakim  sinfin 
                                                             
21
 Sitat S. M. Solovyovun əsərindən götürülmüşdür. Bax: С. М. Соловьев.   История России, т. XVIII, 
səh. 665.
 
22
 A. P. Volınskinin jurnalı, səh. 6. 
23
 S. M. Solovyov. Göstərilən əsəri, səh. 665. 
24
 Yenə orada.
 
25
 Извлечение из путешествия г-на Оливье  (окончание), «Вестник Европы», т.  XXXV,  М., 1807, 
səһ. 11-26. 
 

11 
 
daxilində gedən çəkimşələrdə, iri feodalların öz müstəqillikləri uğrunda apardıqları 
mübarizədə,  kənd  və  şəhərlərdən  toplanılan  vergilərin  çox  kiçik  bir  qisminin 
dövlətə  verilməsində  və  ya  saray  əyanları  tərəfindən  mənimsənilməsində  və  bu 
kimi  məsələlərin  izahında  axtarıb  tapmaq  lazımdır.  Şah  Soltan  Hüseynin 
fəaliyyətsizliyi  isə  bütün  dövlət  aparatının  çürümə  prosesini  yalnız  sürətləndirə 
bilərdi. 
Saray əyanlarının xəzinəni talan etmələri, dövlət gəlirini mənimsəmələri və 
bu  kimi  özbaşınalıqlar,  ən  nəhayət,  ərzaq  mallarının  gündən-günə  bahalaşması, 
kəndlilərin,  şəhər  əhalisinin,  xüsusilə  tacir  və  sənətkarların  vəziyyətinin  daha  da 
pisləşməsi ilə nəticələnirdi. 
1703-cü  ildə  Şamaxıda  olmuş  holland  rəssamı,  səyyah  Korneli  de  Bruin 
şəhərdəki  bahalıqdan  bəhs  edərək  belə  yazır:  «Şamaxıda hər  şey  həddindən  artıq 
bahalaşmışdır. Çörək yüz ildən artıq bir müddətdə 2 soldoya
26
 satıldığı halda, indi 
10 soldoya satılır. Başqa mallar da bir o qədər bahalaşmışdır»
27

Daxildən  çürümüş  İran  dövlətini  iqtisadi  böhrandan  çıxarmaq  və  boşalmış 
dövlət xəzinəsini doldurmaq üçün bir çıxış yolu tapmayan şah hökuməti onsuz da 
ağır  olan  vergiləri  daha  da  artırmağı  və  bu  məqsədlə  də  əhalini  yenidən  siyahıya 
almağı  qərara  aldı.  Tezliklə  bütün  şəhər,  mahal  və  əyalətlərə  yüzlərlə  dövlət 
məmuru və nümayəndəsi ezam olundu. Yeni qərara görə 15 yaşından yuxarı bütün 
şəxslər vergi siyahısına daxil edildi
28

Azərbaycanda  əhalinin  siyahıya  alınmasının  şahidi  olan  qarabağlı  Yesay 
Həsən  Cəlalyan  bu  barədə  çox  maraqlı  məlumat  verir.  O  yazır  ki,  Azərbaycan  və 
eləcə də Ermənistanda əhalinin təkcə özü deyil, hətta əmlakı da siyahıya alınırdı
29

Yeni  vergi  siyasəti  xalqın  əlindən  axırıncı  tikəni  almaq  demək  idi.  Odur  ki, 
Azərbaycanda  əhali  buna  cavab  olaraq  ya  malını  şah  məmurlarından  gizlədir  və 
yaxud da baş götürüb ailəsi və var-yoxu ilə birlikdə öz yurdundan qaçmalı olurdu. 
Görünür,  tərtib  olunub  mərkəzə  göndərilən  siyahılar  dövləti  təmin  etməmişdi, 
çünki  tezliklə  İsfahandan  şahın  adından  yeni  fərman  verildi.  Bu  fərmana  əsasən 
«hər kəs gizlənəni tapsa və şaha bildirsə, gizlənənin başı şaha, əmlakı isə onu tapan 
adama veriləcəkdir»
30

Şəhər  əhalisi,  xüsusilə  sənətkar  və  tacirlər  külli  miqdarda  toplanılan 
vergilərdən əlavə,  şahın  sərbazları  tərəfindən  də  amansızcasına  qarət  olunurdular. 
Səyyah  Korneli  de  Bruin  yazır  ki,  Şamaxıdakı  qoşun  hissələrinə  uzun  müddət 
                                                             
26
 Soldo (italyanca Soldo) italyan mis puludur, 1/20 lirədir. 
27
 Корнели де Вруин. Извлечеиие из путeшествия Корнелия де Бруина (fransız dilindən tərcüməsi 
Abezquzundur), Azərbaycan SSR EA Tarix İnstitutunun elmi arxivi, inv. 480, səh. 16 (sonralar həmin 
arxiv TİEA kimi göstəriləcəkdir). 
28
 Есай  Хасан  Джалалян.  Краткая  история  страны  Агвайской    (qədim  erməni  dilindən  tərcüməsi 
Ter-Qriqoryanındır), TİEA, inv. 2009, səh. 29. 
29
 Y.  H.  Cəlalyan.  Göstərilən  əsəri,  səh.  29;  V.  N.  Leviatov.  Göstərilən  əsəri,  səh.  64;  И.  П. 
Петрушевский. Упадок феодального обшества в Иране в XVIII
 B
.,
 
səһ. 307.
 
30
 Y. H. Cəlalyan. Göstərilən əsəri, səh, 29.
 

12 
 
məvacib  verilmədiyinə  görə  onlar  yalnız  əhalini  qarət  etmək  hesabına 
dolanırdılar
31

Dövlət  isə  öz növbəsində  xalqı  istismar  etməkdə  davam  edirdi.  Vergilərin 
biri yığılıb qurtarmamış, digəri ilə əvəz olunurdu
32

Toplanılan  vergilərin  əksəriyyətini  saray  əyanları  və  dövlət  məmurları 
mənimsədikləri  üçün  xəzinəyə  verilən  gəlir  dövləti  qane  edə  bilmirdi.  Odur  ki, 
hökumət yeni gəlir mənbələri axtarmağa başladı. Tezliklə şahın fərmanına əsasən 
bütün mahal, kənd və yaşayış yerlərindəki torpaq, su, bağlar, çəmənlər, əkin yerləri 
və  hətta  ağaclar  belə,  bir  sözlə,  insanın  yaşayışı  üçün  zəruri  olan  hər  bir  şey 
siyahıya alındı. Hətta köçəri maldarların da var-yoxları nəzərdən qaçmadı. 
Şah hökumətinin həyata keçirdiyi tədbirlər bir tərəfdən zəhmətkeş kütlələri 
var-yoxdan  çıxarırdısa, digər tərəfdən  yerli hakimlərin  daha  da  varlanmaları  üçün 
geniş  imkanlar  yaradırdı.  Belə  ki,  yerli  feodallar  şahın  fərmanını  bəhanə  gətirib 
xalqı amansızcasına istismar edərək öz ciblərini doldururdular. Səyyah Korneli de 
Bruin  Şirvan  hakimlərinin  nə  kimi  yolla  varlanmalarını  belə  təsvir  edir:  «Şamaxı 
quberniyası
33
 İranın ən zəngin quberniyalarındandır; oranın qubernatorları çox asan 
və yüngül yolla, ətraf vilayətlərdən külli miqdarda topladıqları vergilərin sayəsində 
varlanırlar»
34
. Təqribən 13-14 il sonra Şirvanda olan A. P. Volınski də, demək olar 
ki, belə bir səhnənin şahidi olmuşdur. O yazır ki,  Şirvanın hakimləri əhalidən ildə 
iki  və  ya  üç  dəfə  artıq  vergi  toplamaq  yolu  ilə  öz  ciblərini  doldururdular.  A.  P. 
Volınski  təkcə  Şamaxı  şəhərindən  bəylərbəyi  Key-Xosrovun  200.000  tümən  pul 
yığması  haqqında  məlumat  verir
35
.  Mənbələrdən  alınan  məlumata  görə,  Abşeron 
əhalisindən  yalnız  neftə  görə  şah  hökuməti  tərəfindən  150.000  ekü
36
 gömrük 
alınırmış. 
Maraqlı burasıdır ki,  şahın özü, vəziri və bu kimi vəzifə sahibləri ciblərini 
dövlət  xəzinəsindən  üstün  tutaraq,  ilk  növbədə  öz  şəxsi  mənafelərini  güdürdülər. 
Misal  üçün,  rus  səfiri  F.  Benevenin  Tehrandan  Peterburqa  göndərdiyi  məktubu 
göstərmək  kifayətdir.  F.  Beneveninin  yazdığına  görə,  baş  vəzir  Etimad-üd-Dövlə 
Fətəli  xanın  səkkiz  yüz  min  çervonu,  külli  miqdarda  qaş-daşı,  iyirmi  min  dəvəsi, 
saysız-hesabsız ilxısı və mal-qarası vardı və ölkənin elə yeri yox idi ki, onun orada 
dəllalları  və at ilxısı  olmasın.  O,  başına gələn  bədbəxtçilikdən
37
 iyirmi   gün  əvvəl 
Hindistana  böyük  ticarət  karvanı  yola  salmış  və  əlavə  satmaq  üçün  200  at 
                                                             
31
 Korneli de Bruin. Göstərilən əsəri, səh. 50.
 
32
 Y. H. Cəlalyan. Göstərilən əsəri, səh. 30.
 
33
 Çox güman ki,  müəllif burada  Şirvan bəylərbəyiliyini nəzərdə tutmuşdur. 
34
 Korneli de Bruin. Göstərilən əsəri, səh. 22.
 
35
 A. P. Volınskinin jurnalı, səh. 12. 
36
Ekü qədim fransız qızıl və gümüş puludur. Донесения французского консула в Петербурге Лави и 
полномоченного министра при русском дворе Кампредона с 1722 по 1724 г. от г. де Кампредона 
к королю, Петербург, 20 сентябра 1723, СИРИО. т. 49, səһ. 380.
 
37
 Onun şah Soltan Hüseyn tərəfindən gözləri çıxartdırılmışdır.  Bax: Н. Попов.   В. Н. Татишев и егo 
время, СПб, 1896, səһ 300. 

13 
 
göndərmişdi
38
.  Xalqın  var-yoxdan  çıxdığı  bir  zamanda  və  dövlət  xəzinəsinin, 
demək olar ki, tamamilə boşaldığı bir dövrdə baş vəzirin bu qədər mal-dövlətə nə 
yolla malik olduğunu izah etməyə, göründüyü kimi, ehtiyac qalmır. 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  bir  tərəfdən  yeni  vergi  siyasətinin 
həyata keçirilməsi başlamış olan iqtisadi tənəzzüldən doğurdusa, digər tərəfdən bu 
siyasətin  özü  şəhər  və  kəndlərin  daha  artıq  xarabalaşmasına,  əhalinin  daha  çox 
yoxsullaşmasına,  bir  sözlə,  tənəzzül  prosesinin  daha  da  sürətlənməsinə  səbəb 
olmuşdu. Xəzinənin pula ehtiyacı artdıqca, feodallar da bir o qədər azğınlaşır, xalqı 
daha amansızcasına istismar edirdilər. Müflisləşmiş məmurlar xalqın qanını  sorur, 
çəkinmədən  və  heç  bir  məsuliyyət  hiss  etmədən  əhalini  soyurdular.  «Ədalət  isə 
açıqdan-açığa imperiyanın paytaxtında satılırdı»
39

Dövlət gəlirinin azalması ilə əlaqədar olaraq şah hökuməti təkcə zəhmətkeş 
kütlələrə deyil, həmçinin hakim  sinfin bəzi təbəqələrinə, xüsusilə sünni təriqətinə 
mənsub olan ruhanilərlə xristian ruhanilərinə ağır iqtisadi təzyiq göstərirdi
40

XVIII əsrin əvvəllərində tətbiq olunan yeni vergi sistemi hələ I şah Abbasın 
vaxtında kilsə və monastırlara verilmiş bəzi güzəştləri tamamilə ləğv etdi
41
. Artıq 
sünni  və  xristian ruhaniləri  də digər təbəələr  kimi  vergi  verməli  və  mükəlləfiyyət 
daşımalı idilər.  Hətta  ziyarətə  gedənlər  də  baş  və rahdari  gömrüyü  verməli  idilər. 
Halbuki  həmin  gömrüklər  əvvəllər  yalnız  ticarət  məqsədi  ilə  bir  şəhər  və 
vilayətdən digərinə getdikdə alınırdı. Məhz buna görə də xristianlar arasında böyük 
narazılığa  səbəb  oldu.  Bir  çox  ziyarətçilər  baş  və  rahdari  vergisinin  ağırlığından 
ziyarətə getməkdən  imtina  edirdilər.  Bu isə  kilsə  və  monastırlara  maddi  cəhətdən 
böyük  zərbə  endirirdi.  Buna  görə  də  keşişlər  şikayətlə  şaha  müraciət  etməli 
oldular
42
.  Bu  barədə  «Matenadarandan»  əldə  etdiyimiz  (ərizedaşt)  çox 
xarakterikdir.  Həmin  ərizə  İrəvanın  üç  kilsə  (üç  müəzzin  -  Eçmiadizin) 
keşişlərindən  olan  Qəzər  tərəfindən  şaha  yazılmış  bir  şikayətdir.  Ərizədə  xahiş 
olunur  ki,  şahın  bacdar  və  rahdarları  ziyarətçilərdən  əvvəllərdə  olduğu  kimi,  indi 
də gömrük almasınlar
43

Lakin  qeyd  etmək  lazımdır  ki,  şah  hökumətinin  həyata  keçirdiyi  bütün  bu 
tədbirlər,  yəni  maksimum  istismar  yolu  ilə  boşalmış  dövlət  xəzinəsini  doldurmaq 
                                                             
38
 Реляция Ф. Беневени из Тегерана 25-го мая 1721; Bax: N. Popov. Göstərilən əsəri, səh. 362.
 
39
 J. Hanway. An  historisal Account of the British Trade over the Caspian Sea... London, 1762, vol. 2. 
p. 104.
 
40
 J. H. Cəlalyan. Göstərilən əsəri, səh. 29.
 
41
 Yenə orada.
 
42
 Ф.  М.  Алиев.  Города  и  городская  торговля  в  Азербайджане  во  второй  половине  XVIII  в., 
Azərbaycan  SSR  EA Tarix İnstitutunun  əsərləri,  XIII  cild,  səh. 156; F.  M. Əliyev. Şimali  Azərbaycan 
şəhərləri, Bakı, 1960, səh. 110. 
43
 Matenadaran, sənəd 482. 
 

14 
 
cəhdləri  gözlənilən  nəticəni  vermədi.  Əksinə,  gündən-günə  artan  istismar  dövləti 
daha da zəiflətdi və sinfi mübarizənin daha da kəskinləşməsinə səbəb oldu. 
XVIII  əsrin  əvvəllərində  Azərbaycanda  İran  zülmünə  və  yerli  feodallara 
qarşı  qalxan  mübarizələr  ilk  mərhələdə  qeyri-fəal  xarakter  daşıyırdı.  Feodalizm 
dövründə  qeyri-fəal  mübarizə aparmaq  -  xalqın  öz  ev-eşiyini atıb  qürbət  ölkələrə 
qaçması demək idi. 
XVIII  əsrin  əvvəllərində  belə  hallara  tez-tez  təsadüf  edilirdi.  Bir  çox 
yerlərdə  bu  vəziyyət  kütləvi  şəkil  aldığına  görə,  bəzi  kəndlərdə  işçi  qüvvəsinin 
çatışmamazlığı  üzündən  əkin  sahələri  uzun  zaman  becərilməmiş  qalmış,  vergi 
verəcək kəndlilərin sayı miqdarca xeyli azalmışdı
44
. Belə bir vəziyyətin yaranması 
dövlətin iqtisadi uçuruma yuvarlanması demək idi.  Şah hökuməti bunun qarşısını 
almaq  üçün  yeni  tədbirlər  gördü.  Şah  Soltan  Hüseynin  1711-ci  ildəki  fərmanına 
əsasən  qaçqın  kəndlilər  12  ilin  ərzində  axtarılıb  tapılmalı  və  zorla  öz  yerlərinə 
qaytarılmalı  idilər.  Həmin  müddət  ərzində  tapılması  mümkün  olmayan  rəiyyət 
üçün daha axtarış elan edilmirdi
45

İran  zülmünə  qarşı  aparılan  qeyri-fəal  mübarizə  tədricən  açıq  silahlı 
mübarizəyə  çevrildi.  Bu  mübarizənin  alovları  birinci  növbədə  Səfəvi  dövlətinə 
zorla tabe edilmiş xalqları bürüdü. 
1715-ci ildə A. P. Volınski Azərbaycanın ərazisindən keçib İrana gedərkən 
burada  İran  dövlətinin  əleyhinə  qalxan  üsyanların  şahidi  olmuşdur.  Məhz  buna 
görə də o, öz təəssüratında yazırdı: «Səfəvi dövlətində çox az yer  tapmaq olar ki, 
orada hökumətə qarşı üsyan baş verməmiş olsun»
46

Lakin  bu  əsərdə  həmin  dövrdə  Azərbaycanda  baş  verən  xalq  azadlıq 
hərəkatının mahiyyətindən, xarakterindən, gedişindən və onu doğuran səbəblərdən 
ətraflı  surətdə  danışılmayacaqdır.  Çünki  bu  məsələlərin  işıqlandırılmasının  özü 
xüsusi bir  tədqiqat işidir. Lakin  Azərbaycanda baş verən xalq azadlıq hərəkatı və 
üsyanların  ölkənin  daxili  vəziyyətinə,  ticarətin  gedişinə  böyük  təsir  göstərdiyi 
üçün, ötəri də olsa, bunun üzərində dayanmaq lazım gəlir. 
Səfəvi  dövlətində  baş  verən  xalq  azadlıq  mübarizəsi  və  üsyanlar  ikiqat 
istismarın dini təqiblərlə şiddətləndiyi  yerlərdə özünü daha artıq  göstərirdi. Səfəvi 
dövlətinə  qarşı ilk  açıq mübarizə  əhalisi  fars  olmayan  sərhəd  vilayətlərində  daha 
sürətlə  genişlənməyə  başlamışdı.  1709-cu  ildə  İranın  cənubunda  əfqan 
qəbilələrindən  olan  qilzailər  Qəndahar  şəhərini  zəbt  edib,  hakimiyyəti  öz  əllərinə 
aldılar
47

                                                             
44
 И.   П.  Петрушевский. Упадок феодального обшества в Иране в XVIII в., səһ. 307.
 
45
 С. Ереванци. Джамбр, М., 1958, səh. 34; M. Arunova, K. Əşrəfyan. Göstərilən əsəri, səh. 47. 
46
 S. M. Solovyov. Göstərilən əsəri, səh. 665; АВПР, ф. Сношения России с Персией. siyahı 77/1, iş 
(1722), vərəq 103; Грамоты императрицы Екатерины I к пурсидскому шаху Тахмасибу о причине 
занятия Российскими воисками некоторых провинций персидских, там же, iş 17 (1725), vərəq 1. 
47
 И.  П.  Петрушевский.  Упадок  феодального  обшества  в  Иране  в  XVIII  в.;  М.  С.  Иванов. 
Göstərilən əsəri, səһ. 21; L. Lokhart. Göstərilən əsəri, səh. 80 və b. 

15 
 
1709-cu  ildə  İran  zülmünə  qarşı  Təbrizdə  də  xalq  hərəkatının  başlanması 
haqqında  tarixi  ədəbiyyatda  məlumat  vardır
48
.  1709-cu  il  sentyabr  ayının  20-də 
Şamaxı  şəhərində  olmuş  İzrail  Ori  knyaz  P.  M.  Qaqarinə  yazdığı  məktubda  
feodalların «kəndləri qarət edib yandırdıqları» haqqında xəbər verir
49

İran zülmü və yerli feodalların istismarına qarşı qalxan xalq hərəkatı XVIII 
əsrin  10-cu  illərində  daha  da  genişləndi.  Bu  mübarizənin hərəkətverici  qüvvəsini 
əsasən  kəndlilər  təşkil  edirdilər.  C.  Hanveyin  yazdığına  görə,  1719-cu  ildə 
Şirvanda kəndlilər Molla Abdulla və Qanlı Savanın (Kanly Savan) başçılığı altında 
vergi  toplayanları  və  digər  şah  məmurlarını  qovaraq,  öz  ətraflarına  30.000  qədər 
adam toplamağa müvəffəq olmuşdular
50

Lakin  kortəbii  və  bir-biri  ilə  əlaqə  yaratmadan  silaha  əl  atan  üsyançılar 
tezliklə yerli feodalların fırıldaqlarının qurbanı oldular. Bir çox  feodallar, xüsusilə 
əhalisi  sünni  olan  əyalətlərdə  onlara  endiriləcək  zərbəni  vaxtında  duyub, 
riyakarlıqla  bir  sıra  güzəştə  gedərək,  xalqın  acınacaqlı  vəziyyətdə  yaşaması 
günahını başında «şiə» şahlar duran İranın üzərinə atdılar. Onlar ustalıqla üsyana 
dini  rəng  verərək  üsyançıları  feodal  zülmünə  qarşı  aparılan  mübarizənin  əsil 
məqsədlərindən  yayındırmağa,  şiə  İranın  əleyhinə  mübarizə  aparmağa  çağırdılar. 
Belə  feodalların  ən  görkəmli  nümayəndəsi  kimi  müşkürlü  Hacı  Davud  və 
qazıqumuxlu Surxay xanı göstərmək olar. 
İran  dövlətinin  Azərbaycandakı  inzibati  mərkəzləri  əsasən  şəhərlərdə 
yerləşirdi.  Məhz  buna  görə  də  adları  çəkilən  feodallar  üsyançıları  ilk  növbədə 
şəhərlərə  basqın  etməyə  çağırdılar.  Əslində  üsyan  başçılarının  niyyətləri  dövlətlə 
təkcə siyasi haqq-hesab çəkmək deyildi. Məlum olduğu kimi, Azərbaycanın bir çox 
şəhərləri ticarət mərkəzi olduğu üçün zəngin bazara malik idi. Buna görə də orada 
çoxlu qənimət ələ keçirmək olardı.  Hacı Davud və Surxay xanın əsas məqsədi də 
məhz elə bu idi. 
Azərbaycanda İran hakimiyyətinə vurulan zərbənin ağırlığını hiss edən Şah 
Soltan  Hüseyn  özünün  qüdrəti  çatmadığı  üçün  yerlərdəki  nümayəndələrinə 
müraciət edib, təhlükənin qarşısını almağa çalışırdı. Lakin şahın ümüdi boşa çıxdı. 
İran  dövlətinin  dayağı  sayılan  bir  çox  feodallar  nəinki  ətraflarına  qoşun  toplaya 
bilmədilər,  əksinə,  olan-qalan  qoşun  hissələri  ilə  məğlubiyyətə  uğradılar.  Bu 
barədə  Yesay  Həsən  Cəlalyan  belə  yazır:  «Şah  nə  qədər  Şamaxı,  Gəncə  və  (bu 
şəhərlərin)  ərazilərindəki  qoşun  hissələrinə  əmr  etdi  ki,  onların  (üsyançıların) 
əleyhinə  çıxsınlar,  lakin  bu  şəhərlərdə  olan  xanlar  (üsyançıların)  qarşısını  ala 
bilmədilər və özləri məğlubiyyətə uğradılar...
51

                                                             
48
 И. П. Петрушевский. Упадок феодального обшества в Иране в XVIII в., səh. 311. 
49
 Письмо Ория из Шемахи князю Петру Матвеевичу Гагарину о бывшем в Шемахе возмушении 
и о приготовлении его Ория возвратиться весною через Астрахань от 2 сентября 1709 г., Bах: Г.   
А. Эзов. Сношения Петра Великого с армянским народом, СПб, 1898, səh. 140. 
50
 C. Hanvey. Göstərilən əsəri, II cild, səh. 140. 
51
 Y. H. Cəlalyan. Göstərilən əsəri, səh. 35. 

16 
 
Qeyd  etmək  lazımdır  ki,  üsyan  təkcə  İran  dövlətinə  qarşı  deyil,  eyni 
zamanda  bütün  şiələrə  qarşı  mübarizə  bayrağı  altında  aparıldığından  üsyançılara 
qoşulmuş  feodal  cığırdaşlar  və  öz  şəxsi  mənfəətlərini  güdənlər  qarşıya  çıxan  şiə 
kəndlərini dağıdır, əhalinin varidatını talan edir,  özlərini isə qılıncdan keçirirdilər. 
Onlar əhalini  və  yaşayış  yerlərini  talan  edə-edə  zəngin ticarət mərkəzlərindən  biri 
sayılan  Şabran  şəhərinə  yaxşılaşdılar.  Şəhər  hazırlıqsız  olduğu  üçün  müqavimət 
göstərə  bilmədi
52
.  Şabrana  daxil  olan  üsyançılar  şəhəri  qarət  etdikdən  sonra  onu 
büsbütün  dağıtdılar.  A.  Bakıxanov  yazır  ki,  bu  hadisədən  sonra  Şabran  bir  şəhər 
kimi  daha  özünə  gələ  bilmədi.  Şəhərin  adı  ilə  sonralar  yalnız  ətraf  mahal 
adlandırılmağa başlandı
53

Üsyançılar Şabrandan sonra Xudad qalasını ələ keçirtdilər
54

Bir  qədərdən  sonra  üsyan  başçıları  dəstələrini  Şamaxı  şəhərinə  tərəf 
çəkdilər.  Çox  güman  ki,  üsyançılar  hərəkət  etdikcə  onların  sıraları  kəndlilərin 
hesabına  günbəgün  çoxalırmış.  Onlar  Şamaxıya  tərəf  gedərkən  dəstələrin 
tərkibində artıq 30 mindən artıq üsyançı var idi
55

Üsyançıların  dəstələri  Şamaxıya  yaxınlaşarkən  burada  ciddi  müqavimətə 
rast  gəldilər.  Lakin  qışın  yaxınlaşması  ilə  əlaqədar  olaraq  şəhərin  mühasirəsini 
müvəqqəti  olaraq  təxirə  salaraq  Hacı  Davud  və  Surxay  xan  öz  dəstələrini  geri 
çəkdilər. 
Qış qurtardıqdan sonra Surxay xan və Hacı Davud yenidən Şamaxı üzərinə 
hücum etdilər. 
Üsyançılar  Şamaxıda  yenə  də  ciddi  müqavimətə  rast  gəldilər.  On  beş 
günlük mühasirədən sonra şəhər əhalisinin bir hissəsinin köməyi sayəsində Şamaxı 
şəhəri  1712-ci  ildə  üsyançıların  əlinə  keçdi
56
.  Üsyançılar  şəhərə  daxil  olan  kimi 
qarətə başladılar. Şəhərdə olan istər azərbaycanlı, xristian və istərsə də xarici ölkə 
tacirlərinin hamısının mal-dövləti qarət olundu. Məxəzlərin verdiyi məlumata görə, 
Şamaxıda o zaman təkcə ruslardan 300 nəfər tacirin 400.000 tümənlik malı qarət 
olunmuş,  özləri  isə  öldürülmüşdü
57
.  P.  Butkov  bu  məbləği rus  puluna  çevirib, rus 
                                                                                                                                             
 
52
 P. Butkov  yanlış  olaraq Şabranın Hacı Davud  və Surxay xan tərəfindən dağılmasını 1720-ci  ilə aid 
edir.  Bax:  Материалы  для  новой  истории  Кавказа  с  1722  по  1804  и.,  СПб,  1869,  səһ.  8.  Lakin 
məlum olduğu kimi, Hacı Davud  1719-cu ildə həbs edilmişdi.
 
53
 A. Bakıxanov. Gülüstani-İram, Bakı, 1926, səh. 102.
 
54
 A. Bakıxanov. Yenə də orada; L. Brossenin P. Butkovun göstərilən əsərinin 9-cu səhifəsindəki qeydi.
 
55
 A. Bakıxanov. Göstərilən əsəri, səh. 102; Q. Alkadari. Asari Daqestan, Maxaçkala, 1929, səh. 55.
 
56
 A.  Bakıxanov.  Göstərilən  əsəri,  səh.  103;  H.  Əlqədari.  Göstərilən  əsəri,  səh.  55;  П.  Бутков. 
Материалы по новой истории Кавказа с 1722 по 1804 г„ СПб, 1869, səһ. 3.
 
57
 A.  Bakıxanov.  Göstərilən  əsəri,  səh.  103;  H.  Əlqədari.  Göstərilən  əsəri,  səh.  55;  Е.  Козубский. 
Истории  города  Дербента.  Темир  хан  Шура,  1906,  səh  71;  Зейдлиц.  Исторический  обзор 
Бакинской губернии. Библиотека  ин-та  истории АН азерб.  ССР, А/7286. səһ. 22. 

17 
 
tacirlərinin 4 milyon manatlıq mal itirdiklərini xəbər verir
58
. Həmin hadisə dövrün 
rus sənədlərində «Şamaxı hadisəsi» kimi qələmə verilir. 
Tezliklə  üsyançılar  Şamaxını  tərk  etməli  oldular.  V.  N.  Leviatov  bunun 
səbəbini  həm  yerli  əhalinin  narazılığı  və  həm  də  Hacı  Davud  və  Surxay  xanın 
Səfəvi
59
 ordusunun  Şamaxıya  yaxınlaşacağından  ehtiyat  etmələri  ilə  izah  edir. 
Bizsə,  1712-ci  ildə  nə  Hacı  Davud,  nə  də  Surxay  xan  hələ  öz  qarşılarında 
Şamaxıda möhkəmlənmək məqsədini qoymamışdılar. Yuxarıda qeyd edildiyi kimi, 
onları  birinci  növbədə  qarət  maraqlandırırdı.  Odur  ki,  lazımınca  qənimət  əldə 
etdikdən sonra üsyançılar şəhəri tərk etdilər. 
Şamaxıdan  sonra  Hacı  Davud  və  Surxay  xanın  dəstələri  Bakıya  tərəf 
hərəkət  etdilər.  Lakin  onlar  şəhərə  yaxınlaşarkən  Dərgah  Qulu  bəyin  başçılığı 
altında darmadağın edilib geri dönməyə məcbur oldular. 
XVIII  əsrin  onuncu  illərində  Səfəvi  dövlətində  başlamış  xalq  azadlıq 
hərəkatı  ölkənin  siyasi  zəifləmə  və  iqtisadi  tənəzzül  prosesini  daha  da 
sürətləndirirdi. 1712-ci il hadisəsindən sonra Şamaxı ticarəti bir müddət tamamilə 
öz əhəmiyyətini itirdi. Dövlətə böyük gəlir verən xarici ölkələrin, xüsusilə Rusiya 
tacirləri Səfəvi dövlətinin ərazisinə gəlməkdən ehtiyat edirdilər. Şah Soltan Hüseyn 
ölkənin  hər  tərəfini  bürüyən  üsyanların  qarşısını  almaq,  həm  Rusiya  dövləti  ilə 
ticarət  əlaqələrini  bərpa  etmək  və  həm  də  rusların  köməyi  ilə  İran  taxtında  öz 
mövqeyini  möhkəmləndirmək  məqsədi  ilə  1713-cü  ildə  Peterburqa  öz  səfirini 
göndərərək Rusiya dövləti ilə dostluq və ticarət müqaviləsi bağlamağı təklif etdi
60

Zaqafqaziyanı  çoxdan  ələ  keçirmək  və  eləcə  də  Xəzər  dənizini  Rusiyanın 
«daxili  gölünə»  çevirmək  niyyətində  olan  I  Pyotr  o  zaman  İsveçlə  müharibə 
apardığı üçün eyni zamanda cənuba qoşun çəkə bilməzdi. Lakin buna baxmayaraq, 
o,  Şah  Soltan  Hüseynin  təklifinə  cavab  olaraq  1715-ci  ildə  İran  dövləti  ilə 
danışıqlar  aparmaq  üçün  podpolkovnik  A.  P.  Volınskini  İrana  göndərdi
61
.  A.  P. 
Volınskini  cənuba  13  nəfər  dvoryan,  1  nəfər  katib,  2  nəfər  mütərcim,  2  nəfər 
dəftərxanaçı, 1 nəfər həkim, 32 nəfər səfarətxana işçisi və 20 nəfər qulluqçu - cəmi 
71 nəfər müşayiət edirdi
62

A. P. Volınski Peterburqdan 1715-ci il iyul ayının 8-də çıxmış, Həştərxan - 
Nizabad  -  Şamaxı  -  Təbriz  -  Sultaniyyə,  Qum  şəhərlərini  keçib  1716-cı  ilin  mart 
ayının ortalarında İsfahan şəhərinə çatmışdı. A. P. Volınski burada baş vəzir Fətəli 
xanla  hər  iki  dövlət  arasında  dostluq  və  ticarət  əlaqələrinin  yaradılması  haqqında 
                                                             
58
 P. Butkov. Göstərilən əsəri, səh 3. 
59
 V. N. Leviatov. Göstərilən əsəri, səh. 70. 
60
 P. Butkov. Göstərilən əsəri, səh. 4. 
61
 A. P. Volınskinin jurnalı, səh. 6-23; S. M. Solovyov. Göstərilən əsəri, səh. 665; P. Butkov. Göstərilən 
əsəri, səh. 4; L. Lokhart. Göstərilən əsəri, səh. 103. 
62
 В.  Н.  Лебедев.  Посольства  А.  П.  Волынского  в  Персию,  «Изв.  AH  CCCP,  серии  истории  и 
философии», V, № 6, 1948, səһ. 532. 

18 
 
danışıqlar  aparmış  və  bu  barədə  Rusiya  hökuməti  adından  İranla  müqavilə 
bağlamışdır
63

A. P. Volınski 1717-ci il dekabr ayının 1-də Rusiyaya yola düşmüş və 1718-
ci il dekabr ayının 12-də Peterburqa qayıtmışdır
64

A. P. Volınskinin dəstəsinin üzvləri Azərbaycanın ərazisindən keçərkən çox 
yerlərdə,  o  cümlədən  Təbrizdə,  Muğanda,  Salyanda,  Qubada,  Şamaxıda  İran 
zülmünə və yerli feodallara qarşı qalxan üsyanların canlı şahidi olmuşlar
65

Gündən-günə  genişlənən  xalq  hərəkatı  və  üsyanlar  təkcə  feodal 
malikanələrini  deyil,  eyni  zamanda  karvan  yollarını  da  təhlükə  altına  almışdı. 
Üsyançılar həmin  yollar  vasitəsi ilə  gedən  ticarət  karvanlarını  qarət  edir,  tacirləri 
isə adətən öldürürdülər. Belə hallarda çox zaman ticarətlə heç bir əlaqəsi olmayan 
səyyahlar,  siyasi nümayəndələr, bəzən dini ocaqlar və pirlərə ziyarətə gedənlər də 
qarətin  qurbanı  olurdular.  Bunu  A.  P.  Volınskinin  İran  hökümətinə  etdiyi 
müraciətindən  də  görmək  olar.  A.  P.  Volınski  geri  dönərkən  İran  hökümətindən 
onu Rusiyanın sərhədlərinə qədər silahlı dəstələrin müşayiət etməsini tələb etmişdi. 
A. P. Volınski baron P. P. Şafirova yazdığı məktubunda göstərir ki, o, 1718-ci ildə 
Rusiyaya  qayıdarkən  yollar  təhlükəli  olduğuna  görə,  150  nəfərlik  bir  dəstə  ilə 
müşayiət  olunmuşdur
66
.  Bəzi  orta  əsr  müəllifləri  feodalların  zülmünə  qarşı  çıxış 
edib,  onların  var-dövlətini  talan  edənləri,  karvanların  qabağını  kəsənləri  fərqinə 
varmadan  quldur  adlandırırdılar.  C.  Hanvey  böyük  karvan  yollarında  «quldur 
dəstələrinin»  mövcud  olduqları  və  onların ticarətin  gedişinə maneçilik  törətdikləri 
haqqında  məlumat  verir
67
.  Bu  çıxışlarda,  şübhəsiz,  qarətkarlıq  ünsürləri  var  idi, 
lakin mahiyyət etibarilə onlar ictimai xarakter daşıyırdı. 
Lakin  qeyd  etmək  lazımdır  ki,  XVIII  əsrin  birinci rübündə Şirvanın  ticarət 
yolları həqiqətən bu və ya digər səbəblər üzündən çox təhlükəli olurdu. Bu barədə 
P.  Butkov  haqlı  olaraq  yazır  ki,  Hacı  Davud  tutulub  həbs  olunana  qədər  (1719) 
Şirvanın bütün ticarət yolları hərəkət üçün təhlükəli idi
68

                                                             
63
В. А. Уляницкий. Русские консульства за границей в XVIII в., ч. II, М., 1899, приложения 42 и 
43; М. Чулков. Историческое описание Российской коммерции, т. II, кн. I I ,  М., 1785, səһ. 75 və b. 
həmin müqavilənin bəndləri əsasan ticarətə aid olduğu üçün bu barədə «ticarət» fəslində danışılacaqdır.
 
64
 A. Butkov. Göstərilən əsəri, səh. 5. 
65
 А.  И.  Лопухин.  Журнал  путешествия  через  Дагестан  1718  г.,  ЦГАДА,  фонд  77.  Сношения 
России  с  Персией.  Bax:  История  географии  и  этнографии  Дагестана  XVIII—XIX  вв.,  М,  1958, 
səһ. 7-8;  А. P.  Volınskinin jurnalı,  səһ. 13, 17; P. Butkov. Göstərilən  əsəri, səһ. 49; Bах: «Заметки  к 
теме  военно-административное  управление  Азербайджаном  в  XVII—XVIII  вв.,  Azərb.  SR  ЕА 
TİNA, inv. № 860, səһ. 2.
 
66
 Письма А. П. Волынского из Персии к барону П. П. Шафирову, «Русская старина», т. V, 1872, 
səһ. 946.
 
67
 C. Hanvey. Göstərilən əsəri, səh. 104.
 
68
 1719-cu ildə Səfəvilərin nizami ordusu ilə toqquşma zamanı Hacı Davud və Surxay xan məğlubiyyətə 
uğramışlar.  Surxay  xan  qaçır,  Hacı  Davud  isə  tutulub  həbs  edilir.  Bax:  P.  Butkov.  Göstərilən  əsəri,  I 
cild, səh. 3; Y. Kozubski. Göstərilən əsəri, səh. 71.
 

19 
 
Səfəvi  dövlətinin  hər  tərəfini  bürüyən  xalq  azadlıq  hərəkatı  və  üsyanlar 
xalqa  bir  şey  vermədisə  də  şah  Soltan  Hüseynin  taxtdan  devrilməsinə  bais  olan 
səbəblərdən  biri  oldu.  1722-ci  ildə  əfqan  qəbilələri  İsfahan  şəhərini  zəbt  edərək, 
şahı taxtdan  saldılar. Lakin  Şah Soltan Hüseynin oğlu II Təhmasib ölkənin şimal 
rayonlarına qaçaraq özünü şah elan etdi. 
Səfəvi dövlətinin belə bir vəziyyətə düşməsindən həm Türkiyə, həm də çar 
Rusiyası istifadə edərək Zaqafqaziyada öz fəaliyyətlərini daha da genişləndirməyə 
başladılar. 
1721-ci ildən Türkiyənin köməyi ilə həbsdən qaçmış Hacı Davudla birlikdə 
Surxay  xan  Azərbaycanın  ən  zəngin  ticarət  mərkəzlərindən  biri  olan  Şamaxıya 
ikinci  dəfə  basqın  edib  şəhərə  soxuldular
69
.  Şəhər  qarət  olunduqda  burada  başqa 
tacirlər kimi, rus tacirlərinə yenə də böyük ziyan toxundu
70
. XIX əsr rus tarixçisi S. 
M. Solovyov həmin vaxt rus tacirlərinin 500.000 manatlıq mal itirmələri haqqında 
məlumat  verir
71
.  Tezliklə  Hacı  Davud  Türkiyə  sultanı  tərəfindən  Şamaxı  və  ətraf 
əyalətlərdə  hakim  kimi  tanındı.  I  Pyotrun  Xəzər  dənizi  boyu  əyalətlərə,  xüsusilə 
Azərbaycana hazırladığı yürüş də elə həmin dövrə təsadüf edir. İsveçlə iyirmiillik 
müharibəni bitirən I Pyotr tezliklə cənuba - Xəzər boyu əyalətlərə yürüşə başlamaq 
üçün ciddi tədbirlər gördü. Hazırlıq əməliyyatı il yarım davam etdi
72
. Qeyd etmək 
lazımdır  ki,  I  Pyotr  Volqa-Xəzər  ticarətində  mühüm  rol  oynayan  Xəzər  sahili 
əyalətləri və xüsusilə ipəkçilik inkişaf edən yerləri ələ keçirmək məqsədini çoxdan 
güdürdü
73
.  Lakin  ilk  mərhələdə  yürüşün  əsil  səbəbi  bu  deyildi.  XVIII  əsrin 
iyirminci  illərində  I  Pyotrun  başlıca  məqsədi  Zaqafqaziyada  fəallıq  göstərən 
Türkiyəyə  mane  olmaqdan,  Zaqafqaziya  və  Xəzər  dənizi  sahillərinin  türklər 
tərəfindən zəbt olunması təhlükəsinin qarşısını almaqdan ibarət idi. Bunun Rusiya 
üçün həm hərbi, həm də böyük iqtisadi əhəmiyyəti var idi
74

1722-ci  ildə  I  Pyotr  tarixi  ədəbiyyatda  «İran  yürüşü»  adı  ilə  məşhur  olan 
yürüşə  başladı.  Əslində  isə  bunu  «Azərbaycan  yürüşü»,  yaxud  da  «Zaqafqaziya 
yürüşü» adlandırmaq daha düzgün olardı. 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  həm  I  Pyotr  və  həm  də  II 
Yekaterina zamanı əsas etibarı ilə Azərbaycanı ələ keçirmək məqsədi ilə başlanmış 
yürüşlər yanlış olaraq tarixçilər tərəfindən «İran yürüşü» kimi qələmə verilmişdir. 
                                                             
69
 АВПР, Ф. Сношения России с Персией, siyahı 77/1, iş 18 (1722), vərəq 57.
 
70
 Yenə orada, iş 7, vərəq 89. 
71
 Vaxtı  ilə  Rusiya  tacirləri  arasında  ən  varlı  tacirlərdən  sayılan  M.  Yevreinov  170.000  manatlıq  mal 
itirib müflisləşmişdir. Bax: S. M. Solovyov. Göstərilən əsəri, səh. 672.
 
72
 Е. В. Спиридонова. Экономическая политика и экономические взгляды Петра  I, M., 1952, səһ. 
213. 
73
 В. В.  Лебедев.  Поход Петра Великого в Персию, ЖМВД, 1848, октябрь,  səһ. 1-39; Донесение 
де Кампредона к королю, Петербург, 20 сентября 1723, СИРИО, т. 49, səh. 231. 
74
 М.  А.  Полиевктов.  Проект  Бругемана  и  русская  оккупация  прикаспийских  областей  в 
двадцатых  годах  XVIII  в.  Bах:  Е.  С.  Зевакин  и  М.  А.  Полиевктов.  К  истории  прикаспийского 
вопроса, Tiflis, 1933, səһ. 36.
 

20 
 
Burjua  şərqşünaslarının  buraxdığı  bu  səhv  məfhum  çox  təəssüf  ki,  bir  sıra  sovet 
alimləri tərəfindən də təkrar edilir
75

Rus  qoşunları  1722-ci  ildə  Həştərxandan  su  və  quru  yolla  cənuba  doğru 
hərəkət  edərək  əvvəlcə  Dərbənd
76
,  Ənzəli  və  1723-cü  ildə  isə  Bakı  şəhərini
77
 
tutmaqla,  demək  olar ki,  Xəzər  dənizinin  qərb  sahillərinə  tamamilə  sahib  oldular. 
Rusiyanın  türkləri  qabaqlaması  1723-cü  ildə  onların  böyük  bir  ordu  ilə  açıqdan-
açığa Zaqafqaziyaya  soxulmaları üçün bir bəhanə oldu. Ciddi xalq müqavimətinə 
baxmayaraq
78
, Türkiyə qoşunları bir sıra şəhərləri zəbt etməyə nail oldular. 
Bir  tərəfdən  Rusiya  və  digər  tərəfdən  Türkiyə  dövlətlərinin  mənafelərinin 
Azərbaycanda  toqquşması  hər  iki  dövlətin  arasındakı  münasibətlərin  daha  da 
kəskinləşməsinə  səbəb  oldu.  Lakin  bu  ziddiyyət  1724-cü  ildə  həmin  dövlətlər 
arasında bağlanılan müqavilə ilə aradan qaldırıldı. Müqaviləyə əsasən, Türkiyə  rus 
qoşunları tərəfindən zəbt olunmuş yerlərin Rusiyanın hakimiyyəti altında qalmasını 
təsdiq  etdi.  Türkiyə  isə  Zaqafqaziyanın  böyük  bir  hissəsini  və  eləcə  də  İranın 
şimali-qərb rayonlarının ələ keçirilməsi haqqında Rusiyanın razılığını aldı
79

Türk  qoşunları  Azərbaycanda  özlərini  bir  işğalçı  kimi  aparır  və  bununla 
əlaqədar  olaraq xalqın  qəzəbi  daha  da  artırdı.  Rus  qoşunları  isə  özlərini nisbətən 
mülayim aparır, yerli əhalinin rəğbətini qazanırdılar
80
.  Bir  sıra arxiv  sənədləri rus 
işğalı  dövründə  ticarət  sahəsində  Bakıdan  Gilana  nisbətən  daha  çox  gəlir  əldə 
edildiyi  haqqında  məlumat  verir
81
.  Buna  isə,  hər  şeydən  əvvəl,  əhalinin  əmin-
amanlıq şəraitində yaşaması və ticarət  etməsi kömək edirdi. 
Beləliklə,  1724-cü  ildə  Azərbaycan rəsmi  olaraq  iki  böyük  dövlət  arasında 
bölünmüş oldu. Belə bir vəziyyət, demək olar ki, 1735-ci ilə qədər davam etdi. 
Həmin  müddət  ərzində  İranın  daxili  vəziyyətində  müəyyən  qədər 
dəyişikliklər  əmələ  gəldi.  II  Şah  Təhmasibin  sərkərdəsi  Nadirin  səyi  sayəsində 
əvvəlcə  əfqanların  və  sonra  da  türk  qoşunlarının  hamısı,  demək  olar  ki,  Səfəvi 
dövlətinin  ərazisindən  sıxışdırılıb  geri  oturtduruldu.  Nadirin  türklərlə  apardığı 
                                                             
75
 В.  П.  Лысцов.  Персидский  поход  Петра  I  (1722-1723),  М„  1951;  М.  Арунова,  К.  Ашрафян. 
Государство Надир шаха Афшара, М., 1959", səһ. 55 və b. 
 
76
 1722-ci ildə Dərbənd şəhəri rus qoşunlarının əlinə keçdikdən sonra bir sıra obyektiv səbəblər üzündən 
I Pyotr Rusiyaya qayıtmalı oldu. 
77
 1722-ci ildə Bakı qalasında yerləşən İran qarnizonu rusların şəhərə daxil olmasına qəti surətdə etiraz 
etdiyi  üçün,  rus  qoşunları  Bakını  arxada  buraxaraq  Xəzər  dənizinin  cənub  sahillərinə  doğru  hərəkət 
etmiş və Bakıdan başqa Xəzərin qərb əyalətlərinin hamısını işğal etmişlər. Bakı qalası təqribən bir ildən 
sonra alınmışdır.
 
78
 Şeyx Məhəmməd  Əli Həzin. Göstərilən əsəri,  səh. 153-154 və b.; L. Lokhart. Göstərilən  əsəri,  səh. 
263-265.
 
79
 P.  Sykes.  A  history  of  Persia,  London  1915,  p.  328.  L.  Lokhart.  Göstərilən  əsəri,  səh.  212;  И. 
Петрушевский. Упадок феодального обшества в Иране в XVIII в., səh. 317.
 
80
 Ə. N. Quliyev. Azərbaycan - Rusiya münasibətləri tarixindən, Bakı, 1958, səh. 21-40.
 
81
 АВПР, Ф. Сношения России с Персией, siyahı 77/1, iş 8 (1724), vərəq 77. 

21 
 
müharibə zamanı Azərbaycanın ərazisi yenə də döyüş meydanına çevrildi. Bu isə 
şəhər və kəndlərin dağıdılması və onsuz da acınacaqlı halda yaşayan əhalinin talan 
olması  demək  idi.  1730-cu  illərin  əvvəllərində  Cənubi  Azərbaycanda  olmuş  İran 
tarixçilərindən  Şeyx  Məhəmməd  Əli  Həzin  yazır  ki,  vaxtı  ilə  əhali  daha  sıx 
yaşayan Təbriz əyalətindən hazırda bir əsər də qalmamışdır
82

1730-cu 
illərə 
kimi 
II 
Şah  Təhmasibin  hüquqlarını  büsbütün 
məhdudlaşdırıb,  Səfəvi  dövlətinin  idarəsini  tamamilə  öz  əlinə  alan  Nadir  1732-ci 
ildə  Rəşt  şəhərində  Rusiya  dövləti  ilə müqavilə  bağlayaraq,  Kür  çayından  cənuba 
doğru  yerləşən  Xəzər  dənizi  əyalətlərindən  rus  qoşunlarının  şimala  doğru 
çəkilmələrinə nail oldu. 
Lakin  şimali-qərbi  Azərbaycanda  Türkiyə  paşaları  və  vassalları  hələ  də 
hökmranlıq  etməkdə  idilər.  Odur    ki,  Nadir  öz  qoşunlarını  Azərbaycanın  şimal 
rayonlarına  çəkməli  oldu.  1734-cü  ildəki  yürüş  zamanı  Şamaxı  şəhəri  alt-üst 
edilmiş, əhalisi isə Ağsuya köçürülmüşdür
83

Nadir  Şamaxıdan  çoxlu  əsir  və  böyük  qənimətlə  çıxmışdır.  XIX  əsr 
tarixçilərindən  S.  Kişmişev  yazır  ki,  Nadir  Şamaxıdan  götürdüyü  əsirləri  Orta 
Asiya və İranın bazarlarında satmışdır
84

Nadir, demək olar ki, Zaqafqaziyanın ərazisini tamamilə türk qoşunlarından 
təmizlədikdən sonra ikinci dəfə Rusiya hökumətinə müraciət edərək Kür çayından 
şimala  doğru  yerləşən  əyalətlərdən  də  rus  qoşunlarının  çəkilməsini  tələb  etdi.  O 
zaman  Rusiya  bir  tərəfdən  gündən-günə  qüvvətlənən  Nadirin  dövləti  ilə 
münasibətlərini pozmamaq, digər tərəfdən beynəlxalq vəziyyətin gərginliyinə görə 
Nadirin  təklifini  qəbul  etdi.  Beləliklə,  1735-ci  ildə  hər  iki  dövlət  arasında  Gəncə 
şəhərində  bağlanılan  müqaviləyə  görə  rus  qoşunları  tamamilə  Azərbaycanın    
ərazisini tərk etməli oldular
85

Rus qoşunları Azərbaycanda şimala doğru çəkildikdən sonra, demək olar ki, 
Nadir  ömrünün  axırlarına  qədər  yerli  xalqın  müqavimətini  qırıb  özünə  tamamilə 
tabe  edə  bilmədi.  Heç  də  təsadüfi  deyildir  ki,  Nadir  təqribən  on  il  ərzində 
Azərbaycana  dörd  dəfə  qoşun  çəkərək,  onun  hakimiyyətinə  qarşı  qalxan  xalq 
hərəkatını  yatırmağa  səy  etmişdir.  1736-cı  ildə  özünü  rəsmi  olaraq  şah  elan  edən 
                                                             
82
 Şeyx Məhəmməd Əli Həzin. Göstərilən əsəri, səh. 156; К. Ашрафян. Антифеодальные движения в 
империи  Надир  шаха  (1736-1747),  «Ученые  записки  института  Востоковедении  AH  CCCP» 
т. VIII, 1953, səһ. 167.
 
83
 История о персидском шахе Тахмас Кули-хане, с франц. на русский язык с Решитовым. СПб, 
1762, səһ. 236-240; A. Bakıxanov. Göstərilən əsəri, səh. 113-114; V. N. Leviatov. Göstərilən əsəri, səh. 
101;  F. M. Əliyev. Şimali Azərbaycan şəhərləri, Bakı, 1960, səh. 37.
 
84
 С. Кишмишев. Походы Надир  шаха в Герат,  Кандагар, Индию и  события в Персии после  его 
смерти, Тифлис, 1889, səһ. 95. 
85
 Сравнение  Тахмас  Кули-хана  с  Бонапартом,  «Вестник  Европы»,  ч.  79,  М.,  1815,  səh.  145,  P. 
Sayks. Göstərilən əsəri. Səh. 328-329. 

22 
 
Nadir
86
 bütün təbəələrlə yanaşı, azərbaycanlıları da istismar etməklə apardığı qanlı 
müharibələrin xərclərini ödəmək üçün bir sıra tədbirlər həyata keçirdi. 
Yenidən  İran  dövlətinin əsarəti altına  düşən  Azərbaycan  xalqının  vəziyyəti 
daha da pisləşdi
87
. Nadir öz qardaşı İbrahimi Azərbaycanın hakimi təyin etdi. 
Rus  qoşunlarının  Xəzər  boyu  əyalətləri  tərk  etmələri  ilə  Azərbaycana  tam 
hakim olmasını güman edən Nadir daha sonra arxayınçılıqla Hindistana yürüş etdi. 
Bu zaman Azərbaycanda İram zülmünə qarşı Şəki, Şirvan və Car əyalətində 
daha  şiddətli  xalq  üsyanları  baş  verdi.  İbrahim  xan  bu  üsyanları  yatırtmaq  üçün 
tədbir  gördüsə  də  heç  bir  nailiyyət  əldə  etmədi  və  hətta  özü  döyüş  meydanında 
həlak oldu
88

Hindistan  səfəri  zamanı  Nadir  şahı  oğlu  Rza  Qulu  Mirzə  əvəz  edirdi. 
Müvəqqəti  olaraq  hakimiyyət  başına  çıxan  şahzadə  xalqı  daha  artıq  amansızlıqla 
istismar etməyə başladı. Mənbələrin birində deyilir ki, Rza Qulu Mirzə Nadir şahın 
Hindistandan  qayıtmasını  eşidən  kimi  xalqdan  vergilərdən  əlavə,  zülm  və 
vəhşiliklə topladığı daha 2 milyon pulu etibarlı əllərə verib, atasından gizlətdi
89

XVIII əsrin birinci yarısında Azərbaycanda olmuş İ. Lerx Azərbaycanın bir 
çox  şəhər  və  kəndlərinin  viran  qaldığının, hər  yerdə aclıq, dilənçilik  və  cürbəcür 
yoluxucu xəstəliklərin hökm sürdüyünün şahidi olmuşdur
90

Öyrəndiyimiz  dövrün  müəlliflərindən  olan  erməni  katolikosu  Abram 
Kretasi 1736-cı ildə bütün Muğan, Təbriz, Gəncə, Naxçıvan, İrəvan vilayətlərində 
aclıq  olmasını  və  çörəyin  çatışmamasını  qeyd  edir
91
.  Belə  məlumat  da  vardır  ki, 
Nadirin  özü  xalqın  bu  acınacaqlı  vəziyyətindən  istifadə  edərək,  aclıq  baş  verən 
yerlərə öz taxılını göndərtdirib, baha qiymətə satdırırmış
92

Nadirin  hakimiyyəti  dövründə  Azərbaycan  xalqının  acınacaqlı  həyat 
sürdüyünü 1743-cü ildə Peterburqdan İrana gedən rus konsulu öz məktubunda çox 
gözəl  təsvir  edir:  «...buranın  təbəələri  kiçikdən  tutmuş  böyüyə  qədər  saysız-
hesabsız  vergilərin  çoxluğundan  var-yoxdan  çıxmışlar,  ticarət  tənəzzül  etmiş, 
sənətkarlar və kəndlilər isə müflisləşmişlər, İranın anbarlarında buğda ehtiyatı əsla 
qalmamışdır. Bundan əlavə, hər yerdə aclıq və dilənçilik hökm sürür, bir çox şəhər 
                                                             
86
 L.  Lokhart.  Nadir  Shah,  London,  1938,  p.  101;  Şeyx  Məhəmməd  Əli  Həzin.  Göstərilən  əsəri,  səh. 
251-252. 
87
 Şeyx Məhəmməd Əli Həzin. Göstərilən əsəri, səh. 204, 222, 229, 231, 246, 247, 253; V. N. Leviatov. 
Göstərilən  əsəri,  səh  63-116;  İ.  P.  Petruşevski.  Göstərilən  əsəri,  səh.  314,  325,  M.  Arunova,  K. 
Əşrəfyan. Göstərilən əsəri, səh. 55-56; K. Əşrəfyan. Göstərilən əsəri, səh. 167-172, 183-194. 
88
 Şeyx Məhəmməd Əli Həzin. Göstərilən əsəri. 
89
 В. Братишев. Известия о произшедших межлу шахом Надиром и старшим его сыном Рза -Кули 
Мирзою печальных приключениях в Персии в 1741 - 1742 годов СПб, 1763, səһ. 20-21.
 
90
 K. Z. Əşrəfyan. Göstərilən əsəri, səh. 168.
 
91
 Абрам Кретaци. История  о  случившихся  с ним  событиях и  о Надир-шахе персидском (qədim 
erməni  dilindən  tərcüməsi  Ter-Qriqoryanındır).  Azərb,  SSR  ЕА  TİEA,  inv.  2009,  səһ.  144;  И.  И. 
Гербер.  Описание  стран  и  городов  вдоль  западного  берега  Каспийского  моря  1728, 
ЦГАДА, ф. Ермоловых, iş 315, vərəq 33.
 
92
 Сравнениe Тахмас Кули-хана с «Бонапартом», səһ.151. 

23 
 
və  əyalətlərin  əhalisi  dözülməz  istismarın  əlindən  öz  yurdlarından  qaçmışlar, 
Təbrizdən  Həmədana  getdiyim  yol  boyu  bir  nəfər  də  əhalisi  olan  kənd  və  obaya 
rast gəlmədim, İranın başqa yerlərində də vəziyyət belədir, bir  sözlə, İran o qədər 
dağılıb  və  iş  o  yerə  çatıb  ki,  böyük  şəhərlərdə  ərzaq  malları  həddən  artıq 
bahalaşmışdır...»
93

Konsul daha sonra sözünə davam edərək yazır ki, xalq vəhşicəsinə əzabdan 
canını  qurtarmaq  üçün  şaha  verdiyi  vergilərdən  başqa,  öz  arvad  və  uşaqlarını  da 
satmalı  olur
94
.  Nadirin  hakimiyyəti  dövründə  İranda  olmuş  C.  Hanvey:  «...bütün 
İran dözülməz vergilərin ağırlığı altında inləyirdi
95
,  -  deyə  xalqın  ağır  vəziyyətdə 
yaşaması haqqında məlumat verir. 
Şah  Soltan  Hüseynin  dövründə  olduğu  kimi,  əhalinin  üzərinə  qoyulan 
vergilərin  say  və  miqdarı  yenə  də  şahın  acgözlüyü  və  şah  məmurlarının 
özbaşınalığı  üzündən  durmadan  artırdı
96
.  1745-1747-ci  illərdə  ikinci  dəfə 
Azərbaycanda  olmuş  İ.  Lerx  yazır  ki,  Nadir  şah  şamaxılılardan  150.000  manat 
vergi tələb etmişdi, lakin sərdar və vergi toplayanlar özlərinə də bir şey qalsın deyə 
həmin məbləği bir neçə dəfə artırırdılar
97

Qış  zamanı  əhalinin  vəziyyəti  daha  da  ağırlaşırdı.  Özlərinə  doyunca  bir 
qarın  çörək  tapa  bilməyən  hər  bir  ailəyə  qış  vaxtı  öz  evində  saxlayıb  yedirtmək 
üçün bir və ya daha artıq əsgər təhkim edilirdi
98

Həmin  sərbazlar  ağır  güzəran  keçirən  ailəyə  bir  yük  olurdu.  C.  Hanveyin 
yazdığına  görə,  minlərlə  adam  vergilərin  ağırlığından  baş  götürüb  dağlara 
qaçırdılar,  belə  ki,  bir  çox  kənd  və  şəhər  tamamilə  boşalmışdı
99
.  Şəhər  və 
kəndlərdəə  qaçanların  bir  hissəsi  dəstələr  təşkil  edərək,  karvan  yollarında  qarətlə 
məşğul olurdular
100
. Bu isə yuxarıda qeyd edildiyi kimi, şəhərlər arasındakı gediş-
gəlişə  böyük  maneçilik  törədirdi.  Keçid  yollarının  təhlükəli  olması  şəhərlərdə 
ticarətin boğulmasına, aclıq və bahalığın artmasına səbəb olurdu. Lakin  Nadir şah 
ticarətdən əldə edilən böyük mənfəəti nəzərə alaraq ticarəti canlandırmaq məqsədi 
ilə  bir  sıra  tədbirlər  həyata  keçirməli  oldu  (bu  barədə  ticarət  fəslində  bəhs 
ediləcəkdir). 
                                                             
93
 Донесение  русского  консула  из  Персии  в  Государственную  коллегию  иностранных  дел  о 
голоде,  нищете  и  разорении  принесенных  персидским  шахом  на  подвластные  ему  народы,  
Государственный архив Астраханской области (ГААО), fond 394, siyahı 4, iş 8, vərəq 16 -17.
 
94
 Донесение  русского  консула  из  Персии  в  Государственную  коллегию  иностранных  дел  о 
голоде, нищете и разорении принесенных шахом на подвластные ему народы, Государственный 
архив Астраханской области (ГААО), fond 394, siyahı 4, iş 8, vərəq 7. 
95
 C. Hanvey. Göstərilən əsəri, səh. 413. 
96
 SSRİ EA. Asiya xalqları İnstitutunun əlyazmalar şöbəsi, iş 430, vərəq 45 və b. 
97
 И.  Лерх.  Сведении  о  втором  путешествии  в  Персию,  совершенном  в  1745-1747  гг.  (alman 
dilindən tərcüməsi Abezquzundur), Azərb, SSR EA TİEA, inv. 482, səh. 64.
 
98
 История о персидском шахe Тахмас Кули-хане, səһ. 231.
 
99
 C. Hanvey. Göstərilən əsəri, səh. 412. 
100
 Şeyx Məhəmməd Əli Həzin. Göstərilən əsəri, səh. 124; C. Hanvey. Göstərilən əsəri, səh. 104; K. Z. 
Əşrəfyan. Göstərilən əsəri, səh. 169. 

24 
 
Lakin yuxarıda qeyd edilənlərdən elə nəticə çıxarmaq olmaz ki, Azərbaycan 
xalqı  İran  dövlətinin  zülmünə  qatlaşmış  və  Nadir  şaha  dinməz  itaət  etmişdir. 
Azərbaycanın  bir  çox  yerlərində  baş  verən  azadlıq  hərəkatı  xalqın  İran  zülmünə 
qarşı  apardığı  mubarizənin  parlaq  təzahürüdür
101
.  Tarixi  ədəbiyyatda  qəbul 
olunduğu kimi, Azərbaycan xalqı 1747-ci ildə, yəni Nadir şah öləndən sonra deyil, 
elə  Nadir  şahın  yaratdığı  imperiya  dağılmamış  İran  zülmünə  qarşı  çıxaraq 
qəhrəmancasına  azadlıq  mübarizəsi  aparmış  və  müəyyən  müvəffəqiyyətlər  əldə 
etmişdir.  Nadir  şahın  ölümü  ilə  əlaqədar  olaraq  İran  dövlətinin  dağılması  xalqın 
azadlıq  mübarizəsinin  daha  da  sürətlənməsinə  səbəb  olmuşdur.  Nəticədə 
Azərbaycan  xalqı  illərdən  bəri  itirdiyi  müstəqilliyini  yenidən  əldə  etməyə  nail 
olmuşdur. 
Beləliklə,  XVIII  əsrin  birinci  yarısında  Azərbaycanın  daxili  vəziyyətindən 
qısa şəkildə bəhs edilib, dövrün bir sıra səciyyəvi xüsusiyyətləri göstərildi. Həmin 
dövrdə  ölkənin  ticarətindun  bəhs  edərkən  mütləq  bu  xüsusiyyətlər  nəzərə 
alınmalıdır. Çünki qeyd edildiyi kimi, XVIII  əsrin birinci yarısında Azərbaycanın    
ticarətinin vəziyyətinə təsir göstərən amillərdən biri də elə ölkədə baş verən siyasi 
hadisələr  idi.  Məhz  bunu  nəzərə  alaraq  XVIII  əsrin  birinci  yarısının  bir  sıra  əsas 
xüsusiyyətlərini qeyd etmək lazımdır; 
Bu  dövr  tarixən  qısa  da  olsa  çox  mürəkkəb  siyasi-ictimai  hadisələrlə 
əlamətdardır.  XVII  əsrin  axırlarından  başlamış  XVIII  əsrin  ortalarına  qədər  olan 
müddət  ərzində  Səfəvi  dövlətinin  tərkibində  olan  Azərbaycanın təsərrüfat  geriliyi 
getdikcə  daha  da  artmışdır.  Həmin  dövr  şah  zülmü  və  feodal  istismarına  qarşı 
qalxan  azadlıq  hərəkatına,  Rusiya  ilə  Türkiyənin  xarici  siyasətlərinin 
Azərbaycanda toqquşmasına, 1724-cu ildə Azərbaycanın həmin dövlətlər arasında 
bölünməsinə təsadüf edir; 
1724-1735-ci  illər  arasında  Azərbaycanın  şimal  və  cənub-qərb  hissələri 
türklərin zülmü altına düşmüş, Xəzər dənizi əyalətlərində yaşayan azərbaycanlılar 
isə  rus  dövlətinin  himayəsinə  keçmişlər.  Türklər  Azərbaycan  torpaqlarını,  yerli 
xalqın müqavimətini qıra-qıra ələ keçirdikləri halda, rus qoşunları, demək olar ki, 
Bakıdan  başqa  heç  bir  müqavimətə  rast  gəlməmişlər.  Daha  sonra  türklər 
hökmranlıq edən yerlər Türkiyə — İran arasında gedən müharibələr zamanı döyüş 
meydanına  çevrildiyi  halda,  rusların  tutduqları  yerlərdə  əmin-amanlıq  işləri 
aparılmış və eyni zamanda Azərbaycanın Rusiya ilə ticarətinin bərpa olunması və 
                                                             
101
 Mirzə Mehti xan Astrabadi. Göstərilən əsəri, səh. 133; Məhəmməd Kazım.   Göstərilən əsəri, III cild, 
səh.  126,  130;  P.  Sayks.  Göstərilən  əsəri,  səh.  362;  Реляция  русского  консула  в  Персии 
Астраханскому губернатору В. Н.   Татищеву о распространении Ширванского мятежа (1743 г.), 
ГААО,  fond  394,  siyahı  1,  iş  92,  vərəq  120;  Реляция  русского  консула  в  Персии  Астраханскому 
губернатору  В. Н. Татищеву  о посылке персидским шахом воиска в  Азсрбаиджанскую  сторону 
для  поддерживания  порядка,  ГААО,  fond  394,  siyahı  1,  iş  32,  vərəq  121-122;  K.  Z.  Əşrəfyan. 
Göstərilən əsəri, səh. 166-204 və b. 
 

25 
 
genişlənməsi  üçün  bir  sıra  tədbirlər  görülmüşdür.  Bu  barədə  rus  çinovniklərinin 
Peterburqa  yazdıqları təkliflər, rus  dövlətinin  zəbt  etdiyi  yerlərdə nə  kimi  siyasət 
yürütdüyünü  bir  daha  göstərdi:  «Bakı  ətrafında  başlı-başına  buraxılmış   
karvansaralar  bərpa  olunmalıdır;  (şəhərdən)  qaçmış  əhaliyə  günahlarından 
keçəcəyimizə  boyun  olub  qayıtmalarına  nail  olmalı;  müxtəlif  vədlərlə  erməni  və 
hindliləri  Şamaxıdan  (Bakıya)  cəlb  etmək  və  Bakını  bütün  ticarətin  düyüm 
nöqtəsinə çevirmək lazımdır»
102

1734-1735-ci illərdən başlamış, yəni Azərbaycanı türk və rus qoşunları tərk 
etdikdən sonra, Azərbaycana yenidən hakim olmaq istəyən İrana qarşı xalq azadlıq 
hərəkatı yeni qüvvə ilə alovlanmışdır və bu mübarizə ən nəhayət, azərbaycanlıların 
öz istiqlaliyyətlərini yenidən əllərinə almaqla nəticələnmişdir
103

 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin