Azərbaycanda İnsan haqlarının İnkİşafı, demokratİkləşmə və yaxşı İdarəetmə Proqramı



Yüklə 48,22 Kb.
tarix01.12.2016
ölçüsü48,22 Kb.
#557


C.Cabbarlı küç.,44,

Caspian Plaza II, 11-ci mərtəbə

Bakı, Azərbaycan AZ1065

Tel: (99412) 437 2940

Faks: (99412) 437 2944


Ministry of Foreign Affairs of

the Kingdom of the Netherlands




Azərbaycanda İnsan haqlarının İnkİşafı, demokratİkləşmə və

yaxşı İdarəetmə Proqramı


LAYİHƏ TƏKLİFLƏRİ ÜÇÜN TƏLƏB (LTT)

Ərizəçilər üçün Təlimat
Fevral, 2014
Elan Edilən "Layihə Təklifləri üçün Tələb" Haqqında Ümumi Məlumat və Məqsədlər
Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda 2007-ci ildə qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondu (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur.
Həm əməliyyatçı proqramlarla, həm də qrantayırma fəaliyyətilə, AƏF demokratik inkişafı həvəsləndirən, yüksək səviyyəli hesabatlılıq nümayiş etdirən və yerli aləmdə etibarlı bir vasitədir. AƏF missiyasını a) yerli şərait üçün kritik olan sahələrdə proqramların keçirilməsi; b) yerli və milli səviyyədə islahatların hazırlanması və təşviqinə aparıcı tərəflərin cəlbi; c) nüfuzlu dövlət məmurları, Milli Məclis üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri və iş adamları arasında ictimai müzakirələr vasitəsilə mühüm məsələlərin müzakirəsinə adətən fəaliyyəti əlaqələndirilməyən təfərləri cəlb etmək; d) Cənubi Qafqazda sosial elmlər sahəsində “Qafqaz barometri” nümunəsi kimi yüksək səviyyəli tədqiqatın əsasının qoyulması; e) tədqiqat metodları üzrə təlimlər vasitəsilə tədqiqat və siyasətin təşkili bacarıqlarının formalaşdırılması; f) gənc tədqiqatçılara təqaüd vermək və faktlara əsaslanan siyasətin yürüdülməsinin təşviqi vasitəsilə icra edir.
AƏF hazırda Azərbaycanda hesabatlılıq, şəffaflıq, insan haqları və demokratiyanın inkişafına yönəlmiş yenilikçi layihələrə dəstək məqsədilə hazırlanan “İnsan Haqlarının İnkişafı, Demokratikləşmə və Yaxşı İdarəetmə Proqramı” çərçivəsində ərizələr qəbul edir.

Proqram Azərbaycan hökumətinin insan haqları, demokratikləşmə və yaxşı idarəçilik məsələlərinə cəlbini və bu sahələr üzərində ictimai nəzarətini gücləndirmək üçün vətəndaş cəmiyyətinin səmərəli vəkilliyinin inkişaf etdirilməsi məqsədini daşıyır.


Ərizələr vəkillik mövzusu/məsələsi seçiminin məntiqli və faktlara yönəlik əsaslandırılmasını əhatə etməlidirlər. Mövzular aşağıdakıları məsələlər üzrə formalaşdırıla (lakin bununla kifayətlənməyə) bilər:

  • Məhkəmə hakimiyyətinin müstəqilliyi, səmərəliliyi və şəffaflığı üzrə vəkillik;

  • Qanun çərçivəsində xüsusilə qadınlar, əlillər, məcburi köçkün və qaçqınlar, etnik, dini və cinsi azlıqlara istinadən bərabərlik üzrə vəkillik;

  • Ədalətli məhkəmə araşdırması, mülkiyyət hüququ, söz, sərbəst toplaşmaq və məlumat azadlığı və s. kimi konstitusiya hüquqları və azadlıqıarı barəsində ictimai məlumatlılığın inkişaf etdirilməsi.


Müraciət Hüququ
Qrant almaq imkanını qazanmaq üçün, ərizəçilər:

  • hüquqi şəxs

  • gəlir güdməyən/gəlirsiz

  • Azərbaycan vətəndaşı

  • vasitəçi qismində çıxış etməyən, özlüyündə layihənin hazırlanması və idarəçiliyinə birbaşa məsul olan təşkilat olmalıdır.

Nəzərdə tutulan layihənin ümumi müddəti 6 aydan aşağı və 18 aydan yuxarı olmamalıdır.


AƏF həm fərdi, həm də iki və ya daha çox QHT-nin əməkdaşlığından irəli gələn ərizələr qəbul edir. Qeyd edilən əməkdaşlıq olan halda, hər tərəfdaşın rolu, o cümlədən büdcə bölgüsü aydın göstərilməlidir.
Hər ərizəçi üzrə ərizələrin və qrantların sayı:

  • ərizəçi bu LTT çərçivəsində birdən artıq ərizə təklif verə bilər;

  • ərizəçi bu LTT çərçivəsində birdən artıq qrant ala bilməz;

  • ərizəçi eyni zamanda digər ərizə çərçivəsində tərəfdaş ola bilər;

  • tərəfdaşlar birdən artıq ərizədə iştirak edə bilər.

Layihə ərizələri Fonda yalnız Azərbaycan dilində yönəldilməlidir. Digər dildə təqdim edilən layihələr imtina ediləcəkdir.


Ərizə Prosedurları və Seçim Meyarları
Layihə seçimi prosesi iki mərhələdən ibarətdir.
İlk mərhələdə qiymətləndirmə üçün yalnız Konsepsiya Sənədi təqdim edilir. Ərizəçilər hazırkı Təlimata əlavə edilmiş ərizə sənədindən istifadə etməlidirlər: Əlavə A – Ərizə Forması. Bu forma həm də AƏF-nun www.epfound.az.veb səhifəsindən endirilə bilər.
Qeyd: bu mərhələdə yalnız Konsepsiya Sənədi qiymətləndiriləcək. Həmin səbəbdən, bu sənədin layihəyə aid olan BÜTÜN uyğun məlumatı daxil etməsi çox önəmlidir. Heç bir əlavə təqdim edilməməlidir.
Natamam Konsepsiya Sənədləri imtina ediləcəkdir.
İkinci mərhələdə, Konsepsiya Sənədləri seçilmiş ərizəçilər Tam Ərizə Təklifi təqdim etməyə dəvət ediləcəkdir.
Konsepsiya Sənədlərinin seçilməsi nəticəsində Tam Ərizə Təklifini təqdim etməyə dəvət edilən ərizəçilər hazırkı Təlimata əlavə edilmiş ərizə sənədlərindən istifadə etməlidirlər: Hissə_–_Layihə_Təklifi_üçün_Qaydalar_və_Əlavə_B,_II-ci_Hissə_–_Qrant_İdarəçiliyi_üzrə_Sorğu_Anketi._Qeyd'>Əlavə B, I-ci Hissə – Layihə Təklifi üçün QaydalarƏlavə B, II-ci Hissə – Qrant İdarəçiliyi üzrə Sorğu Anketi.
Qeyd: Qrant İdarəçiliyi üzrə Sorğu Anketində gərəkən bütün sənədlərin siyahısı sadalanır. Həmin sənədlərdən hər hansının təqdim edilməməsi ərizənin imtina edilməsilə nəticələnə bilər. Hər iki forma (Əlavə B, I-ci Hissə və Əlavə B, II-ci Hissə) həm də AƏF-nun www.epfound.az veb səhifəsindən endirilə bilər.
Ərizəçilər ərizə formalarını formatına ciddi əməl etməli və hər bir bənd/suala cavabları uyğun ardıcıllıqla cavab verməlidirlər. Buna əməl edilməməsi ərizənin imtina edilməsilə nəticələnə bilər.
Konsepsiya Sənədində əhatə edilən məlumatlar Tam Ərizə Təklifində dəyişdirilə bilməz.
Ərizələr AƏF tərəfindən aşağıdakı pillələr və meyarlar üzərində baxılıb, dəyərləndiriləcək.
Konsepsiya Sənədinin qiymətləndirilməsi layihənin tərtibatı və aktuallığını əhatə edir. Konsepsiya Sənədinə aşağıdakı Qiymətləndirmə Cədvəlindəki bölgüyə əsasən 25 xaldan ümumi qiymət verilir.
Qiymətləndirmə növbəti kateqoriyalara uyğun altmeyarlar əsasında 1-dən 5-ə qədər ölçü üzrə aparılır: 1 – çox zəif; 2 – zəif; 3 – məqbul; 4 – yaxşı; 5 – çox yaxşı.
Konsepsiya Sənədlərinin qiymətləndirilməsi bitdikdə, ərizələrin ümumi qiymətləri əsasında siyahı hazırlanır. İlkin seçilmiş ərizəçilər Tam Ərizə Təklifini təqdim etməyə dəvət edilir.
Konsepsiya Sənədinin Qiymətləndirmə Cədvəli:


Hissə

Maksimum Qiymət

  1. Layihənin Aktuallığı və Problemin Qoyuluşu/Əsaslandırma

15

  1. Layihənin Tərtibatı

10

Tam Ərizə Təkliflərinin qiymətləndirilməsi aşağıda göstərilən Qiyimətləndirmə Cədvəlində nəzərdə tutulmuş qiymətləndirmə meyarlarına uyğun aparılacaqdır.


Qiymətləndirmə növbəti kateqoriyalara uyğun altmeyarlar əsasında 1-dən 5-ə qədər ölçü üzrə aparılır: 1 – çox zəif; 2 – zəif; 3 – məqbul; 4 – yaxşı; 5 – çox yaxşı.
Tam Ərizə Təkliflərinin qiymətləndirilməsi bitdikdə, ilkin seçilmiş ərizə təklifləri üzrə ümumi qiymətlərə əsaslanan siyahı hazırlanır.
Tam ərizə təklifinin Qiymətləndirmə Cədvəli:


Hissə

Maksimum Qiymət

  1. Layihənin aktuallığı və Problemin Qoyuluşu/Əsaslandırma

15

  1. Layihənin Məqsədi, Vəzifələri və Gözlənilən Nəticələri

15

  1. Layihənin İcrası və Monitorinq Strategiyası

20

  1. Layihənin Davamlılığı və Tərəfdaşlıqlar

15

  1. Büdcə

10

  1. Ərizəçi Haqda Məlumat/Keçmiş Fəaliyyət Göstəriciləri və Təşkilati Qabiliyyət

25


Hər hansı seçim mərhələdə müvəffəq olmayan bütün ərizəçilər AƏF tərəfindən yazılı şəkildə məlumatlandırılacaqlar. Məhdud imkanlardan irəli gələn səbəblərdən, AƏF, təəssüf ki, imtina qərarına dair daha ətraflı izahat verə bilməyəcək.


Qrant Vəsaitlərinin İstifadəsi
Qrant vəsaitləri növbəti xərclərin icrası üçün istifadə edilə bilər:



  1. Layihə işçilərinin əmək haqqları, ekspertlərin, təlimçilərin və layihə çərçivəsində digər işçilərin xidmət haqqı və ödənişlər;

  2. layihə işçilərinin nəqliyyat və biznes səfərlərinin xərcləri;

  3. təlim və işçi seminarlar;

  4. materialların dərci xərcləri;

  5. kommunikasiya xərcləri;

  6. inzibati və kommunal xərclər;

  7. texniki avadanlığın alınması.

Qrant vəsaitləri yalnız layihə icrasılə birbaşa əlaqədar olan fəaliyyətlər üçün xərclənilməlidir.


Qrant vəsaitləri növbəti fəaliyyətlər üçün istifadə edilə bilməz:

  1. Tikinti, avadanlıq/təchizatın yenilənməsi və ya daşınmaz əmlakın satınalması;

  2. Mövcud kəsirin ödənilməsi;

  3. Təhsil üçün fərdi təqaüd, birdəfəlik konfranslar və ya akademik tədqiqat;

  4. Siyasi partiyaların dəstəyi;

  5. Təxribat xarakterli fəaliyyət;

  6. Azərbaycan qanun və qaydalarının pozulmasından və ya onlara riayət edilməməsindən irəli gələn cərimələrin ödənilməsi.



Qrantın Məbləği
Layihənin ümumi dəyəri 21,000 AZN-dən artıq olmamalıdır.
İki və ya daha artıq təşkilatın əməkdaşlıq qrantı halında, ərizəçilər 42,000 AZN-ə qədər məbləğ üçün müraciət edə bilərlər.
İnsan Haqlarının İnkişafı, Demokratikləşmə və Yaxşı İdarəetmə Proqramı” çərçivəsində ümumilikdə 12 qrant ərizələrinin maliyyələşdirilməsi nəzərdə tutulur. AƏF qrant sayının və maliyyələşdirmə səviyyələrinin dəyişdirilməsi ilə bağlı dəyişikliklər və hər hansı və ya heç bir ərizəni maliyyələşdirməklə bağlı qərar haqda hüququ özündə saxlayır.
Ərizələrin Təqdimetmə Qaydaları və Əlaqə Məlumatı
Doldurulmuş ərizələr (Konsepsiya Sənədləri və Tam Ərizə Təkliflərinin) info@epfound.az ünvanına yalnız e-poçt vasitəsilə təqdim edilməlidir. E-məktubun mövzusunda "AƏF LTT" və ərizəçi təşkilatın adı göstərilməlidir. Hər bir ərizəçi sənədlərin qəbulunu təsdiq edən məktub alacaq.
Yüklü internet ötürüşü və internet bağlantısı ilə problemlər (elektrik təchizat problemləri daxil olmaqla) ərizələrin göndərilməsində çətinlik törədə bildiyindən, ərizəçilərə təkliflərinin təqdimatını son günə saxlamamağı tövsiyyə edilir. AƏF adıçəkilən səbəblərə görə gecikmələrə dair məsul tutula bilməz.
Digər vasitələrlə təqdim edilən ərizələr (adi poçt, kuryer xidməti, faks, fərdi ötürmə) imtina ediləcəkdir.
info@epfound.az ünvanı yalnız Konsepsiya Sənədlərinin və Tam Ərizə Təkliflərinin təqdim edilməsi üçün istifadə edilə bilər. Həmin ünvan sualları ünvanlandırmaq üçün istifadə edilməməlidir.
Ərizəçilər Konsepsiya Sənədlərini AƏF-a 18 mart, 2014-cü il saat 18:00-a qədər göndərməlidirlər. Həmin tarixdən sonra göndərilən Konsepsiya Sənədləri imtina ediləcəkdir.
Tam Ərizə Təkliflərinin təqdim edilməsi üçün son tarix ilkin seçimi keçən ərizəçilərə göndərilən məktubda göstəriləcəkdir.
Hazırkı LTT üçün əlaqəli şəxs AƏF Azərbaycan təşkilatının icraçı direktoru, Nailə Həşimovadır. Bu LTT üzrə bütün suallar epf@epfound.az ünvanına yönləndirilməlidir. Suallar AƏF tərəfindən 26 fevral, 2014-cü il tarixinədək qəbul ediləcək. Fond həmin tarixdən sonra fərdi suallara cavab verə bilməyəcək.



Yüklə 48,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin