AZƏrbaycanda multikulturaliZM



Yüklə 6,8 Mb.
Pdf görüntüsü
səhifə1/73
tarix06.09.2017
ölçüsü6,8 Mb.
#29109
  1   2   3   4   5   6   7   8   9   ...   73

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCANDA  

MULTİKULTURALİZM 

 

Biblioqrafiya 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2016 

 

A z ə r b a y c a n d a   m u l t i k u l t u r a l i z m  

 



KBT  Я19: Э38(2А)+Ч111.153.0(2А) 

UOT  016: 297(479.24)+008(479.24) 

 

 



Layihənin rəhbəri 

 

Əbülfəs Qarayev, 

Azərbaycan Respublikasının 

Mədəniyyət vəTurizm naziri,  

fəlsəfə üzrə fəlsəfə doktoru 

 

Elmi redaktor və ön sözün 

müəllifi 

Kamal Abdullayev

Azərbaycan Respublikasının Millət-

lərarası, Multikulturalizm və Dini 

məsələlər üzrə Dövlət müşaviri

akademik 

 

Ġxtisas redaktoru və                 

buraxılıĢa məsul:     

Kərim Tahirov, 

 

   

professor, Əməkdar mədəniyyət işçisi 

Rəyçilər: 

  Etibar Nəcəfov, 

 

  fəlsəfə elmləri doktoru, professor 

 

  Azad Məmmədov, 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 

direktoru, professor 

Redaktor: 

 

 

Gülbəniz Səfərəliyeva, 

 

  Əməkdar mədəniyyət işçisi  

 

 

 

Azərbaycanda multikulturalizm: biblioqrafiya /layih. rəhb. Ə.Qarayev; elmi 

red.  K.Abdullayev;  ixt.  red.  və  burax.  məsul  K.Tahirov;  rəy.:  E.Nəcəfov, 

A.Məmmədov; red. G.Səfərəliyeva.- Bakı, 2016.- 504 s.

 

 



ISBN 978 99 52 404 44 9 

 

Azərbaycan  Respublikasının  Prezidenti  Ġlham  Əliyevin  sərəncamına  müvafiq 



olaraq  Milli  Kitabxana  tərəfindən  tərtib  edilmiĢ  “Azərbaycanda  multikulturalizm” 

adlı biblioqrafik göstəriciyə il ərzində keçirilən tədbirlər haqqında dövri mətbuatda 

çap edilmiĢ materiallar və mövzuya uyğun kitablar daxil edilmiĢdir.  

Kitab tədqiqatçı-alimlər, kitabxanaçı-biblioqraflar və geniĢ oxucu kütləsi üçün 

nəzərdə tutulmuĢdur.  

 

 



 

 

 

© M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2016

 

 

 


B i b l i o q r a f i y a  

 



 

 

 

2016-cı ilin Azərbaycan Respublikasında  

“Multikulturalizm ili” elan edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

Tarixi Ġpək yolunda yerləĢən Azərbaycan müxtəlif sivilizasiyaların qovuĢ-



duğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaĢ-

dığı,  ayrı-ayrı  millətlərin  və  konfessiyaların  nümayəndələrinin  sülh,  əmin-

amanlıq, qarĢılıqlı anlaĢma və dialoq Ģəraitində yaĢadığı diyar kimi tanınmıĢdır. 

Ölkəmizdə  multikulturalizm  artıq  alternativi  olmayan  həyat  tərzinə  çevrilmiĢ-

dir.  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzinin  yaradılması  müasir  dövrdə 

respublikamızda  gerçəkləĢdirilən  siyasətin  tolerantlıq  prinsiplərinə  bu  gün  də 

sadiq qalmasının bariz nümunəsidir. 

BirləĢmiĢ  Millətlər  TəĢkilatının  Sivilizasiyalar  Alyansının  7-ci  Qlobal 

Forumunun 2016-cı ildə Bakı Ģəhərində keçirilməsi barədə qərar qəbul edilməsi 

dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real 

ifadəsidir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bən-

dini  rəhbər  tutaraq,  Azərbaycanda  multikulturalizm  ənənələrinin  qorunub  sax-

lanması, daha da inkiĢaf etdirilməsi və geniĢ təbliğ olunması məqsədi ilə qərara 

alıram: 

1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilsin. 

2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  Bakı  Beynəlxalq  Multi-

kulturalizm  Mərkəzi,  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm 

Nazirliyi,  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi,  Azərbaycan  Respubli-

kasının  Dini  Qurumlarla  ĠĢ  üzrə  Dövlət  Komitəsi  və  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının  təkliflərini  nəzərə  alaraq,  2016-cı  ilin  Azərbaycan  Respubli-

kasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müd-

dətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

 

Ġlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı Ģəhəri, 11 yanvar 2016-cı il 

 

 

 

 


A z ə r b a y c a n d a   m u l t i k u l t u r a l i z m  

 



 

 

 

Redaktordan 

 

Tarixin bütün dövrlərində ölkəmizdə bu gün multikulturalizm adlandırdığı-

mız sosial münasibətin mövcudluğu və davamlılığını Ģərtləndirən dinc birgəya-

ĢayıĢ ənənəsini, tolerantlıq, qarĢılıqlı hörmət və ehtirama söykənən köklü müna-

sibətləri  örnək  göstərə  bilərik.  Bunun  nəticəsidir  ki, 

 Prezident  Ġlham  Əliyev 

2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. 

Azərbaycan  Milli  Kitabxanasının  hazırladığı  “Azərbaycanda  multikultura-

lizm”  adlı  fundamental  biblioqrafik  göstərici  də  bu  əlamətdar  hadisəyə  həsr 

edilib.  Biblioqrafik  göstərici  5  hissədən  ibarətdir:  I  hissə  -  Azərbaycançılıq 

ideologiyası – milli birliyin əsası kimi; II hissə - Milli-mədəni müxtəliflik, etnik 

qruplar – dili, mədəniyyəti və incəsənəti; III hissə - Tolerantlıq – Azərbaycanda  

dini etiqad azadlığının təmin edilməsi; IV hissə - Multikulturalizm Azərbaycan-

da həyat tərzidir; V hissə - Köməkçi göstəricilər. 

Mövzuya uyğun olaraq ədəbiyyat bir neçə bölmə və ayrı-ayrı hissələr daxi-

lində yarımbölmə altında qruplaĢdırılmıĢdır. Bölmə və yarımbölmələrdə materi-

allar  xronoloji  prinsiplə,  daxildə  isə  əlifba  sırasına  uyğun  olaraq  toplanmıĢdır. 

Vəsaitdən istifadəni asanlaĢdırmaq məqsədi ilə sonda Azərbaycan, rus və ingilis 

dillərində müəlliflərin əlifba göstəricisi tərtib olunmuĢdur. Biblioqrafik göstəri-

ci kitabxanaçı-biblioqraflar və geniĢ oxucu kütləsi üçün nəzərdə tutulmuĢdur. 

Göstərici haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara 

əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif və rəylərini M.F.Axundov adına 

Milli Kitabxanaya göndərmələrini xahiĢ edirik.  

 

Ünvan: AZ-1000, Bakı Ģəh., Xaqani küç. 57;  



E-mail: contact@anl.az; URL: www.anl.az 

 

 



 

 

 

 

B i b l i o q r a f i y a  

 



 

 

Multikulturalizm Azərbaycanda həyat tərzi və  

dövlət siyasətidir 

 

Azərbaycan  Prezidenti  Ġlham  Əliyevin  2016-cı  ili  ölkəmizdə  “Multikul-



turalizm  ili”  elan  etdikdən  sonra  insanlarımız  nəinki  öz  daxilinə  nəzər  saldı, 

həmçinin  öz  keçmiĢinə  bir  daha  diqqət  yetirdi,  dünyada  hökm  sürən  müxtəlif 

prosesləri  dəyərləndirdi  və  bir  daha  əmin  oldu  ki,  vaxtilə  multikulturalizm 

siyasi xəttinin sistemliliyini təmin edən Ulu Öndər Heydər Əliyev uzaqgörənli-

yi  ilə  Azərbaycanın  uğurlu  gələcəyi  üçün  çox  möhtəĢəm,  iĢıqlı  bir  siyasi  plat-

forma qurub.  

Ölkə  Prezidentinin  sərəncamı  ilə  qəbul  edilən  Tədbirlər  Planına  müvafiq 

olaraq il ərzində çox böyük iĢlər görüldü. Azərbaycan multikulturalizm modeli-

nin  öyrənilməsi  və  dünyada  təbliği  amalı  ilə  hansı  ölkədə,  hansı  məkanda  ol-

duqsa,  Azərbaycan  multikulturalizmi  barədə,  Azərbaycan  həqiqətləri  haqqında 

söhbət  açarkən  o  söhbətin,  o  ünsiyyətin  əsasının  artıq  qoyulmuĢ  olduğunu 

gördük və həyata keçirmək istədiyimiz iĢlər münbit zəmində cücərməyə baĢla-

dı.  Bu  münbit  zəmini  Azərbaycan  dövləti,  xüsusən  Azərbaycan  Prezidenti 

Ġlham  Əliyev  dünya  siyasi  proseslərindəki  misilsiz  əməli  fəaliyyəti  ilə  artıq 

yaratmıĢdı. Bu zəmini Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım 

Əliyeva  xarici  ölkələrdə  həyata  keçirdiyi,  bəĢəri  dəyərlərə  verdiyi  töhfələrlə 

yaratmıĢdı. Bu münbit zəmini qəlbində öz Prezidentinə inam və sədaqət, dinin-

dən və millətindən asılı olmayan Azərbaycan insanı yaratmıĢdı. 

Bu  gün  dünyada  multikulturalizm  siyasəti  ilə  bağlı  iki  qütbün  formalaĢ-

masını görməmək mümkün deyil. 

Birinci  qütbü  bədbin  qütb  adlandıra  bilərik.  Onu  2011-ci  ildə  Böyük 

Britaniyanın sabiq BaĢ naziri Devid Kemeron formalaĢdırdı və bütün dünyaya 

bəyan etdi ki, Avropada multikulturalizm siyasəti müxtəlif mədəniyyətlərin bir-

biri ilə inteqrasiya olmaqdan imtina etməsi səbəbindən iflasa uğradı. Bu, həqi-

qətən, bədbin nəticə idi və zamanın göstərdiyi kimi, həm də qorxulu sonuclara – 

qarĢıdurmalara, kataklizmlərə, fəlakətlərə gətirib çıxardı. 

Digər qütbü  isə  nikbin qütb  adlandıra bilərik və  bunun təntənəsini bu gün 

biz  Azərbaycanda  görürük.  Əlbəttə  ki,  nikbin  qütbün  beynəlxalq  aləmdə  əsl 

siyasi memarı Azərbaycan Prezidenti Ġlham Əliyevdir – bunu təkcə biz demirik, 

bunu dünyanın qabaqcıl, insanpərvər, sülhməramlı, qaralı-ağlı, müxtəlif dinə və 

məzhəbə  qulluq  edən,  müxtəlif  millətlərə  mənsub  olan,  özünü  bəĢər  övladı 

sayan  yüz  minlərlə,  milyonlarla  daxilən  azad,  ruhən  böyük,  qəlbən  geniĢ 



A z ə r b a y c a n d a   m u l t i k u l t u r a l i z m  

 



insanlar  deyir.  Bunu  artıq  ənənəyə  dönmüĢ  Beynəlxalq  Humanitar  Forumun 

üzvləri  söyləyir.  Bunu  mədəniyyətlərarası  dialoqun  təntənəsi  sayılacaq  və 

memarı  Prezident  Ġlham  Əliyev  olan  Bakı  Prosesinin  iĢtirakçıları  deyir.  Bunu 

onlarla  xarici  ölkə  universitetlərində  “Azərbaycan  multikulturalizmi”  dərsinin 

gənc dinləyiciləri və müəllimləri bəyan edir.  

“Multikulturalizm ili” elan edilərkən ölkə Prezidenti tərəfindən dəqiq siyasi 

və  ideoloji  hədəflər  göstərilmiĢdi.  Azərbaycan  müxtəlifliklərdən  qaynaqlanmıĢ 

möhtəĢəm  eyniliyi  ilə  bu  siyasi-ideoloji-mənəvi  hədəflərə  doğru  irəlilədi. 

Cəmiyyətin,  hökumətin  bütün  zümrələri,  qurumları,  institutları  həmahəng,  bir-

birini  tamamlayan  addımlar  atdılar.  Əslində,  bütün  Azərbaycan  bir  möhtəĢəm 

addım  atdı  və  bütün  dünya  bir  daha  inandı  ki,  xalqla  Prezidenti  təkcə  siyasi 

amillər  deyil,  yüksək  mənəvi,  insani  amillər  birləĢdirir.  “Multikulturalizm  ili” 

bu birliyin yeni rakursdan daha bir təzahürünə çevrildi. 

Eyni  zamanda,  “Multikulturalizm  ili”  Azərbaycan  Prezidentinin  bəĢəri 

dəyərlərə  münasibətini  bir  daha  sərgilədi,  onun  siyasi  xadim  kimi  qəlbini  bir 

daha bütün geniĢliyi ilə dünyaya açdı, onun öz xalqının, onun tarixinin, ədəbiy-

yatının, dilinin, mədəniyyətinin vurğunu olduğunu hər kəsə  göstərdi. Azərbay-

canda yaĢayan hər bir millətin, dinin nümayəndəsinə özününkü qədər hörmət və 

ehtiramını bir daha sübut etdi. 

Prezidentin bu münasibətinin ölkə daxilindəki bütün konfessiya və millətlə-

rə  bərabər  Ģəkildə  paylanmasının  xüsusi  əhəmiyyəti  var.  Məhz  belə  bir  siyasi 

xətt ölkənin multikultural təhlükəsizliyini təmin edir və ölkədaxili əmin-amanlı-

ğın,  ölkə  xaricində  isə  özünəinamın  təməlini  möhkəmlədir.  Multikulturalizm 

siyasətinin  bariz  təzahürü  həm  də  multikultural  təhlükəsizliyin  qorunmasına 

yönəlmiĢ belə bir Prezident iradəsidir desək, heç də səhv etmərik. 

Rəqəm  və  faktların  dilinə  keçsək,  ilk  növbədə,  onu  qeyd  etmək  olar  ki, 

“Multikulturalizm  ili”  ilə  əlaqədar  2016-cı  il  martın  11-də  imzalanmıĢ  geniĢ, 

çoxĢaxəli tədbirlər planı tam olaraq həyata keçdi. Bu tədbirlər planında ölkədə 

və  xaricdə  elmi-metodoloji  konfransların,  “dəyirmi  masa”ların,  seminarların, 

festivalların,  konsertlərin,  tamaĢaların,  sərgilərin,  müsabiqələrin,  yay  və  qıĢ 

multikulturalizm  məktəblərinin  keçirilməsi,  “Azərbaycan  multikulturalizmi” 

fənninin  proqramının  yaradılması  və  dərsliyinin  hazırlanması,  müxtəlif  xarici 

və  ölkə  universitetlərində  bu  fənnin  tədrisi,  multikulturalizmin  nəzəri-praktiki 

məsələlərinə, tarixi və müasir aspektlərinə həsr olunmuĢ məqalə və monoqrafi-

yaların nəĢri, xaricdə və ölkədə Azərbaycan multikulturalizminin dayaq nöqtə-

lərinin yaranması və bir sıra baĢqa məsələlər öz əksini tapmıĢdı. 

Beləliklə,  çoxĢaxəli  multikulturalizm  hərəkatı  Azərbaycan  həqiqətlərinin 

dünya ictimaiyyətinə çatdırılmasının daha bir effektli yolunu müəyyənləĢdirdi. 

Xüsusilə,  Ġsveçdə,  Ġngiltərədə,  Almaniyada,  Ġtaliyada,  Fransada,  Rusiyada 

Qafqaz  Müsəlmanları  Ġdarəsi  sədrinin,  rus  pravoslav  kilsəsinin  rəhbərliyinin, 

katoliklərin nümayəndələrinin, udilərin dini rəhbərlərinin, dağ və Avropa yəhu-


B i b l i o q r a f i y a  

 



dilərinin rəhbərlərinin və digər dini, milli icmaların üzvlərinin  yerli konfessiya 

və dövlət xadimləri ilə faydalı görüĢlərini qeyd edə bilərik. 

Ölkə daxilində AMEA institutlarında, universitetlərdə, məktəblərdə keçiri-

lən “dəyirmi masa”lar, seminarlar cəmiyyətin ən müxtəlif təbəqələrinin ürəkdo-

lusu fikir və ideya bölüĢdüyü məkanlara çevrildi. 

Ölkə  Prezidentinin  2014-cü  ildə  yaratdığı  Bakı  Beynəlxalq  Multikultura-

lizm Mərkəzinin də fəaliyyəti məqsədyönlü oldu. Bu Mərkəz ilin əvvəlindən bu 

günə qədər 15 xarici ölkədə – Portuqaliyada, Ġtaliyada, Almaniyada, Rusiyada, 

Gürcüstanda,  Ġndoneziyada,  Litvada,  PolĢada,  Çexiyada,  Bolqarıstanda,  Ġsveç-

rədə  və  baĢqalarında,  həmçinin  36  Azərbaycan  universitetində  “Azərbaycan 

multikulturalizmi”  adlı  fənnin  tədrisini  həyata  keçirdi.  Onu  da  qeyd  etmək 

lazımdır  ki,    əgər  əvvəllər  biz  xarici  universitetləri  belə  bir  fənnin  tədrisinin 

vacibliyinə inandırmağa çalıĢırdıqsa, bu gün bizə həm artıq əlaqə qurduğumuz 

universitetlərdən,  həm  də  tamamilə  yeni  universitetlərdən  təkliflər  gəlir.  Azər-

baycanı öyrənmək, onunla əlaqə yaratmaq istəyən xarici tədris ocaqlarının sayı 

semestrdən-semestrə artır. Bu, o deməkdir ki,  həmin ölkələrin gənclərini  ölkə-

mizə  bağlayan  xətlər  möhkəmlənir.  Həmin  universitetlərin  tələbələri  Azərbay-

can multikulturalizmini öyrənirlərsə, buna xüsusi həvəsləri varsa, deməli, Azər-

baycanın  tarixini,  ədəbiyyatını,  mədəniyyətini,  etnoqrafiyasını,  müasir  siyasi-

ictimai həyatını, Azərbaycan həqiqətlərini öyrənirlər. Əsas məqsəd bu tələbələ-

rin Azərbaycana olan maraqlarını Azərbaycana olan sevgiyə çevirməkdir.  

Lakin biz bununla iĢimizi bitmiĢ hesab etmirik. Bilavasitə ölkə rəhbərliyi-

nin  tövsiyəsi  ilə  həmin  xarici  tələbələr  Azərbaycanla  bağlı  nəzəri  biliklərə 

yiyələndikdən sonra biz onları ildə iki dəfə – yayda və qıĢda Azərbaycana, yay 

və  qıĢ  multikulturalizm  məktəblərinə  dəvət  edirik.  Onlar  vətənimizin  müxtəlif 

bölgələrində olub Azərbaycan həqiqətlərini öz gözləri ilə yerindəcə görürlər. Bu 

multikulturalizm məktəblərini maraqlı edən həm də odur ki, bir sıra Azərbaycan 

universitetlərinin  tələbələri  də  bu  tədbirdə  iĢtirak  edir.  Eyni  zamanda,  onların 

qonaq olduqları Ġsmayıllı, Qusar, Qəbələ, Xaçmaz, Zaqatala, Oğuz, ġəki, Bakı 

gəncləri  də  prosesdən  kənarda  qalmırlar.  Onlar  üçün  xüsusi  proqramlar 

hazırlanır, dərslərə həm ölkəmizdən, həm də xaricdən müəllimlər, mədəniyyət, 

elm, siyasət xadimləri dəvət edilir. Belə Ģəraitdə yaranmıĢ dostluqlar bu gün də 

davam edir.  

Gənclər görür və inanırlar ki, Ulu Öndərin dediyi kimi, Azərbaycanın  güc 

qaynağı onda yaĢayan xalqların gücündən yaranır. Onlar əsrlər boyu zülmə baĢ 

əyməyən,  nəhayət,  məhrumiyyətlər  hesabına  öz  əbədi  azadlığına  qovuĢan, 

müstəqilliyini əldə edən qürurlu bir xalqın müxtəlif adət-ənənələri ilə yaxından 

tanıĢ  olurlar  və  həqiqətən  də  onların  əvvəlki,  hətta  bəzi  halda  soyuq  marağı 

coĢqun sevgi ilə əvəz olunur. Elə bunun üçün də bizim onlarla əlaqəmiz sistem-

li bir fəaliyyət perspektivini nəzərdə tutur.  



A z ə r b a y c a n d a   m u l t i k u l t u r a l i z m  

 



Gələcəkdə  universitet  fəaliyyətindən  sonra  da  bu  gənclər  Azərbaycanın 

dostları kimi bizim yanımızda olacaqlar, bunun üçün konkret proqram-layihələr 

hazırlanır.  Bircə  onu  demək  yetərli  sayıla  bilər  ki,  son  yay  məktəbində  xarici 

universitet  gəncləri  Azərbaycanın  Gənc  Dostları  Klubunu  yaratdılar  –  onun 

həmsədrləri  litvalı  tələbə  ilə  yunanıstanlı  tələbə  oldu.  Bu  rəsmi  klubun  artıq 

saytı  fəaliyyət  göstərir.  Klubun  200-ə  yaxın  üzvü  var.  Ən  vacibi  odur  ki, 

Azərbaycana  qarĢı  hər  hansı  ədalətsiz  hücum  olursa,  Azərbaycanı  ürəkdən 

sevən bu gənclər hamıdan əvvəl haqsızlığa cavab verirlər. Bu gün Azərbaycanın 

qədirbilən gənc dostları Azərbaycanı bizdən əvvəl qorumağa hazırdırlar. Azər-

baycan  Prezidentinin  göstərdiyi  konkret  siyasi-ideoloji  hədəfin  çox  vacib  bir 

nəticəsi də budur. 

Ötən il BBMM-in xaricdə filiallarının yaranmasının və artıq ilk addımlarını 

atmasının Ģahidi olduq. Bu gün Mərkəzin Drezden, Lissabon, Roma, Yekaterin-

burq, Moskva, Ġsrail, Moldova, Sofiya filialları öz ətrafına ölkələrinin tanınmıĢ 

mütəxəssislərini  toplamaqda  və  Azərbaycanla  əlaqələrini  bu  perspektiv  xətt 

üzrə möhkəmlətməkdədirlər. 

“Multikulturalizm ili” ərzində Azərbaycanın bir sıra Ģəhər və bölgələrində-

ki qurumlarında yaddaqalan proqram xarakterli tədbirlər keçirildi. Təhsil Nazir-

liyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla ĠĢ üzrə Dövlət Komitəsi, 

Gənclər  və  Ġdman  Nazirliyi,  Xarici  ĠĢlər  Nazirliyi,  Heydər  Əliyev  Fondu, 

AMEA,  Qafqaz  Müsəlmanları  Ġdarəsi,  Azərbaycan  Respublikasının  Prezidenti 

yanında Bilik  Fondu, ictimai və dövlət təĢkilatları, televiziya komitələri, yara-

dıcı təĢkilatlar, qəzetlər, saytlar – hər biri “Multikulturalizm ili”nə öz töhfəsini 

verdi. Cəsarətlə demək olar ki, Azərbaycan Prezidentinin “Multikulturalizm ili” 

ilə bağlı həm ölkəyə, həm də dünyaya ötürdüyü siyasi, mənəvi çağırıĢ ünvanına 

çatdı. Ən ucqar Azərbaycan kəndində də, məscid, kilsə, sinaqoqlarda da xalqı-

mızın bu möhtəĢəm dəyəri müzakirə obyektinə çevrildi. Ən müxtəlif bölgələrdə 

insanlarımız  bu  istiqamətdəki  siyasi  dəstəyi  yüksək  qiymətləndirdilər.  Ən 

müxtəlif ölkələrdən – Amerikadan, Ġngiltərədən, Fransadan, Almaniyadan, Ġspa-

niyadan,  Ġtaliyadan,  Portuqaliyadan,  Rusiyadan,  Türkiyədən,  Ġsraildən,  Misir-

dən,  Gürcüstandan,  Ġndoneziyadan,  Çexiyadan,  PolĢadan  və  baĢqa  ölkələrdən 

multikulturalizm  xətti  ilə  ölkəmizə  gələn  qonaqlar  Azərbaycan  multikultural 

siyasətindən  ağızdolusu  heyranlıqla  bəhs  etdilər,  öz  ölkələrində  də  belə  siyasi 

kursun  vacibliyini  önə  çəkdilər,  multikulturalizmin  Azərbaycan  modelinin  öz 

ölkələrində coĢqun təbliğatçılarına çevrildilər. 

2016-cı ildə nəĢr sahəsində də xeyli iĢ görülmüĢdür. Qəzet və sayt səhifələ-

rində,  ayrı-ayrı  kitablarda,  jurnal  və  toplularda  multikulturalizm  həm  elmi-

nəzəri,  həm  tarixi,  həm  mədəni,  həm  bölgələr  üzrə,  həm  də  müasir  siyasi-icti-

mai baxımdan sərf-nəzər edildi.  BBMM  tərəfindən “Azərbaycan multikultura-

lizminin ədəbi-bədii qaynaqları” adlı son dərəcə əhəmiyyətli kitab çap olundu. 

On əsrlik Azərbaycan ədəbiyyatı tarixində ən müxtəlif klassik Ģair və yazıçıları-


B i b l i o q r a f i y a  

 



mızın müxtəlif əsərlərində, dastan və nağıllarımızda baĢqa dinin, baĢqa millətin 

nümayəndə və rəhbərlərinə hörmət dolu münasibət, sevgi və ehtiram sərgiləndi-

yi bu kitab artıq rus və ingilis dillərində də nəĢr edilib. 

2016-cı  ildə  “Multikulturalizm”  adlı  rüblük  jurnalın  nəĢrinə  də  baĢlanıldı. 

Jurnal  Azərbaycan  multikultural  dəyərlərinin  dünyada,  dünya  təcrübəsinin  isə 

Azərbaycanda yayılmasını nəzərdə tutur. Bu jurnal vasitəsilə Azərbaycan multi-

kultural  əhvalının  energiyasının  dünyaya  yayılması  prosesi  gələn  illərdə  də 

davam edəcək. 

“Multikulturalizm ili”ndə Azərbaycan Milli Kitabxanasının həyata keçirdi-

yi  layihələr  də  çoxĢaxəli  və  Azərbaycan  multikulturalizm  modelinin  sistemli 

öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olmuĢdur. Milli Kitabxana ölkə-

mizin müxtəlif regionlarında fəaliyyət  göstərən mədəniyyət ocaqlarında, kitab-

xanalarda  “Multikulturalizm  ili”nə  həsr  olunmuĢ  tədbirlər  keçirmiĢdir.  Multi-

kulturalizmə dair ədəbiyyatın toplandığı geniĢ kitab sərgisinin və “Multikultura-

lizm  Azərbaycanın  həyat  tərzidir”  mövzusunda  daimi  fəaliyyət  göstərən  guĢə-

nin yaradılması bu baxımdan təqdirəlayiqdir.  

Tədbirlər  Planının  icrası  ilə  əlaqədar  Milli  Kitabxana  Mədəniyyət  və 

Turizm  Nazirliyi,  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzi  ilə  birgə  “Azər-

baycan  multikulturalizminin  ədəbi-bədii qaynaqları” kitabının və “Multikultu-

ralizm”  jurnalının  Bakıda,  Ağcabədidə,  Lənkəranda,  Qubada,  Gəncədə  və  res-

publikamızın  digər  regionlarında  ictimaiyyət  nümayəndələrinin  iĢtirakı  ilə 

təqdimat mərasimlərini keçirmiĢdir. 

“Multikulturalizm ili” ilə əlaqədar Milli Kitabxananın həyata keçirdiyi layi-

hənin  son  mərhələsində  Azərbaycan  Milli  Kitabxanasının  tərtib  etdiyi  “Azər-

baycanda  multikulturalizm”  adlı  oxucuya  təqdim  edilən  bu  biblioqrafiyanı  xü-

susi qeyd etmək lazımdır. Ġl ərzində ölkə ərazisində müvafiq mövzuya dair çap 

olunan bütün  ədəbiyyatı və il boyu keçirilən tədbirlər haqqında dövri  mətbuat 

səhifələrində  və  məcmuələrdə  dərc  olunan  bütün  materialları  əhatə  etməklə 

mövzuya  dair  6  minə  yaxın  mənbəni  özündə  ehtiva  edən  bu  fundamental 

biblioqrafiya  kitabxana  əməkdaĢlarının  gərgin  əməyinin  nəticəsidir.  Vəsaitdə 

milli birliyimizin əsasını təĢkil edən, Ulu Öndər Heydər Əliyevin banisi olduğu 

azərbaycançılıq  ideologiyasından  baĢlayaraq,  ölkəmizdəki  etnik  qrupların 

tarixinə,  mədəniyyətinə,  incəsənətinə,  həmçinin  nəzəri  və  praktik  baxımdan 

tolerantlığa və multikulturalizmə aid külli miqdarda ədəbiyyat öz əksini tapmıĢ-

dır. Əslində bu böyük bir mənəvi dövrün salnaməsidir desək, səhv etmərik. 

Əminəm  ki,  bütün  bunlar hələ son deyil, multikulturalizm  mövzusu təkcə 

təqvim  ili  ilə  bitmir,  bu  kampaniya  xarakteri  daĢıyan  mövzu  deyildir  və  mən 

inanıram  ki,  illər  keçəcək,  cəmiyyətimiz  zaman-zaman  multikulturalizm 

mövzusuna  qayıdılacaqdır  və  bu  zaman  Milli  Kitabxananın  hazırladığı  bu 

fundamental  biblioqrafiya  elmi  iĢçilərə,  mütəxəssislərə,  istənilən  oxucuya  bu 

mövzuları öyrənməkdə yaxından kömək edəcəkdir.  


Yüklə 6,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin