1
AZƏRBAYCANDA
MULTİKULTURALİZM
Biblioqrafiya
BAKI – 2016
A z ə r b a y c a n d a m u l t i k u l t u r a l i z m
2
KBT Я19: Э38(2А)+Ч111.153.0(2А)
UOT 016: 297(479.24)+008(479.24)
Layihənin rəhbəri
Əbülfəs Qarayev,
Azərbaycan Respublikasının
Mədəniyyət vəTurizm naziri,
fəlsəfə üzrə fəlsəfə doktoru
Elmi redaktor və ön sözün
müəllifi
Kamal Abdullayev,
Azərbaycan Respublikasının Millət-
lərarası, Multikulturalizm və Dini
məsələlər üzrə Dövlət müşaviri,
akademik
Ġxtisas redaktoru və
buraxılıĢa məsul:
Kərim Tahirov,
professor, Əməkdar mədəniyyət işçisi
Rəyçilər:
Etibar Nəcəfov,
fəlsəfə elmləri doktoru, professor
Azad Məmmədov,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
direktoru, professor
Redaktor:
Gülbəniz Səfərəliyeva,
Əməkdar mədəniyyət işçisi
Azərbaycanda multikulturalizm: biblioqrafiya /layih. rəhb. Ə.Qarayev; elmi
red. K.Abdullayev; ixt. red. və burax. məsul K.Tahirov; rəy.: E.Nəcəfov,
A.Məmmədov; red. G.Səfərəliyeva.- Bakı, 2016.- 504 s.
ISBN 978 99 52 404 44 9
Azərbaycan Respublikasının Prezidenti Ġlham Əliyevin sərəncamına müvafiq
olaraq Milli Kitabxana tərəfindən tərtib edilmiĢ “Azərbaycanda multikulturalizm”
adlı biblioqrafik göstəriciyə il ərzində keçirilən tədbirlər haqqında dövri mətbuatda
çap edilmiĢ materiallar və mövzuya uyğun kitablar daxil edilmiĢdir.
Kitab tədqiqatçı-alimlər, kitabxanaçı-biblioqraflar və geniĢ oxucu kütləsi üçün
nəzərdə tutulmuĢdur.
© M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2016
B i b l i o q r a f i y a
3
2016-cı ilin Azərbaycan Respublikasında
“Multikulturalizm ili” elan edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tarixi Ġpək yolunda yerləĢən Azərbaycan müxtəlif sivilizasiyaların qovuĢ-
duğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaĢ-
dığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-
amanlıq, qarĢılıqlı anlaĢma və dialoq Ģəraitində yaĢadığı diyar kimi tanınmıĢdır.
Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmiĢ-
dir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə
respublikamızda gerçəkləĢdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də
sadiq qalmasının bariz nümunəsidir.
BirləĢmiĢ Millətlər TəĢkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal
Forumunun 2016-cı ildə Bakı Ģəhərində keçirilməsi barədə qərar qəbul edilməsi
dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real
ifadəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bən-
dini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub sax-
lanması, daha da inkiĢaf etdirilməsi və geniĢ təbliğ olunması məqsədi ilə qərara
alıram:
1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq Multi-
kulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respubli-
kasının Dini Qurumlarla ĠĢ üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər
Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respubli-
kasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müd-
dətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Ġlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı Ģəhəri, 11 yanvar 2016-cı il
A z ə r b a y c a n d a m u l t i k u l t u r a l i z m
4
Redaktordan
Tarixin bütün dövrlərində ölkəmizdə bu gün multikulturalizm adlandırdığı-
mız sosial münasibətin mövcudluğu və davamlılığını Ģərtləndirən dinc birgəya-
ĢayıĢ ənənəsini, tolerantlıq, qarĢılıqlı hörmət və ehtirama söykənən köklü müna-
sibətləri örnək göstərə bilərik. Bunun nəticəsidir ki,
Prezident Ġlham Əliyev
2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib.
Azərbaycan Milli Kitabxanasının hazırladığı “Azərbaycanda multikultura-
lizm” adlı fundamental biblioqrafik göstərici də bu əlamətdar hadisəyə həsr
edilib. Biblioqrafik göstərici 5 hissədən ibarətdir: I hissə - Azərbaycançılıq
ideologiyası – milli birliyin əsası kimi; II hissə - Milli-mədəni müxtəliflik, etnik
qruplar – dili, mədəniyyəti və incəsənəti; III hissə - Tolerantlıq – Azərbaycanda
dini etiqad azadlığının təmin edilməsi; IV hissə - Multikulturalizm Azərbaycan-
da həyat tərzidir; V hissə - Köməkçi göstəricilər.
Mövzuya uyğun olaraq ədəbiyyat bir neçə bölmə və ayrı-ayrı hissələr daxi-
lində yarımbölmə altında qruplaĢdırılmıĢdır. Bölmə və yarımbölmələrdə materi-
allar xronoloji prinsiplə, daxildə isə əlifba sırasına uyğun olaraq toplanmıĢdır.
Vəsaitdən istifadəni asanlaĢdırmaq məqsədi ilə sonda Azərbaycan, rus və ingilis
dillərində müəlliflərin əlifba göstəricisi tərtib olunmuĢdur. Biblioqrafik göstəri-
ci kitabxanaçı-biblioqraflar və geniĢ oxucu kütləsi üçün nəzərdə tutulmuĢdur.
Göstərici haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara
əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif və rəylərini M.F.Axundov adına
Milli Kitabxanaya göndərmələrini xahiĢ edirik.
Ünvan: AZ-1000, Bakı Ģəh., Xaqani küç. 57;
E-mail: contact@anl.az; URL: www.anl.az
B i b l i o q r a f i y a
5
Multikulturalizm Azərbaycanda həyat tərzi və
dövlət siyasətidir
Azərbaycan Prezidenti Ġlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikul-
turalizm ili” elan etdikdən sonra insanlarımız nəinki öz daxilinə nəzər saldı,
həmçinin öz keçmiĢinə bir daha diqqət yetirdi, dünyada hökm sürən müxtəlif
prosesləri dəyərləndirdi və bir daha əmin oldu ki, vaxtilə multikulturalizm
siyasi xəttinin sistemliliyini təmin edən Ulu Öndər Heydər Əliyev uzaqgörənli-
yi ilə Azərbaycanın uğurlu gələcəyi üçün çox möhtəĢəm, iĢıqlı bir siyasi plat-
forma qurub.
Ölkə Prezidentinin sərəncamı ilə qəbul edilən Tədbirlər Planına müvafiq
olaraq il ərzində çox böyük iĢlər görüldü. Azərbaycan multikulturalizm modeli-
nin öyrənilməsi və dünyada təbliği amalı ilə hansı ölkədə, hansı məkanda ol-
duqsa, Azərbaycan multikulturalizmi barədə, Azərbaycan həqiqətləri haqqında
söhbət açarkən o söhbətin, o ünsiyyətin əsasının artıq qoyulmuĢ olduğunu
gördük və həyata keçirmək istədiyimiz iĢlər münbit zəmində cücərməyə baĢla-
dı. Bu münbit zəmini Azərbaycan dövləti, xüsusən Azərbaycan Prezidenti
Ġlham Əliyev dünya siyasi proseslərindəki misilsiz əməli fəaliyyəti ilə artıq
yaratmıĢdı. Bu zəmini Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım
Əliyeva xarici ölkələrdə həyata keçirdiyi, bəĢəri dəyərlərə verdiyi töhfələrlə
yaratmıĢdı. Bu münbit zəmini qəlbində öz Prezidentinə inam və sədaqət, dinin-
dən və millətindən asılı olmayan Azərbaycan insanı yaratmıĢdı.
Bu gün dünyada multikulturalizm siyasəti ilə bağlı iki qütbün formalaĢ-
masını görməmək mümkün deyil.
Birinci qütbü bədbin qütb adlandıra bilərik. Onu 2011-ci ildə Böyük
Britaniyanın sabiq BaĢ naziri Devid Kemeron formalaĢdırdı və bütün dünyaya
bəyan etdi ki, Avropada multikulturalizm siyasəti müxtəlif mədəniyyətlərin bir-
biri ilə inteqrasiya olmaqdan imtina etməsi səbəbindən iflasa uğradı. Bu, həqi-
qətən, bədbin nəticə idi və zamanın göstərdiyi kimi, həm də qorxulu sonuclara –
qarĢıdurmalara, kataklizmlərə, fəlakətlərə gətirib çıxardı.
Digər qütbü isə nikbin qütb adlandıra bilərik və bunun təntənəsini bu gün
biz Azərbaycanda görürük. Əlbəttə ki, nikbin qütbün beynəlxalq aləmdə əsl
siyasi memarı Azərbaycan Prezidenti Ġlham Əliyevdir – bunu təkcə biz demirik,
bunu dünyanın qabaqcıl, insanpərvər, sülhməramlı, qaralı-ağlı, müxtəlif dinə və
məzhəbə qulluq edən, müxtəlif millətlərə mənsub olan, özünü bəĢər övladı
sayan yüz minlərlə, milyonlarla daxilən azad, ruhən böyük, qəlbən geniĢ
A z ə r b a y c a n d a m u l t i k u l t u r a l i z m
6
insanlar deyir. Bunu artıq ənənəyə dönmüĢ Beynəlxalq Humanitar Forumun
üzvləri söyləyir. Bunu mədəniyyətlərarası dialoqun təntənəsi sayılacaq və
memarı Prezident Ġlham Əliyev olan Bakı Prosesinin iĢtirakçıları deyir. Bunu
onlarla xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” dərsinin
gənc dinləyiciləri və müəllimləri bəyan edir.
“Multikulturalizm ili” elan edilərkən ölkə Prezidenti tərəfindən dəqiq siyasi
və ideoloji hədəflər göstərilmiĢdi. Azərbaycan müxtəlifliklərdən qaynaqlanmıĢ
möhtəĢəm eyniliyi ilə bu siyasi-ideoloji-mənəvi hədəflərə doğru irəlilədi.
Cəmiyyətin, hökumətin bütün zümrələri, qurumları, institutları həmahəng, bir-
birini tamamlayan addımlar atdılar. Əslində, bütün Azərbaycan bir möhtəĢəm
addım atdı və bütün dünya bir daha inandı ki, xalqla Prezidenti təkcə siyasi
amillər deyil, yüksək mənəvi, insani amillər birləĢdirir. “Multikulturalizm ili”
bu birliyin yeni rakursdan daha bir təzahürünə çevrildi.
Eyni zamanda, “Multikulturalizm ili” Azərbaycan Prezidentinin bəĢəri
dəyərlərə münasibətini bir daha sərgilədi, onun siyasi xadim kimi qəlbini bir
daha bütün geniĢliyi ilə dünyaya açdı, onun öz xalqının, onun tarixinin, ədəbiy-
yatının, dilinin, mədəniyyətinin vurğunu olduğunu hər kəsə göstərdi. Azərbay-
canda yaĢayan hər bir millətin, dinin nümayəndəsinə özününkü qədər hörmət və
ehtiramını bir daha sübut etdi.
Prezidentin bu münasibətinin ölkə daxilindəki bütün konfessiya və millətlə-
rə bərabər Ģəkildə paylanmasının xüsusi əhəmiyyəti var. Məhz belə bir siyasi
xətt ölkənin multikultural təhlükəsizliyini təmin edir və ölkədaxili əmin-amanlı-
ğın, ölkə xaricində isə özünəinamın təməlini möhkəmlədir. Multikulturalizm
siyasətinin bariz təzahürü həm də multikultural təhlükəsizliyin qorunmasına
yönəlmiĢ belə bir Prezident iradəsidir desək, heç də səhv etmərik.
Rəqəm və faktların dilinə keçsək, ilk növbədə, onu qeyd etmək olar ki,
“Multikulturalizm ili” ilə əlaqədar 2016-cı il martın 11-də imzalanmıĢ geniĢ,
çoxĢaxəli tədbirlər planı tam olaraq həyata keçdi. Bu tədbirlər planında ölkədə
və xaricdə elmi-metodoloji konfransların, “dəyirmi masa”ların, seminarların,
festivalların, konsertlərin, tamaĢaların, sərgilərin, müsabiqələrin, yay və qıĢ
multikulturalizm məktəblərinin keçirilməsi, “Azərbaycan multikulturalizmi”
fənninin proqramının yaradılması və dərsliyinin hazırlanması, müxtəlif xarici
və ölkə universitetlərində bu fənnin tədrisi, multikulturalizmin nəzəri-praktiki
məsələlərinə, tarixi və müasir aspektlərinə həsr olunmuĢ məqalə və monoqrafi-
yaların nəĢri, xaricdə və ölkədə Azərbaycan multikulturalizminin dayaq nöqtə-
lərinin yaranması və bir sıra baĢqa məsələlər öz əksini tapmıĢdı.
Beləliklə, çoxĢaxəli multikulturalizm hərəkatı Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasının daha bir effektli yolunu müəyyənləĢdirdi.
Xüsusilə, Ġsveçdə, Ġngiltərədə, Almaniyada, Ġtaliyada, Fransada, Rusiyada
Qafqaz Müsəlmanları Ġdarəsi sədrinin, rus pravoslav kilsəsinin rəhbərliyinin,
katoliklərin nümayəndələrinin, udilərin dini rəhbərlərinin, dağ və Avropa yəhu-
B i b l i o q r a f i y a
7
dilərinin rəhbərlərinin və digər dini, milli icmaların üzvlərinin yerli konfessiya
və dövlət xadimləri ilə faydalı görüĢlərini qeyd edə bilərik.
Ölkə daxilində AMEA institutlarında, universitetlərdə, məktəblərdə keçiri-
lən “dəyirmi masa”lar, seminarlar cəmiyyətin ən müxtəlif təbəqələrinin ürəkdo-
lusu fikir və ideya bölüĢdüyü məkanlara çevrildi.
Ölkə Prezidentinin 2014-cü ildə yaratdığı Bakı Beynəlxalq Multikultura-
lizm Mərkəzinin də fəaliyyəti məqsədyönlü oldu. Bu Mərkəz ilin əvvəlindən bu
günə qədər 15 xarici ölkədə – Portuqaliyada, Ġtaliyada, Almaniyada, Rusiyada,
Gürcüstanda, Ġndoneziyada, Litvada, PolĢada, Çexiyada, Bolqarıstanda, Ġsveç-
rədə və baĢqalarında, həmçinin 36 Azərbaycan universitetində “Azərbaycan
multikulturalizmi” adlı fənnin tədrisini həyata keçirdi. Onu da qeyd etmək
lazımdır ki, əgər əvvəllər biz xarici universitetləri belə bir fənnin tədrisinin
vacibliyinə inandırmağa çalıĢırdıqsa, bu gün bizə həm artıq əlaqə qurduğumuz
universitetlərdən, həm də tamamilə yeni universitetlərdən təkliflər gəlir. Azər-
baycanı öyrənmək, onunla əlaqə yaratmaq istəyən xarici tədris ocaqlarının sayı
semestrdən-semestrə artır. Bu, o deməkdir ki, həmin ölkələrin gənclərini ölkə-
mizə bağlayan xətlər möhkəmlənir. Həmin universitetlərin tələbələri Azərbay-
can multikulturalizmini öyrənirlərsə, buna xüsusi həvəsləri varsa, deməli, Azər-
baycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, etnoqrafiyasını, müasir siyasi-
ictimai həyatını, Azərbaycan həqiqətlərini öyrənirlər. Əsas məqsəd bu tələbələ-
rin Azərbaycana olan maraqlarını Azərbaycana olan sevgiyə çevirməkdir.
Lakin biz bununla iĢimizi bitmiĢ hesab etmirik. Bilavasitə ölkə rəhbərliyi-
nin tövsiyəsi ilə həmin xarici tələbələr Azərbaycanla bağlı nəzəri biliklərə
yiyələndikdən sonra biz onları ildə iki dəfə – yayda və qıĢda Azərbaycana, yay
və qıĢ multikulturalizm məktəblərinə dəvət edirik. Onlar vətənimizin müxtəlif
bölgələrində olub Azərbaycan həqiqətlərini öz gözləri ilə yerindəcə görürlər. Bu
multikulturalizm məktəblərini maraqlı edən həm də odur ki, bir sıra Azərbaycan
universitetlərinin tələbələri də bu tədbirdə iĢtirak edir. Eyni zamanda, onların
qonaq olduqları Ġsmayıllı, Qusar, Qəbələ, Xaçmaz, Zaqatala, Oğuz, ġəki, Bakı
gəncləri də prosesdən kənarda qalmırlar. Onlar üçün xüsusi proqramlar
hazırlanır, dərslərə həm ölkəmizdən, həm də xaricdən müəllimlər, mədəniyyət,
elm, siyasət xadimləri dəvət edilir. Belə Ģəraitdə yaranmıĢ dostluqlar bu gün də
davam edir.
Gənclər görür və inanırlar ki, Ulu Öndərin dediyi kimi, Azərbaycanın güc
qaynağı onda yaĢayan xalqların gücündən yaranır. Onlar əsrlər boyu zülmə baĢ
əyməyən, nəhayət, məhrumiyyətlər hesabına öz əbədi azadlığına qovuĢan,
müstəqilliyini əldə edən qürurlu bir xalqın müxtəlif adət-ənənələri ilə yaxından
tanıĢ olurlar və həqiqətən də onların əvvəlki, hətta bəzi halda soyuq marağı
coĢqun sevgi ilə əvəz olunur. Elə bunun üçün də bizim onlarla əlaqəmiz sistem-
li bir fəaliyyət perspektivini nəzərdə tutur.
A z ə r b a y c a n d a m u l t i k u l t u r a l i z m
8
Gələcəkdə universitet fəaliyyətindən sonra da bu gənclər Azərbaycanın
dostları kimi bizim yanımızda olacaqlar, bunun üçün konkret proqram-layihələr
hazırlanır. Bircə onu demək yetərli sayıla bilər ki, son yay məktəbində xarici
universitet gəncləri Azərbaycanın Gənc Dostları Klubunu yaratdılar – onun
həmsədrləri litvalı tələbə ilə yunanıstanlı tələbə oldu. Bu rəsmi klubun artıq
saytı fəaliyyət göstərir. Klubun 200-ə yaxın üzvü var. Ən vacibi odur ki,
Azərbaycana qarĢı hər hansı ədalətsiz hücum olursa, Azərbaycanı ürəkdən
sevən bu gənclər hamıdan əvvəl haqsızlığa cavab verirlər. Bu gün Azərbaycanın
qədirbilən gənc dostları Azərbaycanı bizdən əvvəl qorumağa hazırdırlar. Azər-
baycan Prezidentinin göstərdiyi konkret siyasi-ideoloji hədəfin çox vacib bir
nəticəsi də budur.
Ötən il BBMM-in xaricdə filiallarının yaranmasının və artıq ilk addımlarını
atmasının Ģahidi olduq. Bu gün Mərkəzin Drezden, Lissabon, Roma, Yekaterin-
burq, Moskva, Ġsrail, Moldova, Sofiya filialları öz ətrafına ölkələrinin tanınmıĢ
mütəxəssislərini toplamaqda və Azərbaycanla əlaqələrini bu perspektiv xətt
üzrə möhkəmlətməkdədirlər.
“Multikulturalizm ili” ərzində Azərbaycanın bir sıra Ģəhər və bölgələrində-
ki qurumlarında yaddaqalan proqram xarakterli tədbirlər keçirildi. Təhsil Nazir-
liyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla ĠĢ üzrə Dövlət Komitəsi,
Gənclər və Ġdman Nazirliyi, Xarici ĠĢlər Nazirliyi, Heydər Əliyev Fondu,
AMEA, Qafqaz Müsəlmanları Ġdarəsi, Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu, ictimai və dövlət təĢkilatları, televiziya komitələri, yara-
dıcı təĢkilatlar, qəzetlər, saytlar – hər biri “Multikulturalizm ili”nə öz töhfəsini
verdi. Cəsarətlə demək olar ki, Azərbaycan Prezidentinin “Multikulturalizm ili”
ilə bağlı həm ölkəyə, həm də dünyaya ötürdüyü siyasi, mənəvi çağırıĢ ünvanına
çatdı. Ən ucqar Azərbaycan kəndində də, məscid, kilsə, sinaqoqlarda da xalqı-
mızın bu möhtəĢəm dəyəri müzakirə obyektinə çevrildi. Ən müxtəlif bölgələrdə
insanlarımız bu istiqamətdəki siyasi dəstəyi yüksək qiymətləndirdilər. Ən
müxtəlif ölkələrdən – Amerikadan, Ġngiltərədən, Fransadan, Almaniyadan, Ġspa-
niyadan, Ġtaliyadan, Portuqaliyadan, Rusiyadan, Türkiyədən, Ġsraildən, Misir-
dən, Gürcüstandan, Ġndoneziyadan, Çexiyadan, PolĢadan və baĢqa ölkələrdən
multikulturalizm xətti ilə ölkəmizə gələn qonaqlar Azərbaycan multikultural
siyasətindən ağızdolusu heyranlıqla bəhs etdilər, öz ölkələrində də belə siyasi
kursun vacibliyini önə çəkdilər, multikulturalizmin Azərbaycan modelinin öz
ölkələrində coĢqun təbliğatçılarına çevrildilər.
2016-cı ildə nəĢr sahəsində də xeyli iĢ görülmüĢdür. Qəzet və sayt səhifələ-
rində, ayrı-ayrı kitablarda, jurnal və toplularda multikulturalizm həm elmi-
nəzəri, həm tarixi, həm mədəni, həm bölgələr üzrə, həm də müasir siyasi-icti-
mai baxımdan sərf-nəzər edildi. BBMM tərəfindən “Azərbaycan multikultura-
lizminin ədəbi-bədii qaynaqları” adlı son dərəcə əhəmiyyətli kitab çap olundu.
On əsrlik Azərbaycan ədəbiyyatı tarixində ən müxtəlif klassik Ģair və yazıçıları-
B i b l i o q r a f i y a
9
mızın müxtəlif əsərlərində, dastan və nağıllarımızda baĢqa dinin, baĢqa millətin
nümayəndə və rəhbərlərinə hörmət dolu münasibət, sevgi və ehtiram sərgiləndi-
yi bu kitab artıq rus və ingilis dillərində də nəĢr edilib.
2016-cı ildə “Multikulturalizm” adlı rüblük jurnalın nəĢrinə də baĢlanıldı.
Jurnal Azərbaycan multikultural dəyərlərinin dünyada, dünya təcrübəsinin isə
Azərbaycanda yayılmasını nəzərdə tutur. Bu jurnal vasitəsilə Azərbaycan multi-
kultural əhvalının energiyasının dünyaya yayılması prosesi gələn illərdə də
davam edəcək.
“Multikulturalizm ili”ndə Azərbaycan Milli Kitabxanasının həyata keçirdi-
yi layihələr də çoxĢaxəli və Azərbaycan multikulturalizm modelinin sistemli
öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olmuĢdur. Milli Kitabxana ölkə-
mizin müxtəlif regionlarında fəaliyyət göstərən mədəniyyət ocaqlarında, kitab-
xanalarda “Multikulturalizm ili”nə həsr olunmuĢ tədbirlər keçirmiĢdir. Multi-
kulturalizmə dair ədəbiyyatın toplandığı geniĢ kitab sərgisinin və “Multikultura-
lizm Azərbaycanın həyat tərzidir” mövzusunda daimi fəaliyyət göstərən guĢə-
nin yaradılması bu baxımdan təqdirəlayiqdir.
Tədbirlər Planının icrası ilə əlaqədar Milli Kitabxana Mədəniyyət və
Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə “Azər-
baycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının və “Multikultu-
ralizm” jurnalının Bakıda, Ağcabədidə, Lənkəranda, Qubada, Gəncədə və res-
publikamızın digər regionlarında ictimaiyyət nümayəndələrinin iĢtirakı ilə
təqdimat mərasimlərini keçirmiĢdir.
“Multikulturalizm ili” ilə əlaqədar Milli Kitabxananın həyata keçirdiyi layi-
hənin son mərhələsində Azərbaycan Milli Kitabxanasının tərtib etdiyi “Azər-
baycanda multikulturalizm” adlı oxucuya təqdim edilən bu biblioqrafiyanı xü-
susi qeyd etmək lazımdır. Ġl ərzində ölkə ərazisində müvafiq mövzuya dair çap
olunan bütün ədəbiyyatı və il boyu keçirilən tədbirlər haqqında dövri mətbuat
səhifələrində və məcmuələrdə dərc olunan bütün materialları əhatə etməklə
mövzuya dair 6 minə yaxın mənbəni özündə ehtiva edən bu fundamental
biblioqrafiya kitabxana əməkdaĢlarının gərgin əməyinin nəticəsidir. Vəsaitdə
milli birliyimizin əsasını təĢkil edən, Ulu Öndər Heydər Əliyevin banisi olduğu
azərbaycançılıq ideologiyasından baĢlayaraq, ölkəmizdəki etnik qrupların
tarixinə, mədəniyyətinə, incəsənətinə, həmçinin nəzəri və praktik baxımdan
tolerantlığa və multikulturalizmə aid külli miqdarda ədəbiyyat öz əksini tapmıĢ-
dır. Əslində bu böyük bir mənəvi dövrün salnaməsidir desək, səhv etmərik.
Əminəm ki, bütün bunlar hələ son deyil, multikulturalizm mövzusu təkcə
təqvim ili ilə bitmir, bu kampaniya xarakteri daĢıyan mövzu deyildir və mən
inanıram ki, illər keçəcək, cəmiyyətimiz zaman-zaman multikulturalizm
mövzusuna qayıdılacaqdır və bu zaman Milli Kitabxananın hazırladığı bu
fundamental biblioqrafiya elmi iĢçilərə, mütəxəssislərə, istənilən oxucuya bu
mövzuları öyrənməkdə yaxından kömək edəcəkdir.
Dostları ilə paylaş: |