Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli



Yüklə 21,5 Kb.
səhifə1/2
tarix19.05.2022
ölçüsü21,5 Kb.
#58627
  1   2
HeydrliyevvmultikulturalizminAzrbaycanmodeliMQAL


Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli
Simuzər Sultan qızı Məmmədova
İqtisad üzrə fəlsəfə doktoru
Azerbaycan Dövlət İqtisad Universiteti (UNEC)
E-mail: sima-sultan@mail.ru
Telefon nömrəsi: +994 (055-535-55-36)
Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir... Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir.
İlham Əliyev

XXI əsrin sosiomədəni inkişaf qanunauyğunluqları kontekstində xalqımızın multikultural ənənələrinin mənəvi mədəniyyətin ayrılmaz hissəsi kimi dərki və yenidən dəyərləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.


Beynəlxalq iqtisadi və mədəni əlaqələr durmadan genişlənir. Dəyərlər mübadiləsi prosesi intensivləşib. Dünya yeni sivilizasiyanın astanasındadır. Bəşər tarixinin bu innovativ mərhələyə transformasiyasının prioriteti, strateji hədəfi ilk növbədə fərqli mədəniyyətlərin, dünyagörüşlərinin bütövləşməsi sayəsində vahid sosiomədəni məkanı araya-ərsəyə gətirməkdir. Bu hədəfə nail olub - olmamaq isə ümumbəşəri dəyərləri aşkarlamaq, onlara müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcılarının ümumi yanaşmasını təmin etməkdən, bir çox mürəkkəb humanitar, sosial, mədəni-əxlaqi, iqtisadi problemlərin həlli məqsədilə birgə fəaliyyətdən əhəmiyyətli dərəcədə asılıdır. Elə davamlı inkişaf da tələb edir ki, insanlar, böyük anlamda xalqlar könüllü və şüurlu şəkildə birgə fəaliyyət gostərib bir hədəfə vursunlar. Bu isə yalnız mədəniyyətlərarası əlaqələrin təhlili, problemlərin çözümü üçün birgə sabit mexanizmlərin işlənməsi, bir sözlə, insan inkişafının multikultur strategiyasının uğurlu icrası sayəsində gerçəkliyə çevrilə bilər.
Əsrlər boyu iki dünyanın – Avropa ilə Asiyanın təkcə coğrafi deyil, həm də mədəni baxımdan “kəsişmə nöqtəsində” yerləşən Azərbaycan da hazırda bu gerçəkliklərin dərkinə əsaslanan siyasi kurs yürüdür. Hər zaman mədəniyyətlərarası dialoqda önəmli rol oynayan ölkəmizin bu sahədə uğurları indi daha diqqətçəkəndir. Əlbəttə, gələcəyi bütün dəqiqliyi ilə proqnozlaşdırmaq çox mürəkkəb məsələdir. Amma artıq bir şey şübhəsizdir ki, Azərbaycan reallıqları kontekstində mədəniyyətlərarası dialoqun çox böyük perspektivi var və ölkəmiz bu prosesin əvəzsiz iştirakçısı olmaq iqtidarındadır. Bunun üçün Azərbaycan dövləti bütün imkanlara malikdir: maddi və insan resursları, milli ruh və ənənələr. Azərbaycana yalnız bu imkanlardan faydalanaraq qloballaşma proseslərinin inkişafına öz töhfələrini vermək qalır ki, məhz bu kontekstdə Azərbaycan rəhbərliyi və vətəndaş cəmiyyəti institutları, ilk növbədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi diqqət çəkir [1].
Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli zaman-zaman örnək rolunu oynayacaq. Bilirik ki, Azərbaycanda multikulturalizmin dərin kökləri var və bu sahədə Heydər Əliyevin rolu vurğulanmalıdır. Ekspertlər vurğulayır ki, ölkəmizdə multikulturalizm ənənələrinin formalaşması və bu modelin yaradılmasında Heydər Əliyevin xidmətləri çoxşaxəlidir. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib. O, öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni mərhələyə qaldırıb: "Ulu öndər hələ 1994-cü ildə İstanbulda keçirilən "Sülh və səbr" adlı beynəlxalq dini konfransdakı çıxışında bu məqamı dəqiq ifadə edib".
Azərbaycandakı multikulturalizmlə bağlı Heydər Əliyev deyirdi: "Azərbaycanın vətəndaşları dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və onların hüquqları Azərbaycan tərəfindən qorunur və mühafizə olunur. Siz əmin ola bilərsiniz ki, biz bu məqsədlərimizə, bu prinsiplərimizə daim sadiq olacağıq və gələcəkdə də Azərbaycan vətəndaşlarının dini mənsubiyyəti, yaxud dil mənsubiyyəti, siyasi mənsubiyyətindən asılı olmayaraq, bir-birilə münaqişəyə girməsinə yol verməyəcəyik" [2].
Azərbaycanda multikulturalizmin dərin kökləri vardır. "Kitabi-Dədə Qorqud" dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Keçmiş dövrlərdən bəri burada müxtəlif xalqların (avarlar, talışlar, ləzgilər, udinlər və s.), dinlərin nümayəndələri əsrlər boyu dinc və mehriban, sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Ulu öndər Heydər Əliyev deyirdi ki, “Azərbaycan müxtəlif millətlərin, xalqların dinc və yanaşı yaşadığı ölkədir”. Azərbaycanda tarixən həyat tərzi olan multikulturalizm ənənələri bu gün də yaşamaqdadır. Multikulturalizm, eyni zamanda, Azərbaycan cəmiyyətinin dünyaya özünü tanıtdırmaq rəmzidir [3].
Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının birinci qurultayında azərbaycançılığın mahiyyətini məhz bu cür ifadə etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. 
Ulu öndər həmişə öz çıxışlarında Azərbaycanın çoxmillətli ölkə olmasını, etnik rəngarəngliyini və tolerantlığa böyük əhəmiyyət verməsini xalqımızın böyük sərvəti hesab etmişdir: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür... Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib” [4].
Müxtəlif sivilizasiyaların qovuşduğu Azərbaycan əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əminamanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınmışdır. Buna görə də multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin multikulturalizm barədə dediyi bu fikir bütün zamanlar üçün ibrətamizdir: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir. O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir” [5].
Yuxarıda yürütdüyümüz mülahizələr belə düşünməyə əsas verir ki, Azərbaycan multikulturalizmi xalqımızın milli mental xüsusiyyətidir. Etnik və milli azlıqların ədəbi mədəni əlaqələrinin qarşılıqlı bəhrələnməsi, mənəvi təcrübə mübadiləsi xalqımızın mənəvi irsini zənginləşməsinə təkan verir. Müasir informasiya cəmiyyətinin formalaşması, qloballaşma prosesləri milli ideyaların və ənənələrin təcrid edilmiş halda deyil, onların mübadiləsi zəminində inkişafını stimullaşdırır. Qlobal inkişafda multikulturalizm və eləcə də milli və bəşəri dəyərlərin inteqrasiyası, qarşılıqlı uzlaşması zərurətə çevrilir.

Yüklə 21,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin