Multuk ltural zm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15218
  1   2   3   4   5   6   7   8   9   ...   12

 
 
 
 
 
 
MULTUK LTURAL ZMƏ G R Ş 

 
1-CI MÜHAZIRƏ.   
Multikulturalizmə giriş 
I. “Multikulturalizmə  giriş” fənninin predmeti və əhəmiyyəti 
 
1.  “Multikulturalizmə  giriş”  fənninin  predmeti,  obyekti  və  mədsədi. 
Multikulturalizm bir sosial hadisə, ideologiya, siyasət, həyat tərzi kimi. 
 
“Multikulturalizmə  giriş”  fənni  əsrlər  boyu  multikulturalizmin  Azərbaycanda 
meydana  gəlməsinin  səbəblərini,  onun  mahiyyətini,  nəzəri-ideoloji,  hüquqi-
normativ  əsaslarını,  üstünlüklərini,  müasir  durumunu  və  inkişaf  perspektivlərini 
öyrədir.  
Fənnin  əsas  məqsədi  tələbələrə  Azərbaycan  Respublikasınınin  multikulturalizm 
siyasətinin mahiyyətini, onun xüsusiyyələrini və bu siyasətin ölkədə uğurla həyata 
keçirilməsinin səbəblərini izah etməkdir. 
 
Multikulturalizm 1960-cı illərin sonunda Kanadada meydana gəlmişdir. 
Termin kimi o, 1970-ci illərdə ədəbiyyatda əks olunmuşdur. The Harper Colins 
sosiologiya lüğətində (1991) Multikulturalizmin belə bir tərifi verilir: 
“Multikulturalizm – bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin 
mövcudluğunun etiraf olunması və inkişafı deməkdir.
 Multikulturalizm mədəni 
müxtəlifliyin, məsələn azlıqların dilinin müdafiəsi məsələsini öz qarşısına qoyur. 
Eyni zamanda o, azlıqların mədəniyyəti ilə əsas mədəniyyətin qeyri- bərabər 
münasibətlərini nəzərdə saxlayır”.  
 
Multikulturalizm liberal eqalitarian və kommunitarian yanaşmalar vasitəsilə 
ə
saslandırılı.  
1.Liberallara (Kymlicka) görə, fərdin özü istədiyi dəyərləri seçir. O, icma həyatına 
münasibətdə öz hüquq və zadlıqlarını daha uca tutur. Liberallar muxtariyyət və 
bərabərlik kimi liberal dəyərlərə əsaslanır
Kommunitarianism və millətçilik 
nəzəriyyələrini tənqid edərək, Kimlika qeyd edir ki, liberalizm insanın özünə 
hörmət ilə onun mənsub olduğu qrupun mədəniyyəti arasında dərin əlaqənin 
olduğunu göstərir. Kimlikaya görə, azlıqlar öz mədəniyyətlərini qorumaqda 
çətinlik çəktiklərinə görə onlara xüsusi qayğı göstərilməlidir.
 
2. Kommunitarian (Çarlz Teylor) fərdin cəmiyyətə münasibətdə əsas oldununa dair 
ideyanı təkzib edirlər. Atomizmin yerinə onlar holizmi müdafiə edirlər. Teylorun 

“tanıma siyasəti” holizmin kollektiv mədəni dəyərlərin vacibliyini göstərir. 
Müxtəlif mədəniyyətlərə bərabər əhəmiyyətin verilməsi ənənəvi liberal cəmiyyətin 
azlıqlara xüsusi hüquqların verilməsini istəyən cəmiyyətlə əvəz olunmalıdır. 
Multikulturalizm 
tərcümədə 
çoxmədəniyyətlilik 
deməkdir. 
Çoxmədəniyyətlilik  dedikdə  isə  ilk  növbədə  etnik,  irqi,  dini  və  mədəni 
müxtəlifliklər,  bu  müxtəlifliklərin  əsasını  təşkil  edən  dəyərlər  nəzərdə  tutulur. 
Müasir  dövrdə  dünya  ölkələrinin  əksəriyyətində  etnik,  irqi,  dini  və  mədəni 
müxtəlifliklər  mövcuddur.  Bu  müxtəlifliklər  tarixi  prosesin  inkişafının  nəticəsi 
kimi  obyektiv  xarakter  daşıyır.  Onlar  xalqların  etnik-mədəni  dəyərlərini, 
mədəniyyətlərini  xarakterizə  etməklə  onların  dünyagörüşü  və  fəaliyyətlərinin 
ə
sasını təşkil edir və həyatında müsbət rol oynayır. 
Stenford  Ensiklopediyasında  qeyd  olunur  ki,  Multikulturalizm  məfhumuna 
bütün  məzlum  qruplar-  afro-  amerikanlılar,  qadınlar,
  cinsi  azlıqların 
nümayəndələri, şikəstlər və s. – aid edilsə də, m
ultikulturalizmin 
tədqiqatçılarının 
ə
ksəriyyəti  adətən  bu  məfhuma  etnik  və  dini  azlıqları  təşkil  edən  immiqrantları 
(mühacirləri)  (məs.ABŞdakı  Latın  Amerikalıları,  Qərbi  Avropada  müsəlmanları), 
milli  azlıqları  (məs.Katalonları,  baskları,  uelsliləri,  kvebekliləri)  və  yerli  xalqları  
(məs.  Şimali  Amerikadakı  yerli  xalqları,  Yeni  Zellandiyadakı  maoriləri)  daxil 
edirlər. 
 
Multikulturalizm  –  social  ədalət,  imkanların  bərabərliyi,  demokratiya  kimi 
anlayışların müzakirə olunan terminlər sırasına daxildir. 
   Multikulturalizm  cəmiyyətin  inkişafının  məhsulu,  cəmiyyətdə  baş  verən 
hadisələr  tərəfindən  meydana  gəldiyinə  görə  o,  öz  mahiyyətinə  görə  ilk  növbədə 
sosial  hadisədir.  Sosial  hadisə  kimi  formalaşan  multikulturalizm  digər  sosial 
hadisələrə  (siyasətə,  iqtisadiyyata,  mədəniyyətə,  mənəviyyata,  ictimai  şüurun 
müxtəlif formalarına və s.) təsir göstərir, onlarla qarşılıqlı münasibətdə olur. 
 
Multikulturalizm etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən 
dəyərlərin  qorunması  və  inkişafını  nəzərdə  tutur.  Bu,  isə  insanların  hüququ  və 
azadlıqlarının müdafiə olunmasının tərkib hissəsidir. Multikulturalizmi təbliğ edən 
ölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. 
Bir  sosial  hadisə  kimi  meydana  gələn  multikulturalizmin  inkişafının  sonrakı 
mərhələləri  onun  dövlət  ideologiyasına,  dövlət  siyasətinə.  Bu  mərhələlərin 
reallaşmasında əsas rol dövlətə məxsusdur.  
Multikulturalizmin  vətəndaşların  həyat  tərzinə  çevrilməsi  onun  inkişafının  ən 
yüksək  mərhələsidir.  Bu  mərhələdə  vətəndaş  cəmiyyəti  multikulturalizmin 

cəmiyyətdə  yayılmasında  olduqca  fəal  rol  oynayır.  Multikulturalizm  ideyaları 
ictimai şüurda möhkəmlənir.   
Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi onun 
yüksək inkişaf mərhələsindən xəbər verir. 
 
 
2.  Multikulturalizm  -  etnik-  mədəni  müxtəlifliklərin  tənzimlənməsinin  bir 
siyasət  modeli  kimi.  Onun  assimilyasiya,  izolyasiya  (təcridolma)  və  aparteid 
siyasətlərdən fərqli cəhətləri. Zəif (weak) və güclü (strong) multikulturalizm. 
 
Etnik, 
irqi, 
dini 
və 
mədəni 
müxtəlifliklər 
dövlət 
tərəfindən 
tənzimlənmədikdə  və  yaxud  düzgün  tənzimlənmədikdə  cəmiyyətin  inkişafının 
müxtəlif sahələrində ciddi problemlərə, hətta münaqışələrə səbəb olur. Buna görə 
də bu müxtəlifliklərin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli dövlət üçün 
böyük praktiki əhəmiyyət kəsb edir.  
     Etnik, irqi, dini və mədəni müxtəlifliklərlə bağlı dövlətin üzləşdiyi problemlərin 
həll  edilməsinin  mümkün  siyasət  modellərindən  biri  multikulturalizmdir.  Bir 
siyasət modeli kimi multikulturalizm ötən əsrin 60-cı illərində Kanadada meydana 
gəlmişdir. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini 
və  mədəni  müxtəlifliklərlə  üzləşən  dövlətlər  bu  müxtəliflikləri  əsasən  iki  siyasət 
modeli  vasitəsilə  tənzimləməyə  çalışırdı:  assimilyasiya  və  ya  izolyasiya 
(təcridolma).  Assimilyasiya  siyasəti  milli  azlıqların  mədəni-  etnik  dəyərlərini 
titular  etnosun  mədəniyyətinə  qatmaqla  cəmiyyətdəki  etnik,  irqi,  dini  və  mədəni 
müxtəlifliklərin  ləğv  edilməsini  nəzərdə  tutur.  zolyasiya  siyasəti  isə  milli 
azlıqların  mədəni-  etnik  dəyərlərinin  titular  etnosun  (əhalinin  çoxluğunu  təşkil 
edən  etnos)  etnik-  mədəni  dəyərləri  ilə  hər  hansı  bir  əlaqəsinin  qarşısını  almaqla 
milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir. 
zolyasiya 
siyasəti 
2  formada  özünü  büruzə  verir:  1.  O,  milli  azlıqların  ölkəyə  daxil  olub  orada 
məskunlaşmasına  mane  olur.  2.  Cəmiyyətdə  artıq  məskunlaşmış  müəyyən  qrup 
adamların assimilyasına mane olmaq məqsədilə onları təcrid edir.  kinci halda bu 
siyasət aparteid adlanır.
 
 
     Tarixi  hadisələrin  gedişatı  hər  iki  siyasət  modelinin  səmərəsizliyini  göstərdi. 
Belə  ki,  müasir  ictimai  inkişafda  mədəniyyətin  aparıcı  rol  oynadığı  bir  dövrdə 
assimilyasiya  siyasətinin  düzgün  olmadığı  kimi,  qloballaşma,  mədəniyyətlərin 
qovuşduğu  bir  şəraitdə  izolyasiya  siyasətinin  də  yanlış  olduğu  müəyyən  olundu. 
Etnik,  irqi,  dini  və  mədəni  müxtəlifliklərin  tənzimlənməsinə  yönəlmiş 

assimilyasiya  və  izolyasiya  siyasətlərinin  iflasa  uğraması  ötən  əsrin  60-70-ci 
illərində  əvvəlcə  Kanadada,  sonra  isə  Avropanın  bir  sıra  çoxmədəniyyətli 
ölkələrində multikulturalizm siyasətinin meydana gəlməsinin başlıca səbəblərindən 
biri olmuşdur. 
 
Multikulturalizm  müəyyən  birləşmiş  cəmiyyət  daxilində  etnik,  irqi,  dini  və 
mədəni  müxtəlifliklərin  qorunmasına  və  inkişafına  yönələn  bir  siyasətdir. 
Multikulturalizm  etnik,  irqi,  dini  və  mədəni  müxtəlifliklərin  tənzimlənməsinə 
yönələn  bir  siyasət  kimi  assimilyasiya  siyasətindən  fərqli  olaraq  milli  azlıqların 
etnik-mədəni  dəyərlərinin  ləğv  edilməsinin  qarşısını  almaqla,  bu  dəyərləri 
qorumaqla  yanaşı,  izolyasiya  siyasətindən  fərqli  olaraq  milli  azlıqların  etnik-
mədəni  dəyərləri  ilə  titular  etnosun  etnik-mədəni  dəyərlərinin  bir-birinə  qarşılıqlı 
təsir  etmələri  üçün  lazımi  şərait  yaradır  və  milli  azlıqların  yaşadıqları  cəmiyyətə 
inteqrasiya  olmaları  üçün  əlverişli  şərait  yaradır.  Başqa  sözlə  desək, 
multikulturalizm  nə  milli  azlıqların  etnik-mədəni  dəyərlərini  assimilyasiyaya 
uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin inkişafından təcrid 
edir.  Multikulturalizm  titular  etnos  ilə  milli  azlıqların  etnik-mədəni  dəyərlərinin 
inkişafı üçün eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün 
zəmin yaradır. 
Ə
dəbiyyatda  multikulturalizmin  zəif  və  güclü  formalarının  olamalarına 
dair  fikirlər  mövcuddur.  Multikulturalizmin  zəif  və  güclü  formaları  bir-birindən 
seçilir.  London  qtisad  Məktəbinin  professoru  Çandran  Kukatasın  fikrincə, 
multikulturalizmin zəif və güclü formaları cəmiyyətdə mövcud olan etnik –mədəni 
müxtəlifliyə münasibətdə aparılan siyasətlərdəndir.    
Multikulturalizmin  zəif  forması  azlıqlara  öz  etnik-mədəni  dəyərlərini 
qorumaq üçün azadlıq verir. Lakin azlıqlar öz imkanları ilə bu dəyərlərini qorumaq 
iqtidarında olmurlar və nəticədə cəmiyyətdəki hakim etnik-mədəni dəyərləri qəbul 
etmək  onlar  üçün  ən  optimal  çıxış  yolu  olur.  Başqa  sözlə  desək,  onlar  elə  bir 
vəziyyətə  düşürlər  ki,  onlara  bilərəkdən,  xarici  təzyiq  olmadan,  öz  istəkləri  ilə 
titular xalqın etnik-mədəni dəyərlərini qəbul etmək sərf edir. Öz mədəni kimliyini, 
etnik-mədəni  dəyərlərini  qorumaq  isə  çətin  olur,  baha  başa  gəlir.  Mövcud 
vəziyyətdə  onların  başqa  çıxış  yolu  olmadığına  görə,  onlar  xoşluqla 
assimilyasiyaya gedirlər, yəni yaşadıqları cəmiyyətə inteqrasiya olunurlar.  
Multikulturalizmin zəif formasından fərqli olaraq onun güclü forması etnik 
azlıqlara  öz  etnik-mədəni  dəyərlərini  qorumaq  üçün  azadlıq  verməklə  yanaşı 
onların yaşadıqları cəmiyyətə bütün sahələrində fəal iştirak etmələri üçün hər cür 
şə
raitin  yaradılmasını  tələb  edir.  Multikulturalizmin  güclü  forması  cəmiyyətdəki 

etnik-mədəni  müxtəlifliyə  münasibətdə  dözümlüyün  nümayiş  etdirilməsi  ilə 
kifayətlənmir.  O,  bu  müxtəlifliyin  dövlət  tərəfindən  inkişaf  etdirilməsini,  onun 
maddi, hüquqi və mənəvi cəhətdən dəstəklənməsini vacib hesab edir. 
Çandran  Kukatas  multikulturalizmin  qeyd  olunan  formalarının  hər  birinin 
liberalizm nəzəriyyəsinə əsaslandığını göstərir. Lakin zəif multikulturalizm klassik 
liberalizmə, güclü multikulturalizmin isə müasir liberalizmə əsaslanır. 
 
3. 
ctimai  inkişafda  mədəniyyətin  aparıcı  rolu  dair  fikirlər  və 
multikulturalizm.  Etnik  -  mədəni  müxtəlifliklər  multikulturalizmin 
yaranmasının  səbəbi  kimi.  Etnik-mədəni  müxtəlifliklərin  müəyyə
edilməsində,  multikulturalizmin  tədqiq  olunmasında  mədəni-  sivilizasion 
yanaşmanın rolu. 
 
 
Müasir  ictimai  inkişafın,  xüsusilə  də  onun  səbəblərinin  və  istiqamətinin 
tədqiq  olunmasının  mühüm  metodoloji  əsaslarından  biri  ictimai  inkişafda 
mədəniyyətin aparıcı roluna dair elmi müddəadır. Bu müddəa mədəni- sivilizasion 
yanaşma  adlanır.  Mədəni-  sivilizasion  yanaşmaya  əsasən,  dünya  kommunist 
sisteminin dağılması soyuq müharibə dövrünə son qoyaraq iki bir-birinə zidd olan 
siyasi  sistemin  hərbi,  siyasi,  iqtisadi  və  ideoloji  qarşıdurmasına  da  son  qoydu. 
Nəticədə  xalqlar  öz  mədəni  dəyərlərinə  müraciət  etməyə  imkan  əldə  etdilər.  Bu 
barədə  Samuil  Hantunqton  “Sivilizasiyaların  toqquşması  və  dünya  düzəminin 
yenidən qurulması” adlı kitabında qeyd edir: “Yeni dünyada xalqlar arasında əsas 
fərqlər ideoloji, siyasi, iqtisadi deyil, mədəni xarakter daşıyır”. Öz tarixinə, dininə, 
dilinə, mənəvi dəyərlərinə müraciət edən xalqlar, öz kimliklərini müəyyən edirlər”. 
nqlehart Ronald: “Dövlət başçıları və qanunlar dəyişə bilər, lakin mədəniyyətin 
ə
sas aspektlərii dəyişmək üçün çoxlu illər tələb olunacaqdır”. Ralf Darendorf: 
“ nstitusional mühitin, yəni qanunların dəyişməsi üçün ay kifayətdir, iqtisadi 
şə
raitin dəyişməsinə bir iki il tələb olunur, amma şüurun dəyişməsinə onilliklər 
tələb olunur.” Pain: “Mədəniyyət siyasətdən daha vacibdir, çünkiMədəniyyət 
stereotipləri siyasi doktrinalardan əvvəl gəlir və onların əsasını təşkiil edir.”  
Beləliklə, multikulturalizm ilk növbədə mədəniyyətin ictimai inkişafda aparıcı rol 
oynadığını, etnik- mədəni qrupların maraqlarının tanınmasını və həyata keçirilməsi 
ideyasına əsaslanır
. Bu qrupların tələblərinin əsasında dil və din məsələsidir. 
 
 
ctimai inkişafda mədəniyyətin aparıcı roluna dair qeyd olunan elmi müddəa 
müasir  dövrdə  xalqların  həyatında  mədəniyyətin  mühüm  rol  oynadığını 

göstərməklə  cəmiyyətdə  etnik-mədəni  müxtəlifliklərin  qalxmasının  səbəbini  izah 
edir.  Belə  olan  bir  şəraitdə  etnik-mədəni  müxtəlifliklərin  tənzimlənməsinin  ən 
optimal  vasitəsi  kimi  multikulturalizm  özünü  büruzə  verir.  Buna  görə  də 
multikulturalizmin  tədqiq  olunmasında  mədəni-  sivilizasion  yanaşmanın  böyük 
metodoloji əhəmiyyəti vardır. 
 
4. “Azərbaycan multikulturalizmi” – inteqrativ bir fənn kimi. Fənnin 
ə
həmiyyəti. 
 
“Azərbaycan multikulturalizmi” – inteqrativ bir fəndir. O,  
fəlsəfə, politologiya, 
tarix, sosiologiya, kulturologiya və bu kimi bir sıra ictimai elmlərin
 
müddəalarından istifadə edir. “Azərbaycan multikulturalizmi” fənninin qarşısında 
ə
sas məqsədə - tələbələrə Azərbaycan Respublikasınınin multikulturalizm 
siyasətinin mahiyyətini, onun xüsusiyyələrini və bu siyasətin ölkədə uğurla həyata 
keçirilməsinin səbəblərini izah etmək- nail olmaq üçün sadalanan ictimai elmlərə 
müraciət etmək vacibdir. 
 
“Azərbaycan multikulturalizmi” fənninin böyük idraki, praktiki, siyasi, 
ideoloji, mənəvi-tərbiyəvi əhəmiyyəti vardır.   
 
MÖVZU 2 
 
CTIMAI-FƏLSƏFI FIKIR TARIXINDƏ TOLERANTLIQ VƏ 
MULTIKULTURALIZM IDEYALARI 
 
1.
  Qədim azərbaycanlıların mifik təsəvvürlərində toleranlıq. 
2.
  Azərbaycanda yayılmış sosial ədalətlə səciyyələnən dini-etik təlimlərdə 
tolerantlıq və multikulturalizm ideyaları. 
3.
  Azərbaycanda  slamın yayılması və  slamda tolerantlıq. 
4.
  N. Tusinin görüşlərində tolerantlıq ideyaları 
5.
  Orta  əsrlərdə  Azərbaycanda  tolerantlıq  ənənələrinin  inkişafında 
Azərbaycan poetik məktəbinin rolu 
6.
  Azərbaycanın sufi mütəfəkkirlərinin görüşlərində tolerantlıq ideyaları. 
7.
  XIX  əsr  XX  əsrin  əvvəllərində  Azərbaycan  maarifçilərinin 
dünyagörüşündə tolerantlıq və multikultiralizm ideyaları. 
 
Azərbaycanın  mədəniyyətlər  qovşağında  yerləşməsi,  həm  dini  azadfikirliyin  və 
tolerantlığın  olmasına,  həm  də  yeni  dini  cərəyanların  zaman-zaman  yaranmasına 

və  inkişafına  zəmin  yaratmışdı.  Azərbaycan  olduqca  unikal  bir  mədəniyyətə 
malikdir.  Bu  torpaqda  uzun  əsrlər  boyu  dünyanın  ən  aparıcı  mədəniyyət 
sistemlərinin  təbii,  tarixi  inteqrasiyası  baş  vermişdir.  Bu  torpaqda  atəşpərəstlik, 
türk, iran, qafqaz, yəhudi, xristian, islam, Şərq, Qərb, slavyan, sosializm və s kimi 
müasir  dünya  sivilizasiyasını  formalaşdıran  mədəniyyətlər  çulğalaşmış,  dünyanın 
inkişafı üçün görk olan mədəniyyət, inkişaf modelləri yaratmışdır. 
1. Qədim azərbaycanlıların mifik təsəvvürlərində toleranlıq. 
Arxaik mədəniyyətlərin hamısı mənbəyini mifoloji təsəvvürlərdən alır. 
Hər  bir  xalqın  tarixinin,  ilkin  ictimai  fikrinin  öyrənilməsin  də  miflər  mühüm 
ə
həmiyyət  kəsb  edir.  Xalqların  ictimai  fikir  tarixi  əvvəlcə  mifologiya  şəklində 
olmuş,  sonra  əsgi  dinlər,  inanclar  sistemi  gəlmişdir.  Mifoloji  şüur  ictimai  şüurun 
formalarından  biridir.  Mifoloji  şüur  qədim  insanın  hələ  təbiətdən  ayırılmadığı, 
fövqəltəbii  qüvvələrin  təsiri  nəticəsində  yaranan  ilkin  emosional  şüur  formasıdır. 
Mifoloji  şüur  fərdə,  mifoloji  düşüncə  isə  kollektivə  məxsusdur.  L.  Brül  mifoloji 
düşüncəni məntiqəqədərki təfəkkür, şüur tipi kimi qiymətləndirir. Bəşəriyyətin lap 
qədim  çağlarında,  insanın  özünü  təbiətdən  ayırmadığı  dövrdə  mifoloji  şüurun  da 
söykəndiyi  xaotik  təfəkkür  tərzi  olmuşdur  ki,  buna  da  ədəbiyyatda  Mifoloji 
təfəkkür deyilir. Mifoloji təfəkkürdə yaranan ideyalardır, mifoloji şüurun yaratdığı 
isə konkret məhsuldur. Yəni mifoloji təfəkkürdə qədim insanların öz dünyaları ilə 
bağlayan ilk ibtidai “dini” təsəvvürlərin formalaşması əsas yer tutur, mifoloji şüura 
isə dini-mifoloji strukturların sabitləşməsi və onların ibtidai cəmiyyəti idarə edən 
qüvvəyə  çevrilməsi  xasdır.  Mifoloji  təfəkkürdə  ibtidai  insanların  təbiət  qüvvələri 
qarşısında  keçirdiyi  qorxu  hissi  başlıca  rol  oynayır.  Mifoloji  şüurda  isə  qorxu 
müəyyən inam və sitayişlərə, dini mərasim və rituallarla əvəz olunmmuşdur. 
btidai  təfəkkürdən  sonra  mifoloji  şüurun  formalaşması,  əsasən,  qədim 
dünyanın  mənzərəsinin  xaotik  quruluşundan  harmonik  quruluşa  -  nizamlılıq, 
sistemlilik, tarazlılıq düzümünə başlaması ərəfəsinə təsadüf edir/ 
Mif  dünyanın  işarələrlə,  sakral  obrazlarla  dərkidir.  Mifologiyaya  verilən 
təriflərdən  biri  belədir:  “Mifologiya  dünyanı  özünəməxsus  qanun  və  vasitələrlə 
biçimləyən  və  izah  edən  dinamik  işarələr  sistemidir”.  Yəni  mifologiya  əsgi 
gerçəkliyi simvollarla izah edən bir sistemdir. Mirzə Kazımbəy bu barədə yazırdı: 
“Əfsanəsiz  xalq,  rəvayətsiz  ölkə  yoxdur,  köçəri  xalqlarda  əfsanə  şifahi  hekayələr 
şə
klində  nəsildən-nəsilə  keçir,  yarım-mədəni  xalqların  inanclarının  özülünü, 
yazılarının  başlıca  məzmununu,  ədəbiyyat  və  tarixlərini  təşkil  edir,  maariflənmiş 
xalqlarda müqəddəs irs kimi xalqın təxəyyülünə qida verir”. 
Miflər  sinifli  cəmiyyətə  qədər  xalqların  tarixinə  işıq  salır,  onun  öyrənlməsində 
ə
həmiyyətli  bir  mənbəyə  çevrilir.  Qədim  Azərbaycanlıların  yaratdığı  

üxtəlifxarakterli miflər zamanın sərhədlərini aşaraq Azərbaycan ərazisində yaşayan 
tayfaların dünyaduyumunu, əxlaq tərzini, ailə-məişət həyatını, təbiətə, ətraf mühütə 
olan  münasibətini  və  s..ni  öyrənməmizə  yardımçı  olur.  Bu  baxımdan  mif 
xalqımızın  tarixinin  tədqiqində,  onun  tarixi  dərkində  əhəmiyyətli  rol  oynayır. 
“...mif xalqın özü haqqında söylədiyi ən bakir, ən kamil həqiqətin bədii ifadəsidir”. 
Mif  xalqların  tarixində  ilkindir,  başlanığıcdır.  Hansı  xalqın  mifik  təfəkkürü 
güclüdürsə onun tarixdəki sonrakı mövqeyi də gücü olur. Çünki siyasi təfəkkürün 
genezisi  mifologiya  ilə  bir  başa  bağlıdır.  Məşhur  folklorşünas  alim  Y.  Lotman 
deyirdi ki,  “Kim əcdadının adını çəkə bilirsə, o siyasi cəhətdən mövcuddur” 
Mifologiya konkret etnik-mədəni birliklərin arxaik dövrlərdə meydana çıxan 
universal  sistemidir.  M.Kazımbəy  mifologiyanın  mahiyyətindəki  universalizmə 
diqqət çəkərək yazırdı ki, mifoloji mətnlər “bütün xalqlarda və tayfalarda eynidir” 
və bütün fərqlər ayrı-ayrı xalqların əxlaqi anlayışları, insan düşüncəsinə təsir edən 
amillər  ilə  bağlıdır.  Ortaq  xarakter  daşıyıyan  mifoloji  abidələrin  bir  çoxlarının 
sonrakı  dövrlərdə  də  müxtəlif  türk  xalqlarında  izlərinə  rast  gəlmək  mümkündür. 
Məs.  türklərin  yaranış  əfsanələrindən  olan  Ergənikondan  çıxış  və  xilasedici 
bozqurdla bağlı miflər bir çox türk xalqlarında xeyli deyim və inancların meydana 
gəlməsinə  səbəb  olmuşdur.  Qeyd  edək  ki,  qurd  bir  totem  kimi  türk  xalqlarının 
demək  olar  böyük  əksəriyyətində  tarixən  ulu  əcdad,  xilasedici,  yolgöstərən, 
müqəddəs bir varlıq kimi qəbul edilmiş və xalqın mifoloji təfəkküründə, zoomorfik 
təssəvüründə  özünəməxsus  parlaq  bir  yer  tutmuşdur.  Qurdun  qorxmazlıq, 
toxunmazlıq  simvolu  kimi  xalqın  mifik  dünya  görüşündə  özünə  yer  tutması  el 
arasında  qurdun  bədən  əzalarına  qarşı  müxtəlif  münasibətlərin  bu  günə  qədər 
qorunub saxlamasında da öz əksini tapmışdır. 
Yeni  dövr  və  orta  yüzillər  mədəniyyətlərindən  fərqli  olaraq  arxaik 
mədəniyyətlərdə  nəinki  ideoloji  sahədə,  hətta  bötövlökdə  etnik-mədəni  sistem 
daxilində  elə  bir  gözəgəlimli  diferensiasiya  yoxdur.  Onların  başlıca  səciyyəvi 
cəhəti  sinkretizmdir  (bir  şeyin  inkişafının  ilk  mərhələsi  üçün  səciyyəvi  olan 
ayrılmazlıq, qovuşuqluq).  
Arxaik  sinkretizmin  özülü  və  başlıca  şərti  mifologiyadır.  Başqa 
sözlə,bütövlükdə  qədim  mədəniyyətin,  yaxud  tək-tək  etnik-mədəni  sistemlərin 
bərpası  üçün  birinci  olaraq  mifologiyanı  öyrənmək  gərəkdir.  Onun  ayrı-ayrı 
ünsürlərinin araşdırılması və bu yolla milli mifologiyanın bərpası, öz növbəsində, 
konkret etnik-mədəni sistemin bərpasını təmin edir. 
Bugünkü  ayrı-ayrı  dillər  və  etnoslar  çox-çox  qədimlərdə  mövcud  olmuş 
müəyyən etnolinqvistik (yaxud etnik-mədəni) birliklərdən törəmişlər. Belə birliklər 
dövründə  isə  mifoloji  düşüncə  hakim  idi  və  mifoloji  sistem  cəmiyyətin 
ideologiyası  kimi  fəaliyyət  göstərirdi.  Müəyyən  coğrafi,  bioloji  və  nəhayət, 
ictimai-iqtisadi amillərin təsiri ilə həmin birliklər təbii olaraq parçalanır (etnik və 
linqvistik  diferensiasiya);  ictimai-siyasi  şüurun  inkişafı  mifoloji  sistemin  rolunun 
azalmasına səbəb olur. Yeni yaranmış hər bir etnik sistem isə mifoloji irsi tam yox, 
qismən mənimsəyib yaşada bilir.  
 
Kosmoqonik miflər hər bir mifoloji sistemin özəyini təşkil edir. Bu miflərin 
məzmunu  “nizamlayıcı  kosmik  başlanğıcla  dağıdıcı  xaotik  başlanğıcın 

mübarizəsi”, dünyanın (kosmosun) yaranması, təbii obyektlərin formalaşması və b. 
hadisələrdən  ibarətdir.  Dünyanın  və  kainatın  sonu  barədə  süjetləri  əhatə  edən 
esxatoloji  mifləri  də  bu  sıraya  aid  etmək  gərəkdir.  Çünki  mifoloji  düşüncədə 
kosmoqonik  proses  müəyyən  zaman  və  məkan  sərhədləri  olan  dövri  hadisə  kimi 
qavranılır 
********* 
Qabaqlar Göy Yerə yaxın idi. Adamlar bir-birini öldürüb qan tökürdülər, bərəkətin 
qədrini  bilmirdilər.  Bunu  görəndə  Tanrının  qəzəbi  tutdu,  Göyü  Yerdən 
uzaqlaşdırdı. 
 
************************** 
Firon  dünyanın  padşahıydı.  Adamların  hamısı  bir  dildə  danışırdı.  Firon  bir  qala 
tikdirirdi.  Adamların  hamısı  bu  qalaya  daş  daşıyırdı.  Bir  hamilə  qadın  da  daş 
aparırdı. Yolda sancısı tutdu, həmlini qoydu yerə. Əlini tutdu Göyə ki, ey Yerin-
Göyün sahibi, sən bu zülmü götürmə! O gündən hərə bir dildə danışmağa başladı, 
qala da yarımçıq 
Qaldı. 
************************** 
Nuh böyük bir gəmi düzəltdirir, bütün canlılardan ora götürür. Tufan başlanır. Yer 
üzünü su basır. Yer üzərindəki bütün canlılar tələf olur. Xeyli vaxt keçir, gəminin 
bir yerindən deşik açılır, gəmiyə su dolmağa başlayır. Deşiyi qapaya bilmirlər. Nuh 
deyir  ki,  kim  deşiyi  qapaya  bilsə,  onun  arzusunu  yerinə  yetirəcək.  Bu  zaman 
gəmidə  olan  böyük  bir  ilan  qıvrılıb  deşiyi  qapayır,  gəmiyə  daha  su  dolmur.  Bir 
qədər sonra tufan sakitləşir, su çəkilir. Nuh gəmidəki canlıları Yer üzərinə buraxır. 
Bu hadisədən bir müddət keçir. Bir gün ilanın yadına Nuh peyğəmbərin dediyi söz 
düşür.  O,  Nuhun  yanına  gəlib  verdiyi  sözü  yadına  salır.  Nuh  ondan  nə  istədiyini 
soruşur.  lan deyir: 
Mən  istəyirəm  ki,  mənim  nəslimə  dünyadakı  ən  şirin  şeyi  yeməyə  izin  verəsən. 
Nuh razı olur. Qaranquşla arını dünyada ən şirin şeyi axtarmağa 
göndərir.  Qaranquşla  arı  uzun  müddət  gəzir,  hər  şeiyn  şirinliyini  yoxlayırlar. 
Axırda arı deyir ki, ən şirin şey insan ətidi. Onlar geri qayıdanda qaranquş insanları 
xilas  eləməkdən  ötrü  aldadıb  arının dilini  dimdikləyib  qoparır.  Arı  danışa bilmir, 
vızıldaya-vızıldaya birtəhər qaranquşdan soruşur: 
– Sən məni niyə bu günə saldın? 
Qaranquş arının sözünü cavabsız qoymur: 
– Niyə sən təkcə insan ətinin şirinliyini gördün? O bizə ev tikir, 
isti yuva qurur, bizi qoruyur. Sən bunları niyə görmədin?Arı nə qədər vızıldayırsa 
cavab verə bilmir, dili tutulur. 
Onlar  Nuhun  yanına  gedirlər.Arı  özünü  qabağa  verir.Çox  çalışır,  çox  vızıldayır, 
ancaq bir şey qandıra bilmir. Qaranquş deyir: 
– Ən şirin şey torpaqdı. 
Nuh  ilana  yemək  üçün  torpağı verir. şin içində  kələk  olduğunu  başa  düşən 
ilan  qaranquşu  tutub  məhv  etmək  istəyir.Lakin  qaranquş  uçub  onun  əlindən 
çıxır. lan  yalnız  onun  quyruğunu  dişləyə  bilir.Elə  o  gündən  arı  vızıldayır, 
qaranquşun da quyruğu haça qalır.s. 41-42 

 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin