Alban-udi xristian kilsəsi
Azərbaycanda xristianlığın tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar
sübut edir ki, Alban kilsəsi nəinki Qafqazda, hətta bütün xristian dünyasında ən
qədim kilsələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə
tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış
qədim alban məbədləri təsdiqləyir.
Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə
iqamətgah Bərdəyə köçürülmüşdür. slam fütuhatlarından, xüsusilə Alban
məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət
erməni dilində aparılmış, Alban dili sıxışdırılmışdır. VIII-IX əsrlərdə Azərbaycan
ə
razisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə
statusunu bərpa etmişdir.
Xristianlıqla bağlı araşdırmalar aparan tədqiqatçıların ümumi qənaətinə görə,
Şə
kidə yerləşən, «Şərq kilsələrinin anası» sayılan və günümüzə qədər qorunub
saxlanılan Kiş kilsəsi Qafqazda ilk xristian məbədidir. Əslində dövrümüzə qədər
gəlib çatmış və böyük əksəriyyəti Qarabağ, Qəbələ-Şəki-Zaqatala bölgəsində
yerləşən alban abidələri xristian Azərbaycan türklərinin xristian mədəniyyətinə,
ümumilikdə, bəşəriyyətin mədəni dəyərlər xəzinəsinə ən böyük töhfəsidir.
Təəssüf ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparan təcavüzkar Ermənistan
Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən alban abidələri
saxtalaşdırılaraq qriqoryanlaşdırılmışdır. Ermənistan işğal etdiyi ərazilərdə
saxtalaşdırdığı alban məbədlərini dünyada erməni abidələri kimi qələmə vermişdir.
Halbuki, həm tikilişinə, həm memarlıq xüsusiyyətlərinə, həm də dini atributlarının
formasına görə alban abidələri erməni kilsələrindən fərqlənir və alban ənənələri
erməni kilsəsi ilə müqayisədə alban kilsəsinin daha qədim olduğunu təsdiqləyir.
Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə uyan Rusiya
çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir, Alban məbədləri,
kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə verilir. Bu
şə
raitdə udilər ya qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz insanlara
çevrilməli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 160 ildən çox bir
dövrdə öz dininə, adət-ənənələrinə, dininə, tarixi vətəninə sadiq qalmış,
erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə
aradan götürməyə çalışmışlar. Udili ziyalıların təşəbbüsü ilə 2003-cü ildə Alban-
Udi xristian icması yaradılmış və müvafiq qaydada dövlət qeydiyyatından
keçmişdir. cmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi,
ümumiyyətlə, tarixi ədalətsizliyin aradan qaldırılması yolunda ilk addımdır.
Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və
Qafqazda kilsələrin anası hesab olunan apostol Yelisey kilsəsi bərpa edilmiş, 2006-
cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki
«Çotari» Alban-udi kilsəsinin rəsmi açılışı olmuşdur. Təbii ki, Alban-udi xristian
icmasının dirçəldilməsi və alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan
qaldırılması, ölkəmizdəki tolerantlıq mühitinin qorunub saxlanılması baxımından
təkcə Azərbaycan deyil, həm də bütün dünya tarixində mühüm əhəmiyyət kəsb
edir.
Alban-udi xristian dini icmasının qeydiyyat alınması formal olaraq digər
icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi
ə
həmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub
olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan
ə
razisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Niç kəndində
yaşayır.
Pravoslavlıq
Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi
"köçürmə siyasəti" çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav
kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır.
Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən
sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda
ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə
Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisı -
Ruslar, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı
quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, burada 13 min sektant
yaşayırdı.
Pravoslavlığın Azərbaycanda yayılmasında, yeni kilsə və ibadət evlərinin
inşasında Azərbaycanlılar da fəal iştirak etmişlər. Məsələn Bakıda yeni «Aleksandr
Nevski» kafedral kilsəsinin tikilməsinə həm müsəlmanlar, həm də yəhudilər
maliyyə yardımı etmişlər. Müsəlman ruhanilər dindarları kilsənin tikintisinə
yardım göstərməyə çağırmış, hətta müsəlman qadınlar öz gümüş zinət əşyalarını
metal zənglərə əlavə olunması üçün kilsəyə bağışlamışlar. Başqa bir fakt: Arxangel
Mixail məbədi yanan zaman bir çox müsəlman onun bərpasına kömək
göstərmişdir. Pravoslav ruhanilər bunun səbəbini soruşduqda isə belə cavab
veriblər: «Таnrının evi yanan şəhərə müsibət üz verər».
Katoliklik
Azərbaycanda xristianlığın yayılma tarixində katoliklik ayrıca səhifə təşkil edir
və bu səhifənin yaşı əsrlərlə ölçülür. Azərbaycanda hələ orta əsrlərdən yayılmağa
başlayan katoliklik XIV əsrin əvvəllərindən etibarən, xüsusilə, XVII-XVIII
yüzilliklərdə geniş yayılıb, hətta Azərbaycanın ən iri şəhərlərində katolik
monastrları, missiya və məktəbləri fəaliyyət göstərib.
Tarixi sənədlər katolik missionerlərin çoxsaylı xeyriyyə, tərcümə və tibb
fəaliyyətlərindən, yerli əhaliyə göstərdikləri yardımlardan xəbər verir. Xüsusilə,
XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində - neft bumu dövründə Bakıya
çoxsaylı katoliklər köçmüş və Azərbaycanda katolik kilsəsinin həyatında yeni
mərhələ başlamışdır.
Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu
tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq
yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik hərbi prixoduna
tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin
Bakirə Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs
Xaç kilsəsi tikilir. 1909-1912-ci illərdə Bakının gözəl memarlıq abidələrindən
sayılan yeni Müqəddəs Məryəmin Bakirə Hamiləliyi kilsəsi qotik üslubda inşa
edilir. Sovet dövründə kilsə dağıdılmışdır. 1999-cu ildə Bakıda Roma-katolik
icması yenidən bərpa olunur. 2001-ci ildə icma öz ibadət evini yaradır. 22-23 may
2002-ci ildə Roma-katolik kilsəsinin sabiq başçısı Papa oann II Pavel Bakıda
rəsmi səfərdə olmuşdur. 2008-ci ildə Bakıda Roma-katolik kilsəsi üçün inşa
olunmuş yeni binasının açılışı olmuşdur. Tədbirdə dövlət rəsmiləri və xarici
qonaqlar iştirak etmişdir.
slam
Azərbaycanın islamlaşması hicrətin 18-ci ilindən (639-ci il) başlanmışdır.
Həmin dövrdə ərəblər Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan
və Arranı fəth edir, Xəzər sahili boyunca Dərbəndə kimi irəliləyirlər. Tarixçi
Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti
dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi.
Ş
imalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali
üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə
geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar
başlanırdı.
slam fütuhatları çox yerdə sülh yolu ilə, bəzi yerlərdə isə silah gücünə həyata
keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif
olunurdu, qəbul edənlərə toxunulmurdu. slamı qəbul etməyən yəhudi və
xristianlar cizyə ödəyir və müsəlmanların himayəsi altında olurdular. slamı qəbul
etməkdən imtina edənlər müsəlmanlarla döyüşməli olurdular. Sərhəd
məntəqələrində ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək
üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir,
islamı qəbul etməyən yerli əhali bir qədər kənara köçürülürdü.
Azərbaycanda islamlaşma prosesini bir neçə mərhələyə bölmək olar. Birinci
mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam
fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu
və Alban kilsəsinin öz müstəqilliyini itirməsi ilə bitir. Bu mərhələnin sonunda
islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk
növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları qəbul edirlər. Yeni din tacir və
sənətkarlar arasında yayılırdı, çünki ərəblər bu siniflərə güzəştlər edirdilər. Bu
mərhələdə məscidlər tikilmir, qədim məbədlər və islamlaşma nəticəsində
istifadəsiz qalmış kilsələr məscidlərə çevrilir, qəbilə-tayfa şüurunun dini şüurdan
üstünlüyü qorunub saxlanılırdı.
kinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi randa və raqda Büveyhilərin
hakimiyyətə gəlməsinə qədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil
Ş
irvanşah Məzyədilər və Səcdilər dövlətləri yaranır. Bütpərəstlik, zərdüştilik
ə
həmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi
müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinlər erməni dilində
aparılır, ardıcılları erməniləşir. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma
etnik köklərlə bağlı şüur tamamilə itib getmir. Bunu Abbasilərin hakimiyyətinin ilk
dövrlərindən başlanan şüubilik hərəkatında izləmək mümkündür. Babək hərəkatı
(816-838) buna ən parlaq misaldır. Sərhəd məntəqələrində islam təsəvvüfü
təşəkkül tapır. Dağ rayonlarında ifrat şiəlik fəallaşır.
Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu
dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib
çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də
özünə xeyli ardıcıl tapır.
Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə
bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii
məzhəbi aparıcı məzhəbə çevrilir, sufi təriqətləri geniş yayılır. Azərbaycan
Atabəyləri və Şirvanşahları islamı xristianlığın təzyiqindən qoruya bilirlər.
Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II
yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır, hürufilik güclənir. Onun banisi
Fəzlullah Nəimi (vəfatı - 1394) idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi (vəfatı -
1417) hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi
xəlvətiyyə təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti (vəfatı -
1464) çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qardaşlarından
biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin (vəfatı - 1487) ardıcıllarından idi.
brahim bin Məhəmməd Gülşəni (vəfatı - 1534) XV əsrin ikinci yarısında
xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin əsasını qoyur. Sonralar bir çox
sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə
Ş
imali Qafqaza nüfuz etmişdir.
Altıncı mərhələ Səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların
(1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına
12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də
onlar "qızılbaşlar" adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar
Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar.
Tarixi faktlar təsdiqləyir ki, slamın Azərbaycanda yayıldığı dövrdə xalqın
narazılığını əks etdirən etirazlar və qiyamlar baş verib, amma bu etirazlar dinə yox,
siyasi hakimiyyətə qarşı yönəlib. Digər tərəfdən, əgər slam qılınc gücünə
yayılsaydı, onun Azərbaycanda ömrü bu qədər uzun olmaz və ümumxalq dininə
çevrilməzdi. Dini birlik şüuru etnik və ya milli birlik şüurundan daha güclü və
ə
hatəli olduğundan slam yeni müsəlman sivilizasiyasının təməlində durdu və türk
xalqları bu dini qəbul etməklə nəinki daha əhatəli və zəngin bir sivilizasiyaya
qoşuldular, həm də bu sivilizasiyanın təşəkkülündə, inkişafında, zənginləşməsində
mühüm rol oynadılar.
Çünki on beş əsr boyunca bu coğrafiyada yaşamış və yaratmış insanlar slam
mədəniyyətinin çiçəklənməsi üçün əllərindən gələni əsirgəməmiş və bu
mədəniyyətin layiqli və görkəmli nümayəndələrinə çevrilmişlər.
slam
mədəniyyətini azərbaycanlılarsız təsəvvür etmək mümkün olmadığı kimi,
Azərbaycan mədəniyyətini də slamsız təsəvvür etmək qeyri-mümkündür. Əgər
mədəniyyətimizdən bir anlığa slamı və onun izlərini silsək, bu zaman Azərbaycan
tarixini və mədəniyyətini inkar etmiş olarıq. Azərbaycanda slamla bağlı önəmli
məqamlardan biri də odur ki, bu din Qafqazda ölkəmiz vasitəsilə yayılmışdır.
Bunun məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Qafqaz regionunda yaşayan
bütün müsəlmanlar üçün dini mərkəz rolunu oynayır və bu fakt istər elmi, istərsə
də dini dairələr tərəfindən qəbul edilir.
Mövzu 4.
Etnik-milli müxtəliflik və multikulturalizm
Azərbaycanın polietnik təkamülünə baxış və onun tolerantlıq ənənələri. Rusiya
imperiyasının müstəmləkə siyasəti: köçürmə, ruslaşdırma, xristian-laşdırma. Ölkədə
demoqrafik dəyişikliklər. Azərbaycan xeyriyyəçiləri
XX əsrin əvvəllərində Bakı memarlığı –multikulturalizmin nümunəsidir.
XX əsrin əvvəllərində Azərbaycan milli-azadlıq hərəkatı. Rusiya
müsəlmanlarının I qurultayı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan
xalqının etnik tolerantlıq ənənələrinin inkişaf etdirilməsi. Sovet ttifaqının
millətlərarası münasibətlər siyasətinin xüsusiyyətləri. Qondarma “Dağlıq
Qarabağ” probleminin növbəti mərhələsi və onun tarixi kökləri. Azərbaycanın
dövlət müstəqilliyinin bərpa edilməsi. Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycan torpaqlarının işğalı və Qərb dövlətlərinin siyasi təzyiqi.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı. Ümummilli
lider Heydər Əliyevin hakimiyyəti dövründə millətlərarası münasibətlər siyasətinin
ə
sas xüsusiyyətləri.
Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər
siyasətinin məqsəd və vəzifələri, prinsipləri və əsas istiqamətləri, hüquqi bazası.
Azərbaycanda millətlərarası münasibətlərin demokratik prinsiplər əsasında
tənzimlənməsi. Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası
münasibətlər siyasətinin məqsəd və vəzifələri, prinsipləri və əsas istiqamətləri,
hüquqi bazası. Müstəqil Azərbaycanın milli siyasəti – azsaylı xalqların hüquq və
mədəni irsinin qorunmasında atılan addımlar.
Azərbaycanını polietnik təkamülünə baxış və onun tolerantlıq ənənələri.
XX əsrin əvvəllərində görkəmli etnoqraf, Vəliyev(Baharlı) göstərmişdi ki,
Azərbaycan etnoqrafik muzeydir. Hal-hazırda Azərbaycan Respublikası məka-nında
80-dən çox azsaylı xalq yaşayır. Bu azsaylı xalqlar qafqazdili, irandilli, türkdilli
qruplara aid olub, ölkə əhalisinin etno-konfessional tərkibinə daxildirlər. Onların
sırasında udiləri, ingiloyları, xınalıqları, qırızları, buduqları, tatları, talış-ları, rusları,
ləzgiləri, yəhudiləri və digərlərini göstərmək olar. Bu azsaylı xalqla-rın bir hissəsi
Azərbaycanın köklü əhalisi olub, başqa bir hissəsi isə tarixin müxtəlif mərhələlərində
baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq ölkə torpaqlarında məskunlaşmışlar.
Azsaylı xalqlardan, alban soyalrından olan udilərə diqqət yetirərək göstərmək lazımdır
ki, müasir udilərin birbaşa əcdadları sayılan utilər haqqında e.ə. V əsrdə yaşamış qədim
yunan müəllifi Herodot özünün “Tarix” əsərində məlumat vermişdir. E.ə. I əsrdə
yaşamış Strabon da “Coğrafiya” əsərində Qafqaz Albaniyasında yaşamış 26 yerli alban
soyunun arasında udilərin adını göstərmişdir. Udilər əsasən Qafqaz Albaniyasının Uti
və Arsax vilayətlərində yaşamışlar. Al-ban soylarından olan ingiloylar da diqqəti çəkir
ki, onlar Qafqaz Albaniyasının Kambisena vilayətində yaşamış, erkən orta əsrlərdə
xristianlıq Qafqaz Albaniyasında yayılarkən, udilər kimi xristianlığı qəbul etmişlər.
slamaqədərki dövrdə Azərbaycanda konfessional durum özünün rən-garəngliyi
ilə seçilmiş, ölkənin cənub torpaqlarında əhali əsasən zərdüştlüyə və xristianlığın
nestorian məzhəbinə sitayiş etsələr də Qafqaz Albaniyasında əha-linin cüzi hissəsi
politeist dinlərə itaət etsə də, lakin böyük hissəsi xristianlığın diofizit və monofizit
məzhəblərini qəbul etmişdi.
Ə
rəb xilafəti dövründə, islamın yayılması Azərbaycanın bütün bölgələrində eyni
zaman ölçüsündə baş vermişdi. Zərdüştlüyün və bütpərəstliyin geniş ya-yıldığı ərazidə,
Azərbaycanın cənub torpaqlarında, daha sonra Mildə, Muğanda, Kaspi sahillərində, Kür
və Araz çayları boyunu əhatə edən ərazilərdə islam dini sürətlə yayılmışdı. Lakin Arsax,
Uti, Kambisena vilayətlərində yaşayan əhali xris-tian kitab əhli olduğu üçün ərəblər
onların dini etiqadına dözümlə yanaşmışdılar. Paralel olaraq, Qafqaz Albaniyasını
Bizansdan uzaqlaşdırmaq məqsədi ilə VIII əsrin əvvəllərindən etibarən(704-cü il)
Alban kilsəsini iyerarxik baxımdan monofizit erməni kilsəsinə tabe etdirmişdilər. Belə
ki, Ərəb xilafəti xristianlara qarşı münasibətdə sasanilərin yürütdüyü siyasəti davam
etdirir və nəticədə, 704--cü il hadisələrindən sonra Alban kilsəsinin erməni-kilsəsindən
asılı vəziyyətə düşməsi, əhalini öz dilindən, tarixi yaddaşından uzaqlaşmasına səbəb
olur və Qafqaz Albaniyasının Arsax, Uti bölgəsinin əhalisi konfessional-mədəni
assimil-yasiyaya – qriqoryanlaşmaya məruz qalır. Kambisena əyalətinin əhalisi
ingiloylar isə beriya ilə həmsərhəd olduğu üçün gürcü - pravoslav kilsəsinə üz tutur və
gürcüləşirlər.
Tarixin faciəvi dönüşü ölkə əhalisinin ayrı-ayrı bölgələrinin etno-kon-fessional
inkişafını müxtəlif səmtlərə istiqamətləndirmiş və eyni soya, kökə, tarixə malik əhali
konfessional amil əsasında bir-birinə yadlaşmış və “din ayrı qardaş” aforizmi söz
lüğətimizə daxil olmuşdur.
Azərbaycan xalqının tarixən yaşadığı konfessional təkamülü ona poli-
konfessional mədəniyyət çalarları gətirmişdir. Ölkə ərazisində zərdüştlük, xristian,
islam abidələri qorunub saxlanılır. Azərbaycan Respublikasının şimal – qərb, cənub-
qərb bölgələrində qorunub saxlanılan alban xristian abidələri xalqımızın tarixi yaddaşı
üçün bir sübutdur ki, Azərbaycan torpaqları yalnız Azərbaycan tarixinə məxsusdur.
Ə
cdadlarımızın yaşadığı tarixi yol multikultural ənənələrin yaranması üçün zəmin olub,
Azərbaycan xalqında tarixən konfes-siyalara olan toleyrantlıq mədəniyyətini
formalaşdırmışdır.
Ölkə əhalisinin etnik alloxton qrupuna aid etnoslardan olan ermənilər II Tiqranın
apardığı işğalçı siyasətindən başlayaraq fasilələrlə ölkənin bir-sıra bölgələrində cüzi
sayda məskunlaşsalar da Rusiya imperiyasının apardığı kö-çürmə siyasəti nəticəsində
XIX əsrin birinci otuzilliyində ermənilər ran və Os-manlı dövlətlərindən kütləvi şəkildə
Ş
imali Azərbaycan torpaqlarına köçürül-müşlər.
Rusiya imperiyasının müstəmləkə siyasəti: köçürmə, ruslaşdırma, xristianlaşdırma.
XIX - XX əsrin əvvəllərində Rusiya imperiyasının Şimali Azərbaycanda apardığı
müstəmləkə siyasətinin tərkib hissəsi olan köçürmə siyasəti nəticəsində ölkə əhalisinin
etnik nomenklaturasında demoqrafik dəyişikliklər baş verdi. Belə ki, XIX əsrin birinci
otuzilliyində Türkmənçay və Ədirnə müqavilələri bağ-landıqdan sonra Rusiya
imperiyası işğal etdiyi Azərbaycanın şimal torpaqlarında özünün siyasi hakimiyyətini
bərqərar etmək, işğal etdiyi müsəlman ölkəsində konfessional dayaq yaratmaq məqsədi
ilə əhalinin 90%-dən çox müsəlman olduğu ölkənin etnik nomenklaturasında xristian
elementinin çəki yükünün artı-rılmasını əsas götürüb, qeyri-köklü xristian etnosları
ölkəyə köçürməyə başladı. Bu siyasətin mahiyyəti, vətən torpaqlarını imperiya coğrafi
çərçivəsində əridib, burada yadelli, yaddilli, yaddinli etnosları yerləşdirib, bölgədə
özünə sosial dayaq yaratmaq idi. Köçürmə siyasətini apararkən, Rusiya hakim dairələri
ermənilərə böyük ümidlər bəsləmiş və hakimiyyətin bu mövqeyini P.D.Sisianov belə
izah etmişdi ki, ermənilər xristian olduqları üçün öz şəxsi mənafeləri nami-nə rus
hökumətinə sədaqətlidirlər və Rusiya dövlətinin yeni ərazilərdə hökmran-lığının
bərqərar olmasını görmək istəyirlər. Nəticədə, 1828-1830 -cü illər ərzində ran və
Osmanlı dövlətlərindən 120 minə yaxın erməni Şimali Azərbaycan tor-paqlarına
köçürülür və onlar əsasən rəvan, Naxçıvan, Ordubad, Qarabağ tor-paqlarında
yerləşdirilirlər. Azərbaycan tarixinin sonrakı mərhələlərində də ermə-nilərin ölkəyə
köçmələri davam etmiş və XX əsrin əvvəlləri üçün onların çəki yü-kü ölkə əhalisinin
etnik nomenklaturasında 32.65%-ə çatmışdı, halbuki XIX əsrin birinci otuzilliyində
ermənil-qriqoryanların çəki yükü Şimali Azərbaycan əhali-sinini 9%ni təşkil edirdi ki,
onların əksəriyyəti qriqoryanlaşmış albanlardan ibarət idi.
Azərbaycan tarixinin alman səhifələri
Köçürmə siyasəti aparan Rusiya, ölkə əhalisinin tərkibinə yeni etnoslar da gətirdi:
almanları və rusları.
Х
IХ əsrin birinci rübündə Azərbaycanın şimal torpaqlarını işğal edən Rusiya
imperiyasının apardığı müstəmləkə siyasətinin əsas istiqamət-lərindən biri işğal
olunmuş əraziyə xristian etnosları köçürmək və xristian elementinin çəki yükünü
ölkə əhalisinin etno-konfessional nomenklatura-sında artırmaq idi. Yadelli xristian
etnoslardan ilk olaraq almanlar Azərbay-canın şimal torpaqlarına köçürülmüş və
onların koloniyaları salınmış-dı. Alman-kolonistlər, ölkənin sosial-iqtisadi sahəsinə
qərb elementlərini daxil edə bilmiş, kənd təsərrüfatında üzümçülük, şərabçılıq,
tütünçülük kimi sa-hələr, süni mineral suların hazırlanması onların adı ilə bağlı
olmuşdur.
Ş
imali Azərbaycanda məskunlaşan almanlar Rusiya imperiyasının apardığı
müstəmləkə siyasətinin tələblərinə cavab verməsələr də ölkənin sosial-iqtisadi,
mədəni və elm sahələrinə qoşulmuş, Azərbaycan tarixində özünəməxsusu iz
qoymuş, ölkədə multikultural mühitin inkişafına təsir gös-tərmişlər. 1899-cu ildə
alman memarı .Eyxlerin layihəsi ilə alman qotika üslubunda tilikmiş Kirxa
kapitalist Bakısına qərb memarlığı mədəniyyətini gətirərək, Şərq-Qərb dünyalarını
yaxınlaşdırmışdır. Bu dövrdə Azərbay-canın multikultural ənənələrə yaxınlaşması
özünü başqa sahələrdə də gös-tərmişdir. Bakı nefti ilə milyonlara sahib olan
Nobellər Nobel mükafatını tə-sis edərək, bəşəriyyətə Qərb-Şərq sivilizasiyalarının
vəhdətini nümayiş et-dirmişdir.
mperiya çərçivəsinə daxil etdiyi bütün xalqlara velikorus mövqeyindən
yanaşan Romanovlar Rusiyası ХХ əsrin əvvəllərində sosial-siyasi kollaps dövrünə
qədəm qoyduqda konfessional cəhətə varmayaraq, özünün qeyri-rus təbəələrinə
birtərəfli münasibət göstərmiş və bu baxımdan almanlar istisna təşkil etməmişdilər.
XX əsrin əvvəllərində ölkə əhalisinin tərkibinə qatılan almanların sayı 15.990
nəfərə, çəki yükü isə ölkə əhalisinin etnik nomenklaturasında 0,41 %-ə çatmışdı.
Xristianlaş dırma siyasə ti.
Dostları ilə paylaş: |