Nəcəfov, Rusiyada Azərbaycanlı əmək miqrantlarının problemləri və onların
həlli yolları, Fəlsəfə elmi nəzəri jurnal, s. 130-136).
9- cu mühazirə.
Mövzu 9. Multikulturalizm –Azərbaycan Respublikasının dövlət siyasəti kimi.
1.
Azərbaycan Respublikasının multikulturalizm siyasəti sahəsində həyata
keçirdiyi praktiki işlər və tədbirlər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri xidmətinin yaradılması;
Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondunun” və Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması;
Bakı Slavyan Universitetinin multikulturalizm ənənəsi.
Azərbaycan Respublikasının Prezidenti lham Əliyevin 28 fevral 2014-cü il
tarixli Sərəncamı ilə Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin
olunmuşdur.
Xidmətin əsas məqsəd və məramı ölkəmizdə mövcud olan milli müxtəlifliyin
qorunub saxlanması, ölkəmizdəki milli azlıqların hüquq və azadlıqlarının dövlət
təminatının, milli azlıqlarla bağlı dövlət siyasətinin həyata keçirilməsi,
ölkəmizdəki multikultural mçühitin öyrənilməsi və dünyada təbliği işinin
aparılması, dövlətin din siyasətinin tənzimlənməsinə nəzarət etməkdən ibarətdir.
Ölkə Prezidenti Dövlət müşavirliyi xidmətinin qarşısına qoyulmuş bu
məqsədlərin daha rəvan formada həyata keçirilməsi üçün iki yeni dövlət qurumu
yaratmışdır.
7 may 2014-cü il tarixində Prezidentin imzaladığı Fərmanla Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu yaradıldı. Bilik Fondunun əsas
məqsədi Azərbaycan Respublikasının əhalisini maarifləndirmək, dövlətin daxili və
xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini
ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Fondun vəzifələri aşağıdakılardır:
2.2.1. Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-
iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat
xarakterli tədbirlər həyata keçirmək;
2.2.2. Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən
proseslər haqqında dolğun biliklər çatdırmaq;
2.2.3. azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi və dini
dəyərləri təbliğ etmək;
2.2.4. şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun
biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək
məqsədi ilə lazımi tədbirlər həyata keçirmək;
2.2.5. gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və
dünyagörüşlərinin inkişafınadəstək göstərmək;
2.2.6. sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək;
2.2.7. Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər
təşkil etmək;
2.2.8. Azərbaycan Respublikasının dinamik inkişafı və dünya birliyinə
inteqrasiyası ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili
ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənməkvə ictimaiyyətə çatdırmaq;
2.2.9. Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyəti ilə
bağlı dövlət maraqlarına uyğun dövri mətbuatda materiallar hazırlayıb yaymaq,
elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək;
2.2.10. Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək,
kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin
etmək;
Bundan əlavə Ölkə Prezidenti 15 may 2014-cüil tarixli Fərmanı ilə Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzini yaratmışdır. Mərkəzin əsas məqsədi
Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik
müxtə- lifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada
multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq
və təşviq etməkdən ibarətdir.
Multikulturalizm Mərkəzininin vəzifələri aşağıdakılardır:
2.2.1. multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan
gerçəkliyinin mə- dəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini
hazırlamaq;
2.2.2. Azərbaycan Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin
azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib
gerçəkləşdirmək;
2.2.3. Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant
ə
saslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını
müəyyənləşdirmək;
2.2.4. müxtəlif bölgələrə aid mədəni irsi öyrənmək, onların müasir dövrdə
ahəngdar inkişafının təmin edilməsinə, vətəndaş cəmiyyətinin potensialından
istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə
dəstək vermək;
2.2.5. multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə
təmas dərəcəsini öyrənmək və təşviq etmək;
2.2.6. aidiyyəti elmi qurumlarla əlaqəli şəkildə Azərbaycan Respublikasının
müxtəlif bölgələrində qədim mədəniyyət izlərini axtarmaq (arxeoloji tədqiqatları
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraqtəşkil etmək), mədəni, etnoqrafik irsin
toplanıb elmi şəkildə öyrənilməsini və qorunmasını həyata keçirmək;
2.2.7. təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən,
şə
xsiyyətin mənəvi bütöv- lüyünün həmahəng inkişafına mane olan müəyyən
çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr
gerçəkləşdirmək;
2.2.8. müxtəlif dinlərə mənsub gənc din xadimlərinin peşəkar dini, dünyəvi
biliklərinin artırılması
istiqamətində tədbirlər həyata keçirmək;
2.2.9. Azərbaycan Respublikasının multikultural nailiyyətlərinin beynəlxalq
mütəxəssislər tərə- findən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək;
2.2.10. şəxsiyyətin saflaşmasında, xalqlararası, dinlərarası qarşılıqlı hörmət və
etimad münasibət-
lərinin yaranmasında xüsusi xidməti olan görkəmli yerli və xarici ölkə
vətəndaşlarının qiymətlən- dirilməsi, təşviq edilməsi mexanizmini hazırlayıb
həyata keçirmək;
2.2.11. multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda keçmiş və
müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini
təhlil etmək və yaymaq
2.
“Bakı Prosesi”: mahiyyəti, tarixi, məqsədləri və iştirakçıları. “Bakı Prosesi”
çərçivəsində həyata keçirilmiş əsas tədbirlər. “Bakı Prosesi”nin regional
təşəbbüsdən qlobal hərəkata çevrilməsi. I və II Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumları. I, II, III və IV Bakı Beynəlxalq
Humanitar Forumlar.
“Bakı prosesi”nin yaranma tarixi
“Bakı prosesi” - mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə
tutan bir təşəbbüsdür. Bu təşəbbüsü Azərbaycan Prezidenti cənab lham Əliyev
2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların
mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu
regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş
konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də
iştirak etməsi ilə yeni bir formanın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8
beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək
səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü
ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi”
qəbul edilmiş, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan
“Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan
tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdur.
Konfransda Azərbaycan Prezidenti lham Əliyevin dərin məzmunlu nitqi, irəli
sürdüyü təkliflər və tövsiyələr “Bakı prosesi”nin qlobal bir təşəbbüsə çevrilməsinə
səbəb olmuşdur.
“Bakı prosesi”nin əsas aktorları
Azərbaycan Respublikası hökuməti, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı,
Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, SESKO, BMT-nin
Dünya Turizm Təşkilatının.
“Bakı prosesi”nin məqsədləri:
• Mədəniyyətlər arasında anlaşmanın, dialoqun və tolerantlığın inkişafı;
• Müsəlman və Qərb cəmiyyətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi;
• Xalqlar arasında olan dini və mədəni gərginliyin azadılması məqsədilə
barışdıran və sakitləşdirən qüvvələrə dəstək göstərməklə mədəniyyətlər
arasında hörmət və qarşılıqlı anlaşmanın qurulması;
• Mədəniyyətin, mədəni irsin və incəsənətin imkanlarını müəyyən etməklə,
onların potensialının mədəniyyətlərarası dialoqun və əməkdaşlığın həyata
keçirilməsində daha səmərəli istifadəsi;
• Mədəni və bədii fəaliyyətlərin dəstəkləməsi; qarşılıqlı anlaşma və dialoqun
qurulması prosesində yaradıcılıq və incəsənət adamların təkan verici qüvvə
kimi tanınması;
• Üzv ölkələr və vətəndaş cəmiyyətinin cəlb olunması ilə, səlahiyyətli
beynəlxalq və regional təşkilatlar arasında dialoqun inkişaf etdirilməsi.
“Bakı prosesi”çərçivəsində həyata keçirilmiş əsas tədbirlər:
1. Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası
dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır”
mövzusunda konfrans (2-3 dekabr, 2008);
2. “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ilin oktyabr
ayında Bakıda keçirilmiş slam Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin
mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri
ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunmuşdur.
Konfransda Avropa Şurasına üzv dövlətlərlə slam Konfransı təşkilatına üzv
dövlətlərin iştirakı ilə “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa”
keçirilmiş və birgə kommünike qəbul edilmişdir. 2010-cu il sentyabr ayında
BMT-nin Baş Məclisinin 65-ci sessiyasında çıxışı zamanı Azərbaycan
Respublikasının Prezidenti cənab lham Əliyevin Bakıda Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumun keçirilməsi təşəbbüsünü elan etməsi “Bakı
prosesi”nin regional bir təşəbbüsdən qlobal hərəkata çevrilməsinə səbəb
olmuşdur.
3. I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (7-9 aprel, 2011);
4. II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (29 may – 01 iyun, 2013);
Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa
Ş
urasının Şimal-Cənub Mərkəzi, SESKO, BMT-nin Dünya Turizm Təşkilatının
tərəfdaşlığı ilə reallaşmışdır.
Dostları ilə paylaş: |