Ə
hməd Ağaoğlu. Əhməd Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan «Üç
mədəniyyət» traktatı 1920-ci ildə Maltada sürgündə ikən yazılmış, lakin ilk dəfə
1927-ci ildə Ġstanbulda çap olunmuĢdur. Mədəniyyətdə dil ortaqlığı amilini ġərq
və Qərbin timsalında müqayisə edən ədib yazır ki, «... bu gün ən azı üç Avropa
dilini - fransızcanı, inciliscəni, almancanı bilməyən ciddi bir avropalı alim və
ə
dibinə həmən-həmən rastlanmaz. Bunlar zatən ortaq olan və Avropa mədəniyyəti
amillərindən bulunan əski yunan və latıncanı da ta çocuqluqlarından öyrənirlər. Bir
zamanlar bu iki dil, Ġslam aləmində ərəbcə və farsca kimi, Qərb aləmində ortaq
elm və ədəbiyyat dili idi. Bütün alimlər latınca yazarlardı».
Şə
rq mədəniyyətinin tənəzzülünü və zaman-zaman öz yerini Qərb
mədəniyyətinə tərk etməsinin səbəbini ġərqdə fəzilətin hökmdara, Qərbdə isə
qanunlara itaətdə dərk olunması ilə xarakterizə edən müəllif «həyat tərzi» kimi
mənalandırdığı mədəniyyət amilinin mütəlif tərəflərinin (ailə, dövlət, hökumət,
din, təlim-tərbiyə, əxlaq və s.) bu kontekstdə təfsirini verir.
«Üç mədəniyyət» əsərində millətin əxlaqının formalaşmasında dindən sonra ən çox
ə
dəbi və fəlsəfi əsərlərin rol oynadığını göstərən Ağaoğlunun fikrincə, «bizim ta
dünənə qədər təqlid etdiyimiz ədəbiyyat və fəlsəfə əsərlərinin nümunələri ərəb və
fars mənbələrindən alınmıĢ olanlarıdır. Bunların arasında bu gün əsrin ruhuna
müvafiq, onu təmin edəcək tək bir əsər göstərilə bilərmi?»
Bu səbəblər sırasında, Ağaoğlunun yazılarında da gördüyümüz kimi, islam
cəmiyyətlərinindurğunluğu, idarəçilərin və üləmanın insani qüsur və ya
yetərsizliyindən qaynaqlanan problemlər, cəhalət və təəssüb, qadının ictimai
həyatda passiv iştirakı, zehni və elmi düşüncəyə qapalılıq, qədərçilik, despotizm və
s. göstərilməkdədir
slam aləminin tənəzzülünü dinin təməllərinə bağlamaması, ona bir sıra yönlərdən
haqq qazandırmaqdadır. Bu mövzudakı təhlillərində o, islam dininin mövcud
vəziyyətini xristianlığın vaxtilə yaşadığı analoji proseslə müqayisəli şəkildə
araşdırır və tənəzzülün dinin mahiyyətindən qaynaqlanmadığına dair analitik
mühakimələr yürüdür
Müəllifə görə, “millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir
hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki,
bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci
böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də
olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və
məhz onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst,
sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı
üzərində hər hansı zülmü də rədd etməlidir”. Amma hakim millətçilik bu zaman
Rusiyada azlıqlara qarşı nifrət püskürür, onları assimilə etməyə çalışırdı. Məsələn,
“Novoye vremya” jurnalının yazarı Menşikov erməniləri, bolqarları, serbləri və
başqa azlıqları dilindən imtinaya məcbur etmədiyi, onlara zorla slamı qəbul
etdirmədiyi, başqa sözlə, assimilə etmədiyi üçün Osmanlını “axmaq” adlandırır.
Ə
hməd bəy Ağayev rusiyasayağı bu tip millətçiliyi, müasir terminlə ifadə etmiş
olsaq, şovinizmi rədd edir.
Avropa ölkələrindən öyrənməyin vacib olduğunu deyir, Avropa tarixində
millətçiliyin oynadığı müsbət quruculuq rolundan bəhs edir və göstərir: “... cümlə
millətlərin ən parlaq mərhələləri haman “millətçilik” deyilən dövrələridir! Əlan
ümum dünyanı heyrətdə qoyan, ümumdünyaya hökmfərma olan, o moşəşe
(parlaq), o müqtədir, öz ülum, sənayesi ilə övci-əlayə (yüksəklərə) çatmış Fransanı,
ngiltərəni, Almaniyanı, taliyanı bu əzəmətə, bu həşəmətə çıxaran haman
millətçilik, haman nasyonalizm dövrəsi oldu!”. Əhməd bəy başqa məsələlərlə
yanaşı, hər millətçiliyin müsbət olmadığı fikrində də israr edir. Rusiyada
Pruşkeviçin millətçiliyi ilə Turgenevin millətçiliyi arasında böyük fərq olduğunu
izah edir. Elə buradaca o, öz millətinin eyiblərini, başqa millətlərin müsbət
keyfiyyətlərini gizlətməyi xəyanət sayır: “Həqiqi millətçi millətini tənqid
etməkdən, millətinin eyyubatını (eyiblərini), qüsuratını görkəzməkdən, millətinin
azarlarını, dərdlərini arıyıb da açıq-açığa deməkdən nəinki çəkinmiyorlar, bəlkə bir
an böylə qafil olmuyorlar.Və həmçinin həqiqi millətçilər qeyri millətlərin arasında
olan gözəl sifətləri, gözəl adətləri, gözəl binaları öz milləti üçün imtisal edüb
(örnək bilib), millətini bu gunə şeyləri əxz etməyə təhrik və təşviq etməkdən
çəkinmiyorlar”. Əhməd bəy Ağayev. Millət və millətçilik. – Tərəqqi, 22 yanvar
1909, № 16, s. 2.
SLAMA GÖRƏ VƏ SLAM YYƏTDƏ QADIN” əsərində Ə. Ağaoğlu yazırdı:
Quranın tekisti slamın peyğəmbəri, onu ilk dəfə Xristosun təlimi ilə tanış etmiş
sabinləri necə də nəcib minnətdarlıq hissləri ilə xatırlayır. sanın iztirabları
haqqında, Onun mövludu, Məryəm, “ lahi ruh”un anası haqqında bəhs olunan
yerlər elə dərin həyəcan, şəfqət və ehtiram ifadə edir, o qədər ülvi və əzəmətlidir
ki, buna Quranın üslubunda nadir hallarda rast gəlmək olar.
Müsəlmanlar arasında Məryəm bəzi xristian sektalarda olduğundan daha
hörmətlidir. O, Allahın seçdiyi günahsız, saf bir qızdır; Məhəmməd ona qarşı dərin
ehtiram hissləri bəsləyir; öz qızı Fatimə haqqında o deyir: “ lahi ruhun anası olan
Məryəmdən sonra Fatimə ikinci qadındır”. O, sanın təlimini özünəməxsus tərzdə
dərk etmişdi və Məhəmmədin yaratdığı din, onun təbirincə, sanın dininin təhrif
olunmasına qarşı etirazın təzahürü idi; Quranda tez-tez təkrar olunur: “Mən sanın
təliminin həqiqətlərini bərpa etmək üçün gəlmişəm”s56 Mübariz Süleymanlı
Ə
HMƏD AĞAOĞLUNUN “ SLAMA GÖRƏ VƏ SLAM YYƏTDƏ QADIN”
Ə
SƏR NƏ ELM -TƏNQ D YANAŞMALAR. Bakı, 2008, 148 s.
Ə
dəbiyyat
1.
Дандамаев М.А., Луконин В.Г. Культура и экономика древнего Ирана.
М
.,1980, с. 312-318
2.
Əliyev E. Azərbaycanda Zərdüştilik. Bakı, Çaşoğlu, 2002, s. 8-28
3.
Əliyev R. Din. Əxlaqa aparan yol. Bakı 2005, s. 13-18
4.
Azərbaycan tarixi yeddi cilddə. kinci cild (III-XIII əsrin birinci rübü). Bakı,
Elm, 1999, səh. s. 109-149, 255-282
5.
Azərbaycan tarixi. Uzaq keçmişdən 1870–ci iləqədər. (Red. S. Əliyarlı).
Bakı 1996 səh.132-155; 189-191
6.
Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007. s.81-
120
7.
Əsgər Əhməd. XII-XV əsrlərdə Аzərbaycanın mənəvi mədəniyyət. Bakı-
2012.s.65-88
8.
slam: Tarix. Fəlsəfə. badətlər. Bakı, Elm, 1994, s. 6 -114; 147 -165
9.
H. manov, A. Əhədov. Orta əsr islam şərqində fəlsəfi fikir. B.: Bakı
Universiteti nəşriyyatı,1998
10.
Tusi Xacə Nəsirəddin. Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005, s.13-18;
215; 225-235
11.
Xəlildov S. Şərq və Qərb. Ümumbəşəri ideala doğru. B.: Azərbaycan
Universiteti Nəşriyyatı, 2004,
MÖVZU 3
DINI MÜXTƏLIFLIK VƏ MULTIKULTURALIZM
Ə
lverişli iqlimə, münbit torpaqlara və gözəl təbiətə malik Azərbaycan bütün
dövrlərdə cəlbedici və diqqət mərkəzində olub. Şübhəsiz ki, Azərbaycan
ə
razilərində müxtəlif tarixi dövrlərdə çoxsaylı etnik və dini qrupların
məskunlaşmasında bu amil böyük rol oynayıb. Amma inkaredilməz faktdır ki, bu
məsələdə coğrafi şərait yeganə amil deyil. Müxtəlif xalqlara və dinlərə mənsub
insanların Azərbaycana pənah gətirməsinin əsas səbəbi bu ölkədə yaşayan
insanların mədəniyyəti və onların xarakterik keyfiyyətinə çevrilmiş tolerantlıq
xüsusiyyətidir. Bu, elə bir sərvətdir ki, min illər boyu heç bir qüvvə onu
Azərbaycan xalqından ala bilməyib, əksinə, əsrlər keçdikcə daha da zənginləşib və
möhkəmlənib.
Səmavi dinlərə qədər Azərbaycan ərazilərində bütpərəstlik hökm sürmüşdür.
Amma bu dövrdə bəzi inanclara, xüsusilə, oda, suya, ağaca və səma cisimlərinə
inam daha güclü olmuşdur. Min illərin keçməsinə baxmayaraq, bu inamın
ə
lamətləri insanların yaddaşında qalmış və bu gün də onların həyat tərzində özünü
büruzə verir. Məsələn, ilk insandan üzü bəri oda bütün dövrlərdə qoruyucu,
müqəddəs təmizləyici qüvvə kimi baxılmışdır. Odun hər cür çirkinliyi yox etdiyinə
və insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Ümumiyyətlə, həyatın
mövcudluğunu şərtləndirən əsas komponentlər kimi od, su, torpaq və hava slamın
yayılmasına qədər Azərbaycan ərazilərində yaşayan insanların etiqadında önəmli
yer tutmuşdur. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana
çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin böyük bir qismi odu
müqəddəsləşdirmiş, ona sitayiş etmişdir.
Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri
Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir. Azərbaycan
ə
razisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və
Lənkəranda atəşgədələr olmuşdur. Suraxanıdakı atəşgah Hindistandan gələn
atəşpərəstlərə xidmət üçün XVIII əsrdə tikilmişdir.
Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa
da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. slamın Azərbaycana gəlişi ilə
atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır.
Bütpərəstlik
Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin
zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərəstlik təsəvvürlərinin kökləri
çox qədimlərə gedib çıxır və animizm (ruh mənasını daşıyan latın sözü “anima”dan
ə
mələ gəlmişdir. Ruhların mövcudluğuna, heyvanların, bitkilərin, cansız
cisimlərin, təbiət qüvvələrinin ağlı olduğuna, onların fövqəltəbii qüvvəyə malik
olduğuna etiqad animizm adlanır), fetişizm (cansız cisimlərə, qayalara, ağaclara,
gildən düzəlmiş bütlərə, insanabənzər təsvirlərə sitayiş fetişizm adlanır) totemizm
(bir soya, tayfaya mənsub adamlarla bir heyvan və ya bitki növü, bəzən də hansısa
təbiət hadisəsi arasında əlaqə, mənşə və qan qohumluğu olduğuna inanc),
ş
amanlıqdan (sehrçinin, türkəçarəçinin vəcd halında cuşa gələrək ruhlara əlaqə
girməsi, şər ruhları qovması) tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını
ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin
mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı,
Çırağlıda qədim tarixə malik iri daş bütlər, smayıllıda antropomorf fiqurlar,
Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq
inanclarına aid nümunələr tapmaq mümkündür.
Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni
inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini
tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə
iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına,
qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma
cisimlərinə pərəstiş güclü olmuşdur. Tanrı xan adı ilə tanınan palıd ağacına da
pərəstiş edilir, at qurban kəsilirdi. Movses Kalankatvasi Alban hökmdarlarının
xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları
barədə məlumat vermişdir.
Zərdüştilik
Zərdüştilik tarixən Azərbaycan ərazilərində yaranaraq digər ərazilərə
yayılmışdır. Adətən, atəşpərəstliyi zərdüştilik dini ilə eyniləşdirirlər. Əslində
zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir.
Halbuki, hər iki inam müstəqil din sahələri kimi meydana gəlib və onların
yaranması bilavasitə Azərbaycan əraziləri və xalqı ilə bağlıdır.
Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt
atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab
etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə
saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər
yığılaraq dəfn edilirdi.
Zərdüştiliyə qədər dünyada müxtəlif dinlər və inanclar olub, amma onların
hamısı məhəlli xarakter daşıyıb və demək olar ki, yarandığı bölgənin sərhədlərini
aşa bilməyib. Üç böyük imperiyanın dövlət dini olmuş zərdüştilik nəinki məhəlli
din anlayışının sərhədlərini aşmış, hətta ilk dəfə qədim dünyada mükəmməl din,
dünyagörüşü, əxlaq və məişət, mənəviyyat prinsipləri toplusu yaratmışdır. Bu dinin
özəlliyi ondadır ki, onun yaradıcısı sayılan Zərdüşt özünə qədər mövcud olan
ilahların hamısını rədd edərək yeganə Allah - Hörmüzü kainatın və bütün canlı
varlıqların yaradıcısı kimi irəli sürüb. Bu baxımdan, bütpərəstlikdən fərqlənən
Zərdüştilik bütpərəst dinlərlə səmavi dinlər arasında ayrıca bir mərhələ təşkil edir.
Bu dinin əhatə dairəsi yalnız Azərbaycanın tarixi əraziləri və Yaxın Şərqlə
məhdudlaşmamış, Qərbə, xüsusilə qədim yunan və Hind mədəniyyətinə ciddi təsir
göstərmişdir. Tarixi faktlar, eləcə də bizə gəlib çatmış yunan tarixçi və
filosoflarının əsərləri sübut edir ki, zərdüştiliyin müqəddəs kitabı olan Avesta,
xüsusilə, bu kitabı yaradan maqlar, onların təlimində və atəşpərəstlik dinində
islahat aparmış Zərdüşt yunan mədəniyyətinin inkişafında böyük rol oynayıb.
Bəlkə, elə buna görədir ki, ingilis tədqiqatçısı Meri Boys Zərdüştiliyin bəşəriyyətə
bütün digər etiqad növlərindən daha artıq dərəcədə təsir göstərdiyini iddia edir.
Ə
ksər tədqiqatçılar təsdiqləyir ki, Zərdüştün dövrünə qədər analoqu olmayan
ideyaları nəinki onun ardıcıllarına, hətta qədim dövrün bir çox aliminə - Platona,
Aristotelə, Hermippinə və başqalarına güclü təsir göstərib. Uzun tarixi dövr
ə
rzində dövlət dini statusunu qoruyub saxlayan zərdüştilik VII əsrdən etibarən,
yəni slamın yayılması ilə əlaqədar zəifləməyə başlayıb. Təsir dairəsi bu qədər
geniş olan, Hindistanda və randa indiyədək mənsubları yaşayan zərdüştilik
Azərbaycanın tarixi ərazilərində yaranmış və Azərbaycan xalqının bəşəriyyətin
mədəni dəyərlər sisteminə ərməğan etdiyi ilk böyük töhfədir.
Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa
başlamışdır. Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-
siyasi uğurları ilə bağlı olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə
bu ərazilərə iranlı zərdüştilər köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik
yerli xüsusiyyətlər də kəsb etmişdir. Azərbaycan ərazisində nüfuz dairəsini
genişləndirmək üçün sasanilərlə bizanslılar arasında şiddətli mübarizə getmiş,
nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənmişdir. Belə bir şəraitdə bölgəyə
gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə etmişdir.
Yəhudilik
Azərbaycan xalqının bu zənginliyini təsdiqləyən və min illər ərzində ondan
faydalanan xalqlardan biri də yəhudilərdir. Azərbaycanda məskunlaşmalarının
tarixi 2600 il öncəyə gedib çıxan yəhudilərin bu böyük tarixi dövr ərzində
azərbaycanlılar tərəfindən nə vaxtsa dini ayrı-seçkiliyə məruz qalmalarına dair heç
bir fakt yoxdur.
Yəhudilər Azərbaycana gəlməmişdən əvvəl bu ərazilərdə müxtəlif dinlər və
inanclar olub, lakin onların heç biri kənardan gəlməyib, burada formalaşıb. Bu
baxımdan, Azərbaycana kənardan gəlmiş ilk din olan yəhudilik həm də bu
ə
razilərdə yayılan ilk səmavi dindir. Azərbaycanda ən qədim yəhudi icması sayılan
dağ yəhudiləri bizim eradan əvvəl VI əsrdə Yerusəlimdə birinci xram adlanan
məbədin sökülməsi nəticəsində vətənlərini tərk etmiş qədim yəhudi qəbilələrinin
nəslindəndirlər.
Azərbaycanda üç yəhudi icması - dağ, əşkinazi və gürcü yəhudiləri icmaları
mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı təxminən 16.000-dir. Bunlardan
11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri
isə digər şəhərlərdə yaşayır. Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi
diasporu arasında çoxluq təşkil edir. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların
ə
ksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700
nəfərdir. Onların ölkəmizə gəlişi əsasən XIX əsrin sonuna, sənaye bumu dövrünə
təsadüf edir.
Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir
vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada
məskunlaşdırılmış srail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk
iman gətirmiş insanlar olmuş, Fələstindən kənarda yaşamış və xristianlıq
yəhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda sa
Məsihi təqib edənlər arasında olmamışlar. Elə Midiyada ikən onlar tatlarla
qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami
və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar.
Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı
Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüşlər. Hökmdar Qafqazda
qalalar tikdirir, şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü
farsları və yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin
dövrdən miras qalmışdır.
Hər halda deyə bilərik ki, dağ yəhudiləri Azərbaycana sasanilərin siyasəti ilə
bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş, imperiyanın təhlükəsizliyini təmin etmək
məqsədilə sərhəd məntəqələrində yerləşdirilmiş, yerli əhali ilə sıx təmasda olsalar
da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar.
Dağ yəhudiləri əqidə məsələlərində əşkinazi yəhudilərlə müqayisədə daha
ortodoksaldırlar.
Hazırda Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət
göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ
yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da
fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini
məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, klublarını və qəzetlərini
yaratmışlar. 2003-cü il martın 9-da Bakıda Avropada ən böyük yəhudi sinaqoq
açılmışdır.
Yəhudi dininə mənsub insanlar təkcə Azərbaycanda yox, dünyanın əksər
ölkələrində yaşayırlar və məlum məsələdir ki, onlara münasibət hər yerdə eyni
deyil. Amma Azərbaycanda bu dinin mənsublarına bütün tarixi dövrlərdə
münasibət birmənalı olub, hansısa yəhudi nə vaxtsa özünü «ögey övlad» kimi hiss
etməyib, əksinə, böyük bir ailənin bərabərhüquqlu üzvü kimi həmişə onun rifahı və
inkişafı üçün çalışıb. Ümumiyyətlə, yəhudilərə göstərilən münasibətə görə
Azərbaycan yalnız sraillə müqayisə oluna bilər. Bu fikir təkcə azərbaycanlıların
və bu ölkədə yaşayan yəhudilərin yox, həm də başqa dövlətlərin, o cümlədən srail
vətəndaşı olan yəhudilərin təsdiqlədikləri həqiqətdir.
Xristianlıq
Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ sa Məsihin
həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə
Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi
güclənir. Gələnlər sanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri
altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında
bu dövr həvari dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə
bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı
Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və
Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən
qabaq tikilmişdir.
313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən
qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu
vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan
yeni dövrü başlanır. Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III
Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə
ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz
ə
razilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini
kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi.
Azərbaycan tarixinin xristianlıqla bağlı məqamları təkcə slamdan öncəki
dövrə aid deyil, əksinə, slam Azərbaycanda aparıcı dinə çevrildikdən sonra da bu
ə
razilərdə xristianlar yaşayıb və ümumi mədəniyyətimizin formalaşmasında
yaxından iştirak ediblər. Üstəlik müəyyən tarixi dövrlərdən başlayaraq bu dinin
müxtəlif qolları - pravoslavlıq, katoliklik və protestantlıq, eləcə də lüteranlıq
ölkəmizdə yayılıb və yaşamaq hüququ qazanıb.
Azərbaycanın ikiyə bölünməsindən və Rusiya işğalından sonra bölgədə fərqli
dini mühit formalaşıb ki, onun təsiri hələ də davam edir. Çünki Rusiyanın
işğalından sonra xristianlığın pravoslav və lüteran qoluna mənsub xeyli sayda
insan kütləvi şəkildə Şimali Azərbaycana köçürüldü və ölkədə əhalinin istər din,
istərsə də məzhəb baxımından tərkibi xeyli dəyişdi. Şübhəsiz, XIX əsrin ikinci
yarısında Bakıda neft sənayesinin inkişafı nəticəsində işləmək üçün müxtəlif
ölkələrdən Azərbaycana gələn insanların sayı xeyli artdığından əhalinin dini tərkibi
daha da zənginləşdi. Bunu həmin dövrdə Bakının dini xəritəsi də təsdiqləyir. 1913-
cü ilin məlumatına görə, Bakıda 76 min 927 xristian, 9 min 592 yəhudi, 3 min 801
lüteran, 2 min 902 katolik, 4 min 496 sektant, 262 nəfər təriqətçi yaşayıb və həmin
dövrdə Azərbaycanda məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və
sinaqoqlar, məbədlər və s. fəaliyyət göstərib. Məhz bu dövrdə Roma-katolik,
lüteran və bir sıra protestant icmaları formalaşıb. Bütün bunlar onu göstərir ki,
tarixən çox konfessiyalı ölkə olan Azərbaycanda tolerantlıq prinsiplərinin
qorunması üçün münbit şərait olub və təkcə ölkənin yerli əhalisi yox, hətta
ə
cnəbilər də bu mühitdən maksimum bəhrələniblər.
Dostları ilə paylaş: |