Azərbaycan torpaqlarını özünün müstəmləkə sisteminə qatan Rusiya siyasi
hakimiyyətini bölgədə bərqərar etmək məqsədi ilə işğal etdiyi ərazidə mövcud
islam sistemini pozmaq və əsas vasitə kimi götürdüyü xristian ele-mentini artırmaq
üçün müstəmləkə siyasətinin tərkib hissəsi olan xristian-laşdırma siyasətini
məqsədyönlü olaraq aparmışdır. Belə ki, müsəlman ölkəsində Rusiya
hakimiyyətini möhkəmlətmək məqsədini əsas tutan mütlə-qiyyət yaddilli, yaddinli,
yadtəbiətli əhalinin assimilyasiyaya uğramasında mütləq vasitə dini, xristianlığın
yayılmasını götürmüşdü. Belə ki, Rusiya im-periyasının hakim dairələrinin fikrincə
ölkənin köklü əhalisi yadelli işğalla ba-rışmayacaq və bu barışmazlığın dayaq
nöqtəsi də slam dini idi. Çünki, minillik bir tarixi dövr boyunca slam dininə
etiqad edən xalq, xristian dövlətin hakimiyyətini asanlıqla qəbul etməyəcəkdi.
Rusiya imperiyasının Şimali Azərbaycanı tərkib hissəsinə çevirmək məqsədi
ilə xristianlaşdırma siyasətini aparan mütləqiyyət bölgədə xristian missioner
cəmiyyətlərinin fəaliyyəti üçün şərait yaradır. Və işğalın ilk illə-rində fəaliyyət
göstərən missioner cəmiyyətləri təkcə pravoslav deyil, ha-belə qeyri-pravoslav
yönümlü idilər. Sonuncuların fəaliyyət məkanına Bazel missionerləri cəlb
olunmuşdular. Lakin tezliklə Rusiya hakim dairələrinin ayrı ayrı nümayəndələri
belə qənaətə gəlirlər ki, qeyri-pravoslav missioner cəmiyyətləri, o cümlədən Bazel
yevangel cəmiyyəti Rusiya imperiyasının dövlətçilik siyasətinin tələblərinə cavab
verə bilmədiyi üçün onların fəaliy-yətinə xitam verilməlidir. Beləliklə, XlX əsrin
30-cu illərində Rusiya hakim dairəlilərində qeyri-pravoslav missioner
cəmiyyətlərə, o cümlədən Bazel missioner cəmiyyətinə münasibət qeyri-loyal
duruma gəlmiş və nəticədə 1835-ci ilin payızında Bazel missioner cəmiyyətinin
fəaliyyətinə qadağa qoyulmuşdu. Verilən qərarla razılaşmayan Bazel missionerləri,
baron Q.V.Rozenə yazdıqları hesabatlarında bölgədə xristianlaşdırma siyasətinə
toxunaraq, bildirmişdilər ki, onların cəmiyyətinin əsas məqsədi müsəlman-ları
xristianlaşdırmaqdır. Və bunun üçün də əsas vasitə olaraq Bibliyanın bölgədə
təbliği və yayılması məqsədəuyğun hesab edilmişdir. Çünki onların fikrincə dinin
və dini baxışların dəyişilməsi üçün “nəinki onilliklər, hətta əsr-lər gərəkdir”. Bu
fikri əsas tutan Bazel missionerləri Rusiya rəsmi dairə-lərinin xristianlaşdırma
siyasətində kəmiyyət meyarına istinad etmələrini qəbul etmir və bildirirlər ki, qısa
bir zaman çərçivəsində göstərdikləri fəaliy-yət onlara belə bir gerçəkliyi
aydınlaşdırmışdır ki, Azərbaycan torpaqlarının köklü əhalisi, azərbaycanlıları,
xristianlaşdırmaq o qədər də asan deyil. Çünki əsrlərlə Azərbaycan xalqının
mentalitetini, özünüdərkini müəyyən-ləşdirən slam və ,,islam mədəniyyətini
ş
üurlardan silmək mümkün deyil”. Lakin mütləqiyyət müstəmləkə iddialarından əl
çəkmək istəməyərək, Bazel missionerlərinin bu müraciətini qəbul etməyərək 1837-
ci ilin yayında onların fəaliyyətini dayandırmışdı.
Beləliklə, XlX əsrin ikinci otuzilliyində başlayaraq Rusiya imperiyasının
Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda apardığı xristianlaşdırma
siyasətində yeni istiqamət özünü göstərir. Belə ki, bölgənin işğalının ilk illərində Rusiya
zəbt etdiyi torpaqlarda mütləqiyyət, xristian amilini sadəcə olaraq artırmaq məqsədini
ə
sas götürdüyü uçun xristian dininin ayrı-ayrı konfes-siyalarını xristianlaşdırma
siyasətinə qoşurdusa da, Türkmənçay müqaviləsi bağlandıqdan sonra Rusiya imperiyası
bölgədə siyasi hakimiyyətini bərqərar etmək məqsədi ilə qeyri-pravoslav
konfessiyaların, o cümlədən Bazel missi-onerlərinin fəaliyyətini məqsədəuyğun hesab
etməyərək onları xristianlaşdırma siyasətindən uzaqlaşdırır və bu siyasətin ana xətti
ortodoksal kilsə ilə bağlanılır.
Ölkədə məqsədyönlü şəkildə xristianlığı yaymaq konturları ilə çıxış edən Rusiya,
Qafqazda pravoslavlığı yayan “Osetin komissiyası”nın fəaliyyəti ilə kifayətlənməyib,
1829-cu ildə “Qafqazda pravoslavlığı yayan cəmiyyəti” təsis edir. Və bu qurum 1860-cı
ildə fəaliyyətə başlayır. Xristianlığı ölkədə yayarkən, mütləqiyyət nəzər-diqqəti şimal-
qərb torpaqlarına yönəldir və Alban kilsə tarixi-abidələrinin mövcud olduğu ərazilərdə
xristianlaşdırma siyasətinin uğurlu nəticələrlə sonuclanması qənaətinə gəlir. “Qafqazda
pravoslavlığı yayan cəmiy-yəti”n fəaliyyəti nəticəsində Zaqatala dairəsində kilsələr
tikilməyə başlayır və XIX əsrin ilk illərində ildə 20 minə qədər alban-ingiloy zor-xoş
xaç suyuna salınır. Əhali mütləqiyyətin apardığı xristianlaşdırma siyasəti ilə barışmır və
1863-cü ildə Zaqatalada üsyan başlayır və bu üsyanın əsas səbəblərindən biri məhz
xristi-anlaşdırma siyasəti olur. Bölgədə sosial-siyasi durumu sabitləşdirmək məqsədi ilə
Qafqaz Canişinliyi “xristianlığı qəbul etmişlərə yenidən slam dininə qayıt-mağa icazə
verir”. Nəticədə, bir-neçə il ərzində Zaqatala dairəsində 7 məhəllə kilsəsi, o cümlədən
Balakən kilsəsi bağlanılir. Beləliklə, Rusiya imperiyasının Azərbaycan torpaqlarında
apardığı xristianlaşdırma siyasəti mütləqiyyətin göz-lədiyi nəticəni vermir və bunun
ə
sas səbəbi Azərbaycan xalqının slam dininə olan bağlılığı olur. Bununla belə
mütləqiyyət sonrakı illərdə də xristianlaşdırma siyasətini davam etdirilir və bu konturda
“Qafqazda pravoslavlığı yayan cəmiy-yət” öz xidmətini göstərir, ölkə quberniyalarında
pravoslav kilsələri salınır. Xris-tian kilsələrinin sürətlə salınması, xüsusən Bakı
şə
hərində özünü daha qabarıq şəkildə göstərir. Burada xristian abidələrinin salınması
rus xristian əhalinin etiqadı üçün şəraitin yaranması məqsədini də güdürdü. Belə ki,
neft kapitalının sıçrayışlı inkişafı şəhərdə demoqrafik “partlayış”a səbəbə olur. Və
1913-cü il məlumatına görə, 214.672 nəfərlik Bakı əhalisi içərisində birinci yeri ruslar,
76.228 nə-fərlə, tutur. Bu ilin göstəricilərinə görə şəhərdə 17 pravoslav xristian kilsəsi
fəaliyyət göstərirdi. Beləliklə, Rusiya imperiyasının işğalı nəticəsində köhnə Bakının
Şə
rq mədəniyyəti ilə Avropa mədəniyyətinin çulğalaması prosesi mərhələsi
başlanmışdı.
Ruslaşdırma siyasəti.
Xristianlaşdırma siyasəti ilə paralel olaraq, mütləqiyyət Şimali Azərbay-cana
Rusiya imperiyasının mərkəzi quberniyalarından rus əhalisini də köçürürdü ki, məqsəd
ölkənin köklü əhalisini, azərbaycanlıları, assimilyasiyaya uğratmaq, bu müsəlman
torpaqlarını imperiya çərçivəsində “əritmək” idi. Ruslaşdırma siya-sətini XIX əsrin
birinci otuzilliyindən aparan mütləqiyyət, Rusiya dövlətçiliyi üçün təhlükə amili kimi
qəbul edən rus təriqətçilərini Şimali Azərbaycana köçürsə də, lakin XIX əsrin üçüncü
otuzilliyindən etibarən pravoslavlığın yayılmasında rus təriqətçilərinin deyil, rus
pravoslav əhalisinin önəmli rol oynadığını əsas götürüb, pravoslav rusların bölgəyə
köçürülməsinə üstünlük verir. Nəticədə, 1912-ci il üçün Bakı quberniyasında 60,
Yelizavetpol quberniyasında isə 29 rus pravoslav məskənləri salınır. Mütləqiyyətin
devrilməsi ərəfəsində Şimali Azərbaycanda rusların sayı 249.835 nəfərə çatırdı.
Demoqrafik dəyişikliklər.
Beləliklə, XIX əsrin birinci otuzilliyində Azərbaycan torpaqlarını işğal edən
Rusiya imperiyası, ölkədə siyasi hakimiyyətini bərqərar etmək üçün köçürmə siyasəti
apararaq, əhalinin etno-konfessional tərkibində ermənilərin sayını mexa-niki hərəkətlə
artırsa da, əhalinin tərkibinə yeni xristian elementləri – almanları və rusları gətirsə də,
Azərbaycan xalqının çəki yükü 54,9%, əhalinin etno-konfessional tərkibində dominant
olaraq qalmış, Azərbaycan xalqı özünün tarixi torpaqlarında yaşamaqda davam etmiş,
özünün mentalitetini, maddi-mənəvi mədəniyyətini, etnik özünüdərkini, konfessional
toleyrantlığını qoruyub saxla-yaraq, Şərq-Qərb mədəniyyətlərinin sintezi prosesində
özünəməxsus rol oyna-mış, multukulturalizm ənənələrini inkişaf etdirmişdir.
Azərbaycan xeyriyyəçiləri.
Ruslaşırma və xristinlaşırma siyasətini aparan Rusiya imperiyasının məqsədi
Azərbaycan xalqını assimilyasiyaya uğratmaq idi. nqilabaqədərki Rusiya
apologetləri ruslaşdırmanı Rusiyanın tərkib hissəsi olduğunu göstə-rərək,
bildirirdilər ki, bu siyasətin əsas məqsədi qeyri-rusların” ruslar kimi düşünməsi və
fikirləşməsidir”. Müstəmləkə siyasətinin bütün ağırlığının girdabı içində qalan
Azərbaycan öz tarixi özünüdərkini əsas tutur və XlX əsrin sonlarında kapitalizmin
inkişaf mərhələsinə qədəm qoyan ölkə milli özünüdərk oyanışını yaşayır. Milli
özünüdərk intibahının ilhamverici qüvvəsi Azərbaycan maarifpərvərləri və milli
burjuaziyanın nümayəndələri olur. Bu xeyriyyəçilərin əsas məqsədi Rusiya
imperiyasının müstəmləkə siyasətinin mahiyyətini göstərmək və xalqı oyatmaq idi.
Bu məqsədlə xeyriyyəçilər mə-dəniyyətin, ədəbiyyatın, elmin, mətbuatın, maarifin
inkişafına ciddi fikir ve-rirdilər. Və cəmiyyətin bu aspektlərini inkişaf etdirən
Azərbaycan xeyriyyə-çiləri ölkəni multikultural istiqamətə yönəldirdilər.
Həsən bəy Zərdabi.
Görkəmli maarifçi-demokrat, pedaqoq və ilk Azərbaycan xeyriy-
yəçilərindən olan Həsən bəy Zərdabi xalqın milli şüurunun oyanmasında dünyəvi
məktəblərin açılmasının zəruriliyini göstərir və bu ideyanın təbliği üçün vasitə
olaraq, milli mətbuatın əsasını qoyur. Onun 1875-ci ildə təsis et-diyi "Əkinçi"
qəzeti demokratik və maarifpərvər ideyaların təbliğat alətinə çevrilir. Bu qəzetin
mənəvi varisləri "Ziya", "Ziyayi Qafqaziyyə" və "Kəşkül" qəzetləri olur.
Hacı Zeynalabdin Tağıyev.
Azərbaycan milli burjuaziyanın görkəmli nümayəndəsi, 1873-cü ildə Bakı
nefti ilə milyonlara sahib olan Hacı Zeynalabdin Tağıyev öz xeyriy--yəçiliyi ilə də
seçilmişdir. Onun adı qızlar məktəbi ilə də bağlıdır. Xalqının gələcək inkişafını
maarifdə, tərəqqidə görən uzaqgörən xeyriyyəçi qızların təhsilinə xüsusi diqqət
yetirmişdir. O, Bakıda ilk qızlar məktəbini açır. Və bu məktəbin xərcini ödəmək
üçün banka 150.000 man. pul qoyur. Bina 1898-ci ildən tikilməyə başlayır və
1900-cü ildə hazır olur. Bu məktəb 184.000 man. başa çatır. Bu binanın memarı
polyak Qoslavski idi. Məktəb Nikolayevski( indiki stiqlal, hazırda AMEA-nın
Ə
lyazmalar fondunun binası) küçəsində yerləşirdi.
Qaraguruhçu ruhanilərin ciddi müqaviməti ilə üzləşən Tağıyev Quran
ayələri əsasında göstərir ki, islam dini müslimələrin də biliklərə yiyələnmələrinin
vacibliyini göstərir. Hacının səyləri öz nəticəsini verir. Qız-lar məktəbində ilk
dərslər 1901-ci ilin sentyabrın 7-də başlanır. 58 şagird-dən 35-i kasıb ailədən
olduğu üçün böyük xeyriyyəçi onları öz hesabına oxutdurmuşdu.
*** *** *** ***
Azərbaycan xeyriyyəçiləri qəzalarda da fəaliyyət göstərir, Rusiya im-
periyasının Azərbaycan torpaqlarında apardığı xristianlaşdırma siyasətinə qarşı
mübarizəni, islam dəyərlərinin xalqın mənəviyyatında dominant rol oynaması
üçün, yeni məscidlər salmaqda görürdülər. Bunların sırasında 1870-ci ildə Şamaxı
şə
hərində memar Kazım-bəy Hacıbabayevin layihəsi əsasında salınmış
Təzəməscidi göstərmək olar ki, bu məscidin salınması-na xeyriyyəçi tacir Hacı
Məmməd Rza vəsait ayırmış, 100 min rubl pul qoymuşdu. B illərdə əyalət
xeyriyyəçiləri başqa qəzalarda da məscidlər tik-dirirdilər. 1854-cü ildə Quba
qəzasında Səkinə xanım məscid tikdirir. 1877-1878-ci illərdə srafil bəy
Yadıgərzadə Gəncədə məşhur orta əsr " mam-zadə” kompleksini bərpa etdirir.
1899-cu ildə srafil ağa Qazax qəzasında məscid saldırır. 1886-cı ildə, Gəncədə,
Cənubi Azərbaycan şahzadəsi Bəh-mən Mirzənin qızı Səbiyyə xanım məscid
tikdirir. Lakin xristianlaşdırma siyasətini aparan mütləqiyyət, yerlərdə islam
maddi-tarixi abidələrinin salın-masından narahat olaraq, A.S.Puşkinin 100 illiyi
bəhanəsi ilə məscidin ki-tabxanaya çevrilməsi qərarını verir. Gencəlilər bu qərara
etiraz etsələr də Səbiyyə xanım xalqın maariflənməsində kitabxananın əhəmiyyətli
rol oyna-dığını əsas tutaraq, multikultural mövqedən çıxış edir və bu qərarla razıla-
ş
ır.
XX əsrin əvvəllərində Bakı memarlığı –multikulturalizmin nümunəsidir.
Bakı XX əsrin əvvəllərində multkultural mədəniyyətə yaxınlaşmaqda davam
edirdi. Rusiyanın müstəmləkə siyasətinin ağırlığını daşısa da, kapi-talizmin inkişaf
mərhələsinə qədəm qoymuş Şimali Azərbaycan Qərb mədə-niyyətinin dəyərləri ilə
tanış olur, Şərq sivilizasiyanın daşıyıcısı olan ölkə, öz mənəviyyatını
zənginləşdirir, multikultural dünyaya yaxınlaşır. Məhz bu dövrdə Rusiya və
Avropa mədəni-ictimai cərəyanların təsiri nəticəsində yeni dövr rəssamlıq sənəti,
realist rəsmlər yaranır. Azərbaycanın karikatura, şarj məktəbinin banisi isə Əzim
Ə
zimzadə olur. Bu dövrdə kapitalist Bakısında gedən tikililər Qərb memarlığı
üslubunda salınır. Bu memarlığın formalaş-masında alman memarlarının da yeri
olmuş, N.A.fon der Nonne, F.A. Lem-kul, .V.Edel, A.Eyxler Bakının yeni memar
üslublu şəhərə çevrilməsində xüsusi xidmət göstərmiş, qiymətli əsərlər yaratmışlar.
Bu illərdə Bakıda teatr binaları, kino salonları, əyləncə evləri də ar-tırdı.
Azərbaycanda ilk milli teatr binasının tikilməsi Hacı Zeynalabdin Tağı-yevin adı
ilə bağlıdır. Teatr binası 1883-cü ildə Hacının pulu ilə memar Koq-novitskinin
layihəsi əsasında tikilmişdir. Milli teatr ölkədə multikulturalizmin inkişafında
özünəməxsus rol oynayır. Belə ki, kapitalist Bakısı Qərb mədə-niyyətinin
komponentlərindən olan teatrı qəbul etsə də öz milli mentalite-tindən imtina
etməmişdi. Belə ki, tamaşaya baxa bilmələri üçün qadınlar xüsusi salınmış
lojalarda yerləşdirilir, xalqın milli davranış qaydaları qoru-nurdu. Beləliklə,
cəmiyyət Qərb mədəniyyətini qəbul edərək, Şərqli davra-nışından imtina etmirdi.
Bu teatrda 1908-ci ildə "Leyli və Məcnun" operası oynanılmışdı. Azərbaycan
mədəni həyatında xüsusi yer tutan bu hadisə öl-kəni multukultural dünyaya
aparırdı.
lk dəfə olaraq, Şərqdə, Azərbaycan-da, Qərb mədəniyyətinin
komponenti, opera qəbul edilir və böyük Ü. Hacı-bəyov tərəfindən Şərq motivləri
ə
sasında yazılır.
1909-cu ildə Bakının incisi olan Bulvarın salınması, istedadlı mühən-dis,
vətənpərvər Məhəmməd Həsən Hacınskinin rəhbərliyi ilə başlanılır və
multikultural əsər olan Bakı bulvarının layihəsində alman memarlarından,
A.Eyxler öz aktivliyi ilə seçilir.
Yuxarıda göstərilənlər belə bir reallığı açıqlayır ki, əgər qəzalarda tarixi
toleyrantlıq ənənələrini və xalqın tarixi yaddaşını qoruyan Azərbaycan xeyriy-
yəçiləri(əks təqdirdə tariximizin tərkib hissəsi olan Alban kilsələri zamanımıza qədər
qalmaz və ermənilik də Azərbaycan tarixini erməniləşdirmək məqsədi ilə Alban
kilsələrini qriqoryanlaşdırmaq fikrindən uzaq olardı) islam ənənələrini inkişaf
etdirməyə daha çox meylli idilərsə, kapitalist Bakısının Azərbaycan xeyriyyəçiləri,
islam dəyərlərini qorumuş və paralel olaraq, Qərb mədəniyyətini köhnə Bakıya
aşılayaraq, Qərb-Şərq mədəniyyətinin sintezini apararaq, bəşər tarixinə təkraredilməz
bir multikultural mədəniyyət gətirmiş və 1907-ci ildə H.Z.Tağıyevin tikdirdiyi “Jon
Mironosets” kilsəsi buna bariz nümunədir. Ümumən Azərbaycan xeyriyyəçilərinin
fəaliyyəti Azərbaycan sosial-mədəni həyatında özünəməxsus bir toleyrantlıq ansamblı
yaratmış, multikulturalzmin inkişafına xidmətlər göstərmişlər.
XX əsrin əvvəllərində Azərbaycan milli-azadlıq hərəkatı. Rusiya müsəl-manlarının I
qurultayı.
Azərbaycan torpaqlarında müstəmləkə siyasətini aparan Rusiya imperiyası
köçürmə, ruslaşdırma siyasəti ilə paralel olaraq, islam dininin cəmiyyətdə tutduğu
rolunu da mümkün qədər məhdudlaşdırmağa çalışırdı. Cəmiyyətin əxlaqına və
məişətinə ciddi təsir göstərə bilən, müstəqil sosial-siyasi qüvvə olan müsəlman
ruhanilərinə, imperiya, ehtiyatla yanaşmağa çalışırdı.Belə ki, ölkədə slamın nüfuz
dairəsini mümkün qədər məhdudlaşdırmaq, müsəlman ruhani-lərinə məqsədyönlü
şə
kildə təzyiqlər göstərmək, müsəlman ruhanilərinin dini-si-yasi fəallığını
neytrallaşdırmaq istəyən mütləqiyyət, ruhanilərlə əməkdaşlıq əla-qəsinə girərək, onların
nüfuzundan imperiya mənafeyi naminə faydalanmaq istəyirdi.Müsəlman ruhaniliyin
nüfuzu ilə barışmaq məcburiyyətində qalan müt-ləqiyyət 1823-cü ildə Zaqafqaziya
Müsəlmanlar Ruhani darəsini təşkil edir.Bu qurum qısa bir zaman çərçivəsində köklü
müsəlman əhalisinin maraqlarını təmin edən istiqamətdə fəaliyyət göstərir. Bu qurumun
ə
haliyə təsir gücünü hiss edən Rusiya “parçala, hökm sür!” kredosunu əsas tutaraq,
slamda məzhəb mələsini qabartmaq xəttini götürür və 1832-ci ildə Tiflisdə Qafqazın
Muftisi vəzifəsini təsis edir.
Romanovlar Rusiyası islam dininə qadağa qoymasa da, müsəlmanların ümumi
təbəəlik və dini – mədəni hüquqlarına təzyiq və məhdudiyyət qoydu-ğundan, xristian
missionerlərin təbliğatına şərait yaratdığından xalq belə bir vəziyyətlə barışa bilmir. Və
Birinci Rusiya inqilabı illərində Rusiyanın müsəlman xalqları kimi, Azərbaycanın
mütərəqqi qüvvələri imperiyanın müsəlman əhali-sinin rus xalqı ilə eyni olaraq, hüquq
bərabərliyinin tanınması tələbi ilə çıxış edir. Müsəlmanlar üçün mədəni –təhsilin
inkişafının labüdlüyünü göstərirlər. Bu tə-ləbləri təkminləşmiş şəkildə, Azərbaycan
milli hərəkatının görkəmli nümayəndəsi Ə. M. Topçübaşovun sədrliyi 1905-ci il
avqustun 15- də Nijni-Novqorodda keçiri-lən Rusiya müsəlmanlarının I qurultayı irəli
sürmüşdü. Həmin dövrdə Azərbay-can və Rusiya müsəlmanlarının tərəqqipərvər
nümayəndələri multikultural ide-yanın, “avropalaşma, türkləşmə, islamlaşma”, ətrafında
birləşməyə çalışırdılar.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan xalqının etnik tolerantlıq
ə
nənələrinin inkişaf etdirilməsi.
1918-ci il mayın 28-də Azərbaycanın “ stiqlaliyyəti haqqında Aktı”nı qəbul edən
AXC, dövlətin ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyi verdi. Yarandığı
zamandan etibarən ölkənin ərazi bütövlüyü uğrunda mübarizə aparan AXC, Azərbaycan
xalqının tolerantlıq ənənələrindən imtina etməyərək, dövlətin qanunverici orqanı,
parlamenti formalaşdırarkən, ölkənin sosial-siyasi həyatında xidməti olan azsaylı
xalqlara, eyni zamanda Rusiya imperiyası dövründə əhali-nin etno-konfessional
tərkibində müəyyən çəki yükü əldə edə bilmiş rus və ermənilərə də yer ayrılmışdı. Belə
ki, etnik proporsiyaya görə parlamentdə nəzərdə tutulan 120 deputat yerdən 80-i
müsəlmanlara, 21-i ermənilərə, 10-u- Bakı Rus Milli Şurasına 1-i – Alman Milli
Təşkilatına, 1-i –Yəhudi Milli Şurasına, 1-i Gürcü Milli Şurasına, 1-i Polyak Milli
Komitəsinə verilmişdi. Azsaylı xalqların nümayəndələri, parlamentə seçilərkən, onun
işində də aktiv fəaliyyət göstər-mişlər. Belə ki, alman icmasını təmsil edən L.Kun
parlamentin aqrar komissi-yasının tərkibinə daxil edilmiş, qanunların hazırlanmasında
iştirak etmişdi. Qey-ri-müsəlman etnosların tarixinə və mədəniyyətinə hörmətlə yanaşan
AXC, multi-kultural mühitin formalaşmasının demokratiyanın inkişafına müsbət təsir
edə-cəyini nəzərə alaraq, ölkədə alman koloniyaların salınmasının 100 illik yubi-leyinin
təntənəli şəkildə keçirilməsi üçün şərait yaratmış və bu yubiley 1919- cu ilin iyunun 9-
da təntənəli şəkildə Yelenendorf koloniyasında keçirilmişdi. L.Kun bu bayram
tədbirində çıxış edərək bildirmişdi ki, Azərbaycan torpaqlarında məs-kunlaşan
kolonistlər Azərbaycan xalqının onlara bəslədiyi hörmət və ehtiramı unutmur və
Azərbaycanı özlərinin ikinci vətəni kimi qəbul edirlər.
Azərbaycan xalqının almanlara olan xoş münasibətini belə bir fakt təs-diqləyir.
Birinci
Dünya
müharibəsi
illərində
mütləqiyyət
alman-kolonistlərə
qarşı
məhdudlaşdırma qanunlarını elan etdikdə, Ə.Rəfibəylinin başçılığı ilə bir qrup Gəncə
ağsaqqalı Yelizavetpol quberniyasının qubernatoru Kovalyevskidən Azərbaycanda
məskunlaşan kolonistlərə bu qanunların tətbiq edilməməsini xa-hiş etmişdilər. Və bu öz
kökündən, dilindən, dinindən olmayan xalqlara, Azər-baycan xalqının multikultural
baxışdan yanaşdığını, bəşəri dəyərlərə əsas-landığını sübut edir. Və bu ənənələr özünü
ailə-nikah münasibətlərində də göstərirdi.AXC hökumətinin üzvü olmuş Əbdül Əli bəy
Ə
mircanovun qızı Mər-yəm xanım, Almaniyada mühacirətdə olarkən, məşhur kolonist
Y.Qurrun oğlu Emil Qurrla ailə qurmuşdu. Azərbaycan-alman xalqlarının multikultural
müna-sibətləri hərbi-siyasi sahədə də diqqət çəkmişdir. Azərbaycan xalqına varlığı ilə
bağlı olan, vermaxt zabiti Emil Qurr, Azərbaycan legion tarixi üçün xidmətlər
göstərmiş, 1920-ci il Gəncə üsyanın rəhbərlərindən olmuş C.Kazımbəylini ges-tapodan
qurtararaq, onun həyatını xilas etmişdi.
Sovet ttifaqının konfessional siyasəti.
Aprel çevrilişindən sonra hakimiyyəti ələ keçirən bolşeviklər, Şərqdə ilk
dünyəvi demokratik dövlət olan, 23 ay ölkəni idarə edən AXC-nin demok-ratik
nailiyyətlərində son qoydu. Özündə multikultural əsası, həm Qərb, həm də Şərq
modellərinin komponentlərini birləşdirən bu qurum dinindən, dilin-dən, irqindən,
cinsindən asılı olmayaraq dövlətin bütün vətəndaşlarına bərabər hüquqla yaşamaq
azadlığını vermiş, ölkəni demokratik prinsiplər əsasında idarə etmişdi.
Xalqın mübarizə ruhunu qırmaq üçün bolşevik diktaturası onun milli ruhuna
zərbə vurmağa qərar verir. 1920-ci il mayın 15-də Hərbi nqilab Komitəsinin qərarı
ilə Dini Etiqad Nazirliyi, Zaqafqaziya Müsəlmanları darəsi və şeyxülislamıq
təsisatı ləğv edilir. Xalqın dini baxışlarını səngitmək məqsədi ilə 1923-cü ildə
“Materialistlərin klubu” təşkil edilir. 1924-cü ilin yanvarın 24-ü qərarı ilə “Dinə
qarşı xüsusi komissiya” yaradılır. Və bu qərarın sonrakı inkişafı özünü “Allahsızlar
cəmiyyəti”ndə tapır.1929-cu ildə bu cəmiyyətin adı transformasiyaya uğrayaraq,
“Mübariz allahsızlar cəmiy-yəti” adlandırılmışdı.Bolşeviklər xalqı öz tarixi
köklərindən ayırmaq məqsədi ilə təkcə dinə qarşı yönəlmiş cəmiyyətləri
yaratmaqla kifayətlənmirdi. XX əsrin 20-ci illərinin sonlarında dinə qarşı açıq
mübarizəyə keçmiş hakim strukturlar yalnız 1929-cu ildə Azərbaycan SSR
rayonlarında 120 məscid bağlamış, ümumən isə 1930-cu il üçün Azərbaycan SSR-
də 400 məscid bağlanmışdı. Dinə qarşı ardıcıl mübarizə aparan sovet hakimiyyəti
vanda-lizm aktlarından imtina etməmiş və 1936 –cı ildə Bibi-Heybət məscidi
partla-dılmışdı. Bu illərdə, 1920-1944-cü illər, Qafqaz Müsəlmanları darəsi
faktiki olaraq, dondurulmuş bur vəziyyətdə qalmışdı.
Dinə qarşı mübarizə aparan bolşeviklər Azərbaycan SSR-də xristian
kilsələırini də bağlayır, dağıdırdı.Belə ki, Bakıda “Qızıl kilsə” kimi tanınan
Aleksanr-Nevski” məbədi 1936-cı ildə partladılmışdı. Çox qiymətli tarixi abidə
olan bu kilsəyə Rusiya imperiyası yalnız onun baş günbəzinin qızılı təbəqə ilə
örtülməsi üçün 18.800 rubl vəsait ayırmışdı. 1891-1893-cü illər-də smeta dəyəri
195.000 rubl olan bu məbəd inqilabaqədərki Bakının multikultural sistemində
özünəməxsusu yer tutmuşdu.
Böyük Vətən müharibəsi başladıqdan sonra SSR -də islam dininə münasibət
dəyişməyə başlayır. Bu vəziyyətin yaranmasına təsir edən amillərdən biri, Şimali
Qafqazı ələ keçirən alman ordusunun general-larından islam dinini qəbul etmələri,
məsciddə namaz qılmaları olmuşdu. Əhalini ümumi düşmənə qarşı mübarizəyə
yönəltmək üçün avtoritar-totalitar rejim, dinə qarşı apardığı radikal mövqedən
uzaqlaşır və 1944-cü il aprelin 14-də SSR Ali Soveti Rəyasət Heyəti Zaqafqaziya
Müsəlmanları Ruhani darəsinin bərpa edilməsi haqqında qərar qəbul edir.
Sovet hakimiyyətinin apardığı konfessional siyasətlə, Rusiya imperiyasının
apardığı xristianlaşdırma siyasətinə paralellər versək, aydın olar ki, Rusiya ölkədə
“parçala, hökm sür” siyasətini əsas götürsə də, məzhəb, şiə -sünni ayrı-seçkiliyini
salsa da, bir sıra məscidləri xristian mə-bədlərinə çevirsə də, islam dini ruhanilərini
ali zümrəyə daxil etməsə də bölgədə müsəlman dini qurumlarının fəaliyyətini
dayandırmır, yeni məs-cidlərin tikilməsinə dözümlə yanaşır, din xadimlərini fiziki
cəhətdən məhv etmirdi. Halbuki antidin təbliğatını əlində rəhbər tutan sovetlər həm
xristian, həm də islam dininə qarşı XX əsrin 40-cı illərinin əvvəllərinə qədər terror
aparmışdı.
Sovet ttifaqının millətlərarası münasibətlər siyasətinin xüsusiy-yətləri.
Bu məsələdən danışarkən, bolşevizmin “bütün ölkələrin proletarları birləşin”
ş
üarına diqqət yetirmək lazımdır. Milli məsələni bolşevik - proletar ideo-logiyası
ə
sasında, sinfi prinsiplər əsasında həll etməyə çalışan sovetlər, süni tarixi kateqoriya
sovet xalqı yaratmağı əsas götürərək, xalqlara formal müstəqillik verərək, SSR kimi
dövləti təşkil edərkən, onun xəritəsini “qayçılama” prinsipi əsasında qurur, yaradılmış
inzibati-ərazi qurumlarında birləşən xalqların tarixi torpaqları nəzərə alınmır, “milli
məsələ”nin həlli kağız üzərində qalır. Azər-baycan SSR - də də milli məsələ avtoritar
rejimin tələbləri əsasında getmiş, süni “beynəlmiləlçilik” prinsipləri əsasında aparılmış,
Azərbaycan xalqının tarixi yad-daşını unutdurmaq üçün iki dəfə onun əlifbası
dəyişdirilmiş, ərəb-fars dillərini bilən mütəxəssislər “panislamist” damğası ilə
damğalanmış, “torpaq”, “vətən” deyənlər “pantürkist” adlandırılmış, Azərbaycan
mühacirləri xalqa “düşmən” obrazında aşılanmış, “cənub” mövzusu qapalı sahəyə
çevrilmişdi. Bu siyasi-mənəvi təzyiqləri Azərbaycan xalqı ilə birgə, Azərbaycana ikinci
”vətənləri” kimi baxan almanlar da yaşamış, Böyük Vətən müharibəsi başladıqdan
sonra 001487 saylı qərarla 1941-ci ilin oktyabrında Orta Asiya və Sibirə sürgün edil-
mişlər. Milli məsələdə göstərilən amirlik və zor prinsipləri SSR -nin dağılması
ə
rəfəsində milli zəmində bir-sıra konfliktlərin başlanmasına gətirib çıxarmışdı.
Qondarma “Dağlıq Qarabağ” probleminin növbəti mərhələsi və onun tarixi kökləri.
Problemlə bağlı qeyd etmək lazımdır ki, Qarabağ bir anlayış kimi heç bir
zaman axarında «dağlıq» və «düzənlik» məfhumlarına bölünməmişdir. Bu
problemi araşdıran prof. V.Piriyev öz tədqiqatlarında F.Rəşid əd-Dinin
«Mükatibat» əsərinə istinad edərək göstərmişdir ki, Qarabağ Arranın daxilində
dağlıq və dağətəyi sahələrini birləşdirən vahid ərazidən ibarət olmuşdur.Tarixin
sonrakı mərhələsində Aran torpağı Qarabağ adlanmağa başlayır ki, bu da ilk dəfə
Hülakülər dövlətinin görkəmli nümayəndəsi Rəşid-əd-Dinin əsərində göstərilir. Bu
məfhum türk mənşəli olub və açılması aşağıdakı kimi başa düşülməlidir: «qara»
sözü – qitə, ölkə, böyük vilayət, «bağ» da ki, məhsul, bolluq deməkdir. Deməli,
Qarabağ - böyük, geniş və abad əyalət kimi qəbul edilməlidir. Bu problemi
öyrənən prof. V.Piriyev göstərmişdir ki, tarixi Qarabağ ərazisi Araz çayından
başlayaraq şimali-qərb istiqamətində uzanmış və Beyləqandan tutmuş Zəyəmçaya
kimi olan əraziləri əhatə etmişdir. Bu coğrafi ərazi çərçivəsini nəzərə alsaq aydın
olar ki, Qarabağ Qafqaz Albaniyasının bir sıra vilayətlərini - Arsax, Sünik, Uti və
qismən də Payta-karan vilayətlərini əhatə etmiş və ölkənin siyasi, sosial-iqtisadi və
mədəni həyatında mühüm rol oynamışdır. XX əsr boyu ermənilik bütün dünya icti-
maiyyətini inandırmağa çalışmışdır ki, onların fəaliyyəti Qarabağda mövcud
olmuş «erməni Arsax» dövlətinin bərpasına xidmət edir. Lakin Qarabağ
torpaqlarına iddialı olan və tarixi reallıqla hesablaşmayan erməni millətçiləri
«Arsax» məfhumunu özəlləşdirmək istəsələr belə tarixi gerçəklik buna imkan
vermir. Birincisi ona görə ki, Arsax Qafqaz Albaniyasının iri vilayətlərindən biri
olmuş və deməli, Azərbaycanın tarixi torpağıdır. kincisi, erməni tərəfi “Arsax”
məfhumunun erməni leksi-konuna aid olduğunu iddia etsə də, lakin leksik təhlilini
verməkdə acizdir.Çünki Arsax - erməni sözü olmayıb, udi - alban sözüdür.Udi
dilində Arsax - «yaylaq», «yay düşərgəsi», «əylə-şən yer, məskən» mənalarını
bildirir. «Ars» sözü - «əyləş» anlayışından törəmədir - «arxsun» - «əyləş» felinin
ə
mr formasıdır, buradan da «oturaq», «oturaq həyat tərzi keçirən adamlar» ifadəsi
yaranır; «ax» isə udi toponimi-yası üçün xarakterik olan Muxax, Ardax, Xartax,
Cimcimax toponimlərində təsbit edilmiş cəm halını bildirən şəkilçidir. Bu
problemə toxunarkən gör-kəmli sovet alimi .P.Petruşevski göstərir ki, nə Arsax,
nə də əhalisi erməni-ləşdirilmiş albanlar heç bir zaman erməni mədəniyyəti
mərkəzinə mənsub olmamışdır.
Türkmənçay və Ədirnə müqavilələri bağlandıqdan sonra, Rusiya
imperiyasının köçürmə siyasəti nəticəsində kütləvi şəkildə Azərbaycan
torpaqlarının ayrı-ayrı bölgələrinə, o cümlədən Qarabağa köçürülən erməni-lərin,
tarixinsonrakı mərhələlərində, Qarabağa mexaniki hərəkəti davam etsə də, XIX
ə
srin ikinci yarısında və Romanovlar sülaləsinin devrilməsi ərəfəsində Qarabağ
torpaqlarını özündə birləşdirən Şuşa, Zəngəzur, Qaryagin və Cavanşir qəzalarında
ermənilərin çəki yükü azərbaycanlılarla müqayisədə aşağı idi. Belə ki, 1897-ci il
Ümumrusiya siyahıyaalınmasına görə bu qəzalarda ümumilikdə 172.872 erməni
yaşayırdı. O zaman Qara-bağ əhalisi 415.721 nəfər idi və ermənilər Qarabağ
ə
halisinin 41,3% təşkil etdiyi halda, azərbaycanlıların sayı 235.304 nəfər olub,
Qarabağ
ə
halisinin
56,6%
təşkil
edirdi.(ПерваяВсеобщаяпереписьРоссийскойимперии
1897
года
.
ПодредакциейН
.А.Тройницкого.т. LXIII. Тифлис, 1904. Стр.60, 63) Bu
statistik göstəricilər bir daha sübut edir ki, XIX əsr boyu Azərbaycan torpaqlarına
kütləvi və mütəmadi köçmələrinə baxmayaraq, ermənilər Qarabağda dominant
etnos ola bilməmiş, Azərbaycan torpağına gəlmə əhali olmuşlar.
Birinci Dünya müharibəsi illərində, Dördlər ttifaqının aparıcı qüvvəsi olan
– Kayzer Almaniyasının apardığı dağıdıcı antirusiya siyasəti Romanovlar
sülaləsinin devrilməsi ilə nəticələnir və 1917-ci ilin payızında Rusiyada baş alıb
gedən siyasi-iqtisadi-sosial böhran hakimiyyətin bolşe-viklər tərəfindən zəbt
edilməsi ilə sonuclanır. Yaranmış vəziyyət imperiyanın ucqarlarında, habelə
Mərkəzi Qafqazda milli-azadlıq hərəkatının yüksəlişinə səbəb oldu və 1918-ci ilin
may ayının son günlərində bölgədə üç müstəqil dövlət yarandı. Gürcüstan
Demokratik Respublikası və Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq,
yapılan Ermənistan Respublikası (Ararat Respublikası) ermənilər üçün yad bir
ə
razidə - tarixi Azərbaycan torpağı olan rəvan quberniyası ərazisində bir qurum
kimi meydana çıxdı. Lakin tarixi Çuxur-Səəd torpaqlarına yiyələnən erməni
millətçiləri, «Daşnaksu-tyün» partiyası və erməni-qriqoryan kilsəsinin birgə siyasi
xəttini əsas götürərək, Qarabağ torpaqlarına gözlərini dikdilər.Həmin dövrdə,
Naxçıvan ərazisinin köklü əhalisi azərbaycanlılar Ararat Respublikasına tabe
olmaqdan imtina etdikləri üçün erməni tərəfi çıxış yolunu Qarabağda
məskunlaşmış ermənilərə bağladı. «Daşnaksutyün» partiyasının göstərişi ilə
hərəkət edən Şuşa şəhərinin erməni icması «Millətlərin öz müqəd-dəratının təyin
etməsi hüququ» prinsipini əsas tutaraq, 1918-ci ilin yayında «Dağlıq Qarabağın öz
müqəddəratını təyin etmək» şüarını irəli sürərək, erməni separatçılığının
mahiyyətini, Azərbaycan torpaqlarına qərəzli iddialarını nümayiş etdirdi. Beləliklə,
tarixə təhrif olunmuş bir məfhum daxil oldu - Dağlıq Qarabağ və bu məfhum
sonradan Azərbaycan tarixini saxta-laşdıran sovet tarixşünaslığında kök salmış
oldu.
Rusiyada cərəyan edən sonrakı sosial-siyasi proseslər erməni millət-çilərinin
Azərbaycanın ərazi bütövlüyünə qarşı apardığı məqsədyönlü siya-sətini
dayandırmadı.Tarixi reallıqla hesablaşmayan erməni separatçıları bolşeviklərin
dəstəyinə arxalanaraq 1920-ci ü dekabrın 1-də Qarabağın ürəyi olan Zəngəzuru ələ
keçirir və bununla da Naxçıvanın quru yol əlaqəl-əri Azərbaycanın qalan ərazisi ilə
kəsilir. Qarabağı «özəlləşdirmək» planla-rında israrlı olan ermənilik Zəngəzurla
kifayətlənməyərək, Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəkmir və
bolşeviklərin dəstəyi ilə 1923-cü il iyulun 7-də Dağlıq Qarabağın Muxtar
Vilayətinin (DQMV),(1937-ci ildən etibarən Dağlıq Qarabağ Muxtar Vilayəti –
red.) elan edilməsinə nail olur. Beləliklə, gələcəkdə Qarabağın bu hissəsinin də
Azərbaycandan qo-parılması planının birinci mərhələsi həyata keçirilir və 1988-
1994-cü illər ha-disələri üçün «münbit» şərait yaranmış olur. Ümumiyyətlə isə,
sovet haki-miyyəti illərində rəsmi rəvan DQMV-nin “Ermənistan DQMV”-yə
transfor-masiya olunaması ilə bağlı 16 dəfə, “DQMV-nin Ermənistan SSR
tərkibinə daxil olması hüququ” ilə isə 45 dəfə Moskvaya müraciət etmişdi.
Erməniliyin məqsədyönlü fəaliyyəti nəticəsində 1988-ci ilin fevralında
qondarma “Dağlıq Qarabağ!probleminin növbəti fazası başlanır. Heç bir so-sial-
siyasi əsasa malik olmayan erməni separatçıları DQMV-nin Ermənistan SSR
tərkibinə daxil olması tələbi ilə çıxış edirlər. Paralel olaraq, XX əsrin
ə
vvəllərindən etibarən tarixi Azərbaycan torpaqlarına iddialarından əl çək-məyən
ermənilik Ermənistan SSR-də etnik “təmizləmə” aparır və 1988-ci ilin noyabrın
sonlarında azərbaycanlıları tarixi torpaqlarından çıxardır. Və özlərini dünyaya
“məzlum” ,”mədəni” xalq kimi qələmə verən erməni millət-çiləri multikultural
prinsipləri pozaraq, azərbaycanlıların tarixi torpaqlarda yaşamaq hüququnu
pozurlar.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi Ermənistan silahlı
qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı.və Qərb dövlətlərinin siyasi
təzyiqi.
1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edən Azərbaycan
Respublikası erməni separatçılığının hərbi təzyiqi ilə qarşılaşır. Erməni lobbisinin
dəstəyi ilə silahlanmış erməni yaraqlılarının Azərbaycan torpaq-larına
basqınlarının və hücumlarının qarşısını almaq üçün müstəqil respublikamız ölkənin
ə
razi bütövlüyünü qorumağı dövlətin əsas vəzifəsi olaraq qarşıya məqsəd qoyur.
SSR dağıldıqdan sonra isə öz məkrli niyyətlərini həyata keçirmək məqsədi
1991-ci ilin sonlarından etibarən erməni millətçiləri Qarabağ müharibəsinə
başlayırlar. Müharibə nəticəsində erməni hərbi qüvvələri 870 yaşayış məntəqəsini,
o cümlədən 10 rayon mərkəzini dağıtmış, bir-sıra mühüm obyektləri ələ
keçirtməklə yanaşı, Azərbaycan xalqının tarixi isinə zərbə endirmiş, mədəni-dini
abidələri və maddi sərvətlərini məhv etmişdir. şğal zonasında qalan Alban xristian
məbədləri, məscidlər erməni van-dalizminə məruz qalmış, Azərbaycanın mədəni
sərvətinin nümayəndələrinin Vaqifin, xan qızı Natəvanın, Ü.Hacıbəyovun,
Bülbülün abidələri dağıdılmış, mədəniyyət ocaqları yerlə-yeksan edilmişdir. Bəşər
sivilizasiyanın nadir nümunələrindən olan Azıx mağarasının taleyi müəmmalı
qalmışdır. Bu fakt-lar, erməniliyin multikultural mədəniyyətdən uzaq olan
vandalizm təbiətinə şahidlik edir.
Azərbaycanın çağdaş tarixinə Xocalı faciəsini yaşadan ermənilik, həmin
dövrdə beynəlxalq təşkilatların səbatsız addımlarına arxalanırdı. Belə ki,
Azərbaycan Respublikası Xocalı faciəsindən sonra beynəlxalq təş--kilatlara rəsmi
müraciətlər göndərsə də bu qurumlar, XX əsrin əvvəllərində bolşevik
“süngüsünün” köməyi ilə tarixi Azərbaycan torpaqlarında yaranmış, Ermənistan
adlı dövləti təcavüzkar kimi qiymətləndirməyə tələsmir, Yuqos-laviya variantının
mümkünlüyü haqda fikirlər söyləyir, problemin həllini ilk növbədə regional
təşkilat olan ATƏT-lə bağlayır, ölkənin ərazi bütövlüyü məsələsi sual altında
qalırdı. O biri tərəfdən spyürkün siyasi aləti olan er-məni lobbisi Qərb dövlətlərinə
təsir edə bilir, Qarabağ müharibəsinin gedi-şatında ermənipərəst senator C.Kerrinin
təklifi ilə ABŞ Konqresi Azərbay-can Respublikasına qarşı yönəlmiş 907 saylı
düzəlişi təsdiqləyir. Və bu sə-nəd 1992-ci ilin dekabrında Prezident ata C. Buş
tərəfindən imzalanır.
Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər
siyasətinin məqsəd və vəzifələri, prinsipləri və əsas istiqamətləri, hüquqi bazası.
Polietnik əhaliyə malik olan Azərbaycan Respublikası azsaylı xalqların
hüquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərin-dən biri
olduğunu götürərək, 1992-ci il 16 sentyabr fərmanı ilə "Azərbaycan
Respublikasında yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların
qorunması, dil və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında" az-saylı
xalqların mədəni inkişafına geniş imkanlar vermiş, onların hüquqla-rının
qorunmasını hüquqi dövlətin əsas vəzifəsi kimi götürmüşdür.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra,
separatçı qüvvələrə qarşı əməli tədbirlər görmüş, millətlərarası münasibətlər
siyasətini demokratik prinsiplər əsasında inkişaf etdirmək isti-qamətini əsas
götürərək, azsaylı xalqların hüquq və azadlıqlarını qorumağı dövlətçilik
quruculuğunun ümdə vəzifəsi kimi qarşıya məqsəd qoymuşdu.
Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətl-ər
siyasətinin hüquqi bazası dövlətin ali qanuna konstitusiyaya əsaslanır.
Demokratiya prinsiplərini əsas götürən ali qanun Azərbaycan Respub-likasının
bütün vətəndaşlarına qanun və məhkəmə qarşısında bərabərlik hüququ verir.
Konstitusiyanın kinci bölməsinin lll fəslinin 25-ci maddəsinin 3-cü bəndində
deyilir:”... nsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini,dil, cinsi,
mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məh-dudlaşdırmaq
qadağandır”.
Azərbaycan Respublikasının konstitusiyası ölkə əhalisinin tərkib his-səsi
olan azsaylı xalqların milli mənsubiyyət hüququnun qorunmasını əsas götürərək,
kinci bölmənin lll fəslinin 44-cü maddəsində göstərir : ”Hər kəsin milli
mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsu-biyyətini
dəyişdirməyə məcbur edilə bilməz”. Etnosun əsas atributlarından olan dil
hüququnu da Azərbaycan Respublikasının konstitusiyası qoruyur və dövlətin ali
qanununun kinci bölməsinin lll fəslinin 45-ci maddəsində deyilir: “Hər kəsin ana
dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil
almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.Heç kəs ana dilindən istifadə
hüququndan məhrum edilə bilməz”.
Bu prinsipial bazanı əsas tutan dövlətimiz 1995-ci il fevralın 1-də Avropa
Ş
urasının "Milli azlıqların müdafiəsi haqqında'' Çərçivə konven-siyası"nı
imzalamış və bu Konvensiya 16 iyun 2000-ci ildə ratifikasiya et-mişdi. Azsaylı
xalqların hüquqlarını qoruyan Konvensiyanın ll hissəsinin 4 maddəsində göstərilir
ki, Avropa Şurasının üzvü olan bütün dövlətlər " milli azlığa mənsub olan hər bir
şə
xsin qanun qarşısında bərabər müdafiə olun-maq hüququna zəmanət verirlər.
Bununla əlaqədar olaraq, milli azlığa mən-subluğa əsaslanan hər cür ayrı-seçkilik
qadağan olunur."
YUNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi "Mədəni özü-
nümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya" nı
Azərbaycan Respublikası 26 noyabr 2009-cu ildə təsdiq etmişdir. Multi-kultural
ə
nənələri inkişaf etdirən Azərbaycan Respublikası ölkənin azsaylı xalqlarının
mədəniyyətini, dilini, adət-ənənələrini qoruyur və məqsədyönlü iş aparır. Azsaylı
xalqların etnik mənşə və konfessional fərqlərinə bax-mayaraq, Azərbaycan
Respublikası onların hər birinə eyni dərəcədə qayğı göstərir, dilindən, dinindən,
etnik mənşəyindən, sayından asılı olmayaraq, toleyrantlıq ənənələrini əsas tutaraq,
azsaylı xalqlara hörmətlə yanaşır.
Azsaylı xalqların hüquqlarının qorunması üzrə ardıcıl siyasət aparan
müstəqil dövlətimiz onların etno-konfessional inkişafına hərtərəfli köməklik
göstərir. Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurum-larını
yaratmaq hüquqlarından tam istifadə edirlər. Hazırda respublikamız-da onlarla
milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir ki, onların sırasında “Birlik”
cəmiyyəti rus icması, Ukrayna cəmiyyəti, Alman-Azərbaycan cəmiy-yəti,
Azərbaycan- srail cəmiyyəti, Azərbaycan-slavyan mədəniyyət mərkəzi, tat
mədəniyyət mərkəzi, “Ronai” kürd mədəniyyət mərkəzi, “Samur” ləzgi milli
mərkəzi, Ahıska türklərinin “Vətən” cəmiyyəti, talış mədəniyyət mərkəzi, avar
cəmiyyəti, dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) ic-ması,
“Kapelhaus” alman mədəniyyət icması, “Polonia” polyak mədəniyyət mərkəzi və
başqaları fəaliyyət göstərirlər. slam dinini, pravoslavlığı və iudaizmi özündə
birləşdirən “Üç qardaş“ təşkilatının Azərbaycan Respub-likasında fəaliyyət
göstərməsi multikultural mədəniyyətin daşıyıcısı olan dövlətimizin toleyrantlıq
ə
nənələrinə hörmətlə yanaşmasının bariz nümu-nəsidir.
Ə
də biyyat:
Dostları ilə paylaş: |