Maliyyə menecmentində idarəetmənin obyektini maliyyə resursları təşkil edir, yəni təsərrüfat subyektinin pul dövriyyəsi kimi maliyyə resursları nəzərdə tutulur. Müəssisədə pul dövriyyəsinə müntəzəm olaraq pul axınının daxil olması və ödəmələr aiddir. Müəssisədə pulun xərclənməsinin hər bir istiqaməti üzrə uyğun mənbələr mövcuddur. Məsələn, xüsusi kapital və passivlər. Onlar istehsala investisiya olunur və son nəticədə müəssisənin aktivlərinə çevrilirlər.

Maliyyənin idarə olunmasının subyektinə isə maliyyə xidməti daxildir.
Maliyyə xidməti müəssisədə maliyyə menecmentinin strategiya və taktikasını hazırlayır və həyata keçirir. Strategiya və taktikanı hazırlamaqdan məqsəd müəssisənin gəlirini artırmaqdan ibarətdir.
Hər bir müəssisənin maliyyə xidmətinin quruluşu onun həcmindən, fəaliyyətinin növündən, qarşısına qoyulan vəzifələrdən və s. asılıdır.
Maliyyənin subyektinə daxil olan menecer aşağıdakı funksiyaları yerinə yetirir:
Maliyyənin subyektinə daxil olan menecer aşağıdakı funksiyaları yerinə yetirir:
Kommersiya təşkilatının maliyyə fəaliyyətinin idarə olunmasında maliyyə meneceri vacib rol oynayır. Maliyyə menecerinin vəzifələrinə aşağıdakılar daxildir:
- dövriyyə kapitalının idarə olunması;
- debitor və kreditor borclarının idarə olunması;;
Məhsul istehsalı və satışı xərclərinin planlaşdırılması
1. «Müəssisələr haqqında» AR. Qanunu. Bakı 1999
1. «Müəssisələr haqqında» AR. Qanunu. Bakı 1999
2. T.Ə.Hüseynov. Müəssisələrin iqtisadiyyatı. Bakı 2005
3. AR Vergi Məcəlləsi. Bakı 2000
4. Məhsulun maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında əsasnamə. AR Nazirlər Kabinetinin qərarı. № 111. 1996-cı il.
5. Maliyyə. Dərslik. Bakı 2001
6. R.A.Hacıyev. Təftiş və nəzarət. BÖakı 1999
7. N.V.Kolçina. Finansı orqanizasiy. Moskva 2004
I sual: Müəssisənin xərclərinin təsnifatı
I sual: Müəssisənin xərclərinin təsnifatı
Müəssisələrin təsərrüfat fəaliyyəti prosesində bir sıra pul xərcləri baş verir.
Sahibkarlıq fəaliyyəti göstərən müəssisələrin xərcləri mənfəətin alınması və alınmaması ilə əlaqədar olan və məcburi xərclərdən ibarətdir.
Mənfəətin alınması ilə əlaqədar xərclər (I qrup) müəssisənin əsas iş fəaliyyəti, yəni məhsul istehsalı (xidmət göstərilməsi, işin yerinə yetirilməsi) və satışı ilə əlaqədar xərclərdən ibarətdir.
Müəssisələrdə mənfəətin alınmaması ilə əlaqədar xərclər (II qrup) humanitar məqsədlərə yönəldilən xərclərdən, işçilərə verilən həvəsləndirici ödənişlərdən, sosial – mədəni sferanın inkişafına ayırmalardan və s. xərclərdən ibarətdir.
Müəssisələrdə xərclərin üçüncü qrupuna məcburi xərclər, yəni vergilər və vergi ödənişləri; DSMF ayırmalar; məcburi sığorta xərcləri, ehtiyatların təşkili; cərimələr və s. daxildir.