Mövzu 3. Sosial təminat hüququnun anlayışı və sosial təminat hüququnun predmeti
HÜQUQ sisteminin ÜMUMİ ELEMENTLƏRİ
1.HÜQUQ NORMASI
|
2.HÜQUQ İNSTİTUTU
|
3.HÜQUQ YARIM SAHƏSİ
|
4.HÜQUQ SAHƏSİ
|
Hüquq sisteminin ilkin elementi kimi hüquq norması çıxış edir.
Hüquq norması – tənzimlənən ictimai münasibət iştirakçılarının (subyektlərinin) hüquq və vəzifələrini müəyyən edən və tənzimləyən, onların davranmasının nümunəsi (etalonu) və miqyası kimi çıxış edən dövlət tərəfindən tanınan və sanksiyalaşdırılan ümum – məcburi qaydadır. Bu qaydalar dövlətin iradəsini ifadə edir, dövlət tərəfindən sanksiyalaşdırılır və hüquq sisteminin ilkin elementi hesab edilir. Başqa sözlə. Hüquq sisteminin ilkin elementi kimi (hüquq norması) tənzimlənən ictimai münasibətlərin iştirakçılarına subyektiv hüquqlar müəyyən edən və onların üzərinə hüquqi vəzifələr qoyan, dövlət tərəfindən müəyyən olunan, yaxud sanksiyalaşdırılan ümumməcburi davranış qaydası çıxış edir.
Hüquq institutu – hüquq sahəsi daxilində ayrılmış hüquq normaları qrupudur, burada nizamlanan həmcins ictimai münasibətlər növü ümumi əlamətlərinə görə birləşdirilir.
Hüquq sahəsi – hüquq sisteminin əsas elementi olmaqla ayrı – ayrı hüquq institutlarından əmələ gəlir. O, oxşar ictimai münasibətləri nizamlayan xüsusi hüquq normaları və hüquq institutlarının məcmusudur.
Dövlət cəmiyyətdə mövcud olan ictimai münasibətləri tənzimləmək məqsədilə eyni cins münasibətlərin dairəsini qruplaşdıraraq tənzimləyir və müstəqil hüquqi təsisatlarda (hüquq institutu, yarım sahə, sahə və sahələrarası hüquqi təsisatlar) yerləşdirir və onların nizamlanması üçün normalar qəbul edir. Hazırda isə biz sosial təminat sahəsində cəmiyyətdə mövcud olan ictimai münasibətlərin hüquqi təsisatlarda qruplaşdırılaraq fəaliyyət göstərmələrini fərqləndirəcəyik.
Cəmiyyətdə mövcud olan sosial təminat sahəsindəki ictimai münasibətlərin xüsusi əhəmiyyətini qəbul edən dövlət onlara hüquqi tənzimetmə yolu ilə normativ təsir göstərir. Bu növ ictimai münasibətlərin strukturu sosial təminat hüququ sistemindəki ictimai münasibətlərin strukturunu təşkil edir.
Dostları ilə paylaş: |