Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları



Yüklə 114,21 Kb.
səhifə1/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19



Maliyyə Menecmenti Mühazirələr
Mövzu 1. Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları.


1.1. Maliyyə menecmentinin mahiyyəti və məzmunu.
1.2. Maliyyə menecmenti barəsində nəzəri baxışlar
1.3. Maliyyə menecmentinin konseptual əsaslarının işlənilməsi.


1.1. Maliyyə menecmentinin mahiyyəti və məzmunu.
Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrində XX əsrin 60-cı illərində xüsusi kapitalın idarə edilməsi metodlarının ümumiləşdirilməsini və inkişafını nəzərdə tutan maliyyənin neoklassik nəzəriyyəsinin surətlə inkişafı müstəqil sistemləşdirilmiş elmi-praktiki istiqamət kimi maliyyə menecmentinin təşəkkülünə gətirib çıxarmışdır. Sonrakı illərdə orta və iri şirkətlərin maliyyə resurslarının idarəetmə sistemi kimi maliyyə menecmentinin inkişafına xüsusi önəm verildi və bu zaman yeni peşə-maliyyə meneceri peşəsi yarandı. Maliyyə meneceri – mühasib və maliyyəçi funksiyalarını özündə birləşdirən, maliyyə alətləri ilə işləməyi, mühasibat (maliyyə) hesabatlarını təhlil etməyi, aktivlərin, kapitalın və öhdəliklərin idarə olunmasını bacaran mütəxəssisdir.
Maliyyə menecmenti – müəssisənin strateji və taktiki məqsədlərinə nail olmaq üçün rasional mənbələrdən maliyyə resurslarının cəlb edilməsi və onlardan daha səmərəli istifadə olunması yolu ilə pul axınlarını effektiv idarə edən elmdir. Maliyyə menecmenti müəssisələrin maliyyə fəaliyyətinin , yəni onların kapital və gəlirlərinin formalaşması və istifadəsi ilə əlaqədar pul münasibətlərinin idarəetmə məharətidir. İdarəetmə məharəti biznesin daxili və xarici mühitinin diaqnostikasının köməyilə səmərəli maliyyə strategiyası və taktikasının işlənib hazırlanmasında təzahür edir. Biznesin daxili mühitinin diaqnostikası müəssisənin aktivlərinin xüsusi və borc kapitalının səmərəli idarə olunması üzrə kompleks tədbirlərin işlənib hazırlanmasını nəzərdə tutur.
Maliyyə menecmenti daima maliyyə mənbələrinin seçimi problemi ilə üzləşir, çünki bu və ya digər mənbəyin xidməti müəssisəyə eyni səviyyədə başa gəlmir. Maliyyə menecmenti - maliyyə-kredit mexanizminin maliyyə ehtiyatlarına təsiri üsulu ilə idarəetmə prosesidir. Maliyyə menecmentinin müxtəlif istiqamətləri idarəetmə obyekti ilə müəyyənləşir. Ölkənin bütün maliyyə-kredit sistemi manqalarında idarəetmə prosesinin vahidliyinə baxmayaraq maliyyə ehtiyatlarının mənbələrindən asılı olaraq, təsir etmə üsulları müxtəlifdir.
Menecerlərin xüsusi əmək əşyaları məlumatlardır ki, onu müxtəlif nöqteyi-nəzərdən öyrənərək obyektinin vəziyyəti və onun dəyişdirilməsi üçün idarəetmə qərarları qəbul edilir. Maliyyə məlumatlarına maliyyə ehtiyatlarının sərfli və onların məqsədli və səmərəli istifadəsinə nəzarət də aid edilir. Kapital qoyuluşları büdcəsinin smetasının tərtibi, maliyyələşdirmə və divident sahəsindəki siyasət və başqa maliyyə həlləri maliyyə nəzəriyyəsinin qaydalarına əsaslanır. Bu nəzəriyyənin böyük hissəsi normativ xarakterdə olmasına baxmayaraq, pozitiv tədqiqatların da əhəmiyyəti böyükdür. Pozitiv tədqiqatlara, dəyişkən kəmiyyətlər arasındakı qarşılıqlı əlaqələrin axtarılması ilə yanaşı (məs.: dividentlərin verilməsi siyasəti ilə aksiyaların qiyməti) maliyyə menecerlərinin təcrübədə fəaliyyətinin öyrənilməsi məsələləri də aid olunur.
Biznes fəaliyyətinin idarə edilməsi ilə əlaqədar maliyyə menecmenti bütöv maliyyə elmindən ayrılaraq müstəqil elm sahəsinə çevrilmişdir. Maliyyə elminin təşəkkülü və inkişafını əsasən üç mərhələyə ayırmaq olar:
Rim imperiyası vaxtında başlayan və XIX əsrin ortalarında başa çatan birinci mərhələdir ki, bunun nəzəri əsasını maliyyənin klassik nəzəriyyəsi təşkil edir.
Maliyyə menecmentinin inkişafının ikinci mərhələsi XIX əsrin sonu və XX əsrin əvvəllərində baş vermişdir. Bu mərhələdə maliyyə menecmentinin formalaşmasının əsas meyarları, göstəriciləri və oriyentrləri müəyyənləşdirilmişdir.
 Maliyyə menecmentinin inkişafının üçüncü mərhələsinə keçid keçən əsrin 30-cu illərinə təsadüf edir. Həmin vaxtlarda dünya iqtisadiyyatında dərin tənəzzül prosesi baş vermişdir, çoxlu müəssisələr maliyyə çətinlikləri ilə qarşılaşmışlar. Bu mərhələdə resursların ayrı-ayrı növləri arasında optimal nisbəti müəyyənləşdirməyə imkan verən əmsallar tapıldı. Məsələn, ABŞ-da “Qiymətli kağızlar haqqında” (1933-cü il), “Banklar haqqında” (1933-cü il), “Fond birjası haqqında” (1934-cü il), “Holdinq şirkətləri haqqında” (1935-ci il), “İflas haqqında” (1938-ci il) və s. qanunlar qəbul edilmişdir. Bununla da şirkətlərin maliyyə fəaliyyətinin dövlət tənzimlənməsinin əsası qoyuldu. Eyni zamanda kapitalın dəyər və struktur konsepsiyası, vaxta görə pulun dəyər konsepsiyası, risk və gəlirlərin səviyyələrinin qarşılıqlı əlaqəsi konsepsiyası və modellər işlənib hazırlanmışdı.

Maliyyə menecmentinin inkişafının üçüncü mərhələsində sənaye sahələrində risklərin proqnozlaşdırılmasının metod və üsulları, habelə riskin sığortalanması qaydası işlənib hazırlanmışdır.


Maliyyə menecmentinin predmetini kapitalın hərəkətini əks etdirən pul axınları təşkil edir. Maliyyə menecmenti maliyyə, idarəetmə, uçot və təhlil sahəsindəki nəzəri işləmələri və onun çərçivəsində hazırlanmış yanaşmaların praktiki tərəflərini müvəffəqiyyətlə əlaqələndirən iqtisad elminin ən perspektiv istiqamətlərindən biridir.
Maliyyə menecmenti maliyyə nəzəriyyəsi ilə mühasibat uçotu arasında əlaqələndirici həlqədir. Başqa sözlə, maliyyə menecmentinə gedən yolun başlanğıcı mühasibat uçotundan keçir. Maliyyə menecmentinin mühasibat uçotu ilə sıx qarşılıqlı əlaqəsi aşağıdakı səbəblərlə izah olunur:
• bəzi təsərrüfat subyektlərində, xüsusilə kiçik müəssisələrdə maliyyə meneceri və mühasib vəzifəsi birləşdirilir;
• maliyyə xarakterli qərarlar mühasibat uçotunun informasiyaları əsasında qəbul edilir;
• maliyyə menecmenti müəssisənin maliyyə fəaliyyətinin yaxşılaşdırılması və müəyyən maliyyə nəticələrinin əldə edilməsi məqsədilə həyata keçirilən prosesdir;
• maliyyə xarakterli bir çox vacib qərarların əsaslandırılması uçot obyektinin fəaliyyətinin bu və ya digər aspektlərinin başa düşülməsinin adekvat səviyyəsindən bilavasitə asılıdır;
• maliyyə menecmentinin strukturlaşma məntiqi və onun əsas bölmələrinin məzmunu ən yaxşı halda mühasibat balansına əsaslanır.

Maliyyə menecmentinin məzmununa qarşılıqlı əlaqəli aşağıdakı məsələlər aid edilir:


• ümumi maliyyə təhlili və planlaşdırma;
• pul vəsaitlərinin cari idarə edilməsi;
• istehsalın rentabellik səviyyəsinin yüksəldilməsini təmin edən maliyyə fəaliyyətinin idarə edilməsi;
• investisiya fəaliyyətinin idarə edilməsi;
• maliyyə resursları mənbələrinin idarə edilməsi.

Maliyyə menecmentinin strateji məqsədi müəssisənin bazar dəyərini maksimum artırmaqdan ibarətdir. Maliyyə menecmentinin vəzifələrinə daxildir:


maliyyə hesabatının təhlili;
pul vəsaitinin proqnozlaşdırılması;
səhm buraxılışı;
kredit və borcların alınması;
investisiyalarla əməliyyatlar;
firmaların birləşmə və sərfetmə əməliyyatlarıının qiymətləndirilməsi
Maliyyə menecmentinin digər məqsədlərinə aiddir:`
• 1.Müəssisənin rəqabət mübarizəsi şəraitinə tab gətirə bilməsi
• 2. müflisləşmə və böyük maliyyə uğursuzluğundan qaçmaq
• 3. rəqiblərlə mübarizədə liderlik
• 4. müəssisənin iqtisadi potensialının artım tempinin dayanaqlılığı
• 5. Istehsal və satışın artim tempi
• 6.xərclərin minimumlaşdırılması
• 7.Rentabellik fəaliyyətinin təmin edilməsi

Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin