Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Mövzu 3. Müəssisənin maliyyəsinin idarə olunması sisteminin quruluşu



Yüklə 114,21 Kb.
səhifə9/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

Mövzu 3. Müəssisənin maliyyəsinin idarə olunması sisteminin quruluşu.
3.1. Müəssisədə maliyyənin idarə olunması sisteminin əsas elementləri
3.2. İdarəetmə subyektinin baza elemetlərinin müəyyənləşdirilməsi.
3.3. İdarəetmə obyektinin elementləri
3.4.Maliyyə təşkilati submədəniyyətin müəssisənin maliyyə fəaliyyətinin strateji inkişafında rolu.


3.1. Müəssisədə maliyyənin idarə olunması sisteminin əsas elementləri.
Müəssisənin fəaliyyət göstərməsi üçün müxtəlif bazarlarda qarşılıqlı əlaqələrin qurulması nəzərdə tutulur ki, onların nəticəsində müəssisə lazımi resursları (istehsal amillərini) səfərbər edir və öz məhsulunu (xidmətlərini) satır. Əksər hallarda müəssisənin istənilən bazarda apardığı əməliyyatlar maliyyə terminlərində ifadə olunur ki, bununla da, tanınmış Amerika mütəxəsisləri D.Xgem və D.Morrisomun qeyd etdikləri kimi, maliyyə qərarlarının vacibliyi izah edilir.
Maliyyə terminlərində müəssisə investisiya qoyuluşu nəticəsində pul vəsaitləri axınlarının məcmusu kimi işlədilir. Bu pul axınları məcmusunun optimal olmasından ötrü müəssisədə maliyyənin idarə edilməsinin təşkilati strukturu formalaşdırılmalıdır. Bu struktur təkcə resurs axınlarını optimallaşdırmaqla deyil, həm də maliyyənin əsas funksiyalarını həyata keçirməlidir.
Hər bir sosial-iqtisadi sistem, o cümlədən müəssisə yarandığı zaman texnoloji və maliyyə-təsərrüfat proseslərini təşkil edən və onların normal gedişinə səbəb olan müvafiq idarəetmə sistemi formalaşdırır. İdarəetmə sisteminin əsasını təşkilati strukturların, yəni qarşılıqlı əlaqədə və qarşılıqlı fəaliyyətdə olan strukturları və funksional bölmələri təşkil edir. Bazar iqtisadiyyatı şəraitində müəssisənin maliyyə fəaliyyətinin idarə edilməsi praktikasında strateji menecment metodologiyasından geniş istifadə olunur.
Müəssisənin maliyyə fəaliyyəti maliyyə resurlarının formalaşması və istifadə-si ilə əlaqədar onun funksiyalarının praktiki reallaşdırılması üçün həyata keçirilən prosesləri ifadə edir. Bu fəaliyyət müəssisənin nizamnamə kapitalının formalaşdı-rılması anından ləğv olunması anına qədər müstəqil təsərrüfat subyekti kimi onun həyat tsiklinin bütün mərhələlərində həyata keçirilir. Müəssisənin maliyyə fəaliy-yətinin həyata keçirilməsi prosesi ölkənin maliyyə sisteminin müxtəlif subyektləri və maliyyə münasibətlərinin geniş spektri ilə səciyyələnir.
Müəssisənin maliyyə fəaliyyətinin idarə edilməsi keyfiyyətinin yüksəldilməsi strategiyası bu fəaliyyət sferasında müasir elmi nailiyyətlərin səmərəli tətbiqini, ilk növbədə maliyyə bazarında əməliyyatların həyata keçirilməsinin müvafiq maliyyə alətlərinin seçilməsini nəzərdə tutmalıdır. Maliyyə alətləri pul dəyəri olan, cürbəcür tədavül edən maliyyə sənədləridir, hansıki onların köməyilə maliyyə bazarında əməliyyatlar həyata keçirilir.
Müəssisə tərəfindən istifadə olunan müasir maliyyə alətlərinin tərkibi uçot prinsipinə uyğun olaraq aşağıdakı növlərə: maliyyə aktivlərinə, maliyyə öhdəliklərinə, xüsusi kapital alətlərinə, törəmə maliyyə alətlərinə ayrılır.
Maliyyə bazarlarının növləri üzrə xidmətedici alətlər aşağıdakı: kredit bazarının alətləri, fond bazarının alətləri, valyuta bazarının alətləri, sığorta bazarının alətləri, qızıl bazarının alətləri kimi təsnifləşdirilir. Tədavül müddəti üzrə maliyyə alətlərinin aşağıdakı növləri: qısamüddətli maliyyə alətləri, uzunmüddətli maliyyə alətləri fərqləndirilir.
Müəssisənin maliyyə fəaliyyətinin idarə edilməsi kefiyyətinin yüksəldilməsi strategiyasında müasir maliyyə texnologiyalarının tətbiqi önəmli məsələdir. Maliyyə texnologiyalarının əsasını mütəşəkkil və qeyri-mütəşəkkil bazarlarda müəssisənin həyata keçirdiyi müxtəlif növ sövdələşmələr və əməliyyatlar təşkil edir. Müəssisənin maliyyə fəaliyyətinin idarə edilməsi keyfiyyətinin yüksəldilməsi strategiyasının hazırlanması prosesində maliyyə bazarında sövdələşmələr və əməliyyatların müasir növlərindən səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilməlidir.
Maliyyə bazarında müəssisənin həyata keçirdiyi sövdələşmələr dedikdə onun digər maraqlı təsərrüfat subyektləri ilə qarşılıqlı razılaşdırılmış, həmin bazarın müxtəlif seqmentlərində mübadilə edən maliyyə alətlərinə münasibətdə onların hüquq və vəzifələrinin qoyulmasına, dondurulmasına, yaxud dəyişdiril-məsinə yönəldilən hərəkətlər başa düşülür. Mütəşəkkil və qeri-mütəşəkkil maliyyə bazarlarında müəssisənin həyata keçirdiyi sövdələşmələrin növləri böyük rəngarəngliyi ilə səciyyələnir. Sövdələşmənin şərtlərinə uyğun olaraq maliyyə alət-
ləri ilə kassa və təcili (müəyyən müddətə) sövdələşmələr həyata keçirilir.
Təhlil göstərir ki, maliyyə bazarında müəssisənin həyata keçirdiyi əsas əməliyyatlar müəssisənin bazar menecerlərinin fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Buna görə də onların praktikada tətbiqi müəssisənin maliyyə fəaliyyətinin idarə edilməsi keyfiyyətinin yüksəldilməsinə yönəldilən mühüm strateji məqsədlərdən biri sayılır.

Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin