Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Maliyyə risklərinin növləri



Yüklə 114,21 Kb.
səhifə17/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

5.2. Maliyyə risklərinin növləri.
Müəssisənin maliyyə riskləri çoxcəhətliliyilə səciyyələnir və effektiv strateji idarəetmə qərarlarının hazırlanması və reallaşdırılması məqsədilə onların təsnifləşdirilməsi tələb olunur. Maliyyə risklərinin belə təsnifləşdirilməsi şəkil 1 – də verilmişdir.
• İnvestisiya riski müəssisənin investisiya fəaliyyətinin həyata keçirilməsi prosesində maliyyə itkilərinin baş verməsi imkanlarını xarakterizə edir.
• İnflyasiya riski inflyasiya şəraitində müəssisənin kapitalının real dəyərinin qiymətdən düşməsi, həmçinin maliyyə əməliyyatlarının həyata keçirilməsindən gözlənilən gəlirin azalması imkanlarını xarakterizə edir.
• Valyuta riski xarici iqtisadi fəaliyyətlə məşğul olan müəssisələrə məxsusdur. Xarici iqtisadi fəaliyyətdə istifadə olunan xarici valyutanın mübadilə məzənnəsinin dəyişilməsinin bilavasitə təsiri nəticəsində nəzərdə tutulan gəlirin azalmasında, həmin əməliyyatlardan gözlənilən pul axınlarında təzahür edir.
• Depozit riski depozit qoyuluşlarının qaytarılmaması (depozit sertifikatların ödənilməməsi) imkanlarını əks etdirir.
• Kredit riski alıcılara əmtəə, yaxud istehlak krediti təqdim edən müəssisənin maliyyə fəaliyyətində yaranır. Onun konkret təzahür forması müəssisənin kreditə verdiyi məhsula görə ödəmələrin, yaxud hesablaşmaların vaxtlı – vaxtında aparılmaması ilə bağlı risklərdir.
• Vergi riski mövcud vergi dərəcələrinin artırılması imkanları, vergi ödəmələrinin müddət və şərtlərinin dəyişilməsi, yeni vergi növlərinin tətbiqi ilə əlaqədar təzahür edir.
• İnnovasiyalı maliyyə riski yeni maliyyə texnologiyalarından və yeni maliyyə alətlərindən istifadə ilə əlaqədardır.
• Kriminal risk müəssisənin maliyyə fəaliyyəti sferasında istifadə olunan sənədlərin saxtalaşdırılması, aktivlərin oğurlanması və tərəfdaşların qeyri-qanuni hərəkətləri nəticəsində təzahür edir.
Maliyye risklərinin strateji idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanmalıdır:
• Müəssisənin maliyyə fəlsəfəsinin nəzərə alınması;
• Müəssisənin maliyyə fəaliyyətinin ayrı-ayrı aspektləri üzrə onun maliyyə siyasətinin nəzərə alınması
• Qəbul edilən risklərin səviyyəsinin maliyyə əməliyyatlarının gəlirlilik səviyyəsi ilə müqayisə edilməsi;
• Qəbul edilən risklərin səviyyəsinin müəssisənin maliyyə imkanları ilə müqayisə edilməsi;
• Risklərin idarə olunmasında vaxt amilinin nəzərə alınması.

Müəssisənin risklərinin strateji idarə edilməsi maliyyə menecmentinin spesifik sferasıdır və son illər inkişaf edərək xüsusi elm sahəsinə - “Risk-menecment”ə ayrılmışdır.Bazar münasibətləri şəraitində müəssisənin maliyyə risklərinin effektiv idarə edilməsi önəmli məsələdir. O, müəssisənin maliyyə fəaliyyətinin məqsədlərinə etibarlı şəkildə çatmağı təmin etmək baxımından strateji maliyyə menecmenti sistemində mühüm rol oynayır.


Maliyyə risklərinin strateji idarə edilməsinin əsas məqsədi müəssisənin gələcək inkişafı prosesində onun maliyyə təhlükəsizliyini təmin etmək və bazar dəyərinin azalması imkanlarının qarşısını almaqdan ibarətdir. Maliyyə risklərinin starteji idarə edilməsi aşağıdakı mərhələlər üzrə həyata keçirilməlidir:
1. Maliyyə risklərinin idarə edilməsinin informasiya bazasının formalaşması;
2. Maliyyə risklərinin eyniləşdirilməsi;
3. Maliyyə risklərinin səviyyəsinin qiymətləndirilməsi;
4. Maliyyə risklərinin səviyyəsinin azaldılması imkanlarının müəyyənləşdirilməsi;
5. Maliyyə riskləri üzrə qərarların qəbulu meyarlarının seçilməsi;
6. Maliyyə riskləri üzrə qərarların qəbulu;
7. Maliyyə risklərinin neqativ nəticələrinin neytrallaşdırılması metodlarının seçilməsi və reallaşdırılması;
8. Maliyyə risklərinin monitorinqi və nəzarət.

Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin