C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19
4.2. Budcələşmə - maliyyə planlaşdırılmasının aləti kimi. Müəssisə büdcəsinin tərtibi, qəbulu və sonradan onun icrasına nəzarət büdcələşmə adlanır.
Müasir bazar iqtisadiyyatı şəraitində əgər büdcələşmə biznesin inkişaf dinamikası ilə sinxronlaşdırılmazsa, onda müəssisə səmərəli işləyə bilməz. Büdcənin formalaşması və razılaşdırılması planlaşdırma sistemində ən çətin və əməktutumlu məsələdir. Məhz ona görə də müəssisələr təqribən yarısı biznes-planın hazırlanması zaman büdcənin formalaşmasını tam nəzərə ala bilmirlər.
• Büdcələşmə idarəetmə texnologiyası kimi üç hissədən ibarətdir:
• büdcələşmə texnologiyası;
• büdcələşmənin təşkili;
• informasiya texnologiyalarından istifadə edilməsi.
Müəssisədə büdcələşmə sistemi beş mərhələdə həyata keçirilir:
• birinci mərhələdə maliyyə strukturu formalaşdırılır;
• ikinci mərhələdə büdcənin strukturu formalaşır;
• üçüncü mərhələdə idarəetmə uçotunun metodikası və proseduru işlənib hazırlanır;
• -dördüncü mərhələdə planlaşdırmanın reqlamenti müəyyən edilir;
• beşinci mərhələdə büdcələşmə sistemi tətbiq edilir.
Müəssisədə büdcələşmə sisteminin tətbiqində qazanılmış uğurlar büdcənin tərtib edilməsi və icrasına nəzarətin bütün reqlament və prosedurlarının müfəssəl işlənilməsindən asılıdır. Büdcələşmə sisteminin effektivlik şəraiti aşağıdakılardır:
• büdcənin işlənilməsi, icrasına nəzarət və təhlili üçün metodoloji və metodiki əsasların olması;
• biznes-planın büdcə ilə razılaşdırılması texnolo giyasının mövcud olması;
• aşağıdan yuxarıya ötrülən məlumat ların doğru və tam olması;
• biznesin vəziyyəti haqqın da operativ məlumat lardan istifadəyə icazənin olması;
• büdcə prosesini dəstəkləməyə savadlı mütəxəs sislərin hazır olması;
• hesablamaların avtomat laşdırılması.
Büdcələşmənin effektivliyi müəssisənin işinin effektivliyini müəyyənləşdirir. Büdcələşmənin tətbiqi və istifadəsi müəssisənin buna qədər məlum olmayan çoxlu problemlərinin aşkara çıxarılmasına və təsnifləşdirilməsinə yaxşı kömək edir.
Büdcə – müəyyən müddətə aktivlərin formalaşması və istifadəsi, maliyyələşmə mənbələri, gəlirlər və xərclər, pul vəsaitlərinin hərəkəti üzrə planın mərkəzləşdirilmiş şəkildə müəyyən edilən kəmiyyət göstəricilərini özündə əks etdirən sənəddir.
Toplu büdcə iki tərkib hissədən ibarətdir: əməliyyat büdcəsi və maliyyə büdcəsi.
Maliyyə büdcəsinə daxildir:
• investisiya büdcəsi;
• pul vəsaitlərinin hərəkəti büdcəsi;
• balansın proqnozu (balans hesabatı).
Əməliyyat büdcəsinin təyinatı planlaşdırmanın natural göstəricilərini dəyər göstəriciləri ilə əlaqələndirmək, ən mühüm proporsiyaları, məhdudiyyətləri və yolverilənləri müəyyənləşdirməkdir, hansıki, əsas büdcəni tərtib edərkən nəzərə almaq lazımdır. Əməliyyat büdcəsinin tərkibi müəssisənin qarşıda duran məqsədin xarakterini, biznesin spesifikliyini, metodiki, təşkilati və texniki hazırlıq səviyyəsini nəzərə alaraq rəhbər tərəfindən müəyyənləşdirilir.
Əməliyyat büdcəsini hazırlayarkən büdcə sənədlərinin formatı müəyyən edilir, büdcənin analitiki və maddələr reqlamenti işlənib hazırlanır, büdcənin hazırlanması və qəbulu proseduru müəyyənləşdirilir.
Hər bir müəssisə üçün əsas büdcənin olması vacibdir. Onun tərkibinə balansın proqnozu, gəlirlər və xərclər büdcəsi, pul vəsaitlərinin hərəkəti büdcəsi daxildir. Əsas büdcənin standart forması vardır. Əsas büdcəni tərtib edərkən formasına və məzmununa görə maliyyə hesabatı sənədlərinə uyğun sənədlər tətbiq olunur. Büdcənin müxtəlif növü və forması ola bilər. Onun strukturu büdcənin tərtib edilməsi predmetindən, büdcənin formalaşması prosesinin müəssisənin maliyyə strukturu ilə inteqrasiya dərəcəsindən, büdcəni hazırlayanların ixtisası və təcrübəsindən asılıdır.
Toplu büdcənin işlənib hazırlanması nın əsas mərhələləri aşağıdakılar dan ibarətdir:
• satış proqnozu nun hazırlanması;
• Planlaşdır ma dövrünə istehsalın gözlənilən həcminin hesablanması;
• istehsal xərclərinin və əməliyyat məsrəfləri nin müəyyən edilməsi;
• pul axınlarının və maliyyə tələbatının hesablanması;
• proqnoz maliyyə hesabatının baza formasının hazırlanması.
Müəssisə büdcəsi həmişə müəyyən vaxt intervalına hazırlanır, hansıki, büdcə dövrü adlanır. Büdcə dövrünün müddətinin düzgün seçilməsi müəssisənin büdcə planlaşdırılmasının effektivliyinin mühüm amilidir.
Büdcə prosesi aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
• keçən ilin büdcəsinin icrası təhlil edilir;
• büdcənin layihəsi işlənib hazırlanır;
• büdcə layihəsi təsdiq edilir;
• cari ilin büdcəsinin icrası təhlil edilir;
• növbəti il üçün toplu büdcənin layihəsi işlənib hazırlanır.