Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Maliyyə investisiya layihələrinin qiymətləndirilməsi



Yüklə 114,21 Kb.
səhifə11/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

3.3. Maliyyə investisiya layihələrinin qiymətləndirilməsi.
Müəssisənin səmərəli fəaliyyət göstərməsi, strateji inkişaf tempinin təmin edilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsi onun investisiya fəalliyyətinin miqyası ilə müəyyən edilir. Müəssisənin investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı kompleks məsələlərin həlli investisiya siyasətinin əsaslandırılması, onun daha səmərəli istiqamətləri və formalarının seçilməsi, real maliyyə investisiyasının məqsədyönlü portfelinin işlənib hazırlanması sahəsində düzgün idarəetmə qərarlarının qəbulunu tələb edir.
İnvestisiya strategiyasının işlənib hazırlanması müəssisənin investisiya fəaliyyətinin strateji idarə edilməsinin mühüm funksiyası sayılır. İnvestisiya strategiyası dedikdə investisiya faəliyyətinin uzunmüddətli məqsədlər sisteminin formalaşması və onlara nail olmağın daha səmərəli yollarının seçilməsi başa düşülür.
Səmərəli investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində müəssisənin bazar dəyərinin artırılmasının əsas istiqamətləri xalis mənfəətin məbləğinin artırılması, xüsusi kapitalın çoxalması, sinerqizm effektinin təmin edilməsi, müəssisə imicinin yüksəldilməsi hesab edilir.
Müəssisənin investisiya fəaliyyətinin əsasını real investisiyalaşdırma təşkil edir. Müasir şəraitdə müəssisənin real investisiyalaşdırılmasının idarə edilməsi inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə geniş yayılmış yeni elmi istiqamətə - “layihənin idarə edilməsi” sisteminin metodologiyasına əsaslanır. Layihənin idarə edilməsi metodologiyasını nəzərə almaqla müəssisənin real investisiyasının idarə edilməsi prosesi mərhələlər üzrə həyata keçirilir.
Real investisiyanın idarə edilməsi sistemində investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi praktikasında aşağıdakı baza prinsiplərindən istifadə olunur:
 real investisiya layihələrinin qiymətləndirilməsi bir tərəfdən investisiya xərclərinin həcminin, digər tərəfdən investisiya kapitalının məbləği və qaytarılma müddətinin müqayisəsi əsasında həyata keçirilməlidir;
 investisiya xərclərinin həcminin qiymətləndirilməsi layihənin reallaşdırıl-ması ilə əlaqədar istifadə olunan resursların məcmusunu ifadə etməlidir;
 investisiyalaşdırılan kapitalın qaytarılmasının qiymətləndirilməsi “xalis pul axınları” göstəricisi əsasında həyata keçirilməlidir;
 qiymətləndirmə prosesində investisiya xərclərinin məbləği və xalis pul axını hazırki dəyərə gətirilməlidir;
 göstəricilərin hazırki dəyərə gətirilməsi prosesində diskont dərəcəsinin seçilməsi müxtəlif investisiya layihələri üçün diferensiyalaşdırılmalıdır.

İşdə bu prinsipləri nəzərə almaqla müxtəlif göstəricilər əsasında real investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi metodları və maliyyə investisiyalaşdırmasının əsas formaları göstərilir.


Maliyyə investisiyasının strateji idarə edilməsi prosesində müəssisənin investisiya fəaliyyətinin əsas parametrləri və meyarları müəyyənləşdirilir.
Müasir maliyyə investisiyalaşdırılması “investisiya portfelinin” formalaşdırılması ilə sıx əlaqədardır, çünki investorların əksəriyyəti maliyyə investisiyalaşdırması üçün bir neçə maliyyə aləti seçirlər. Belə maliyyə alətlərinin məqsədyönlü seçimi investisiya portfelinin formalaşması prosesini ifadə edir. İnvestisiya portfeli - bütöv idarəetmə obyekti kimi çıxış edən fiziki və ya hüquqi şəxsə məxsus olan hər hansı qiymətli kağızların məcmusudur. İnvestisiya portfelinin formalaşmasının başlıca məqsədi ən gəlirli və təhlükəsiz maliyyə alətlərinin seçilməsi yolu ilə müəssisənin maliyyə investisiyalaşdırılması strategiyasının əsas istiqamətlərinin reallaşdırılmasını təmin etməkdir.
İnvestisiya portfelini vahid tam kimi idarə olunan maliyyə və material aktivlərinin məcmusu, gəlirli obyektlərə kapital qoyuluşu üzrə aktiv əməliyyatların gedişində investor tərəfindən əldə edilən qiymətli kağızlar dəsti kimi ifadə etmək daha məqsədəuyğundur. İnvestisiya portfelində həm şirkətin qiymətli kağızlarına qoyulan investisiyalar, həm də təkrar likvid ehtiyatları – dövlət qiymətli kağızlar şəklində likvid aktivlər əks etdirilə bilər.
Bazarın vəziyyəti və investorun imkanları investisiya strategiyasının seçimini müəyyən edir. Ona görə portfel investisiyalaşması Azərbaycan bazarında hələlik üstün mövqeyə malik deyildir. Lakin investisiya əməliyyatları nəticəsində bütün əldə edilən qiymətli kağızların uçotunda müəyyən yanaşmalar mövcuddur. Məsələn, ölkədə banklar xarici təcrübəyə əsaslanaraq investisiya portfelini formalaşdırarkən çalışırlar ki, qiymətli kağızların ümumi məbləğinin 70 faizi dövlət qiymətli kağızların, 25 faizi bələdiyyə qiymətli kağızların və 5 faizi sair qiymətli kağızların payına düşsün. Deməli, likvid aktivlər ehtiyatı portfelin təxminən 1/3 hissəsini, mənfəət almaq məqsədilə investisiyalar isə 2/3 hissəsini təşkil edir. İnvestisiya portfelinin belə strukturu adətən iri banklar üçün səciyyəvidir, kiçik banklarda isə portfelin 90 faizi və bəzən bundan da çox hissəsi dövlət və bələdiyyə qiymətli kağızların payına düşür.
Müəssisənin maliyyə investisiya portfelini səmərəli formalaşdırmaq üçün “portfelin formalaşmasına ənənəvi yanaşma” və “müasir portfel nəzəriyyəsi” kimi iki alternativ nəzəri konsepsiyadan istifadə olunur.
“Portfelin formalaşmasına ənənəvi yanaşma” konsepsiyası əsasən texniki və fundamental təhlil alətlərindən istifadə edir və ona geniş sahə diversifikasiyasını təmin edən investisiyalaşmanın müxtəlif növ maliyyə alətlərinin daxil edilməsini nəzərdə tutur. Hərçənd, portfelin formalaşmasına belə yanaşma gəlirlilik və risk göstəriciləri üzrə investisiyalaşmanın müvafiq maliyyə alətlərinin seçilməsi yolu ilə onun formalaşmasının strateji məqsədlərinə nail olmağa imkan verir, ancaq seçim prosesində həmin alətlərin öz aralarında səmərəli qarşılıqlı əlaqə təmin edilmir. “Müasir portfel nəzəriyyəsi” gözlənilən gəlirlilik və risk səviyyəsi arasında nisbət meyarına görə formalaşan investisiya portfelinin optimallaşdırılması mexanizminin statistik metodlarına əsaslanır. Müasir maliyyə praktikasında investisiya portfelini formalaşdırarkən hər iki yanaşmadan istifadə olunur, ancaq son illər müasir portfel nəzəriyyəsinə üstünlük verilir.



Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin