C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19
1.2. Maliyyə menecmenti barəsində nəzəri baxışlar XX əsrin ortalarında iri biznesin təşəkkülü və milliləşdirilməsi maliyyə bazarlarının inkişafı ilə əlaqədar şirkətlərin fəaliyyətinin maliyyələşdirilməsinin əsas aləti kimi «maliyyə» termini yeni reallığı nəzərə almaqla dəyişdirilmişdir. Bu dəyişiklikdə ən çox xüsusi biznes sferasında maliyyə resurslarının dövr etməsi ilə əlaqədar motivlərin alınması nəzərə çarpır.
Müasir İngiltərə-Amerika maliyyə məktəbi üçün ən xarakterik «maliyyə» məfhumunun bir sıra təriflərini nəzərdən keçirək.
L.Qitmanın fikrincə maliyyə – pulun idarə olunmasının incəsənəti və elmidir. Maliyyə fərdlər, firmalar və hökümətlər arasında pul vəsaitlərinin dövr etməsinə münasibəti olan prosesləri, institutları, bazarları və alətləri əhatə edir.
R.Parkerin lüğətində qeyd edilir ki maliyyə monitar resursların və onların istifadəsi üsullarının xarakteristikası üçün işlədilən ümumiləşdirici termindir. Monitar resurs dedikdə qiymətin dəyişməsindən asılı olmayan və yalnız indeksləşdirmə nəticəsində dəyişilə bilən müəyyən pul dəyəri olan aktivlər başa düşülür.
Müasir iqtisadi lüğətdə göstərilir ki, «maliyyə» terminini dar mənada monitar formada kapital kimi, yəni maliyyə bazarının, yaxud maliyyə institutunun köməyilə uzunmüddətli məqsəd üçün ayrılmış, yaxud alınmış fondlar kimi aydınlaşdırmaq olar. Geniş mənada bu termin istənilən mənbədən alınmış və istənilən məqsədlər üçün istifadə olunmuş fondlara şamil edilir. Bu tərif R.Parkerin maliyyə termininə verdiyi tərifə uyğun gəlir, fərqli xüsusiyyətləri isə aşağıdakılardan ibarətdir:
• «Kapital» anlayışı istifadə olunur, həmçinin fondların formalaşması üzrə əməliyyatların uzunmüddət məqsədli xarakter daşıması qeyd edilir.
• Söhbət ya balansın aktivində, ya da balansın passivində əks etdirilən uçotun obyekti haqqında gedir;
Rus ədəbiyyatında qeyd edilir ki, «maliyyə» termini dedikdə ənənəvi olaraq, ümumi daxili məhsulun yaradılmasında iştirak edən subyektlərin pul vəsaitləri fondlarının formalaşması və istifadəsi prosesində qurulan iqtisadi münasibətlərin məcmusu başa düşülür . Subyekt kimi dövlət orqanları, xüsusi müəssisələr, qeyri-kommersiya təşkilatları və ev təsərrüfatları çıxış etdiklərinə görə bu tərifdə həm mərkəzləşdirilmiş, həm də mərkəzləşdirilməmiş pul vəsaitləri fondları əhatə olunur.
Fikrmizcə, maliyyənin yalnız pul vəsaitləri fonduna aid edilməsi düzgün deyil. Çünki pul vəsaitlərinin iştirakı olmadan da maliyyə xarakterli əməliyyatlar həyata keçirilə bilər. Alqı-satqı əməliyyatları zamanı müqabilə əsasında mala görə aktivlərlə ödənişi, səhmdarlara dividendlərin verilməsini, nizamnamə kapitalına pul vəsaitlərsiz pay qoyulmasını buna misal göstərmək olar. İngiltərə-Amerika maliyyə məktəbinin nümayəndələrinin mülahizələrini ümumiləşdirərək belə bir məntiqi nəticə çıxarmaq olar ki, «maliyyə» termini maliyyə obyektlərinin və onların idarə edilməsi üsullarının məcmusunu ifadə edir. Maliyyə obyektləri dedikdə maliyyə aktivləri və öhdəlikləri, onların idarə edilməsi dedikdə isə onların fəaliyyətinin səmərəli təşkili sistemi başa düşülür. Strukturca o, dövlət maliyyə orqanları və idarələrinin, maliyyə institutları və bazarlarının müəyyən maliyyə sistemi yaradılmasında ifadə olunur, onların fəaliyyəti isə maliyyə obyektlərinə müxtəlif maliyyə metodları və alətlərinin tətbiqi yolu ilə həyata keçirilir.
Maliyyə menecmenti firmanın (müəssisənin) qarşısında duran məqsədlərə nail olmaq kontekstində müstəsna rol oynayır. Müəssisə maliyyəsinin idarə edilməsi sisteminin formalaşması və strukturlaşması onun qarşısında duran məqsədli tapşırıqların prioritetliyi əsasında həyata keçirilir, yəni yaradılan sistem həm ümumfirma, həm də dar funksional xarakterli müəyyən məqsədlərə çatmağa səbəb olsun. Aydındır ki, ümumi halda iqtisadi məqsədlərin məcmusu haqqında danışmaq olar. Həmin məqsədlərə nail olunması firmada maliyyə menecmenti sisteminin uğurla fəaliyyət göstərməsi, xüsusilə müflisləşmə və iri maliyyə uğursuzluqlarından qaçmaq, rəqiblərlə mübarizədə liderlik, istehsal həcminin artırırlması və realizasiyası, maksimum mənfəətin əldə edilməsi, əmtəə bazarında müəyyən paya malik olması əlamətlərinə xidmət edir. Müxtəlif vəziyyətlərdən asılı olaraq bu və ya digər kəmiyyət, yaxud keyfiyyət göstəricilərinin məqsədyönlülüyünü əsaslandırmaq olar. Konkret situasiyadan, fəaliyyət növündən, firmanın, yaxud layihənin təyinatından və digər vəziyyətlərdən asılı olaraq bu və ya digər meyarlar çıxış edə bilər. Ən ümumi halda kapitallaşmanın artırılması və mənfəətin dayanaqlı alınmasına yönəldilən iki baza yanaşmasından söhbət gedə bilər.
Birinci yanaşmaya uyğun olaraq firmanın maliyyəsinin idarə edilməsi sisteminin məzmununu və əsas məqsədi səmərəli maliyyə siyasətinin köməyilə onun sahibkarının sərvətini maksimum artırmaqdan ibarətdir. Bu məqsədin kəmiyyətcə təsdiqi firmanın səhmlərinin bazar qiymətinin artırılmasında təzahür edir. Başqa sözlə, əsas meyar – firmanın səhmlərinin qiymətinin artan tendensiyasıdır, yaxud bazar kapitallaşmasının artımıdır.
Milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə sıx inteqrasiyası şəraitində maliyyə bazarları şirkətlərin fəaliyyətlərinə güclü təsir göstərirlər. Maliyyə-təsərrüfat fəaliyyətinin idarə olunması sistemini təkmilləşdirmək, maliyyə bazarlarında əməliyyatları uğurla başa çatdırmaq və iqtisadi resurslardan daha səmərəli istifadə etmək firma və şirkətlərin rəqabət qabiliyyətinin yüksəldilməsinin vacib amillərinə çevrilmişdir.